Ehmed Ratib Pasa - Wikipedia
Əhməd Ratib Paşa (d. 1711 - ö. 23 avqust 1758) — Osmanlı sultanı I Mahmud və III Osman dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.
Əhməd Ratib Paşa | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Atası | Topal Osman Paşa |
Həyat yoldaşı | Ayşə Sultan |
Uşaqları |
İsmayıl Paşa Müdərris Osman Paşa Asəf Mehmed Paşa Əli bəy Naşid bəy Cavid bəy Şəmsəddin bəy Əbdürrəhman bəy Cavid bəy Ruqiyə xanım Sultan |
Sultan Mahmud dönəminin sədrəzəmlərindən Topal Osman Paşanın oğlu olub, təxminən 1711-ci ildə dünyaya gəlmişdir. Mükəmməl ərəbcə və farsca ilə yanaşı, dövrün mühüm xəttatlarından hüsnxət dərsləri almışdır. Gözəl əlyazısı və hüsnxətdəki bacarığı səbəbilə Ratib (farsca sıraya qoyan, düzən mənasında) ünvanı almışdır.
Atasının 1733-cü ildə Səfəvilərlə döyüşdə şəhid düşməsinin ardından onun mülklərini və paşa ünvanını almışdır. 1740-cı ilin iyulunda Rumeli bəylərbəyi təyin edilmiş, həmin il Sultan Əhmədin qızlarından Ayşə Sultanla nişanlanmışdır. Cütlüyün nigahı 1742-ci ilin dekabrında bağlanmış, ardından Əhməd Ratib Paşa 1743-cü ildə kaptan-ı dərya təyin edilmişdir. Daha sonra Hanya, Əyriboz, Rumeli, Aydın, Vidin, Yanya kimi əyalətlərdə xidmət göstərmişdir. Moreya valisi ikən 1758-ci ildə vəfat etmişdir.
Ayşə Sultandan öncə bir neçə dəfə evlənən Əhməd Ratib Paşanın 10 övladı olmuş, bunlar müxtəlif dövlət vəzifələrində xidmət etmişdir. Oğlu Əbdürrəhman bəy (ö. 1790) Əndərunda yetişərək, III Səlimin şahzadəlik illərində lələsi olmuşdur.[1] Digər oğlu Əli bəy (ö. sentyabr 1808) isə qapıçıbaşılığa qədər yüksəlmişdir. Digər oğlu Şəmsəddin bəy isə məşhur Osmanlı şairi və ədibi Namiq Kamalın babasıdır. Digər oğlu Müdərris Osman Paşa (ö. 20 aprel 1775) müdərris, ardından vəzirliklə Bosniya valisi (1772) və Rumeli bəylərbəyi (1773) vəzifələrində çalışmışdır. Ayşə Sultandan oğulan qızı Ruqiyə xanım Sultan (ö. 1789) isə gələcəkdə Lələzadə Nuri bəylə evləndirildi.
Mənbə
redaktə- Sicill-i Osmani IV cild, səh. 334
İstinadlar
redaktə- ↑ Sicill-i Osmani I cild, səh. 100