Etirsahcicekliler - Wikipedia
Ətirşahçiçəklilər (lat. Geraniales) — bitkilər aləminə aid bitki dəstəsi.
Ətirşahçiçəklilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Ətirşahçiçəklilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Ümumi məlumat
redaktəÇəhrayı şamdangülü – Pelargonium zonale (L.) L′Her. ex Ait.
Ətirşah fəsiləsinə 8–12 cins və 750-yə qədər növ daxildir.
Fəsiləyə aid olan növlər əsasən Yer kürəsinin mülayim iqlim zonalarında yayılıb ot, kolcuq və kol bitkiləri hesab edilirlər. Fəsilənin qiymətli cinslərindən biri də şamdangülü – Pelargonium L′Her. ex Ait.-dur. Bu cins 250-ə qədər növü əhatə edib, əsasən Cənubi Afrika ərazisində yayılmışdır.
Azərbaycanda isə şamdangülünün ancaq otaq şəraitində mədəni halda becərilən növ və hibridlərinə təsadüf edilir.
Bunlardan otaqlarda, istixanalarda, oranjereyalarda ən çox əkilib-becəriləni çəhrayı şamdangülü — Pelargonium zonale (L.) L′Her. ex Ait. növüdür.
Çəhrayı şamdangülü ən gözəl bəzək bitkisi olmaqla həm də dərman bitkisi hesab edilir. Şamdangülü gözəl ot formalı kol olub, şarformalı və yaxud çətirvari yarpaqlardan ibarət iri parlaq formalı hamaşçiçəklərə malikdir. Hamaşçiçəkləri ağ, çəhrayı, parlaq-qırmızı və həmçinin mavi rəngdə olur. Çəhrayı şamdangülünü ən çox qızlar və qadınlar sevirlər. Belə ki, bu gül onların həyatlarına sevinc və gümrahlıq bəxş edir.
Bizim yaşadığımız dövrdə elmi əsaslarla izah olunmuşdur ki, şamdangülü zərərli mikroblara qarşı yaxşı təsiredici vasitə olmaqla yanaşı, ətri baş ağrılarını azaldır, yorğunluğu aradan qaldırır və yuxunu normallaşdırır. İtaliya alimləri isbat etmişlər ki, çəhrayı şamdangülü otaqda olan mənfi enerji amillərinin qarşısını alır və onların insan orqanizminə göstərdiyi xoşagəlməz hadisələri aradan qaldırır. Xalq təbabətində şamdangülündən alınan preparatlardan diareya, dizenteriya, böyrək xəstəliklərində, revmatizmdə və podaqrada istifadə edilir. Həmçinin çəhrayı şamdangülündən yaxşı qankəsici və böyrəklərdə olan daşların əridilib orqanizmdən kənar edilməsində də istifadə edilir.
Çəhrayı şamdangülündən alınan efir yağı bir sıra xəstəliklərin müalicəsində ən yaxşı universal vasitə hesab edilir. Bu preparatı hazırlamaq üçün şamdangülünün yarpaqlarından götürüb, xırda hissələrə salın və üzərinə 2:5 nisbətində qızdırılmış zeytun yağı əlavə edin. Qarışığı tünd şüşə butılkaya töküb soyuducuda 2 həftə saxladıqdan sonra bir neçə qatdan ibarət tənzifdən süzün. Elə edin ki, qarışıqda kiçik bir yarpaq qırıntısı da qalmasın.
Çəhrayı şamdangülündən hazırlanan yağdan istifadə etmək üçün aşağıdakı tələblərə ciddi riayət etmək lazımdır:
- Şamdangülünün yarpaqlarını yazda çiçək açana qədər toplamaq;
- Efır yağı almaq üçün ancaq yuxarıda yerləşən yarpaqlardan istfiadə etmək;
- İstifadə etdiyiniz çəhrayı şamdangülü birillik və yaxud heç olmasa bir dəfə çiçək açmış olsun.
Kəskin bronxial astma zamanı. Şamdangülünün efir yağından 1 çay qaşığı yarpız və yaxud bədrənc bitkisindən hazırlanan çayla qəbul edin.
