Istifadeci Muzakiresi Crepusculum Arxiv 2 - Wikipedia
Salam
redaktəSalam Sultan bəy. Yeni iliniz mübarək. Mənim müzakirə səhifəmdə olan 3 şəkildən ikisinin problemini deyənsən həll etdim. Zəhmət olmasa bunlara baxın, 1, 2 sonuncu şəkili isə mən facebookdan götürmüşəm. Yəni onun mənbəsi yoxdur. Bir daha hər iki bayramınız mübarək.--Baskervill 14:17, 31 dekabr 2011 (UTC)
Salam, Baskervill. Sizin də hər iki bayramınız mübarək! Bu şəkil artıq mənbədən silinmişdir. Ona görə də çalışın mənbələr əsaslı olsun. Digər şəkildə isə bir az düzəliş apardım. Mənbəsi olmayan şəkilləri isə yükləməməyi sizdən xahiş edirəm. Şəkillərin gələcək taleyini bu gün, yerindəcə həll etmək lazımdır. Fəaliyyyətinizdə sizə uğurlar arzulayıram. Hörmətlə: -- ■ Sultan mesaj 10:07, 1 yanvar 2012 (UTC)
Salam
redaktəSalam Verman1. Sizi Yeni il münasibəti ilə təbrik edirəm. Mənim Almaniya şəhərləri haqqında bir təklifim var. Mən deyirəm ki, bu şablonun yerinə, hər bir əyalətin öz şablonunu yaradaq. Məsələn belə. Hörmətlə--Baskervill 10:41, 2 yanvar 2012 (UTC)
- Salam Baskervill. Təbrikə görə minnətdaram, mən də sizi həmçinin keçmiş bayramlar münasibətilə təbrik edirəm. Almaniya şəhərləri şablonu haqqında mən fikirləşirəm ki, hal-hazırki şablonu dəyişdirərək şəhərləri əhalisinin sayına görə qruplaşdıraq (məs. buradakı en:Template:Cities in Germany kimi) Hər bir əyalətin özünə aid olan şablonu da əlavə olaraq yaradaq. Hörmətlə, --Thunder Storm 10:47, 2 yanvar 2012 (UTC)
- Buda yaxşı fikirdir. Elədə porblemli məsələ deyil. Əgər istəsəniz mən bunu bir günə hazır edərəm. --Baskervill 10:49, 2 yanvar 2012 (UTC)
- Hə, əgər hazırlasanız çox yaxşı olardı. Həmçinin yavaş-yavaş digər ölkələrə aid də belə şablonların hazırlanması və zənginləşdirilməsi işinə başlayarıq.--Thunder Storm 11:04, 2 yanvar 2012 (UTC)
- Baskervill, fikrimcə Almaniya şəhərləri şablonunda yalnız əhalisi 100.000 nəfərdən çox olan şəhərləri saxlamaq daha məntiqlidir. Əks halda şablon kiçik şəhərlərin adları ilə dolacaq. Fikriniz? --Thunder Storm 17:25, 2 yanvar 2012 (UTC)
- Hə, əgər hazırlasanız çox yaxşı olardı. Həmçinin yavaş-yavaş digər ölkələrə aid də belə şablonların hazırlanması və zənginləşdirilməsi işinə başlayarıq.--Thunder Storm 11:04, 2 yanvar 2012 (UTC)
- Buda yaxşı fikirdir. Elədə porblemli məsələ deyil. Əgər istəsəniz mən bunu bir günə hazır edərəm. --Baskervill 10:49, 2 yanvar 2012 (UTC)
Ana səhifənin "Bilirsinizmi" bölməsi barədə
redaktəSizin Vikipediya:Bilirsinizmi/Yeni buraxılışın hazırlanması məqaləsinə çəkdiyiniz zəhməti yüksək qiymətləndirirəm. Ancaq hər buraxılşda hər mövzudan ancaq bir sətir istifadə etmək olar. Həmin mövzunun özünə isə yenindən 4-5 buraxılşdan sonra qayıtmaq olar. Ona görə də son əlavələrinizdən ancaq bu qayda ilə istifadə etmək olduğunu bildirməliyəm. Hörmətlə --Acategory 17:17, 2 yanvar 2012 (UTC)
- Mənim buna heç bir etirazım yoxdur. Məlumatların eyni olmaması üçün ən ideal yolda elə budur. Fəaliyyətinizdə uğurlar. Hörmətlə--Baskervill 17:21, 2 yanvar 2012 (UTC)
Bilmirsiniz?
redaktəbu məqalədə olan şəkillər komonsdan əlavə edilib. Silinmə səbəbini bilmirsiniz?--Baskervill 17:57, 3 yanvar 2012 (UTC)
Çatışmamazlıqlar aradan qaldırıldı. Sizə fəaliyyətinizdə uğurlar. Hörmətlə: -- ■ Sultan mesaj 18:42, 3 yanvar 2012 (UTC)
Oxşar problemlərlə bir çox məqalələrdə qarşılaşdım. Məsələn bu məqalə. Səbəbini bilmirsiniz ki?--Baskervill 10:23, 4 yanvar 2012 (UTC)
Sizi narahat etdiyimə görə, üzürlü hesab edin. Seçilmiş məqalə olan (Simfoniya No. 5 (Bethoven)) məqaləsində böyük problemlər yaşanır. Vikipediyada 100 ə yaxın məqalədə, şəkillər silinib. Bəlkə, bu barədə kənd meydanında məlumat verək?--Baskervill 18:09, 4 yanvar 2012 (UTC)
Salam, Baskervill. Siz məni narahat etmədiniz, əsla. Əksinə işlərin gedişindən hali edirsiniz. Rast gəldiyiniz bütün bu məqalələrdə Vagobot tire əvəzinə səhvən getmiş defis işarələrini tire ilə əvəzlərkən bəzi şəkil (fayl) adlarında da defis işarəsinidə tire ilə əvəzlənmiş. Nəticədə... Bu çatışmamazlığı yaxın bir neçə gün ərzində aradan qaldırmağa çalışacağıq. Bu işdə sizdə öz köməkliyinizi göstərə bilərsiniz. Bu düzəlişlər ancaq şəkillər (fayıllar) görsənməyən səhifələrdə aparıla bilər. Sizə uğurlar arzulayıram. Sizə hörmətlə: -- ■ Sultan mesaj 18:38, 4 yanvar 2012 (UTC)
Münasibət bildirəcəyəm
redaktə- burada aparılan müzakirələrə, zəhmət olmasa fikir bildirin.--Baskervill 13:00, 4 yanvar 2012 (UTC)
Bu gün, bir qədər vaxt tapan kimi bildərəm. Hamıya hörmətlə --Acategory 13:03, 4 yanvar 2012 (UTC)
Seçilmiş şəkillərə namizəd
redaktəSalam Baskervil. Bu gün birinci dəfə seçilmiş şəkil üşün namizəd verdim - [1]. Xahiş edirəm, baxıb hansı səhvlər olduğunu bildirəsiniz. Əgər alınsa bir sıra maraqlı şəkilləri seçilmiş şəkil namizədliyinə vermək istəyirəm. Bilirəm ki, siz tez-tez belə səhifələr açmısınız.--Acategory 13:33, 5 yanvar 2012 (UTC)
Hər şey uğurla icra edilib. Sadəcə şəkili uyğun bölməyə əlavə etdim. Bu sahədə sürətli fəaliyyət göstərmək, çox gərəklidir. Ən qısa zamanda biz seçilmiş şəkilləri gündəlik şəkildə dəyişməliyik. Birdə nəzərinizə catdırmaq istərdim ki, şəkilləri kommonsdan əlavə etməyə, daha çox önəm verin. Hörmətlə--Baskervill 13:47, 5 yanvar 2012 (UTC)
Köməyə görə təşəkkür edirəm. Ana səhifədə maraqlı və professional fotoşəkillərə ehtiyac vardır. Namizəd şəkillər kommonsdan götürüləcək. Fikrim onlar status aldıqdan sontra, onları ana səhifədə tez-tez dəyişməkdir.--Acategory 13:52, 5 yanvar 2012 (UTC)
- Namizəd şəkillərdə bir-iki dəyişiklik etdim. Sadəcə hər bir şəkli öz yerinə yerləşdirdim. Təşəkkürlər. --N KOzi FORVM 14:01, 5 yanvar 2012 (UTC)
- Hər bir vikipediyanın inkişaf göstəricilərindən biri, onun seçilmiş şəkil bölməsidir. Azvikidə bu bölmənin fəaliyyətini nə pis nədə ki, yaxşı qiymətləndirmək olar. Bizdə hal-hazırda 71 seçilmiş şəkil var. Bu rəqəmi aşağı hesab edirəm. Bizdə bu sahədə, fəallıq aşağıdır. Ən azından eyni anda 7 şəkilin namizədliyini irəli sürmək olar və həmin şəkillərə 4-5 şəxs münasibətini bildirsə, bu kifayət edir. Ancaq heyif ki, biz bu nəticəni belə əldə edə bilmirik. --Baskervill 14:08, 5 yanvar 2012 (UTC)
- Seçilmiş şəkillərin sayı 120-ini keçdikdən sonra onları gündəlik şəkildə dəyişməkdə mümkündür. İndiki halda isə bu bir şəkilin ən azından ildə üç dəfə təkrar olunması deməkdir.--Baskervill 14:11, 5 yanvar 2012 (UTC)
- Ana səhifəyə seçilmiş şəkillər seçərkən çətiinlik çəkirəm. Seçilmişlərin içində parlaq və müasir şəkillər azdır. Səsvermyə çox sayda şəkillər çıxarmaq fikrindəyəm. Eyni zamanda kənd meydanına da çıxmalı olaçağıq.--Acategory 14:47, 5 yanvar 2012 (UTC)
- Seçilmiş şəkillərin arasında problemlərində olması, vəziyyəti dahada gəlizləşdirir. Mən bir neçə (təxminən 8-9 arası) şəkili, eyni anda namizədliyini irəli sürməyi təklif edirəm. Daha sonra isə aktiv şəxslərin müzakirə səhifəsində, səsvermədə iştirak etmələri barədə elan yerləşdirərik. Məsələnin kənd meydanında qaldırılmasının məndə tərəfdarıyam. Siz bu barədə müzakirələrə başlayın, ən qısa zamanda məndə qoşulacam. Hörmətlə--Baskervill 15:13, 5 yanvar 2012 (UTC)
- Mən də belə düşünürəm.--Acategory 17:58, 5 yanvar 2012 (UTC)
- Tərəfimdən əlavə olunan şəkil, hansı səbəbdən silindi?--Baskervill 19:30, 5 yanvar 2012 (UTC)
- Hər şəklin ayrıca səhifəsi olmalıdır. Onu qaydaya saldım.--Acategory 19:36, 5 yanvar 2012 (UTC)
Salam
redaktəSalam Babək bəy. Zəhmət olmasa vaxtınız olanda (Yaxşı, pis və eybəcər (film 1966)) məqaləsinin zənginləşdirilməsində mənə kömək edərsiniz. Hörmətlə--Baskervill 19:49, 5 yanvar 2012 (UTC)
- Salam, Baskervill. "Qızıl hərisliyi"ndən fərqli olaraq, bu filmə baxmamışam. Ona görə də zənginləşdirə bilməyəcəyəm. --Babək Akifoğlu 19:57, 5 yanvar 2011 (UTC)
- Mühüm deyil.) Hörmətlə--Baskervill 19:59, 5 yanvar 2012 (UTC)
Portal
redaktə- Salam, zəhmət olmasa bu və bu portalların interviki məsələsinin həllində mənə kömək edin. Artıq necə gündür ki, interviki əlavə etmişəm, ancaq digər dil bölmələrində azvikiyə olan keçid hələdə görünmür.--Baskervill 08:02, 6 yanvar 2012 (UTC)
- Salam. Bizdə belə görürəm ki, bütün interviki əlavə edən botlar ancaq məqalə və kateqoriya fəzasında işləyirlər. Hələlik ingilis vikisinə əllə interviki əlavə edək, görək bot ordan götürüb digər vikilərdə bizim portallara keçid verir, ya yox. Olmasa bir çarə taparıq.--Sortilegus 12:13, 6 yanvar 2012 (UTC)
- İnterviki problemi ilə portal sahəsində tez-tez rastlaşıram. Tərəfimdən yaradılan bütün portallara qısa bir nəzər yetirdim. Heç birinə interviki tam əlavə olunmayıb. Sonda bu portala bir-bir özüm əlavə etmək qərarına qəldim. Düşünürəm ki, məsələnin başqa bir həll yolunu tapmaq lazımdır. Botlarımız digər portallara, bizim keçidləri əlavə edə bilmirlər. Hörmətlə--Baskervill 12:22, 6 yanvar 2012 (UTC)
cavab
redaktəDəyməz ezizim bizim hamımızın bir məqsədi var. o da ki məlumdu. Araz Yaquboglu 15:15, 6 yanvar 2012 (UTC)
Salam
redaktəSalam Vago. Sizi salamlayıram. Sizi bir problemə görə narahat edirəm. Vagobot texniki səhv nəticəsində, bir çox məqalələrdə şəkillərə dəyişiklik edib. Bu barədə mənim məlumatım var və rastıma çıxdıqcada porblemi aradan qaldırıram. Lakin hamısını birdən həll etmək daha yaxşı olardı, sizcə bu botla mümkündürmü. Hörmətlə--Baskervill 14:22, 7 yanvar 2012 (UTC)
- Salam, Baskervill. Bunu Sortilegusla da müzakirə etmişik. Belə ki tirelərin dəyişməsi zamanı şəkil adlarında dəyişikliyin olmaması üçün ümumi bir qayda tapa bilməmişəm. O üzdən onları, dediyiniz kimi, qarşıya çıxdıqca düzəltmək gərəkir. Əgər eyni şəklə keçid çox olarsa, məncə bunu bot vasitəsilə etmək olar. Özüm də birini gördüm, təqribən 20-yə yaxın keçid var idi və mexaniki şəkildə düzəltdim. Hörmətlə, →Vago ms 05:17, 9 yanvar 2012 (UTC)
Rica
redaktəSizdən xaiş edirəm ki, mənə bir köməklik edin. Çapay adlı istifadəçinin yaratdığı Aşıq Məhəmməd Rzayev məqaləsi Aşıq Məhəmməd və ya Çoban Məhəmməd haqqındadır. Aşıq Məhəmməd Rzayev Aşıq Əsədin qardaşıdır. Çoban Məhəmməd isə Aşıq Ələsgərin. Mən Aşıq Məhəmməd Rzayev məqaləsini yaza bilərəm və yazmaq istəyirəm lakin o adı silib yeni məqalə yazmağı nəsə bacarmadım. Aşıq Məhəmməd Rzayev adını silin mən o məqaləni yazım. öncədən minnətdaram. Araz Yaquboglu 17:02, 10 yanvar 2012 (UTC)
- Hörmətli Araz Yaquboglu məqalələri yalnız, idarəcilər silə bilər. Mən isə idarəci deyiləm. Bu səbəbdən idarəcilərdən birinə, müraciət edəcəm ki, sizin məsələnizi həll etsin. Hörmətlə--Baskervill 17:06, 10 yanvar 2012 (UTC)
Məlumat
redaktəİmtahanlarla əlaqədər olaraq, yanvarın 18-inə kimi burada olmayacam. İl ərzində, ən azı iki dəfə viki tətil götürmək, lazım gəlir. Sizlərdən tək istəyim, azvikini vandalizm hallarından qoruyun. Hələlik . Hörmətlə--Baskervill 17:20, 11 yanvar 2012 (UTC)
neden?
