Ehmed Eliyev - Wikipedia
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Əhməd Hacıməşədi oğlu Əliyev (1895, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR meşə sənayesi komissarı və xalq torpaq komissarı, SSRİ Ali Sovetinin I çağırış deputatı.
Əhməd Əliyev | |
---|---|
9 may 1938 – ? | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1895 |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏhməd Hacıməşədi oğlu Əliyev 1895-ci ildə Bakıda anadan olmuşdur. 20 yaşından Şteynerin mətbəəsində cildçi şagirdi olmuş, 1916-cı ildən mətbəənin digər üzvləri ilə birlikdə poliqrafiya işçilərinin həmkarlar ittifaqına daxil olmuşdur. 1920-ci ildə həmkarlar ittifaqı tərəfindən sovet orqanlarının inspeksiyası və möhkənləndirilməsi işinə cəlb edilərək 1922-ci ilədək Fəhlə-Kəndli Müfəttişliyində inspektor vəzifəsində çalışmışdır.[1]
1923-cü ildə yenidən istehsalata qayıdan Əhməd Əliyev cildçilik fəaliyyətini davam etdirmiş, 1924-cü ildə zavodun partiya komitəsinin rəhbəri seçilmiş və kommunist partiyasının üzvü olmuşdur. 1925-ci ildə Bakı Poliqrafiya Sənayesi İşçiləri İttifaqının mərkəzi idarəsinə seçilərək məsul katib təsdiq edilmiş, 1929-cu ilədək bu vəzifədə çalışmışdır.[1]
Əhməd Əliyev 1929-cu ildə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası tərəfindən "Azərnəşr"ə təsərrüfat işinə keçirilmiş və kitab ticarətinin genişləndirilməsi sahəsində 3 il fəaliyyət göstərmişdir. 1933-cü ildə o, Bakı poliqrafiya trestinin litoqrafiyasına göndərilmiş, 1937-ci ilin əvvəlində litoqrafiyanın partiya komitəsinin katibi seçilmişdir.[1]
Əhməd Əliyev 1937-ci ilin sentyabr ayından Bakı Şəhər Soveti sədrinin müavini vəzifəsini icra etmiş, noyabr ayından isə Kirovabad Şəhər Sovetinin sədri seçilmişdir.[1] Ardınca Azərbaycan SSR meşə sənayesi komissarı və və xalq torpaq komissarı vəzifələrində işləmişdir. I çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur.