Seyx Mettar Mescidi - Wikipedia
Şeyx Məttar məscidi (türk. Şeyh Mutahhar Camii), Dörd Ayaqlı məscid, Qasım bəy məscidi və ya Qaım Padişah məscidi — Diyarbəkirdə 1500-ci ildə Ağqoyunlu bəylərindən Qasım bəyin əmri ilə inşa edilmiş məscid.[1]
Şeyx Məttar məscidi və ya Qasım bəy məscidi | |
---|---|
37°54′38″ şm. e. 40°14′15″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | Diyarbəkir |
Yerləşir | Savaş Mah., Yenikapı Sok. |
Tikilmə tarixi | 1500 |
Üslubu | Ağqoyunlu memarlığı |
Vəziyyəti | Bərpa olunub. |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəAğqoyunlu memarlığının ən önəmli əsərlərindəndr. Şeyx Mutəhharın qəbrinin üzərində tikilmişdir. Xalq arasında Şeyx Məttar məscidi olaraq bilinir, lakin qaynaqlarda adı Qasım bəy məscidi və ya Qasım Padişah olaraq da keməkdədir.
Dörd ayaqlı minarəsinə görə məşhurlaşmışdır. Yekparə daş sütun üzərində död künclü olaraq inşa edilmiş məscid Anadoluda ola yeganə dörd ayaqlı minarəyə sahibdir. Burada dörd ayaq 4 İslam məzhəbinin rəmzidir. Böyük ehtimalla, məscidə sonradan əlavə edilən minarə üzərində balkon vardır.[2]
Həsən paşa abidəsinin yanındakı dar küçə içərisində olan məscid kvadrat planlı və tək qübbəlidir. Yanlarda üç cüt, şimal və cənubda isə 2 cüt pəncərəsi vardır. Pəncərələrin hamısının içində və xaricində kəmərlə qapanan girintilər vardır. Mehrabın iki yanında olan və üzəriləri pəncərə kəməri kimi duran bölmələr üst tərəfdəki kiçik bir cüt nərdivanla çıxışı təmin edən keçiddir.
Məscid 1960-cı ildə əsaslı şəkildə restavrasiya edilmişdir.
Bombalanma
redaktəKürd terrorist qruplaşması olan YDG-H ilə Türkiyə polisi arasında baş verən atışma zamanı 2015-ci ilin 25 noyabrında məscidin 2 minarəsi dağıdılmışdır.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Doç. Dr. İlhan Erdem - Mustafa Uyar. "Akkoyunlular - Akkoyunluların Tarihi Sahnesine Çıkışı" (Türkcə). www.tarihtarih.com. 2016-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015 10 iyun.
- ↑ Hamza Keleş. "Anadolu'da Akkoyunlu Kültür Mirası: Tarihî Eserler" (Türkcə). www.hbvdergisi.gazi.edu.tr. 2015-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015 8 dekabr.
- ↑ "Diyarbakır'ın simgelerinden tarihi minare çatışmada hasar gördü" (Türkcə). hurriyet.com.