redaktəMaddeler eklediğim dış bağlantıları neden siliyorsun?95.15.93.123 19:49, 11 yanvar 2012 (UTC)
- bu site, türkce vikipedinin kopyası, böylesine bir siteden bağlantıların aktarılması doğru deyil. Bu yüzden sizin kendi sitenizden böylesine bağlantı aktarmanınız doğru bulmuyorum. Hem önce kayıt olun öyle konuşalım.--Baskervill 19:54, 11 yanvar 2012 (UTC)
- İnternet Andıcı Davası maddesinin Türkçe Vikipedi'de kopyalandığı yeri gösterebilir misiniz acaba?95.15.93.123 19:57, 11 yanvar 2012 (UTC)
- Ben tarafımdan yapılan işi doğru buluyorum. Kendimde yarın vikimolaya gidicem. Eyer sorunuz olursa, köy çeşmesine iletin. Kendinizde şiddetle siteye kayıt olmanızı tavsiyye ederim. --Baskervill 19:59, 11 yanvar 2012 (UTC)
- Çok beğendiğiniz Türkçe vikipedide Guba katliamı diye bir madde dahi yok. [2] Sizi sadece Ansiklopedika hatırlıyor. Türkçe vikipedide Türklerin ermenileri kestiği anlatılıyor. Siz bilirsiniz.-95.15.93.123 20:03, 11 yanvar 2012 (UTC)
Təşəkkür
redaktəSizə bu, bu və bunun kimi bölmələrdə, mənə kömək etdiyinizə görə dərin təşəkkürmü bildirirəm. Bu işdə yardımlarınız, önəmılidir. Hörmətlə--Baskervill 15:28, 11 yanvar 2012 (UTC)
- Təşəkkürə ehtiyac yoxdur. Bu mənimçün çox asan bir məsələ idi. Sizə də diqqətinizə görə sağ olun deyirəm. Fəaliyyətinizdə uğurlar. --N KOzi FORVM 05:23, 12 yanvar 2012 (UTC)
Xaiş
redaktəSizin digər dil bölmələrini məqaləyə əlavə etdiyiniz üçün, indi digər vikilərdə azvikiyə olan keçid görünmür. Lütfən bir az səbrli olun, mən özüm elə etmişdim ki, botlar 10 dəqiqəyə özləri bütün vikilərə əlavə etsin. İndi necə olacaq?--Baskervill 16:48, 12 yanvar 2012 (UTC)
Bağışlayın özü də istədim ki etməyim. nəysə bağışla. özünüz mənim səhvimi düzəldin. Araz Yaquboglu 16:51, 12 yanvar 2012 (UTC)
10 min
redaktəAzvikidə 10 minlik redaktə həddini keçmisiniz. Burada sizin 10.993 redaktə etməyiniz göstərilib. Bu münasibətlə sizi təbrik edirəm. Siz mən bilən bu rekordu təzələyən 13-cü şəxsiz. Hörmətlə--Baskervill 10:00, 19 yanvar 2012 (UTC)
- Diqqətinizə və lütfünüzə görə təşəkkür edirəm. Sözün düzü mükafat xırda məsələdir. Bizim hər birimiz burada, təmənna güdmədən çalışırıq ki, bu özü də bir təqdiralayiq hərəkətdir. Sizin də 10 min həddini keçməniz münasibətilə təbrik edirəm. Vikipediyada və həyatda zirvələri fəth etmənizi arzulayıram. Uğurlar. --N KOzi FORVM 10:32, 19 yanvar 2012 (UTC)
Salam
redaktəSalam. Mən azvikidə alman hərbçilər haqqında silsilə şəkildə məqalələr yaratmaq istəyirəm. Bu səbəbdən bu şablonu yaratdım. İndi dəqiq bilmirəm, hərbçilərin şablonu hərbçi şablonu olmalıdır yoxsa şəxs şablonu. Birdə Trvikidə belə bir şablonla qarşılaşdım. Bunun tətbiq etməyə dəyər.--Baskervill 13:28, 19 yanvar 2012 (UTC)
- Hələlik {{Şəxs}} şablonunu əlavə etsəniz kifayət edər. {{Hərbçi}} şablonu tam hazır olduqdan sonra isə onu əlavə edərsiniz. --►Safir yüzüklü Ceklimesaj 13:41, 19 yanvar 2012 (UTC)
Təbrik
redaktəSalam, Baskervil. Sizi 10 mininci redaktə etməniz münasibəti ilə təbrik edirəm. Siz kollektivdə çalışqanlığınız və vikipediya prinsiplərini daima müdafiə etmənizlə seçilirsiniz. Ümüd edirik ki, vikipediya fəaliyyətiniz Sizin tələbə həyatınıza ciddi təsir etmir. Həmçinin, bildirirəm ki, Siz Azərbaycan vikipediyasının inkişafında göstərdiyiniz fədakarlığa və çəkdiyiniz zəhmətə görə Kral ləyaqəti nişanı| təltif edilmisiniz. Mükafatınızı təbrik edirəm. --Acategory 15:03, 19 yanvar 2012 (UTC)
- Xoş sözlərə və mükafata görə dərin təşəkkürlər. Azvikidə fəaliyyət göstərmək və sizlərin arasında olmaq həmişə xoşdur. Bu gün mənə 2 mükafat təqdim olundu, bu səbəbdən sevincim iki qat yüksəkdir. Dərslərə gəlincə isə vəziyyət yaxşıdır. İmtahanları yekunlaşdırdım və fevralın ortasına qədər tətildəyəm. Bu səbədən vikiyə daha çox vaxt ayırıram.--Baskervill 15:26, 19 yanvar 2012 (UTC)
Sizcə hansı ad düzgündür
redaktəSalam. Sizə bu adlardan hansı düzgündür. Bu məsələ mənə ona görə lazımdır ki, gələcəkdə bu adla yaradılan məqalələrin adlarında problem olmasın.
- UEFA Avropa Kuboku 2012 il seçmə mərhələsi
- FİFA Dünya Kuboku 2010-cu il seçmə mərhələsi--Baskervill 21:37, 21 yanvar 2012 (UTC)
Salam. İlk əvvəl AzVikinin "bürüncü" mübarək:) İndi gördüm və çox sevindim. Məqalə adlarına gəlincə - həmin məqalələrin adında ümumi standartlaşdırma aparılmalıdır. Məncə, belə adlandırmaların heç biri düzgün deyil. Amma siz hələlik mövcud standartları əsas götürün. Hörmətlə:--Sortilegus 22:01, 21 yanvar 2012 (UTC)
- Müzakirə etdiyiniz məqalənin adını UEFA Avropa Kuboku 2012 (seçmə mərhələ) olaraq dəyişdirdim. Belə bir standardın qəbulu məncə daha əlverişlidir. --►Safir yüzüklü Ceklimesaj 05:56, 23 yanvar 2012 (UTC)
- ən uğurlu seçimdir.--Baskervill 20:23, 29 yanvar 2012 (UTC)
Seçilmiş şəkillər barədə
redaktəSalam. Sizin böyük əməyiniz sayəsində Azvikidə seçilmiş şəkillərin sayı 97-yə çatdı. Hələ bir neçə şəkildə, öz nəticəsini gözləyir. Təxminən bir ay əvvəl, siz tərəfdən seçilmiş şəkillərin sayını 365 çatdırmaq fikri səslənəndə, mən bu işi real hesab etmirdim. Ancaq bu gün nəticə göz qarşısındadır. Bu gedişlə Mayda işlər yekunlaşacaq.)) Bu sahədə fəaliyyətinizi dayandırmayın. Hörmətlə--Baskervill 16:29, 25 yanvar 2012 (UTC)
Dostumuz Baskervil. Yüksək sözlərə görə çox sağ olun. Bu yaradıcı kollektivlə biz hələ çox nailiyyətlərə nail olacağıq. Hörmətlə --Acategory 17:09, 25 yanvar 2012 (UTC)
Mükafat
redaktəSalam. Siz tərəfindən mənə verilən mükafat görə sizə dərin təşəkkürmü bildirirəm. Çox sağolun. Hörmətlə--Baskervill 19:37, 31 yanvar 2012 (UTC)
- Salam. Təşəkkürə ehtiyac yoxdur. Sizin yeni ideyaları həyata keçirmək istəyinizi dəyərləndirirəm. Uğurlar. --N KOzi FORVM 05:02, 1 fevral 2012 (UTC)
Salam.
redaktəSalam hörmətli Baskervill!
Xristiyanlıq, Ateizm və.s nə zamandan masonluğun qolu olub?
