Eliqulu Cabbadar - Wikipedia
Əliqulu Cabbadar (fa. علی قلی جبهدار; gür. ალი-ყული ჯაბადარი) və ya tam adı ilə Məhəmməd Əli İbn Abdul Bəy İbn Əliqulu Cabbadar - gürcü əsilli İran rəssamı. XVII-XVIII əsrlərdə yaşamışdır.[1]
Əliqulu Cabbadar | |
---|---|
fa. علی قلی جبهدار gür. ალი-ყული ჯაბადარი | |
| |
Doğum adı | Məhəmməd Əli İbn Abdul Bəy İbn Əliqulu Cabbadar |
Doğum tarixi | |
Doğum yeri | İsfahan, Səfəvilər İmperiyası. |
Vəfat tarixi | |
Vəfat yeri | Mazandaran. |
Milliyyəti | gürcü |
Fəaliyyəti | rəssam |
Stil | Avropa stili |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəQərb tərzində rəsm əsərlərini ilk çəkənlərdən biridir. Xüsusən Səfəvi sarayının həyatı ilə bağlı çəkdiyi rəsmlərlə tanınır. O, rəsmdəkilərin fiziki quruluşu və geyim detallarını diqqətlə ifa etməsi ilə seçilməkdədir. Onun adına hal-hazırda dördü Rusiyada Ermitajda, dördü də ABŞ-nin Metropolitan İncəsənət Muzeyində saxlanılan rəsm əsərlərində rast gəlmək mümkündür. Rəsm əsərlərində o özündən Frank deyə bəhs etməkdədir. Çox gümanki, o, bununla özünün gürcü və ya xristian köklərini bildirmək istəməkdədir. Bundan başqa, onun iki rəsm əsərində gürcü hərfləri də vardır. Onun özünü digər təqdim etmə şəkilləri belədir: ghulāmzāda-i qadimi ("keçmiş qul"), beg ("bəy"), naqqaş-başı ("nəqqaşların rəhbəri") and cabbadār ("sursatxana gözətçisi"). Göründüyü kimi, o, Səfəvi sarayına qul kimi daxil olmuş və yüksəlmişdir.[2][3]
Şirazlı şair Lütfəli Bəy Ədhar "Ateşkede" adlı əsərində Əliqulu Cabbadarın "Əli Firəngi" adıyla tanındığını yazmışdır. Eyni mənbənin məlumatına görə Əliqulu İsfahanda xristian məhəlləsində anadan olmuşdur.
Mənbəyə görə Əliqulu Cabbadar II Təhmasib və Nadir şah Əfşar dövründə "nəqqaş başı" olaraq işləmiş, daha sonra gözləri artıq əvvəlki kimi olmamağa başladıqdan sonra 1750-ci ildə Mazandarana gedərək orada ölmüşdür.
İncəsənəti
redaktəƏliqulu Cabbadan rəsm çəkməyə 1660-cı illərdə Süleyman şah Səfəvi dövründə başlamışdır.
Səfəvi təsvir incəsənətinə Avropa tərzi, mövzuları gətirmişdir. Məhəmməd Zamanla birlikdə XVII-XVIII əsrlərdə Səfəvi incəsənətinə Avropa incəsənətinin stlini gətirmişdir.
Günümüzə qədər çatan rəsm əsərləri 1660-1717 illərinə aidir. Toxunduğu mövzular da müxtəlifdir. Əsərləri arasında Süleyman şaha həsr olunmuş rəsm əsərləri ilə birlikdə "Yatan Nemf" (1673), "Rus səfirinin portreti" (1717) kimi əsərlər də var.
Əsərləri
redaktə-
"Şahzadəyə gül təklif edən qadın". İsfahan, 1660-1670-ci illər. Britaniya muzeyi
-
"Şahlıq at baxışı", XVII əsrin sonlarına aiddir. Çox gümanki, İsfahanda çəkilmişdir. Hal-Hazırda Çikaqo İncəsənət İnistitutunda saxlanılmaqdadır.
-
"I Şah Süleyman və onun saray əyanları", Sankt-Peterburq albomundan Folio. İsfahan, 1670. Sol yuxarıdakı iki rəqəmin üstündə çox təhrif olunmuş iki gürcü yazısı görünür. Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda saxlanmaqdadır.[4]
-
Sankt-Peterburq albomundan miniatür. Aşağıdakı üç fiqurun üstündə buludda üzən görünən alleqorik fiqur ayrıca əlavə edilib və albom tərtib edilərkən artıq rənglənmiş səhifəyə yapışdırılıb. Qəzvin, 1674. Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda saxlanmaqdadır.
-
"Diana - ovçuluq ilahəsi", Davis albomundan folio. Metropolitan İncəsənət Muzeyində saxlanmaqdadır.
-
"İki qocanın daxmanın kənarında müzakirəsi". Davis albomundan folio, 1674-1675. Metropolitan İncəsənət Muzeyində saxlanmaqdadır.
-
"Xanım tayfa üzvlərinə yemək təklif edir". İslam incəsənəti muzeyi (Doha)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Амиранашвили Ш. Я., История грузинского искусства, М., 1963
- ↑ Bloom və Blair, 2009. səh. 55-56
- ↑ Soucek, 1985
- ↑ Adamova, 2008. səh. 79
Mənbə
redaktə- Jonathan M. Bloom və Sheila S. Blair. ‘Aliquli Jabbadar. The Grove encyclopedia of Islamic art and architecture - Oxford University Press. 2009. ISBN 0-19-530991-X.
- P. P. Soucek. ʿALĪ-QOLĪ JOBBA-DĀR. I. Encyclopaedia Iranica. 1985. 872–874.