A R O G - Wikipedia
A. R. O. G (tam adı ilə A. R. O. G: Bir Yonma Daş Filmi, türk. A.R.O.G: Bir Yontma Taş Filmi) Cem Yılmazın Əli Taner Baltacı ilə birlikdə rejissorluğunu etdiyi 2008-ci il istehsalı elmi-fantastika və fantastik komediya filmidir[3]. Film G. O. R. A. filminin əsas qəhrəmanı Arifin daş dövründə keçən yeni macərasından bəhs edir. 2008-ci ilin dekabr ayının 5-də Türkiyədəki kinoteatrlarında nümayişinə başlanmışdır. Film G. O. R. A filminin davamı olaraq xarekterizə edilsə də, Cem Yılmaz bu filmin G. O. R. A.-nın davamı olmadığını, bir-başa ayrı bir film olaraq çəkildiyini demişdi. A. R. O. G adı isə G. O. R. A.-nın tərsidir.
A.R.O.G | |
---|---|
türk. A.R.O.G | |
| |
Janr | Komediya |
Rejissorlar |
Əli Taner Baltacı Cem Yılmaz |
Prodüserlər |
Murad Ağdilək Cem Yılmaz |
Ssenari müəllifi | Cem Yılmaz |
Baş rollarda |
Cem Yılmaz Özgə Özbərk Ozan Güvən Zafər Algöz Həsən Kaçan Nil Karaibrahimgil |
Bəstəkar | Jingle House |
İlk baxış tarixi | 2008, 4 dekabr 2008[2] |
Filmin digər adı | A.R.O.G: Bir Yonma Daş Filmi |
Müddət | 128 dəqiqə |
Büdcə | 8,5 milyon ABŞ dolları |
Gəlir | 19.736.977 ABŞ dolları[1] |
Ölkə | Türkiyə |
Dil | Türkcə |
İl | 2008 |
Əvvəlki film | G.O.R.A |
Sonrakı film | Arif V 216 |
Rəng | rəngli |
Çəkiliş yeri | Mərkəzi Anadolu regionu Afyonqarahisar, Aralıq dənizi regionu Antalya |
IMDb | ID1286126 |
Məzmun
redaktəXalça satıcısı Arif qəhrəmanlıqları ilə G. O. R. A. planetində yalnız dost qazanmaqla qalmaz, çoxlu düşmən də qazanar. Etdiklərinə görə düşmənləri ona cəza verər. Komandir Loqar Arifi bir zaman maşını ilə 1 milyon il geriyə, daş dövrünə gedər.
Burada Arif özünə olan sonsuz inamı sayəsində xalqın arasına qarışır. Əlbəttə, mağara adamları üçün bu qarşılaşmanın təsiri böyük olur və həyatlarında açıq bufet, fəvvarə kimi yeniliklərlə, mədəniyyət ilə bir az tez tanış olurlar.
Arif daş dövründə tez dost qazansa da, tək istəyi bir an əvvəl indiki zamana, hamilə arvadı Cekunun yanına qayıtmaqdır. Bunun üçün bir zaman maşını düzəltmək üçün sürətli bir texnologiya inkişaf etdirməsindən başqa bir əlacı yox idi.
Arifin sürətləndirilmiş təkamül prosesi, inkişaf mövzusunda fərqli fikirləri olan bəzi daş dövrü insanını hirsləndirməyə başlayır. Mədəniyyətlər arası qarşıdurma səbəbiylə Arif qısa müddətdə öz xəyalındakı gələcək layihəsinə uyğun gəlməyən bir sıra ictimai çətinliklə qarşı-qarşıya gəlir.
Film Haqqında
redaktəCem Yılmazın 2004-cü ildə nümayiş olunan G. O. R. A. filmindən dörd il sonra 2008-ci ilin dekabr ayının 4-də Avropa kinoteatrlarında nümayiş olundu.
8 milyon €-dan çox büdcəsi ilə A. R. O. G. Türkiyə kinosunda indiyə qədər çəkilmiş ən bahalı filmlərdən biri olmuşdur.
Avropada bir çox ölkədə alt yazılı olaraq nümayiş edilmişdir. Cem Yılmaz 2016-cı ilin may ayının 17-də Instagram səhifəsindən 2018-ci ildə G. O. R. A. və A. R. O. G-un davamı olan ARİF V 216 filminin çəkiləcəyini anons etmişdir.
Rollarda
redaktəAktyor | Rol |
---|---|
Cem Yılmaz | Arıf İşıq
Kaaya Komandir Loqan Kubar Eniqma |
Zəfər Algöz | Qarğa
Həkim Kumo |
Özgə Özbərk | Ceku |
Ozan Güvən | Taşo |
Özkan Uğur | Dimi |
Nil Karaibrahimgil | Mimi |
Rıdvan Dilmen | Özü |
Həsən Qaçan | Cuhara |
Mətin Keçəçi | Meto |
Muhittin Qorxmaz | Bidi
Tihulu |
Sabri Günay | T-Rex |
Əmrə Dəmirqapı | Atomiks |
Qatıldığı Festivallar və Qazandığı Mükafatlar
redaktəYeşilçam Mükafatları:
- Ən yaxşı film - -
- Ən yaxşı rejissor - -
- Ən yaxşı kişi aktyor - -
- Ən yaxşı yardımçı kişi aktyor - -
- Ən yaxşı vizual rejissoru - -
Cem Yılmaz Yeşilçamdan əli boş dönməsinin normal olduğunu və namizəd göstərilmək digər filmlərə görə fərqli format da bir film olaraq onsuz da bir müvəffəqiyyət olduğunu mükafat alan şəxslərin layiqincə aldığını söyləmişdir.
Siyad Mükafatları:
Həmçinin bax
redaktəXarici Keçidlər
redaktə- IMBb'də A. R. O. G
- Rəsmi veb saytı Arxivləşdirilib 2020-08-04 at the Wayback Machine
- ↑ Box Office Arxivləşdirilib 2010-01-27 at the Wayback Machine (Türkcə)
- ↑ http://www.kinokalender.com/film6825_arog.html.
- ↑ A. R. O. G. (Türkce). Milliyət Sinema