P.S: Səhv etmirəmsə bunları "Masonluq" adlı məqaləyə siz əlavə etmisiniz. — Bu imzasız yazı Rasul Mammadov (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Hörmətli Anonim səhv edirsiniz.)) Bunları məqaləyə mən yox CC adlı şəxs əlavə edib. Müzakirəni məqalənin müzakirə səhifəsində davam etdirməyi təklif edirəm. Bir də zəhmət olmasa yazıdan sonra imzanız qoyun. İmza xanası yuxarıda 4-cü sətrdə yerləşir. --Baskervill 10:20, 2 fevral 2012 (UTC)
Cavab
redaktəmən axı dil keçidinə dəyməmişəm ancaq İtaliyada doğulanlar və İtaliyada vəfat edənlər əlavə etdim. Araz Yaquboglu 13:04, 8 fevral 2012 (UTC)
bilmirdim bağışlayın Araz Yaquboglu 13:14, 8 fevral 2012 (UTC)
qətiyyən əzizim. məqsədimiz birdir ki, viki zəngin olsun. — Bu imzasız yazı Araz Yaquboglu (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Salam
redaktəburada olan məsələyə münasibət bildirməyinizi istərdim. Hörmətlə--Baskervill 14:58, 8 fevral 2012 (UTC)
- Təşəkkür edirəm. Hörmətlə--Baskervill 09:05, 9 fevral 2012 (UTC)
Asparux Xan Bulqar
redaktə- 1.- 1723-ci ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı (23, 150). XIX əsrin I yarısında Naxçıvan və Zəngəzur bölgələrində yaşamış, Babalı, Sultanlı, Zodbanlı və Potanlı qollarından ibarət olmuş kürd mənşəli tayfadır (103, 13).
- 2.- İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı (133, 207).
- 3.Püsyan kəndinin 16-17 ci əsrlərdə salınmasına dair mənbə varmı ?
- 4.Püsyan kəndini salmış kürdlərin oradan köçürülməsinə dair və onların hazırda 3-5 ailə olmasına dair mənbə varmı ?
- 5.Minkənd-in əhalisini etnik baxımdan tədqiq etmiş və ya siyahıya almış mənbə varmı ?
- 6.Naxçıvan MR-nın yaşayış məntəqələrinin etnik tərkibini göstərən bir siyahıya alma olmuşmudur ?
- 7.1970-ci ildən bəri xüsusiylə 1988-1991-ci ildə Ermənistandan könüllü və ya məcburi Naxçıvan MR-na gəlmiş və məskunlaşmış kürd əhalinin sayı və yeri haqqında mənbə varmı ?
- 8.Bütün yuxarıda qeyd olunanlar yoxdursa niyə mənim yazdıqlarım doğru deyil ?
"Haqq verilməz alınar" M.Ə.Rəsulzadə Mükafata (diqqətinizə) görə sizə təşəkkür edirəm . Milli məsələ həmişə düşüncəmdə ən həssas yeri tutur və mən azərbaycanda çoxluğu təşkil edən qismin (türklərin) aldadıldığını düşünürəm , inşallah yuxarıdakılara görə incimədiniz ! --Asparux Xan Bulqar 13:24, 11 fevral 2012 (UTC)
Xeyr incimədim. Zəhmət olmasa məsələ barədə mənə ətraflı məlumat verin. Məsələdən xəbərsizəm, ancaq Püsyan barədə olan məsələyə baxdım. Kimsə Qəzetdə bu barədə məqalə yazıb və sonradan burada olan məlumat düzəldilib. Qeyd edim ki, vikipediyada belə hallar çoxdur. Nədə olsa qeydiyyatdan keçmədən bir neçə saniyə ərzində istənilən məqalədə olan məlumatı dəyişmək olar. Hörmətlə--Baskervill 20:44, 11 fevral 2012 (UTC)
Salam
redaktəBaskervill, salam. Yaxşıyam, təşəkkür edirəm. Siz necəsiz? Fəaliyyətinizi izləyirəm, cox gözəl, professional işləyirsiz. Yorulmayasız! Artıq mətni şablondan sildim. Şablon çox xoşuma gəldi. Təbriklər. --Irada 18:47, 12 fevral 2012 (UTC)
Vüqar Haqverdiyev
redaktə- Salam bu şəxs ensiklopedik şəxs deyil, zəhmət olmasa məqaləni silin.--Baskervill 14:25, 27 fevral 2012 (UTC)
- --►Safir yüzüklü Ceklimesaj 14:27, 27 fevral 2012 (UTC)
Nasist həbs düşərgələri
redaktəSalam. Nasist həbs düşərgələri haqqında silsilə məqalələr yaradıram. Bəzi düşərgələrin adlarını Azərbaycan dilinə tərcümə etməkdə cətinlik cəkdim. Bu səbəbdən sizə müraciət etmək qərarına gəldim. Zəhmət olmasa aşağıda göstərilən adların ən uyğun tərcüməsini mənim müzakirə səhifəmdə yazasınız.
- Natzweiler-Struthof
- Neuengamme
- Mauthausen
- Kaiserwald
- Theresienstadt
- Płaszów
- Martunore
- Stutthof
- Auswitz
İndidən təşəkkür edirəm. Hörmətlə--Baskervill 13:56, 29 fevral 2012 (UTC)
- Natsveyler-Struthof
- Noyenqam
- Mathauzen
- Kayzervald
- Terezienştadt
- Plaşov
- Martunor
- Ştuthof
- Auşvis (bəlkə də Auşvits)
Bu qədər. --N KOzi FORVM 14:05, 29 fevral 2012 (UTC)
- Dərin təşəkkür--Baskervill 14:10, 29 fevral 2012 (UTC)
- Dəyməz. --N KOzi FORVM 14:14, 29 fevral 2012 (UTC)
- Siyahıdakı sonuncu düşərgə haqqında AzVikidə məqalə var: Auşvits. Çox guman ki, Azərbaycan dilində dəqiq adı elə budur. --►Safir yüzüklü Ceklimesaj 14:13, 29 fevral 2012 (UTC)
!!
redaktəSil Allah nə edirsiniz? Sadval məqaləsinə sil şablonu əlavə etdiniz, Ləzgistan məqaləsindən isə sil şablonunu çıxardınız?--Baskervill 11:43, 3 mart 2012 (UTC)
- Ləzgistan haqqında fikrimi yazdım. Sadval məqaləsinə sil şablonu əlavə etdim ona görə ki, məqalə tamamilə qeyri-ensiklopedikdir. Əgər heç etibarlı mənbə göstərmədən separatist-millətçi təşkilat, həm də bir dövlətın məhkəmə sistemi tərəfindən terrorda əli olduğu sübut olunmuş təşkilat haqqında bu cür mənbəsiz və "hiss-həyəcan bildirən" qeyri-ensiklopedik "istifadəçi sözlərindən ibarət" məqalə yaratmağa dəyməz. Əgər yaradırsınızsa, xahiş edirəm mənbələr əsasında yaradın, biz hər birimiz bir təşkilat haqqında fikirləşdiyimizi yazmaqla məqalə yarada bilmərik, özü də bu qədər həssas mövzu üzərinə --Melikov Memmed⇒email 11:59, 3 mart 2012 (UTC)
Seçilmiş siyahı
redaktəSalam. Azvikidə Seçilmiş siyahə layihəsini işə salmaq mümkün olarmı? Zənnimcə bizdə bir sıra siyahılar var və bu mövzu ətrafında müzakirələr aparılması aktualdır. Bu barədə fikirləriniz varmı? --N KOzi FORVM 09:05, 7 mart 2012 (UTC)
Mənim bu barədə bəzi planlarım var. Cekli ilə facebookda bu mövzu haqqında söhbətimiz olub. Hətta aramızda məqalə bölgüsü belə aparmışdıq. Belə ki, mən (Afrika ölkələrinin siyahısı) və (Ümumdünya irsi) məqalələrini seçilmiş siyahı etməyə hazıram. Ceklidə poçt markaları ilə bağlı əla bir məqalə hazırlayıb. Görünüşə görə potensial məqalələrimiz var. Yalnız kiçik bir problemimiz var ki, oda Vikipediya:Seçilmiş siyahılar bölməsinin hazırlanmamasıdır. Dəyərli vikipedistlərdən biri (Hyustonda ən yüksək binaların siyahısı) məqaləsini Məqalə laboratoriyasına göndərib. Ancaq həmin məqalə seçilmiş məqalə yox seçilmiş siyahı olmamlıdır. Son olaraq deyim ki, bölmə ən qısa zamanda hazırlansa, 2 ay ərzində 3 məqaləni mən hazıryacam. Hörmətlə--Baskervill 12:01, 7 mart 2012 (UTC)
- Məlumat üçün bildirim ki, Vikipediya:Laboratoriyaya namizəd siyahısına belə bir əlavə etdim. --►Safir yüzüklü Ceklimesaj 04:59, 9 mart 2012 (UTC)
Bölmələr
redaktəBir daha salam. Azvikinin sol tərəfinə iki yeni bölmənin əlavə edilməsini bir az düzgün hesab etmədim. Envikidə sol tərəfdə 6, trvikidə 5 ruvikidə isə 6 bölmə var. Azvikidə isə 9 bölmə. Təklif edirəm ki, bölməyə əlavə edilən son iki başlıq və Yaxşı məqalələr başlığı oradan silinsin. Hörmətlə--Baskervill 19:20, 9 mart 2012 (UTC)
- Salam. Düzgün qeyddir. Bizdə faktiki həmin 9 bölmədən 4-ü lazımlıdır. "Ana Səhifə", "Kənd meydanı", "Son dəyişikliklər" və "Təsadüfi səhifə". "Seçilmiş məqalələr" bölməsinin əlavə olunmasını da hardasa düzgün saymaq olar. Digər bölmələr işlək deyil (işlək olmayan bir "Güncəl hadisələr" bölməsi vardı, indi o siyahıya daha 3 bölmə ("Seçilmiş portallar", "Seçilmiş siyahılar", "Yaxşı məqalələr") əlavə olunub). Hörmətli idarəçimiz Cekli həmin bölmələri əlavə edib. Səbəbini ondan soruşun və ya məsələni kənd meydanında müzakirəyə çıxarın. Hörmətlə:--Sortilegus (talk) 19:35, 9 mart 2012 (UTC)
- Cekliyə bu barədə məlumat verərəm. Məsələni böyüdüb, yeni problemlərin açılmasını istəməzdim. Onsuzda Azviki bu söz-söhbətlərə görə çox əziyyət cəkib. Hörmətlə--Baskervill 19:41, 9 mart 2012 (UTC)
- İradınızı bildirdiniz, mən də bir azvikiçi kimi bu iradla razıyam. Bəlkə Cekli daha tutarlı əsaslar gətirəcək və onunla razılaşmalı olacağıq. Burda heç bir problem yoxdur. Hörmətlə:--Sortilegus (talk) 19:50, 9 mart 2012 (UTC)
- Cekliyə bu barədə xəbər vermişəm. Ən qısa zamanda onunda fikrini öyrənəcəyik. Hörmətlə--Baskervill 19:53, 9 mart 2012 (UTC)
- İradınız müəyyən qədər doğrudur. Problemin həlli sırf estetik və texniki bir məsələdir. Ümumiyyətlə ora əlavə olunmuş 4 bölmənin (Seçilmiş portallar; Seçilmiş siyahılar; Seçilmiş məqalələr; Yaxşı məqalələr) yeni bir alt başlıqda olması daha yaxşı olardı. Lakin MediaWiki səhifələrindəki axtarışlarım hələ ki, lazımı nəticə vermədiyi üçün onları müvəqqəti olaraq həmin hissəyə əlavə etmişəm. --►Safir yüzüklü Ceklimesaj 07:50, 10 mart 2012 (UTC)
- Cekliyə bu barədə xəbər vermişəm. Ən qısa zamanda onunda fikrini öyrənəcəyik. Hörmətlə--Baskervill 19:53, 9 mart 2012 (UTC)
- Estetik baxımdan Ana Səhifənin yaxşı görünmədiyi ortadadır. Ümüd edirəm ki, ən qısa zamanda məsələ öz həllini tapar və biz yenədə köhnə Ana Səhifəmizə qovuşarıq. Hörmətlə--Baskervill 12:23, 10 mart 2012 (UTC)
- Etdiyim dəyişikliyin Ana Səhifəyə heç bir aidiyyatı yoxdur. Çünki bu dəyişiklik Ana Səhifədə yox, MediaWiki səhifəsində edilib. Həmin səhifədə yeni bir alt bölmə yaratmaqla bu problemi həll etmək olar. --►Safir yüzüklü Ceklimesaj 06:03, 12 mart 2012 (UTC)
- Artıq problem həll olundu. --►Safir yüzüklü Ceklimesaj 06:08, 12 mart 2012 (UTC)
