Serur Yallisi - Wikipedia
Şərur yallısı - Azərbaycan xalqına məxsus, Naxçıvan Muxtar Respublikası üçün xarakterik olan rəqs növlərindən biri
Şərur yallısı | |
---|---|
| |
Tempi | Ritmik |
Mənşəyi | Azərbaycan, Naxçıvan |
Ümumi məlumat
redaktəNaxçıvan təkcə tarixi memarlıq abidələri ilə deyil, həm də mədəniyyətimizin ən qədim nümunəsi olan folklor rəqsləri - yallıları ilə tanınır. Şərur bölgəsinin rəqs qruplarının ifa etdiyi yallılar öz orijinallığı ilə fərqlənir. Mənbələrdə göstərilir ki, yallı rəqs növünün tarixi çox qədimdir - yazılı mədəniyyətdən əvvəlki dövrlərə təsadüf edir.Oğuz ellərinin həyat tərzi, məişəti, dünyagörüşü “Dədə Qorqud” boylarında sözlə, fikirlə, yallılarda isə rəqslə, ritmik hərəkətlərlə ifadə olunub.
Mütəxəssislərin fikrincə, bir vaxtlar Şərur bölgəsində yallının 100-dən artıq növü olub.Onların bir qismi toy mərasimlərində, el şənliklərində yaşadılaraq bu günə gəlib çıxıb. Böyük şəxsiyyətlər, görkəmli sənət adamları Şərur torpağını yallı rəqslərimizin beşiyi adlandırıblar. Yallını bu torpağın qədimlik rəmzi, Oğuz möhürü kimi dəyərləndirənlər də çoxdur. "Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallını qoruyub-saxlayın. Bu, Naxçıvanın tacıdır"[1] - deyə ulu öndər Heydər Əliyev vaxtilə bildirib. Elə o vaxtdan bölgədə folklor sənətimizin bu incisinə diqqət və qayğı çoxalıb. Dahi bəstəkar Üzeyir bəy "Şərur Azərbaycan folklor mədəniyyətinin beşiyidir"[2] deyə söyləyibsə, görkəmli rəqqasə Əminə Dilbazi "Bizim yallı mənbəyimiz Naxçıvanda, Şərur torpağındadır" deyə xatirələrində yazıb.[3] Akademik İsa Həbibbəyli isə deyib ki, "harada yallı olubsa, yaxud da indi yallı rəqsi geniş yayılıbsa, oralar qədim Oğuz türk yurdu olub".
Hazırda Naxçıvan Muxtar Respublikasında “Şərur” Xalq Yallı Ansamblının, Şərur Rayon Mədəniyyət Sarayının “Şərur qönçələri” Yallı Ansamblının, Babək Rayon Mədəniyyət Evinin “El yallıları”, Ordubad Rayon Mədəniyyət Evinin “Nuray”, Kəngərli Rayon Mədəniyyət Evinin yallı qrupları fəaliyyət göstərir.
“Şərur” Xalq Yallı Ansamblı
redaktəŞərur yallılarının qorunmasında, yaşadılmasında və təbliğində “Şərur” xalq yallı ansamblının mühüm rolu olub. Ansamblın əsası 1929-cü ildə qoyulub. İllər keçdikcə kollektiv öz repertuarını genişləndirmışdir.1936-cı ildə səhnəyə qədəm qoyan ansambıl 1938–ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmişdir. Dahi bəstəkarımız Üzeyir Hacıbəyov yallı ansambılına daim qayğı və yardım göstərmişdir.Ansambıl dünyanın bir çox ölkələrində keçirilən özfəaliyyət festivallarında iştirak etmiş diplom və mükafatlara layiq görülmüşdür. 1972-ci ildə Almaniya Demokratik Respublikasında beynəlxalq folklor festivalı keçirilir. Ansamblı bu tədbirə Xalq artisti Əminə Dilbazi hazırlayır. Məşhur rəqqasə xatirələrində yazır: “Mən bilirdim ki, bizim yallı mənbəyimiz Naxçıvanda Şərur torpağındadır... Biz ora - Almaniyaya elə bir folklor nümunəsi aparmalıyıq ki, üstündə xalqımızın möhürü olsun. Bu, Şərur yallısı idi...” Uğurlu çıxışlarına görə ansambl festivalın laureatı adını qazanır. 1984-cü ildə Polşanın Zelyonaya Qora şəhərində təşkil olunan beynəlxalq folklor festivalına qatılan ansamblın fəaliyyətini əks etdirən “Şərur yallısı” sənədli filmi çəkilir. Onu da qeyd edək ki, kollektivin bu uğurlarında Əminə Dilbazi, Əlibala Abdullayev, Xumar Zülfüqarova, Qəmər Almaszadə, Kamil Dadaşov, Roza Cəlilova kimi Azərbaycanın tanınmış musiqiçi və rəqs ustalarının böyük xidmətləri olub. Ansamblın üzvlərindən 4 nəfər Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi adına, 10 nəfər Prezident mükafatına, 2 nəfər isə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.
“Nurani” xalq yallı ansamblı
redaktəKənd mədəniyyət evinin nəzdində fəaliyyət göstərən bu ansambl öz ətrafında 60-70 yaşında ifaçıları toplayıb. Məh bu kollektivin üzvlərinin səyi nəticəində "Hoynərə", "Dönə" kimi yallılar yenidən sənətə qaytarılıb. Ansamblın bədii rəhbəri Bəxtiyar Mehdiyevdir.
“Şərur qönçələri” uşaq yallı ansamblı
redaktə“Şərur qönçələri” uşaq yallı ansamblı rayon Mədəniyyət sarayının nəzdində fəaliyyət göstərir. 2000-ci ildə ansambl Ankarada uşaq bayramında uğurla çıxış edərək diplom və mükafatlara layiq görülüb. Ansambıl öz repertuarını qədim xalq oyunları ilə zənginləşdirməyə davam edir. Ansambılın repertuarına bir birindən fərqlənən 40-dan çox yallı və rəqs (“Qaladan –qalaya”, “Tello”,“Xələfi" , “Urfanı”, “Tirmə-Şal”, “Qazı-qazı”, “Dırqo”, “Höynəri”, “Gülümey”, “Haxışta” və.s) daxildir.[4]
2016-cı il sentyabrın 30-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat, Mədəniyyət və Turizm nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Plov” və “Yallı” festivalları keçirilib.[5]
İstinadlar
redaktə- ↑ Şərur yallısını yaşadanlar[ölü keçid]
- ↑ "Şərur torpağı yallı rəqslərimizin beşiyidir". 2014-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-31.
- ↑ Məmmədov M. "Həftə içi"qəzeti, 39 iyun 2010-cu il, s.5.
- ↑ Naxçıvan ensiklopediyası: 2 cilddə /II cild.- Təkmilləşmiş və yenidən işlənmiş II nəşri.- Naxçıvan: Naxçıvan Ensiklopediyası, 2005.- 380 s.
- ↑ Əliyev R. Naxçıvanda “Plov” və “Yallı” festivalları keçirilib Arxivləşdirilib 2016-10-01 at the Wayback Machine