Serq Qorillasi - Wikipedia
Şərq qorillası (lat. Gorilla beringei) — xullar fəsiləsinin qorilla cinsinə aid heyvan növü. Növ alman zabiti Fridrix Robert fon Berinqenin (1865—1940) şərəfinə adlandırılmışdır. O, ilk dəfə qorillaları Briunqa dağlarında aşkarlamışdır.
Şərq qorillası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Qranddəstə: Mirdəstə: Dəstə: Yarımdəstə: İnfradəstə: Parvdəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Şərq qorillası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təsnifat
redaktəŞərq qorillası iki yarımnövə bölünür:
- Gorilla beringei beringei Matschie, 1903 — Şərq dağ qorillası. Populyasiyanın sayı 700 başdır. Ruanda, Uqanda və Konqo Demokratik Respublikasının vulkanik zirvələrinin ətəklərində yayılmışdır.
- Gorilla beringei graueri Matschie, 1914 — Şərq düzənlik qorillası[3]. Az təhlükədə olan yarımnövdür. Populyasiyanın sayı 5 min baş olaraq qiymətləndirilir. Konqo və Uqandanın düzənlik ərazilərində yayılmışdır.
Xarici görünüş
redaktəŞərq qorillaları iri başa, enli sinəyə və uzun ayaqlara sahib olurlar. burunları hamar və böyük dəliklərə sahibdirlər. tükləri əsasən qara rəngdə olur. Yetkin erkəklərin bel nahiyyəsində gümüşü zolaq vardır. Xəz demək olar ki, üz, pəncə və sinə nahiyyələri istisna olaraq bütün bədəni örtür. Yaş artıqca boz rəng çalarları artır.
Dağ qorillaları düzənlik qorillaların nisbətdə kiçik olurlar. Yetkin erkəyin çəkisi 160 kq, bəzən isə 220 kiloqrama çatır. Dişilər isə 70—114 kq rasında dəyişir. Bədənlərinin uzunluğu erkəklərdə 185 sm, dişilərdə isə 150 sm olur.
Davranış
redaktəAilələr şəklində yaşayırlar və burada erkəklər dominantlıq edir. Qərb qorilılalarından fərqli olaraq ailələrdə daha çox heyvan olur (35 baş). Sərhədllər qorunmasa da, bəzən toqquşmalar baş verə bilir.
Dişilər adətən cütləşmədən öncə öz ailə qrupunu tərk edərək digər qruplara qatılırlar. Onlar daha çox subay erkəklərlə birləşib yeni ailə qruplar əmələ gətirirlər. Bu hadisə onların 8 yaşında baş verir. Erkəklər isə ailəni 11 illiyində tərk edirlər. Onlar bir müddət tənha yaşayırlar. 15 və ya yuxarı yaşlarda yeni ailə qururlar.
Köklər, yarpaqlar, oduncaqlar, güllər, meyvələr, onurğasız canlılar və göbələklərlə qidalanırlar.
Şərq qorillalrında dəqiq çütləşmə dövrü deyilən bir anlayış yoxdur. Dişilər 3—4 ildən bir bala doğur. Bu müddəti baların bəsləməsinə və tərbiyəyə sərf edirlər. Boğazlıq 8.5 ay davam edir. yeni doğulan balalar boz-çəhrayı rəngdə olure. Artıq 9 həftəliyində dırmana bilirlər. Südlə bəslənmə 3,5 il davam edir. Yetkinliyə dişilər 10, erkəklər isə 15 yaşında çatırlar. Orta ömür müddəti 40—50 ildir.
Yayılması
redaktəŞərq qorillaları Konqo Demokratik respublikasının düzənlik və subalp meşələrində, Uqanda və Ruandanın cənub-qərbində yayılmışlar. Otla zəngin meşələri üstün tuuturlar.
Qurunma statusu
redaktəRuanda, Uqanda və Konqonun subalp ərazilərində sayıları 2003-cü ildə 380 baş olaraq qiymətlədirilirdi. 1989-cu ildən sayları cəmi 60 baş olaraq artmışdır. Bu artımlar ancaq qoruq ərazilərində müşahidə edilmişdir. Bvindi Milli Parkında isə sayları 1997—2003 illər ərazində 300-dən 320 qədər artmışdır. 2006-cı ildə isə məlum olur ki, parkda cəmi 300 baş qorilla vardır. Populyasiyanın ümümi sayı isə 680 başdır. Qorillalar insanların sıx yaşadığı ərazilərdə cəmləşmişlər. Bu isə insanlardan xəstəlik keçirmək və ev heyvanlarından zərər almaq ehtimalını artırır. Xüsusən Virunqa vulkanı rayonunda siyasi qeyri stabillik vəziyyəti daha da gərginləşdirmişdir.
1995-ci il məlumatına görə düzənlik qorillalarının sayı 16 900 baş olmuşdur. Ancaq son zamanlar onların sayında azalma müşahidəı edilmişdir. Yarımnövün yayılma arealı 21 600 km²-dir. Bu isə 1969-ci ilə nisbətdə 25% çoxdur. Mövcud siyasi qeyri stabillik və onların ətinin yeyilməsi faktları qoruma məsələsində problemlər doğurur.
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ Matschie Über einen Gorilla aus Deutsch-Ostafrika (alm.). // Sitzungsberichte der Gesellschaft Naturforschender Freunde zu Berlin / Hrsg.: G. N. F. z. Berlin 1903. burax. 6. S. 257. ISSN 0037-5942
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ Taylor, Andrea Beth; Goldsmith, Michele Lynn. Gorilla biology: a multidisciplinary perspective. Cambridge University Press. 2003. səh. 13. ISBN 978-0-521-79281-3.