- Estetik baxımdan Ana Səhifənin yaxşı görünmədiyi ortadadır. Ümüd edirəm ki, ən qısa zamanda məsələ öz həllini tapar və biz yenədə köhnə Ana Səhifəmizə qovuşarıq. Hörmətlə--Baskervill 12:23, 10 mart 2012 (UTC)
Məsləhət
redaktəSizi yenə narahat edirəm. Buna görə üzürlü hesab edin. Mən bir məqalə yaradıb, onu zənginləşdirmək istəyirəm. Ancaq məqalənin adlandırılmasında problem var. Belə ki, məqalə Azvikidə olmayan Sniper məqaləsidir, trvikidə isə Keskin nişancı adlanır. Bəs bizdə?? --Baskervill 22:31, 9 mart 2012 (UTC)
- Heç bir narahatlığı yoxdur. Bizim dildə elə "Snayper" sözü işlənir. İstiqlal (snayper tüfəngi) adlı məqalə də var azvikidə. Hörmətlə:--Sortilegus (talk) 14:53, 10 mart 2012 (UTC)
Snayperlər
redaktəSalam. Mən belə bir şablon yaratmışam. Zəhmət olmasa orada olan şəxs adlarına baxın. Ən qısa zamanda hər bir haqqında məqalə yaradılacaq. Görün arasında səhv yazılan varmı. Hörmətlə--Baskervill 12:30, 12 mart 2012 (UTC)
- Salam. Baxdım, düzəlişləri etdim. Wertuose (talk) 13:09, 12 mart 2012 (UTC)
- Təkcə Simo Hayhanın soyadının düzgün yazılmasına dair şübhəm var, amma bu şəxs bizdə məşhur olmadığı üçün onun adının dəqiq yazılış forması da böyük ehtimal ki, yoxdur. Ona görə də məqalənin indiki adı qala bilər. Wertuose (talk) 13:11, 12 mart 2012 (UTC)
- Təşəkkür edirəm. Həmin şəxs haqqında artıq məqalə yaratmışam. Düşünürəm ki, indiki adı elədə porblem yaratmaz. Bir daha təşəkkür edirəm. Hörmətlə--Baskervill 13:17, 12 mart 2012 (UTC)
Erməni əlifbası
redaktəSalam. Azvikidə erməni əlifbası ilə bağlı problem yaranıb. Belə ki, erməni əlifbası ilə göstərilən şəxs və ya yer adlarında bu əlifba görsənmir. --Baskervill 10:57, 15 mart 2012 (UTC)
- Bir neçə məqalədə yoxladım. Mən heç bir problem müşahidə etmədim. Yəqin Sizin kompyuterinizdə şriftlərlə bağlı nəsə texniki problem yaranıb. --►Safir yüzüklü Ceklimesaj 11:00, 15 mart 2012 (UTC)
Salam. Necəsiz? Sizin uğrulu fəaliyyətiniz, məni bu şablonu yaratmağa həvəsləndirdi. Görün necədir. Hörmətlə--Baskervill 10:56, 19 mart 2012 (UTC)
Salam.Dəstəyivizə və fəaliyyətivizə görə çoxsağolun.Azərbaycan vikipediyasında şəhərlər haqqında məqalələr azdır.Bu istiqamətdə fəaliyyət göstərmək yaxşı olardı.Hörmətlə--Shikhaliyev 11:09, 19 mart 2012 (UTC)
Şablon hazırdır. Şablonu qısa zamanda bütün mövcud məqalələrə əlavə edəcəm. Ancaq bir məqamı diqqətinizə catdırmaq istərdim. Bəzi şəhər adları, Azərbaycan dilinə tam tərcümə edilməyib. Məsələn Newcaste adını misal göstərmək olar. Bu adın Azviki üçün ən uyğun variantı Nyukasıl şəklində olmalıdır. Bir daha fəaliyyətinizdə uğurlar. Hörmətlə--Baskervill 12:37, 19 mart 2012 (UTC)
Salam
redaktəSalam. Niyə bu dəyişiklikliyi qeri qaytarmısınız.? --Baskervill 11:55, 19 mart 2012 (UTC)
- Namizəd göstərdiyiniz portal Vikipediya:Laboratoriyaya namizəd siyahısına təqdim olunmamışdır. --►Safir yüzüklü Ceklimesaj 12:38, 19 mart 2012 (UTC)
- Unutmuşdum. Üzürlü hesab edin. İndi daxil etdim. Hörmətlə--Baskervill 12:41, 19 mart 2012 (UTC)
Bilirsinizmi bölməsi
redaktəSalam. Sizinlə Ana Səhifədə görünən əsas bölmələrdən bir haqqında məsləhətləşmək istərdim. Bilirsinizmi bölməsi, 1 aydır ki, yenilənmir. Bu məsələ ilə məşğul olan idarəcimiz Acategory isə 1 aydır Azvikiyə daxil olmur. Bu səbəbdən məsələ ilə bu gündən mən maraqlanmağa başlayıram. Sizə bir təklifim var. Mən 3 gündən bir yeni bölmənin hazırlanmasını öz üzərimə götürürəm. Yeni bölmənin hazırlanması (5 yeni məlumat və məlumatların biri ilə bağlı olan şəkil) məndən, onu arxivləşdirib, Ana Səhifəyə yerləşdirmək isə sizdən. Razısınızmı? Birdə qeyd edim ki, bu günün bölməsi artıq hazırdır, (Vikipediya:Bilirsinizmi/Yeni buraxılışın hazırlanması) zəhmət olmasa Ana Səhifəyə əlavə edin. Hörmətlə--Baskervill 15:28, 19 mart 2012 (UTC)
- Salam. Elədir, o işlə Acategory məşğul olurdu, o son 1 ayda fəal olmadığına görə bölmə yenilənmir. Burdakı idarəçi qıtlığının təzahürüdür. Sözün düzü, mən sizdə idarəçiyə lazım olan bütün keyfiyyətləri görürəm. Amma bir neçə dəfə bizim digər fəal istifadəçilərə namizəd olmalarını təklif etmişəm, imtina ediblər. Qorxuram bu dəfə də oxum daşa dəyər:) Mən indi o bölmə ilə məşğul olaram. Hörmətlə:--Sortilegus (talk) 20:22, 19 mart 2012 (UTC)
- Azvikidə idarəci olmaq, mənim üçün böyük şərəf olardı. Əsasən vandalizm hallarına qarşı mübarizə aparanda cətinlik cəkirəm. Kimsə özü haqqında məqalə yaradır, mən sil şablonu yerləşdirəm, o silir. Belə - belə mənimdə fikrim dağılır. Vandalizmə qarşı mübarizə aparmaq və vikipediyaya daha dərindən töhfə vermək üçün, mən razıyam. Hörmətlə--Baskervill 20:32, 19 mart 2012 (UTC)
- Əslində bu çox məsuliyyətli işdir. İstər-istəməz istifadəçi kimi fəaliyyətinizə təsir edəcək - yəni texniki işləri görmək müəyyən vaxtınızı alacaq. Sizdən əvvəl mənim təklifimdən imtina edən istifadəçilər də bunu əsas gətirərək imtina etmişdilər. Amma inanıram ki, bu, məqalə yaratmaq və redaktə etmək sahəsindəki fəaliyyətinizə təsir etməyəcək. Vandalizmin qarşısını almaq problem deyil - az-çox bu sahədə son 1-2 ildə fəal idarəçilər və istifadəçilərin birgə səyləri nəticəsində ciddi nəzarət var. Ancaq mən sizin son dövrlər müzakirələrdə tutduğunuz mövqeni, bəzən güzəştə gedə bilmək keyfiyyətinizi, təmkinli olmanızı və əks tərəfə hörmətlə yanaşma bacarığınızı yüksək qiymətləndirirəm. Bu idarəçi üçün həddən artıq vacib keyfiyyətlərdir. Yəni belə deyim - idarəçi siyasi, dini, milli, irqi mənsubiyyəti olmayan xüsusi bir təbəqədir:) Hətta istifadəçi kimi burada çəkinmədən bu mənsubiyyətləri qabarda bilərsən, amma idarəçi artıq bunu etməməlidir. Digər tərəfdən artıq viki-texnologiya ilə bağlı müəyyən bilgiləriniz var - idarəçilərin texniki imkanlarına sahib olandan sonra inanıram ki, bu bilgilərinizi daha da dərinləşdirəcəksiniz. Mən sizin namizədliyinizi inşallah bayramdan sonra digər idarəçilərlə də müzakirə edəcəm. İndilik cəmi 1 problem var - sizin fəaliyyətiniz idarəçilərdən biri tərəfindən müəyyən dövrdə "oxşar istifadəçi fəaliyyəti" (Vikipediya:İdarəçi müzakirəsi səhifəsində) kimi siyahıya salınıb. Buna görə də, mən çek-yuzerlərdən birindən xahiş edəcəm konkret bir dövr ərzində sizin IP ilə həmin siyahıda adları qeyd edilən istifadəçilərin IP-ləri təftiş edilsin. Bunun da müsbət nəticə verəcəyinə əminəm. Hörmətlə:--Sortilegus (talk) 20:49, 19 mart 2012 (UTC)
- Xoş sözlərə görə təşəkkür edirəm. Bu işin məsuliyyətinidə tam anlayıram. Bir daha təşəkkürlər.--Baskervill 20:53, 19 mart 2012 (UTC)
- Mən V.Nihat, Leonardo da Vinçi və Vladek səhifələrinə baxdım. Səmimi şəkildə etiraf edim ki, bu istifadəçi adları bir zamanlar mənə məxsus olub. Birinci adla 40 əlavə olub və 2010-cu ilin yayından həmin ad istifadə edilmir. İkinci ad isə 2011-ci ilin yayında istifadə olunub. Həmin zaman mən Leonardo da Vinçi adından Baskervill adına keçdim. Sonuncu Vladek adı isə mənə daha doğmadır. Vikipediyada ilk dəfə bu adla fəaliyyət göstərmişəm. Həmin adla bir neçə məqalə yaratmışdım və bəzi müzakirələrdə iştirak etmişdim. Ali məktəb hazırlıqları səbəbindən vikipediyaya 2 il daxil olmadım. Həmin dövrdə vikipediyaya daxil olduğumu xatırlamıram. 2011-ci ildən isə bu adla fəaliyyət göstərirəm. Hörmətlə--Baskervill 21:23, 19 mart 2012 (UTC)
- Xoş sözlərə görə təşəkkür edirəm. Bu işin məsuliyyətinidə tam anlayıram. Bir daha təşəkkürlər.--Baskervill 20:53, 19 mart 2012 (UTC)
- Bu məlumatlar da təftiş olunacaq. İdarəçi mütləq 1 istifadəçi hesabından istifadə etməlidir. Vikipediya elə bir saytdır ki, burda əvvəl-axır istifadəçi hesabları ilə bağlı maxinasiyalar ortalığa çıxır. Çek yuzerin təftişindən sonra bu istifadəçi hesabları ilə də əlaqədar digər idarəçilərlə müzakirə apararıq. Əgər istifadəçi hesabları bloklanmayıbsa, müzakirələrdə viki prinsipləri pozan nələrsə yazmayıblarsa, redaktə etdikləri və yaratdıqları məqalələrdə vandalizm halları yoxdursa - mən problem görmürəm. Hörmətlə:--Sortilegus (talk) 22:00, 19 mart 2012 (UTC)
- Əslində bu çox məsuliyyətli işdir. İstər-istəməz istifadəçi kimi fəaliyyətinizə təsir edəcək - yəni texniki işləri görmək müəyyən vaxtınızı alacaq. Sizdən əvvəl mənim təklifimdən imtina edən istifadəçilər də bunu əsas gətirərək imtina etmişdilər. Amma inanıram ki, bu, məqalə yaratmaq və redaktə etmək sahəsindəki fəaliyyətinizə təsir etməyəcək. Vandalizmin qarşısını almaq problem deyil - az-çox bu sahədə son 1-2 ildə fəal idarəçilər və istifadəçilərin birgə səyləri nəticəsində ciddi nəzarət var. Ancaq mən sizin son dövrlər müzakirələrdə tutduğunuz mövqeni, bəzən güzəştə gedə bilmək keyfiyyətinizi, təmkinli olmanızı və əks tərəfə hörmətlə yanaşma bacarığınızı yüksək qiymətləndirirəm. Bu idarəçi üçün həddən artıq vacib keyfiyyətlərdir. Yəni belə deyim - idarəçi siyasi, dini, milli, irqi mənsubiyyəti olmayan xüsusi bir təbəqədir:) Hətta istifadəçi kimi burada çəkinmədən bu mənsubiyyətləri qabarda bilərsən, amma idarəçi artıq bunu etməməlidir. Digər tərəfdən artıq viki-texnologiya ilə bağlı müəyyən bilgiləriniz var - idarəçilərin texniki imkanlarına sahib olandan sonra inanıram ki, bu bilgilərinizi daha da dərinləşdirəcəksiniz. Mən sizin namizədliyinizi inşallah bayramdan sonra digər idarəçilərlə də müzakirə edəcəm. İndilik cəmi 1 problem var - sizin fəaliyyətiniz idarəçilərdən biri tərəfindən müəyyən dövrdə "oxşar istifadəçi fəaliyyəti" (Vikipediya:İdarəçi müzakirəsi səhifəsində) kimi siyahıya salınıb. Buna görə də, mən çek-yuzerlərdən birindən xahiş edəcəm konkret bir dövr ərzində sizin IP ilə həmin siyahıda adları qeyd edilən istifadəçilərin IP-ləri təftiş edilsin. Bunun da müsbət nəticə verəcəyinə əminəm. Hörmətlə:--Sortilegus (talk) 20:49, 19 mart 2012 (UTC)