Plevrit zamanı. Alınmış efır yağını ağ ciyərin ətraflarına (bel və döş nahiyələrinə) sürtün. Sonra yun şərf və yaxud yun parça ilə bağlayıb, çarpayıya uzanıb üstünüzü isti yorğanla örtün. Plevriti həmçinin şamdangülündən hazırlanan cövhərlə də müalicə edirlər. Bunun üçün 1 xörək qaşığı doğranmış təzə və yaxud qurudulmuş yarpağından götürüb 1 stəkan qaynar suya töküb 8 saat termosda saxladıqdan sonra süzün. Aldığınız dəmləmədən isti halda kiçik qurtumlarla gündə 3 dəfə yeməkdən sonra stəkanın 1/2 hissəsi qədər qəbul edin.
Qastrit və kolit zumanı. 1 xörək qaşığı doğranmış yarpağından götürüb 1 stəkan qaynar suya töküb vam od üzərində 3–5 dəqiqə saxlayıb süzün. Ekstraktdan gündə 3 dəfə, yeməyə 15–20 dəqiqə qalmış 1 xörək qaşığı qəbul edin. Müalicə kursunu vəziyyətiniz yaxşılaşana qədər davam etdirin.
Hipertoniya, əsəb gərginliyi zamanı. Kökündən 1 çay qaşığı götürüb 1 stəkan qaynar suya töküb qaynama dərəcəsinə çatdırıb 3–4 saat saxladıqdan sonra süzün. Dəmləmədən gündə 2–3 dəfə stəkanın 1/4 hissəsi qədər yeməkarası qəbul edin.
Çibanların, kəsik və yaraların müalicəsində. Doğranmış yarpağından 2 xörək qaşığı götürüb 1 stəkan qaynar suya töküb, vam od üzərinə qoyun, 6–7 dəqiqə bişirin, soyudub süzün. Aldığınız dəmləmə ilə zədələnmiş nahiyələri yuyun və yaxud kompres edin.
Çətin sağalan trofik yaraların müalicəsində. Yarpağından hazırlanmış sıyığından 2 xörək qaşığı götürüb 3 hissə uşaq kremi və yaxud əridilmiş donuz piyi ilə qarışdırın. Aldığınız mazdan zədələnmiş nahiyəyə sürtün. Müalicəni hər gün təkrar edin. Mazı soyuducuda 7 həftədən çox olmamaq şərtilə saxlayıb istifadə edin.
Radionuklidlərin orqanizmdəıı kənar edilməsində. Doğranmış yarpağından 1 çay qaşığı götürüb 1/2 stəkan qaynar suya töküb, 10–15 dəqiqə saxlayıb süzün və 1 xörək qaşığı qəbul edin. Müalicə kursunu 1 aydan az olmamaq şərti ilə davam etdirmək məsləhət görülür.
Üçər sinir tutmalarının qarşısının alınmasında. Bir neçə şamdangülü yarpağını ağrıyan nayhiyəyə qoyub sarğı ilə bağlayın. Üstünü yun parça ilə örtün. Hər 2 saatdan bir sarğını təkrar edin. Bu əməliyyatı hər dəfə ağrı başlayan zaman təkrarlayın.
Orqanizmin nahiyələrində olan duzların kənar edilməsi üçün. Doğranmış yarpaq və gövdəsindən götürüb, 1 stəkan qaynadılmış suya töküb, vam od üzərində 5 dəqiqə saxladıqdan sonra süzün. Dəmləmədən gündə 3 dəfə yemək vaxtı 1–2 çay qaşığı qəbul edin.
Depressiya və zəifləmə zamanı. Şamdangülünə yaxın oturub səhər və axşam onu sevə-sevə 15–20 dəqiqə istirahət edin.
İstinadlar
redaktə- ↑ Australian Plant Name Index (ing.).
- ↑ Reveal System of Classification. 1997.
Mənbə
redaktə- Mayis Qasımov, Tofiq Məmmədov. Fitoterapiya. Bakı: Elm, 2014, 297 səh.