Ag Oduncaqli Evkalipt - Wikipedia
Ağ oduncaqlı evkalipt (lat. Eucalyptus leucoxylon) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Ağ oduncaqlı evkalipt | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Ağ oduncaqlı evkalipt |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
redaktəTəbii arealı cənubi və cənub-şərqi Avstraliyadır. Aralıq dənizi sahillərində də geniş yayılmışdır.
Botaniki təsviri
redaktəHündürlüyü 20-25 m, gövdə diаmеtri isə 25-40 sm оlur. Qabığı kobud, gövdənin aşağı sahəsində hamar, ağ rəngli, gövdənin yuxarı hissəsində isə qabığın üzəri ağ və ya mavi ləkələrlə örtülüdür. Cavan yarpaqlar qarşı-qarşıya olub, sayı müxtəlif miqdarda və ya cüt, əksər halda oturaq və ya qısa saplaqlı, formaca ürəkvari, dairəvi və ya geniş neştərvaridir. Uzunluğu 4-7 sm, eni 3-3,5 sm-ə çatıb, mavi çalarlıdır. Yetkin yarpaqları növbəli, neştərvari, 7-15 sm uzunluqda, 2-3,5 sm enində olmaqla, açıq yaşıl və ya bozumtuldur. Çiçəkləri adətən ağacın üst çətirlərində və yarpağın qoltuq hissələrində yerləşməklə salxıma toplanır. Çiçək çətiri qınlı, 3 çiçəkli olmaqla, silindrik formalı və qısa saplaqlı, uzunluğu 10-15 mm, diametri 7 mm, konus və ya dimdikvari formada olub, qapaqcıqlıdır. Meyvəsi saplaqlı, formalı yastılanmış yumurtaya bənzəyir və ya armudvari, uzunluğu 10-15 mm, diametri 9-11 mm olmaqla yanlardan basılmışdır. Gövdəsi аğ və kül rəngli olduğunа görə "ağ oduncaqlı" evkalipt adlanır.
Ekologiyası
redaktəQaya və düzənliklərdə, gilli torpaqlarda bitir. Rütubətə tələbkar, işıqsevən bitkidir.
Azərbaycanda yayılması
redaktə1971-ci ildə Dendrologiya İnstitutunun təcrübə sahəsində introduksiyа olunmuşdur.
İstifadəsi
redaktəParkların yaşıllaşdırılmasında, səhiyyədə isə tərkibində olan efir yağlarından geniş istifadə olunur.