- Azvikidə idarəci olmaq, mənim üçün böyük şərəf olardı. Əsasən vandalizm hallarına qarşı mübarizə aparanda cətinlik cəkirəm. Kimsə özü haqqında məqalə yaradır, mən sil şablonu yerləşdirəm, o silir. Belə - belə mənimdə fikrim dağılır. Vandalizmə qarşı mübarizə aparmaq və vikipediyaya daha dərindən töhfə vermək üçün, mən razıyam. Hörmətlə--Baskervill 20:32, 19 mart 2012 (UTC)
Bilirsinizmi
redaktə- Bir daha salam. Mən bu bölmənin (Vikipediya:Bilirsinizmi/Yeni buraxılışın hazırlanması) yeni bıraxlışını hazırlamışam. Zəhmət olmasa Ana Səhifəyə yerləşdirin. Hörmətlə--Baskervill 10:12, 20 mart 2012 (UTC)
- --►Safir yüzüklü Ceklimesaj 11:43, 21 mart 2012 (UTC)
Əvvəlki, bölməni arxivləşdirdiniz? buradan tapa bilmədim.--Baskervill 12:02, 21 mart 2012 (UTC)
- Təşəkkür edirəm. 2 gün ərzində digər bölməni hazır edərəm. Bir məsələ var. Mən belə bir portal yaratmışam. Portalın yuxarı hissəsində olan İslandiya portalına Xoş gəlmisiniz! yazısını aşağı sala bilmirəm. Çox yox bir az ortada dayansa əla olardı. Bu barədə mənə kömək etsəniz, şad olardım. Hörmətlə--Baskervill 15:49, 21 mart 2012 (UTC)
- Düzəltdim. Bir daha yoxlayın. --►Safir yüzüklü Ceklimesaj 15:57, 21 mart 2012 (UTC)
Dərin təşəkkür edirəm. Hörmətlə--Baskervill 15:58, 21 mart 2012 (UTC)
- Bu arada yeni (Vikipediya:Bilirsinizmi/Yeni buraxılışın hazırlanması) bölməni hazırladım. Vaxtı çatanda zəhmət olmasa əlavə edərsiniz. Hörmətlə--Baskervill 16:03, 21 mart 2012 (UTC)
Vikipediyadan kənar suallar
redaktəSalam. Siz artıq bir neçə dəfədir ki, vikipediya ilə əlaqəli olmayan suallar verirsiniz. Təbii ki, nəsə yazmaq və ya soruşmaq sizin ixtiyarınızdadır. Ancaq nəzərə alın ki, həmin sualları, burada heç kim cavablandırmaz və belə hallar vikipediya qaydalarına uyğun gəlmir. Lütfən sizi maraqlandıran, mövzuları google.az saytında axtarın. Hörmətlə--Baskervill 15:48, 21 mart 2012 (UTC)
eleykum.men bilirdim vikipediyadan kenardi.evvelde yazmisdim.prosta mene komek lazimiydi.googlede tapmadim ona gore. bagislayin.birde bele etmerem --Corcinya 16:22,21 mart 2012 (UTC)
Təşəkkür
redaktəSalam. Sizin tərəfindən mənə verilən "Elm ulduzu" mükafatına görə sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.--Hörmətlə: İstifadəçi:Eagle94 22:26, 23 Mart 2012 (UTC)
Salam Aleykum
redaktəSalam Aleykum. Sizin Qranada adlı məqalənizdə çox kiçik bir əlavə etdim, yəgin ki problem olmaz. Uğurlar. --Consul (talk) 13:06, 27 mart 2012 (UTC)
- Əleykümə Salam. Heç bir problemi yoxdur. İstənilən məqaləyə dəyərli əlavə etməyi (elə sizin əlavə kimi) hər zaman yüksək dəyərləndirmişəm. Fəaliyyətinizdə uğurlar arzu edirəm. Hörmətlə--Baskervill 13:21, 27 mart 2012 (UTC)
Salam Hörmətli Şahzadə. Mən sizin tərəfinizdən zənginləşdirilən xalça məqaləsini izləyirəm. Bu məqalə Seçilmiş məqalə olmağa tam layiqdir. Zəhmət olmasa məqalə üzərində işləriniz yekunlaşanda, mənə xəbər verin və ya özünüz elə məqaləni laboratoriyaya daxil edin. Hörmətlə--Baskervill 09:31, 27 mart 2012 (UTC)
Salam Baskervill. Diqqətinizə görə sizə təşəkkür edirəm. Elə əslində mənim məqsədimdə budur. Qeyd edim ki, məqalənin üzərihdə bir xeyli işlər var. Vaxtımın azlığından teziklə olmasa da yekunlaşdırma işlərini tezləşdirməyə çalışacağam. --Şahzadə (talk) 07:22, 31 mart 2012 (UTC)
"Sil" şablonu
redaktəSalam həmkar. Qeyri-ensiklopedik, silinməli olan səhifələrə "sil" şablonu yerləşdirəndə yaxşı olar ki, səhifənin məzmununu silməyəsiniz. Elə sadəcə səhifənin yuxarısına şablonu əlavə edin. Belə olanda idarəçilər bir də səhifənin tarixçəsini yoxlamırlar və elə mövcud mətni oxuyub qərar verirlər - silinsin, ya qalsın. Bir də mümkünsə mütləq silmə səbəbini də yazın. O səbəb avtomatik yaddaşa düşür və gələcəkdə səhifənin bərpa olunması təklif ediləndə idarəçilər elə yaddaşdan səbəbə baxıb asan qərar verirlər. Hörmətlə:--Sortilegus (talk) 12:56, 11 aprel 2012 (UTC)
- Əleykümə Salam. Həmin yazını mən ona görə silirəm ki, yeni istifadəçilərdən kimsə orada yazılan yazıları görüb, belə bir məqalə yaratmasın. Bir növ bu yeni istifadəçilərə ilham vermiş olur. Məqalələrə sil şablonu əlavə olunandan sonra məqalələrin silinməsi bəzən bir neçə saat vaxt aparır. Bununda səbəbi, Azvikidə idarəçilərin sayının az olmasındadır. Təkliflərinizi mütləq nəzərə alacam. Hörmətlə--Baskervill 13:00, 11 aprel 2012 (UTC)
- Əslində elə bizim məqsədimiz yeni istifadəçiləri mümkün qədər daha çox "ilhamlandırmaqdır":) 5-i lazımsız məqalə yaradanda, 2-si də lazımlı, ensiklopedik məqalə yaradır. Bu da azvikinin xeyrinədir - lazımsız məqaləni ləğv etmək çox asandır. "Sil" şablonu yerləşdirilən məqalələrin bir-neçə saata silinməsi əslində rekord göstəricidir. Böyük vikilərdə bəzən bunun üçün 1 ay vaxt lazım olur. Sadəcə bizdə məqalə silmək şərtləri hələ yoxdur və bu məsələdə ancaq idarəçilərin tərəfsizliyinə, obyektivliyinə güvənməli oluruq. Bizim istifadəçilərdən biri bir vaxtlar bu şərtlərin təkmil variantını hazırlamışdı (Vikipediya müzakirəsi:Səhifə silmə kriteriyaları). Müəyyən düzəlişlər edib prinsipi qəbul edəndən sonra bu sahədə də problemlər azalacaq. İdarəçilərin azlığı məsələsi ilə tam razıyam. Bununla bağlı sizinlə müzakirə də aparmışıq. İnanıram ki, yaxın vaxtlarda bu məsələ də öz müsbət həllini tapacaq. Hörmətlə:--Sortilegus (talk) 13:13, 11 aprel 2012 (UTC)
- Vikipediyaya dəyərli və yeni istifadəçilərin gəlişi prosesi ləng şəkildə gedir. Düşünürəm ki, bunuda səbəbi Azvikinin Azərbaycan gəncinə lazımlı formada çatdırılmamasıdır. Birdə bizim zamana ehtiyacımız var, ümüd edirəm ki, 5 ildən sonra hər şey çox fərqli olacaq. İdarəçilik məsələsinə gəlincə isə mən bu barədə razılığımı vermişdim:)) Siz isə mənim hesabımın bütün Vikimedia lahiyələrində yoxlanacağını demişdiz. Hesab edirəm ki, həmin proses hələdə başa catmayıb. Hörmətlə--Baskervill 13:24, 11 aprel 2012 (UTC)
Seçilmiş şəkillər
redaktəSalam, Baskervill. Vikipediyadakı dəyərli fəaliyyətinizi bir daha alqışlayıram. Seçilmiş şəkillər yerləşdirən zaman bütün bölmələri tam düzgün və dəqiq tamamlamanızı xahiş edirəm. Bununla ümumi işimizin xeyrinə çalışmaqla yanaşı gələcəkdə yaranacaq maneələrin qarşısını almış olarıq. Yerləşdirdiyiniz yeni namizədlərin və arxivləşdirilmiş materialların boş qalmış yarımbaşlıqlarına məlumatları əlavə etməkə ümumi işimizə yaxından yardımçı olmuş olarsınız. Sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Hörmətlə: -- ■ Sultan mesaj 13:53, 13 aprel 2012 (UTC)
- Sizidə salamlayıram. Qeyd edilən məsələ ilə sabah mütləq məşğul olacam. Sadəcə bizdə 171 seçilmiş şəkil var. "Vikipediya:Günün seçilmiş şəkli" bölməsində isə bu şəkillərin ən azı 100 istifadə olunub. Şəkillərin tükənməməsi üçün ən qısa zamanda seçilmiş şəkil sayını 365-ə çatdırmaq istəyirəm. Sizin şəkillər barədə olan yüksək təcrübənizi nəzərə alaraq, sizidə yeni namizədlər irəli sürməyə dəvət edirəm. Hörmətlə:--Baskervill 17:19, 13 aprel 2012 (UTC)
- Narahat etdiyimə görə üzürlü hesab edin. Mən ("Vikipediya:Seçilmiş şəkil namizədləri") bölməsinə boş qalan bütün bölmələri doldurdum. Zəhmət olmasa baxın görün, bir problem varmı. Hörmətlə:--Baskervill 12:58, 14 aprel 2012 (UTC)
- Heç bir narahatçılıq duyulmur. Əllərinizə sağlıq, pis alınmayıb. Ancaq şəkillərin "Səbəb" bölməsini bir azda dolğun tamamlasaq lap yaxşı olardı məncə. Sizə uğurlar. Hörmətlə: -- ■ Sultan mesaj 17:17, 17 aprel 2012 (UTC)
İdarəçi namizədi
redaktəSalam hörmətli Baskervill. Son vaxtlar yəqin özünüzün də şahidi olduğunuz kimi azvikidə fəal idarəçi qıtlığı açıq-aydın hiss olunur. Mövcud 9 idarəçidən 2-si demək olar ki, öz idarəçi vəzifəsini yerinə yetirmir, bir neçəsi isə passivlik göstərir. Bunun nəticəsində texniki işlərin yerinə yetirilməsi yalnız 3-4 idarəçinin üzərinə düşür. Bu isə bəzi günlərdə məsələn, ana səhifədə günün seçilmiş şəkli, həftənin seçilmiş məqaləsi bölmələrində "boşluqların" yaranmasına səbəb olur. Gerçəklik ondan ibarətdir ki, məqalə sayı 100 minə yaxınlaşan vikidə bu qədər az idarəçinin olması normal hal deyil. Mən bu yaxınlarda bizim fəal istifadəçilərin fəaliyyət göstəricilərini, eləcə də onların müzakirə səhifələrində apardıqları müzakirələri, texniki fəaliyyətlərini təftiş etdim. Sizin fəaliyyət statistikanızı nəzərə alaraq mən sizə azvikidə idarəçi namizədi olmağı təklif etmək qərarına gəldim. Siz öz fəaliyyətinizlə artıq həm təcrübə topladığınızı, həm mübahisəli məsələlərdə bitərəf mövqe tutmaq bacarığına sahib olduğunuzu sübut etmisiniz. Bu keyfiyyətlər idarəçi üçün vacib keyfiyyətlərdir. Sizin namizədliyinizlə bağlı mənim təşəbbüsümlə artıq Vikipediya:İdarəçi müzakirəsi səhifəsində idarəçilər arasında da müzakirələr başlayıb. Orda da ancaq müsbət rəylər səslənir. Xahiş edirəm 2 gün ərzində mənim müzakirə səhifəmdə bu təklifimə münasibət bildirəsiniz. Səbrsizliklə cavabınızı gözləyəcəm. Hörmətlə:--Sortilegus (talk) 17:35, 13 aprel 2012 (UTC)
