Efqan Xasalov - Wikipedia
Əfqan Xaşalov (7 iyun 1997, Qazax) — Azərbaycanı təmsil edən sərbəst güləşçi.[1]
Əfqan Xaşalov | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||
Şəxsi məlumatlar | |||||||||||
Tam adı | Əfqan Kamil oğlu Xaşalov | ||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||
Doğum tarixi | |||||||||||
Doğum yeri | Qazax, Azərbaycan | ||||||||||
Boyu | 166 sm. (5 ft 6 in) | ||||||||||
İdman növü | Güləş | ||||||||||
Karyera illəri | 2010—2022 | ||||||||||
Məşqçisi | Cavid Qurbanzadə | ||||||||||
Komandası | Zenit İdman Cəmiyyəti | ||||||||||
Medallar
|
|||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası
redaktəƏfqan Xaşalov 2014-cü ildə yeniyetmələr arasında Avropa Çempionatının qızıl medalına, yeniyetmələr arasında Dünya Çempionatının isə gümüş medalına sahib olub.[1] Daha sonra Əfqan Xaşalov 2016-cı ildə Fransada gənclər arasında Avropa Çempionatının və 2017-ci ildə Almaniyada gənclər arasında Dünya Çempionatının qalibi oldu.[1] 2017-ci ildə Finlandiyada gənclər arasında Dünya Çempionatını bürünc medalla başa vuran Əfqan Xaşalov 2018-ci ildə İstanbul şəhərində U23 Dünya Çempionatının gümüş medalına sahib oldu.[1]
2019-cu ildə Budapeşt şəhərində U23 Dünya Çempionatında bürünc medala sahib olan Əfqan Xaşalov bir il sonra, 2020-ci ildə İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turniri də bürünc medalla başa vurdu.[1] Həmin ilin fevralında Roma şəhərində Avropa Çempionatlarında debüt edən Əfqan Xaşalov turniri yeddinci pillədə başa vurdu.[1]
Əfqan Xaşalov 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Füzuli-Xocavənd-Şuşa istiqamətində gedən hərbi əməliyyatlarda oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən Əfqan Kamil oğlu Xaşalov "Füzulinin azad olunmasına görə" medalı və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Müharibə zamanı Əfqan Xaşalov sol gözündən yaralandı.
Müharibədən sonra Əfqan Xaşalov 2021-ci ildə Polşanın Varşava şəhərində baş tutan Avropa Çempionatında bürünc medalın sahibi oldu.[1] Həmin il Norveçin Oslo şəhərində Dünya Çempionatlarında debüt edən Əfqan Xaşalov turniri 12-ci pillədə başa vurdu.[1]
2022-ci il ərzində Əfqan Xaşalov Bolqarıstan və Polşada baş tutan beynəlxalq turnirlərdə uğurlu nəticələrə imza ata bilmədi.[1]
Nəticələri
redaktəYeniyetmələrin Avropa Çempionatı | Bolqarıstan | |||
Yeniyetmələrin Dünya Çempionatı | Slovakiya | |||
Gənclərin Avropa Çempionatı | Türkiyə | |||
Gənclərin Dünya Çempionatı | Fransa | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Gənclərin Avropa Çempionatı | Almaniya | |||
Gənclərin Dünya Çempionatı | Finlandiya | |||
Kiyev Turniri | Ukrayna | |||
Hərbçilərin Dünya Çempionatı | Rusiya | |||
U23 Avropa Çempionatı | Türkiyə | |||
U23 Dünya Çempionatı | Macarıstan | |||
Yaşar Doğu Turniri | Türkiyə | |||
Avropa Çempionatı | İtaliya | |||
Kiyev Turniri | Ukrayna | |||
Avropa Çempionatı | Polşa | |||
Dünya Çempionatı | Norveç | |||
D. Kolov & N. Petrov Turniri | Bolqarıstan | |||
Matteo Pellisone Turniri | İtaliya |