Agasadiq Geraybeyli - Wikipedia
Ağasadıq Ağaəli oğlu Gəraybəyli (15 mart 1897, Şamaxı – 5 dekabr 1988, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1940).
Ağasadıq Gəraybəyli | |
---|---|
Digər adları |
Ağasadıq Gəraybəyov Ağa Sadıq Gəraybəyli |
Doğum tarixi | 15 mart 1897 |
Doğum yeri | |
Vəfat tarixi | 5 dekabr 1988 (91 yaşında) |
Vəfat yeri | |
Atası | Ağaəli Gəraybəyov |
Fəaliyyəti | aktyor |
Mükafatları |
|
IMDb | ID2172610 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAğasadıq Gəraybəyli 1897-ci ildə, Novruz bayramı qabağı o dövrdə Şamaxı qəzası adlandırılan, indiki İsmayıllı rayonu Gəraybəyli kəndində anadan olub. Atasını erkən itirib. Bakıya gələrək Əlisəttar kişi və Heyran xanımın ailəsində yaşayıb. Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində "Nicat", sonra "Səfa" həvəskar teatr dərnəklərinə üzv olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin "Ölülər" pyesində kefli İsgəndər rolunu oynayıb. Üzeyir Hacıbəyovun qayğısı sayəsində teatr kursuna yazılıb. 200 müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə çıxıb: Nəriman Nərimanovun "Nadir şah", Üzeyir Hacıbəyovun "Arşın mal alan", Cəfər Cabbarlının "Sevil", "Od gəlini", "1905-ci ildə", sonralar "Vaqif", "Həyat", "On ikinci gecə", "Xanlar" və s. tamaşalarda rol alıb. 1940-cı ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adına layiq görülüb. Teatrla yanaşı kinoda da maraqlı obrazlar canlandırıb. "Bəxtiyar"" filmində klub müdiri Ağabala, "O olmasın, bu olsun" filmində Rüstəm bəy bu obrazlardandır.[1]
1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayıb. Burada Bülbüllə, xalq yazıçısı Mirzə İbrahimovla, xalq şairi Süleyman Rüstəmlə qonşu olub.
1988-ci il dekabrın 5-də Bakı şəhərində vəfat edib.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin babasıdır.
Xatirəsi
redaktə- 1974-cü ildə yaradıcılığından bəhs edən "Ağasadıq Gəraybəyli" filmi çəkilmişdir.
- 2007-ci ildə anadan olmasının 110 illiyi və səhnə fəaliyyətini 80 illiyi təntənəli şəkildə qeyd olunub. 8 noyabr 2017-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ağasadıq Gəraybəylinin 120 illik yubileyi qeyd olunmuşdur. Yubileydə aktyorun obrazını Rafiq Əzimov ifa edib.[2]
Adlar və mükafatlar
redaktə- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 fevral 1936
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 23 aprel 1940
- "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959
- "Oktyabr inqilabı" ordeni — 15 mart 1977
- "Lenin" ordeni
- "Şərəf nişanı" ordeni
Teatr yaradıcılığı
redaktə1925-ci il
- 16 oktyabr-"Qan bayramı" (Etel Voyniçin "Ovod" romanı əsasında). Tərcümə: Xəlil İbrahim; Quruluşçu rejissor: Aleksandr İvanov. Ağasadıq Gəraybəyli-Keşiş;
- 28 oktyabr-"Yüz faiz" (Epton Bill Sinkler). Tərcümə: Əbdülkərim İmamzadə; Quruluşçu rejissor: Aleksandr İvanov. Ağasadıq Gəraybəyli-Kişi;
- "Casus"("Dıqayevin işi")-Vasili Şkvarkin. Tərcümə: Əsəd Tahir; Quruluşçu rejissor: Aleksandr İvanov. Ağasadıq Gəraybəyli-Polkovnik Sudeykin;
- 11 dekabr-"İmperatriçanın sui-qəsdi" ("Romanovlar sülaləsinin son günləri")-Aleksey Tolstoy. Səhnələşdirmə: Pavel Şşoqolyev; Tərcümə: Xəlil İbrahim; Quruluşçu rejissor: Aleksandr İvanov; Ağasadıq Gəraybəyli-Knyaz Yusupov;
1926-cı il
- 13 aprel-"Üç il", Mirzə Sadıqov. Quruluşçu rejissor: İsmayıl hüseynov; Ağasadıq Gəraybəyli-Heydər bəy və Kəbir;
- 29 oktyabr-"1881-ci il", (Nikolay Şapovalenko); Tərcümə: Əbdülkərim İmamzadə; Quruluşçu rejissor: Aleksandr İvanov; Ağasadıq Gəraybəyli-Birinci Nikolay;
- 4 noyabr-"Tufan", (Vladimir Bill-Belotserkovski); Quruluşçu rejissor: Aleksandr İvanov; Ağasadıq Gəraybəyli-Bəhriyyəli (Matros);
- 28 noyabr-"Şöhrət silahları", (Yurin). Tərcümə: Əbdülkərim İmamzadə; Quruluşçu rejissor: Aleksandr İvanov; Ağasadıq Gəraybəyli-Vanqotti;
1927-ci il
- 4 yanvar-"Anamın kitabı", (Cəlil Məmmədquluzadə); Quruluşçu rejissor: Aleksandr İvanov; Ağasadıq Gəraybəyli-Rüstəm bəy;
- 28 yanvar-"Ölülər", (Cəlil Məmmədquluzadə); Quruluşçu rejissor: Aleksandr İvanov; Ağasadıq Gəraybəyli-İsgəndər;
- 3 mart-"Birinci Nikolay", (Nikolay Lerner. "Dekabristlər"); Tərcümə: Məmmədsadıq Əfəndiyev; Quruluşçu rejissor: Aleksandr İvanov; Ağasadıq Gəraybəyli-Zabit;
- 17 noyabr-"Zəlzələ", (Pavel Romanov); Tərcümə: Məmmədsadıq Əfəndiyev; Quruluşçu rejissor: Aleksandr İvanov; Ağasadıq Gəraybəyli-Maldar bəy;
1928-ci il
- 13 yanvar-"Pas", (Vladimir Kirşon); Tərcümə: Əbdülkərim İmamzadə; Quruluşçu rejissor: Aleksandr İvanov; Ağasadıq Gəraybəyli-Konstantin Teryoxin;
- 15 mart-"Müsyö Jordan və Dərviş Məstəlişah", (Mirzə Fətəli axundov); Quruluşçu rejissor: Aleksandr İvanov; Ağasadıq Gəraybəyli-Şahbaz bəy;
- 7 aprel-"Paris Notrdam kilsəsi", (Viktor Hüqo); Tərcümə: Əbdülkərim İmamzadə; Quruluşçu rejissor: Arseni Rıdal; Ağasadıq Gəraybəyli-Febb;
1929-cu il
- "Cancur Səməd", (Molyer); Ağasadıq Gəraybəyli-Baytal Əsəd;
- "Küləklər şəhəri", (Vladimir Kirşon); Ağasadıq Gəraybəyli-General Mekston;
- "Hind qızı", (Əbdülhəqq Hamid); Ağasadıq Gəraybəyli-Tomson;
1930-cu il
- "İncə", (Anatoli Qlebov); Ağasadıq Gəraybəyli-Səlim;
- "Qəzəb", (Yuri Yanovski); Ağasadıq Gəraybəyli-Qorxmaz;
- "Morqanın qohumu", (Aleksandr Şirvanzadə); Ağasadıq Gəraybəyli-Jorj
- "Qanlı səhra", (Sergey Bağdasarov); Ağasadıq Gəraybəyli-Edmund;
1931-ci il
- "Yanğın", (Süleyman Rüstəm və Hacıbaba Nəzərli); Ağasadıq Gəraybəyli-Məmmədcəfər;
- "Sevil", (Cəfər Cabbarlı); Ağasadıq Gəraybəyli-Balaş;
1932-ci il
- "Kölgə", (Seyid Hüseyn); Ağasadıq Gəraybəyli-Əjdər Nəjad;
Bu tamaşalarla yanaşı Ağasadıq Gəraybəyli, "İşarə", "Gəlir yeri", "Tom dayının koması", "Gizli ər", "Hücum", "Küləklər" və s. tamaşalarda da oynayıb.
Filmoqrafiya
redaktə- Qız qalası əfsanəsi (film, 1923)
- Hacı Qara (film, 1929)
- Sevil (film, 1929)- rol: Balaş
- Dəcəl dəstə (film, 1937)- rol: Yusifin atası
- Bakılılar (film, 1938)
- Fətəli xan (film, 1947) — rol: Sərdarın elçisi
- Bəxtiyar (film, 1955) — rol: Ağabala
- O olmasın, bu olsun (film, 1956) — rol: Rüstəm bəy
- Qızmar günəş altında (film, 1957) — rol: Sərdarov
- Uzaq sahillərdə (film, 1958) — film səsləndirən: Şults (Qriqori Şpigel)
- Bizim küçə (film, 1961) — film səsləndirən: Kurts (Dmitri Orlov)
- Leyli və Məcnun (film, 1961) — rol: İbn Xalid
- Böyük dayaq (film, 1962) — film səsləndirən: Kələntər (Ağa Məmmədov)
- Romeo mənim qonşumdur (film, 1963) — film səsləndirən: Yunis (Adil İsgəndərov)
- Arşın mal alan (film, 1965) — film səsləndirən: Qoçu
- İyirmialtılar (film, 1966)
- Yaşamaq gözəldir, qardaşım! (film, 1966) — rol: Şükrü bəy
- Əzim Əzimzadə (film, 1967)
- Poçt qutusu (film, 1967) — rol: Xan
- Ulduzlar sönmür (film, 1971)
- Qızıl qaz (film, 1972) — film səsləndirən: Mitraşin (İvan Rıjov)
- Bizim küçənin oğlanları (film, 1973) — rol: Rüstəm kişi
- Ağasadıq Gəraybəyli (film, 1974)
- Putyovka (film, 1975)
- Diplom işi (film, 1979)
- İstintaq (film, 1979) — rol: Almazovun əmisi
- Mən mahnı qoşuram (film, 1979) — rol: Abdulla
- Solmaz bir bahar kimi (film, 1979)
- Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980)
- Dua (film, 1982)
- Musiqi müəllimi (film, 1983)
- Nəvəmin nəvəsinin nəvəsi (film, 1985)
- Prima (film, 1994)
- Bizim qəribə taleyimiz (film, 2005)
- Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
- Sarıköynəklə Valehin nağılı (film, 1980) — rol: Professor
Şəkillər
redaktə-
"Sevil" filmində
İstinadlar
redaktə- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
- ↑ Lider TV. "Xalq artisti Ağasadıq Gəraybəylinin 120 illik yubileyi qeyd olunub" (az.). Youtube.com. 09.11.2017. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-09.
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.