- Azvikidə fəaliyyət göstərmək mənim üçün hər zaman xoş olub Vikipediyada vandalizm hallarının qarşısını almaq və Azvikiyə daha çox xeyr vermək üçün mən razıyam. İdarəçi olmağın məsuliyyətinidə tam anlayıram. Hörmətlə:--Baskervill 17:47, 13 aprel 2012 (UTC)
- Təklifimə müsbət cavab verdiyiniz üçün sizə təşəkkür edirəm. Mən yaxın günlərdə səsverməni başladacam. Hörmətlə:--Sortilegus (talk) 18:00, 13 aprel 2012 (UTC)
Təşəkkür
redaktəTitanik məqaləsinin zənginləşdirilməsində göstərdiyniz yardıma görə dərin təşəkkür edirəm. Qısa zamanda məqaləyə bir neçə mənbə əlavə edəcəm. Bu işdə sizdə yardım etsəydiniz şad olardım. Hörmətlə:--Baskervill 10:59, 17 aprel 2012 (UTC)
- Təşəkkürə ehtiyac yoxdur. Şübhəsiz ki, məqalənin zənginləşdirilməsində mən də maraqlıyam. İmkan olan müddətdə müəyyən əlavələr edəcəyəm. Əlimdən gələn yardımı əsirgəmərəm. Uğurlar. --N KOzi FORVM 11:07, 17 aprel 2012 (UTC)
Salam
redaktəSizin teklifinize cevap yazmıştım Kürd separatizminin müzakire bölümünde, bilginiz olsun diye yazdım. Azerbaycan türkçesini 100 % anlıyorum, lakin yazmayı bilmiyorum, yoksa buraya istifadeçi olurdum. Sizin Kürdler makalenizde "kürdlerin atası cinlerdir" diye yazılmış, bunlar ilmi şeyler değildir. Siyaset, önyargı, ırkçılık vs hoş değil. Orda da yazdım, ben 30 senedir kürd milli hareketlerini tanırım, tek bir Allah'ın kulunun Azerbaycan topraklarında gözü olduğunu duymadım. Bilgi aldığınız kaynaklar tarafsız değil. PKK en çok biz kürdleri katletmiştir. Türkiye 80 yildir kürd dilini yasaklamıştı, şimdi çok şükür Türkiye demokratlaşıyor. Biz kürdler Türkiye´den ayrılmak istemiyoruz. Lütfen hiç olmasa türkçe vikipediyasından istifade edin. Türk, kürd, fars, arap, japon.. tüm insanlar kardeştir. Her milletin kötüleri vardir. O Kürdistan haritaları siyasi haritalar degildir, nüfus haritalaridir. Kürdistan cografyanin eski adidir. Ilk bu ismi veren ve kullananlar da yine türklerdir. Selçuklular bu ismi vermişlerdir. 1925 yilina kadar da Osmanlı ve TC Kürdistan ismini resmen kullanmışlardir. Başarilar dilerim.
Xəbərdarlıq şablonu
redaktəSalam. Hörmətli Baskervill müzakirə. Bu barədə sizinlə razıyam. Biz bununla da tr vikisindən "Xəbərdarlıq şablonu"na görə seçilmiş olarıq Eagle94 Danışıq 00:03, 13 Aprel 2012 (UTC)
- O zaman hələlik belədə qalsın. Birdə zəhmət olmasa vaxt olanda ("Vikipediya:Seçilmiş şəkil namizədləri") burada keçirilən səsvermədə iştirak edərsiz. Hörmətlə--Baskervill müzakirə 18:24, 24 aprel 2012 (UTC)
Təşəkkür
redaktəSalam. Zəhmət olmasa burada keçirilən ("Vikipediya:Seçilmiş şəkil namizədləri") səsvermədə iştirak edin. Hörmətlə:--Baskervill 18:30, 24 aprel 2012 (UTC)
- Sorğuma dərhal cavab verməyiniz məni sevindirdi. Sizin bizi Qazaxıstanda layiqli şəkildə təmsil etməyiniz barədə bir çox saytlarda xəbərləri oxudum. Buna görə sizə ayrıca təşəkkür etmək istərdim. Nə yaxşı ki, varsız. Bu arada sabah mənim üçün əlamətdar bir gündür. Sabah mənim fəaliyyətə başlamağımın 1 ili tamam olur. Bu münasibətlə kənd meydanında hesabat xaraketerli məlumat yazmaq istəyirəm. Bu barədə fikrinizi bilmək istərdim. Hörmətlə:--Baskervill 18:39, 24 aprel 2012 (UTC)
Vikidəki kiçik əməyimi qiymətləndirdiyinizə görə minnətdaram. Əgər Allah yol açırsa az-viki üçün əlimdən gələni əsirgəmirəm. Qazaxıstanda birinci dəfə idi ki, olurdum - odur ki, həm ziyarət, həm ticarət :)
Hər gün, əsasən də axşamlar Vikipediyaya daxil olduqda Sizin çox həvəslə işləməyinizin şahidi oluram. İcazə verin mən də Sizə təşəkkürümü bildirim və 1 ildəki uğurlu fəaliyyətlə əlaqədar Sizi təbrik edim. Bütün işlərinizdə uğurlar arzulayıram. Hörmətlə, --Irada (talk) 18:51, 24 aprel 2012 (UTC)
- Xoş sözlərə görə təşəkkürlər. Sabah kənd meydanında bu barədə ətraflı yazacam. Fikirlərinizi oraya yazarsız:)--Baskervill 18:54, 24 aprel 2012 (UTC)
Salam
redaktəƏleykümə salam, hörmətli Baskervill. Mən vikipediyada təzə gəldiyim üçün bəzi qaydaları bilmirdim. Ok, bundan sonra məqalələrdə imzamı qoymayacam. Məsləhətə görə tşk. Hörmətlə --Caferi (talk) 13:00, 28 aprel 2012 (UTC)
Seçilmiş şəkil namizədləri
redaktəSalam Hörmətli Sultan11. Mən sizi seçilmiş şəkil namizədləri məsələsinə görə narahat edirəm. Son zamanlar yeni namizədlər yalnız mənim tərəfimdən irəli sürülür. Əvvəllər digər aktiv istifadəçilər yeni namizədlər irəli sürsələrdə son zamanlar bu proses tamam dayanıb. Zəhmət olmasa vaxtınız olanda bir - iki yeni namizəd verərsiniz. Hörmətlə--Baskervill (talk) 09:36, 2 may 2012 (UTC)
Salam, Baskervill. Sizi öncə idarəçi namizədi olmanız münasibəti ilə təbrik edir və inanıram ki, qələbə qazanacaqsınız. Sizə bu işdə uğur arzulayıram. Sizə söz verə bilməsəm də imkan olan kimi seçilmiş şəkil namizədləri məsələsinə diqqət artıracam. Bu sahədə olan fəaliyyətinizi alqışlayır və yüksək qiymətləndirirəm. Hörmətlə: -- ■ Sultan mesaj 11:12, 2 may 2012 (UTC)
İdarəçi seçkisi
redaktəSalam Baskervill. Siz Azərbaycan dilində olan vikipediyada keçirilən idarəçi seçkisində fəal istifadəçilərin əksəriyyətinin etimadını qazanaraq idarəçi seçilmisiniz. Bu münasibətlə sizi təbrik edirəm. İnanıram ki, azvikinin inkişafı naminə bundan sonra da yorulmadan çalışacaq və fəal istifadəçi olduğunuz kimi bizim ən fəal idarəçilərimizdən də biri olacaqsınız. Hörmətlə:--Sortilegus (talk) 19:43, 4 may 2012 (UTC)
- Baskervill, təbrik edirəm! Şübhə etmirəm ki, azvikinin inkişafı üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Hörmətlə, Pərviz 20:01, 4 may 2012 (UTC)
- Mənə qarşı göstərilən yüksək etimada görə hər birinizə dərin təşəkkürlərimi bildirirəm. Azərbaycan dilində olan vikipediyada idarəçi olmaq kimi yüksək bir məsuliyyəti tam anlayıram və Azvikinin inkişafında əlimdən gələn qədər töhfə verməyə hazıram. Hörmətlə:--Baskervill (talk) 20:04, 4 may 2012 (UTC)
- Çox şad oldum. Uğurlar arzulayıram. --Irada (talk) 20:10, 4 may 2012 (UTC)
- Sizi Azərbaycanca Vikipediyada idarəçi seçilməniz münasibəti ilə təbrik edir və inanıram ki, istifadəçilərin göstərdikləri etimadı doğruldacaqsınz. -- ■ Sultan mesaj 20:31, 4 may 2012 (UTC)
- Təbriklərə qoşularaq, müvəffəqiyyətlər arzulayıram.→Vago ms 07:01, 5 may 2012 (UTC)
- Təbrik edirəm. İdarəçi kimi də etimadı doğruldacağına inanıram. Uğurlar!--Emin | mesaj 12:24, 5 may 2012 (UTC)
- Sizi idarəçi seçilməniz münasibəti ilə təbrik edirəm.Uğurlar--Orartu (talk) 16:15, 5 may 2012 (UTC)
- Təbriklərə görə hər bir kəsə təşəkkür edirəm. Hörmətlə:--Baskervill (talk) 19:07, 5 may 2012 (UTC)
- Səs vermədiyim seçkidə qalib gəlməyiniz münasibətilə Sizi təbrik edirəm. Doğrusunu deyim ki, səs versəydim əgər sırf ötən il bir müddət aramızda mövcud olmuş şəxsi münasibətlərə görə sadəcə əleyhinizə səs verməli idim. Bunun da səbəbini özünüz çox yaxşı bilirsiniz. Amma belə bir qərarımın vikifəlsəfəyə zidd və sadəcə qisasçılıq olduğunu çox yaxşı bilirəm. Səsverməyə belə bir müdaxiləmin Vikini növbəti böhrana sürükləyəcəyi isə qaçılmaz ola bilərdi. Və xüsusilə də Sizin fəaliyyətiniz, ən əsası isə fəaliyyətinizdə mövcud olan qüsurları zamanla aradan qaldırma bacarığınızı təqdir edirəm. Müqayisə üçün deyim ki, təxminən Sizinlə münasibətlərimizin korlandığı dövrdə İstifadəçi:Rovshan.95 ilə də münasibətlərim korlanmışdır. Amma iki fərqli fəaliyyətin nəticəsi bu gün göz qabağındadır. Ümid edirəm ki, İstifadəçi:Rovshan.95 də ən azı Sizə baxıb, fəaliyyətinizin nəticəsini təhlil edəcək, özündə ciddi dönüş yaradacaq və hətta gələn il idarəçilərin sırasına da qoşulacaq. Hörmətli Baskervill, mən bir daha Sizi səmimiyyətlə təbrik edir və idarəçi məsuliyyətinin öhdəsindən layiqincə gəlməyiniz üçün Sizə müvəffəqiyyətlər arzu edirəm! Dərin hörmətlə, --►CEKLİde gəlsin 11:33, 8 may 2012 (UTC)
- Xoş sözlərə görə sizə təşəkkür edirəm. Aramızda olan keçmiş məsələləri ən azından Azvikinin xətrinə unudmaq və qabağa baxmaq lazımdır. Mən hər zaman demişəm, vikidə olan söz-söhbətlərdən ən çox elə Azvikinin özü zərər çəkir Rovshan.95-in ən qısa zamanda aramıza qayıtmasını arzu edirəm. Düşünəm ki, biz hələ inkubatorda bir çox lahiyələrdə birlikdə fəaliyyət göstərəcəyik. Hörmətlə:--Baskervill (talk) 11:46, 8 may 2012 (UTC)
Salam, Baskervill. İdarəçi seçilməyiniz mənim üçün çox xoş oldu. Ümidvaram ki, vikipediyanın inkişafına indi artıq bir idarəçi kimi də təkan verəcəksiniz. Təbrik edirəm, uğurlar arzulayıram. --Babək Akifoğlu 18:23, 10 may 2012 (UTC)
Salam
redaktəSalam. Hansı səbəbə görə mənim "Asim Məmmədov" adlı məqaləmi sildiz və orda harda "qeyri ensiklopedik məqalə" əlamətini gördüz? Mənbələrdə olduqca etibarlı və tanınmış saytlara istinad edilmışdir. Sizdən xahiş edirəm ki, məqaləmi bərpa edəsiz. Hörmətlə --Caferi (talk) 11:39, 5 may 2012 (UTC)
Xahişinizi nəzərə alaraq, məqaləni bərpa etdim. Ancaq məqalənin qeyri ensiklopedik olduğu haqqında fikrimi dəyişməmişəm. --Baskervill (talk) 11:53, 5 may 2012 (UTC)
Məqalə adı
redaktəSalam. Sizə məqalə adı barədə sual vermək istəyirəm. "Tom və Cerri" məqaləsində çoxlu seriyalar var. Mən bu seriyalar haqqında məqalə yaratmaq istəyirəm. Amma seriyaların adının azəricə, yaxud ingiliscə yazacağımı tərəddüd edirəm. Ona görə ki, seriyaların sayı çoxdur.(Söhbət 114 adi seriyadan gedir, Tom və Cerinin qısametrajlı filmləri bura aid deyil. Onları azəricə tərcümə etməyə hazırlaşıram). Həmin seriyaların adı isə müxtəlif cür səslənir. Bu səbəbdən məqalə barədə tərəddüd edirəm. İstərdim ki, məqalələrin adını ingiliscə yaradım və mötərizədə həmin ifadələrin mənalarını azəricə müxtəlif cür ifadə edim. Mənə bu barədə kömək göstərin. Hörmətlə:-- Eagle94 Danışıq 18:23, 5 May 2012 (UTC)
Əlüykümə salam. Əgər seriyaların sayı çoxdursa mən sizə onları rəqəmlə işarələmiyiniz məsləhət görərdim. Məsələn Tom və Cerri (I seriya). Siz bunu həm adi həmdə rum rəqəmləri ilə edə bilərsiniz. Birdə mən bu Tom and Jerry: The Magic Ring filmin səhifəsinə baxdım. Artıq bur tipli məqalələrdə tərcümə etmək lazımdır. Məsələn (Tom və Cerri: Sehirli zəng) Əgər siz seriya adlarını bir-bir tərcümə etmək istəyirsinizə mən sizə kömək edə bilərəm. Hörmətlə--Baskervill (talk) 19:02, 5 may 2012 (UTC)
Əleykümə salam. Məsləhətinizə görə təşəkkür edirəm. Məqalələrin tərcümə barədə təklifinizlə də razıyam. Kömək etsəniz daha yaxşı olar. Hörmətlə:-- Eagle94 Danışıq 00:14, 5 May 2012 (UTC)
Mən hazır. O zaman gəlin iş bölgüsü edək. Məsələn 20 məqalə varsa, onlardan 10 məqaləni siz 10 məqalənin adını isə mən tərcümə edim. Zəhmət olmasa həmin məqalələrin siyahısını mənə göndərin. Hörmətlə:--Baskervill (talk) 19:19, 5 may 2012 (UTC)
Məqalə adı
redaktə- Puss Gets the Boot (001)
- The Midnight Snack (002)
- The Night Before Christmas (003)
- Fraidy Cat (004)
- Dog Trouble (005)
- Puss n' Toots (006)
- The Bowling Alley Cat (007)
- Fine Feathered Friend (008)
- Sufferin' Cats! (009)
- The Lonesome Mouse (010)
Sizə bir sual da vermək istəyirəm. Niyə sizin saat vaxtınızla mənim saat vaxtım fərqlənir? Hörmətlə:-- Eagle94 Danışıq 00:25, 5 May 2012 (UTC)
Hörmətli Baskervill. Sizi narahat etdiyimə görə üzr istəyirəm. Mənim məqalələrimin sayı 114-dür. Əgər onun yarısını istəyirsinizsə aşağıya baxa bilərsiz:
- The Yankee Doodle Mouse (011) · Baby Puss (012)
- The Zoot Cat (013) · The Million Dollar Cat (014) · The Bodyguard (015) · Puttin' on the Dog (016) · Mouse Trouble (017)
- The Mouse Comes to Dinner (018) · Mouse in Manhattan (019) · Tee for Two (020) · Flirty Birdy (021) · Quiet Please! (022)
- Springtime for Thomas (023) · The Milky Waif (024) · Trap Happy (025) · Solid Serenade (026)
- Cat Fishin' (027) · Part Time Pal (028) · The Cat Concerto (029) · Dr. Jekyll and Mr. Mouse (030) · Salt Water Tabby (031) · A Mouse in the House (032) · The Invisible Mouse (033)
- Kitty Foiled (034) · The Truce Hurts (035) · Old Rockin' Chair Tom (036) · Professor Tom (037) · Mouse Cleaning (038)
- Polka-Dot Puss (039) · The Little Orphan (040) · Hatch Up Your Troubles (041) · Heavenly Puss (042) · The Cat and the Mermouse (043) · Love That Pup (044) · Jerry's Diary (045) · Tennis Chumps (046)
- Little Quacker (047) · Saturday Evening Puss (048) · Texas Tom (049) · Jerry and the Lion (050) · Safety Second (051) · Tom and Jerry in the Hollywood #Bowl (052) · The Framed Cat (053) · Cue Ball Cat (054)
- Casanova Cat (055) · Jerry and the Goldfish (056) · Jerry's Cousin (057) · Sleepy-Time Tom (058) · His Mouse Friday (059) · Slicked-up Pup (060) · Nit-#Witty Kitty (061) · Cat Napping (062)
- The Flying Cat (063) · The Duck Doctor (064) · The Two Mouseketeers (065) · Smitten Kitten (066) · Triplet Trouble (067) · Little Runaway (068) · Fit to #Be Tied (069) · Push-Button Kitty (070) · Cruise Cat (071) · The Dog House (072)
- The Missing Mouse (073) · Jerry and Jumbo (074)
Hörmətlə:-- Eagle94 Danışıq 00:25, 5 May 2012 (UTC)
Narahat olunası heç bir məsələ yoxdur. Əksinə Azvikidə sizin kimi fəal bir vikipedistin fəaliyyət göstərməsi əladır. Mən bütün bu adları yaxın 3 gün ərzində tərcümə edərəm. Ümüd edirəm ki, tərümə işi 3 gündən çox cəkməz, əksinə dahada tez yekunlaşar. Tərcümələri bitirdikdən sonra bu barədə sizə məlumat verəcəm. Hörmətlə:--Baskervill (talk) 19:43, 5 may 2012 (UTC)
Təşəkkür edirəm. Yerdə qalan məqalələrin adını da mən tərcümə edərəm. O zaman işimiz daha da asan olar. Amma sizi bir suala görə də narahat edəcəyəm. Sizin saat vaxtınızla mənim saat vaxtım niyə fərqlənir? Sadəcə olaraq mənə maraqlıdır. Hörmətlə:-- Eagle94 Danışıq 00:55, 5 May 2012 (UTC)
- Təşəkkür edirəm. Yerdə qalan məqalələrin adını da mən tərcümə edərəm. O zaman işimiz daha da asan olar. Amma sizi bir suala görə də narahat edəcəyəm. Sizin saat vaxtınızla mənim saat vaxtım niyə fərqlənir? Sadəcə olaraq mənə maraqlıdır. Hörmətlə:-- Eagle94 Danışıq 00:55, 5 May 2012 (UTC)
- Bu sualın cavabını bir az araşdırdım, ancaq tapa bilmədim:)) Məlum olduğu kimi vikipediyalarda vahid saat dilimindən istifadə olunur. Yəni ABŞ-da olan bir kəslə Azərbaycanda olan bir kəsin aralarında 10 saata yaxın zaman fərqi olsada bu vikipediyada hiss olunmur. Bunun hiss olunmamasının başqa sözlə vikipediyada vahid zaman dilimin tətbiq olunmasının səbəbi burada istifadəçilər tərəfindən yazılan yazıların ardıçılıq prinsipi əsasında qorunmasıdır. Bu sualı Sortilegusa ünvanlayın. Hörmətlə--Baskervill (talk) 20:01, 5 may 2012 (UTC)
Əleyküm salam
redaktə(Son zamanlar boş vaxtım yox idi. Ona görə gec cavab verdim)
Salam. Sizin məndən sizə əvvəllər nə etmişəm? soruşmanız məni təəccübləndirdi. Bəs bu yazıları mənə kim yazıb?
Ana Səhifə formasında adlandırma tam düzgündür. Hörmətli Qara xan, sefer hal hazırda əsgərlikdədir və vikipediyada bir müddətdir ki, fəaliyyətini dayandırıb. Ebrahimi-amir isə Güney Azərbaycandan aramıza qatılır və güneylidir. Bu iki şəxsin bir-birinin kuklası olmadığını bir az araşdırma aparmaqlada isbat etmək olardı. Zəhmət olmasa belə böyük qalmaqla və hətta sizin bloklanmanıza səbəb ola biləcək fikrilər səsləndirməzdən əvvəl, bir az araşdırma aparın.
Qara xan tərəfindən verilən sualları tam yersiz hesab edirəm. Hörmətli Qara xan sizin və ya burada olan istənilən şəxsin heç kimə belə suallar verməyə ixtiyarı yoxdur. Bura məhkəmə zalı deyil, elektron ensiklopediyadır. Siz bununla artıq necənci dəfədir ki, ümümi işə mane olursuz. Əvvələr lazımlı və dəyərli məqalələr yaradırsız, ancaq son zamanlar belə müzakirələr aparırsız. Birdə zəhmət olmasa müzakirəni Oqtay adlı şəxsin müzakirə səhifəsində davam etdirməyin. Bura həmin şəxsi məlumatlandırmaq və ya ona nəsə demək üçündür.
Mənə birinci yazdığınız
Uğurlu fəaliyyətiniz münasibəti ilə sizi təbrik edirəm. Müharibələr mövzusunda azvikidə yeni məqalələrə hər zaman ehtiyac var. Sizin və ya digərləri tərəfindən yaradılan məqalələr zamanla zənginləşəcək.
yazıdan sonra yuxarıdakı yazıları mənə yazmanız anlaşılan deyil. Onuda qeyd edim ki, birinci siz mənə qarşı hücum xarakterli cümlələr yazmısınız. Halbuki mənim sizə heç bir pisliyim dəyməməmişdi. Hörmətlə:--Qara xan 19:56, 05 may 2012 (UTC)
Bu cümlələrin heç birində (Təhqir, təhdid və aqressiyaya yol verilməməlidir) bölməsinin heç bir bəndi pozulmayıb.
Söz onda deyil ki, istifadəçi Baskervill kimi keyfiyyətsiz məqalələrin (şəkillərdən, xəritələrdən, cədvəllərdən, şablonlardan istifadə edilməyən məqalə) sayı ilə öyünəsiz. Əsas, keyfiyyətli məqalə yaratmaqdır |
Ancaq mən sizin bu cümlənizə görə mən sizdə şikayət edə bilərdim. Ancaq etmədim, düşünürəm ki, buda sizin mənə təşəkkürünüzdür. Hörmətlə:--Baskervill (talk) 20:11, 5 may 2012 (UTC)
Eagle94
redaktəSalam. Mən Facebook saytında yoxam. Hörmətlə:-- Eagle94 Danışıq 14:05, 8 May 2012 (UTC)
Ad günü
redaktəSizi dünənki ad gününüz münasibəti ilə ürəkdən təbrik edirəm. Vüsal bəy siz Azvikidə olan ən peşəkar və ən qocaman istifadəçilərdənsiz. Əgər sizin Vikipediya və Youtube portallarında kinomuz barədə olan dəyərli fəaliyyətiniz olmasaydı kinomuz zəif formada təbliğ olunardı. Yaxşı ki, sizin belə dəyərli işləriniz var. Bir daha ad gününüz mübarək, neçə belə illərə. Dərin Hörmət Hissi ilə:--Baskervill (talk) 11:54, 8 may 2012 (UTC)
Çox sağ ol, dəyərə və təbrikə görə!
Salam
redaktəTəbrikə və mükafata görə dərin təşəkkürlərimi bildirirəm. Hörmətlə--Aqşin Söhraboğlu (talk) 19:15, 8 may 2012 (UTC)
Sultan Süleyman şablonu
redaktəSalam Vüqar bəy. Mən Sultan Süleyman Qanuni haqqında şablon yaratdım. Əvvəlcə elə bilirdim ki, Azvikidə belə bir şablon yoxdur. Ancaq Xürrəm Sultan məqaləsində sizin tərəfinizdən yaradılan şablon ilə qarşılaşdım. İkimizdə eyni şablon əsasında şablon hazırlamışıq. Hər iki (Şablon:Sultan Süleyman Qanuni və Şablon:Sultan I Süleyman) şablonda digərində olmayan məlumatlar var. Mən təklif edirəm ki, şablonlarda olan məlumatlar birləşdirilsin və vahid şablon saxlanılsın. Hörmətlə:--Baskervill (talk) 11:46, 7 may 2012 (UTC)
- Salam Baskervill. Təklifinizə müsbət yanaşıram. Zənnimcə, mən yaratdığım şablonla sizin yaratdığınız şablonun birləşdirilməsi daha məqsəsdəuyğundur. Kiçicik qeyd edim. Süleyman dövründəki əsas vəzifə sədrəzəm yox, vəziriəzəm adlanırdı. --N KOzi FORVM 08:05, 11 may 2012 (UTC)
- Siz türkcədəki versiyaya baxın, onda nə demək istədiyimi anlayacaqsınız. --N KOzi FORVM 08:36, 11 may 2012 (UTC)
Salam. Mənim Rusiya-Gürcüstan müharibəsi (2008) məqaləsi üzərində işləmək fikrim var. Siz komandanlar bölməsində komandanların hansı işi görməsi barədə əlavə məlumat vermisiniz. Əgər icazə versəydiniz mən bunu həmin bölmədən cıxardıb əvəzində məqalə daxilində göstərərdim. Hörmətlə--Baskervill (talk) 14:37, 12 may 2012 (UTC)
- Əgər məqalə kifayət qədər genişləndiriləcəksə, əsas komandanların qalması şərtilə bu istəyiniz məqsədəuyğundur. Hörmətlə,--Thunder Storm (talk) 12:33, 13 may 2012 (UTC)
Warning: the IP address, 212.121.219.1 is the source of serious hacking activities.
redaktəWarning: the IP address, 212.121.219.1 registered to Oldham MBC public libraries, and which is permanently blocked in English Wikipedia since 2009, is the source of serious hacking activities. Please be on guard with this IP address.
Diqqət: IP ünvanı, 212.121.219.1 ciddi hack fəaliyyətlərin mənbəyidir.
redaktəDiqqət: IP ünvanı, 212.121.219.1 ciddi hack fəaliyyətlərin mənbəyidir. Azərbaycan səhifəsini mühafizə edin. Bu IP Vikipediyalara hücum edir və onu dərhal bloklayın.
Doğum günü
redaktəSalam, Baskervill. Doğum günü münasibətilə təbrik edərək, imtahanlardan fəqrlənmək xüsusunda yeni-yeni nailiyyətlər arzulayıram. Hörmətlə, →Vago ms 07:54, 19 may 2012 (UTC)
- Ad gününüz mübarək. Ən xoş arzularımı bildirirəm. -- ■ Sultan mesaj 17:41, 19 may 2012 (UTC)
Doğum gününüz mübarək.Müvəfəqiyyətlər,--Orartu (talk) 19:08, 19 may 2012 (UTC)
Təbrikə və vitual torta görə hər birinizə təşəkkür edirəm. Hörmətlə:--Baskervill (talk) 12:12, 20 may 2012 (UTC)
Dəvət
redaktə- Salam. Zəhmət olmasa burada keçirilən səsvermədə iştirak edəsiniz. Hörmətlə: --Şahzadə (talk) 05:11, 20 may 2012 (UTC)
Türkiye-İl-İlçe
redaktəHörmətli həmkar sizi Daşlıçay ilçesi (Türkiyə) səhifəsinə nəzər yetirməyə və Müzakirə:Daşlıçay ilçesi (Türkiyə)-də iştirak etməyə dəvət edirəm . Sizin fikriniz bizim üçün maraqlıdır. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 16:32, 21 may 2012 (UTC)
Diqqət yetirin
redaktəSalam Baskervill. Bu ([3], [4], [5], [6]) şəkillərə diqqət yetirmənizi xahiş edirəm. Hörmətlə: -- ■ Sultan mesaj 21:14, 23 may 2012 (UTC)
Salam. ADİU-nun Dərbənd filialı məqaləsini saxlamağı təklif edirəm.--Acategory (talk) 14:44, 29 may 2012 (UTC)
Lütfən nəzər yetirin
redaktəSalamlar. Lütfən bura nəzər yetirin . Hörmətlə !--Asparux Xan Bulqar (talk) 12:12, 4 iyun 2012 (UTC)
فارس كورفزي
redaktə{{{1}}} سلاملار جالب بو دير كه لاتين الفباسه و عربي الفباسي فرق الير!!!. من ايندي نچه واقتير چاليشيرام كه بو كورفزن آدن بير اليم. آما اولمور ! In fact 06:29, 13 iyun 2012 (UTC)
Körfəz
redaktə- İran körfəzi ölkələrinin əməkdaşlıq şurası bu məqalənin adının dəyişdirilməsinin səbəbi nədir? Axı çox vaxt İran yerinə Fars sözü işlədilir.--Baskervill (talk) 14:43, 12 iyun 2012 (UTC)
Salam. Fars körfəzi adı daha çox pan-iranistlərin apardıqları təbliğat nəticəsində son vaxtlar Azərbaycanda geniş yayılıb. Ona görədə həmin məqalənin adını Azərbaycan dilindəki ənənəvi adı ilə adlandırmaq daha düzgündür. Yəni İran körfəzi ölkələrinin əməkdaşlıq şurası məqaləsinin adındakı fars əvəzinə iran kəliməsinin olması münasibdir. Qara xan 14:57, 13 iyun 2012 (UTC)
- Sorry to disturb you in here. But the historical and international name of the Persian Gulf has nothing to do with Pan Iranists or ...
- FYI, After 1960's some Pan Arabs including Saddam Hussein and Gamal Abdel Nasser have started to abuse the name.
- I wonder what happens if Americans start to use Gulf of America, instead of Gulf of Mexico ?! Or what happens if the African countries start to change the Indian Ocean to African Ocean. But I am sure they will never do these, since they respect historical and international names.
- Remember, We (Iranians) have never wanted or will never want to change the name of Oman Sea to Iran Sea. ( Although Iran has the longest border line with this sea ) We never do that. Because We also respect the international names.
- This is the difference between Iranians and Arabs.
- With many Regards, In fact 09:31, 16 iyun 2012 (UTC)
- Please kindly read my comments in here. Cheers, In fact 10:13, 9 iyul 2012 (UTC)
- Thanks GOD, I could finally reveal the truth. In fact 11:47, 11 iyul 2012 (UTC)
- I'm glad it:--Baskervill (talk) 12:02, 11 iyul 2012 (UTC)
Qatil şablonu
redaktəSalam Hörmətli Sortliegus. Mən Azvikidə qatillər mövzusunda işləməyə qərər vermişəm. Ancaq bir problem var. Burada olan şablonu Azvikidə yaratmağa iki dəfə cəht göstərsəmdə alınmayıb. Zəhmət olmasa bu şablonu yaradın və mənə məlumat verin. Qatillərə adi şəxs şablonu qoymağı düzgün hesab etmirəm. Hörmətlə:--Baskervill (talk) 19:11, 15 iyun 2012 (UTC)
- Salam Baskervill. Düzdür, "şəxs" şablonu yerləşdirmək burda münasib olmayacaq. Mən şablona və onun digər vikilərdəki variantlarına baxdım. Məncə, ruslardakı variant daha yaxşıdır. Sözün düzü şablonlar üzrə bizdə mütəxəssislər Vago və Arif müəllimdir. Burdakı əsas özək şablonları onlar düzəldiblər. Mən özüm çox vaxt belə məsələlərdə Vagoya müraciət edirəm:) Amma bu o qədər də qəliz şablona oxşamır. Mən 1-2 günə bu şablonu düzəldərəm, problem olar, mütəxəssisə müraciət edərik:) Hörmətlə:--Sortilegus (talk) 15:31, 16 iyun 2012 (UTC)
- Mən Arif bəyin şablonlar sahəsində olan baçarığı ilə tanışam. Ancaq Vagonun bu sahədə fəaliyyətinin olduğunu sözün düzü bilmirdim:) Sizin şablon üzərində işlə başladığınızı gördüm. İndidən təşəkkür edirəm. Hörmətlə:--Baskervill (talk) 16:13, 16 iyun 2012 (UTC)
- Dəyməz. Mən hazırladığım variantda bu şablonun içindən 2 başqa şablon da "çıxacaq". Bununla paralel onları da hazırlayaram. "doc" səhifələrini lap axıra saxlayacam. Şablon tam hazır olandan sonra səhifələrə tətbiq edərik. Bu formatlı şablonların özəyi "kartoçka" şablonudur. Hörmətlə:--Sortilegus (talk) 18:33, 16 iyun 2012 (UTC)
- {{Qatil}} şablonunu hazırladım. Andrey Çikatilo səhifəsinə tətbiq etdim. Bax gör necədir - bəlkə hansısa bəndlər əlavə etmək lazımdır. Ruslarda bunun 2 köməkçi şablonu da var - "seriyalı qatil" və "kütləvi qatil". İstəsən onları da hazırlayaram. Hörmətlə:--Sortilegus (talk) 15:15, 18 iyun 2012 (UTC)
- Təşəkkür edirəm. Əla alınıb. Digər iki şablona isə ehtiyac yoxdur. Bir daha təşəkkür. Hörmətlə:--Baskervill (talk) 07:52, 20 iyun 2012 (UTC)
Eaglea94
redaktəTəşəkkür edirəm. Eagle94 Danışıq 21:02, 16 İyun 2012 (UTC)
- Dəyməz. Hörmətlə:--Baskervill (talk) 10:48, 18 iyun 2012 (UTC)
Zəlzələlərin Proqnozlaşdırılması üzrə Qlobal Şəbəkə (GNFE)
redaktəSalam hörmətli Baskervill xahiş edirəm bu meqalənin rus versiyasının qorunmasında mene kömək edin.Orda dəyərli azərbaycan geoloqu Elçin xəlilov haqqında xoşagəlmaz fikirlərə öz münasibətinizi bildirin zəhmət olmasa. Əvvəlcədən təşəkkur edirəm. Səsvermə bu adresdə keçirilir. Глобальная сеть по прогнозированию землетрясений (GNFE) --Isark Vali (talk) 09:29, 18 iyun 2012 (UTC)
- Bu barədə digər idarəçi və aktiv vikipedistlərə müraciət edin. Mən ruvikidə fəaliyyət göstərmirəm. Hörmətlə:--Baskervill (talk) 10:47, 18 iyun 2012 (UTC)
Salam Vüqar bəy. Burada aparılan səsverməni yekunlaşdırsanız, yaxşı olardı. Hörmətlə:--Baskervill (talk) 10:14, 18 iyun 2012 (UTC)
- Sizə də salamlar. Yekunlaşdırıldı. --N KOzi FORVM 10:33, 18 iyun 2012 (UTC)
- Təşəkkür edirəm. Hörmətlə:--Baskervill (talk) 10:43, 18 iyun 2012 (UTC)
- Dəyməz. --N KOzi FORVM 10:49, 18 iyun 2012 (UTC)
- Təşəkkür edirəm. Hörmətlə:--Baskervill (talk) 10:43, 18 iyun 2012 (UTC)
- Vüqar bəy. ("Vikipediya:Seçilmiş şəkil namizədləri") bölməsindədə bir arxivləşdirmə aparsaydız əla olardı. Yeni 10 namizəd irəli sürmək istəyirəm. Hörmətlə:--Baskervill (talk) 10:59, 18 iyun 2012 (UTC)
- Ok. Həll edərəm. --N KOzi FORVM 10:59, 18 iyun 2012 (UTC)
- Həll edildi. --N KOzi FORVM 11:03, 18 iyun 2012 (UTC)
- Ok. Həll edərəm. --N KOzi FORVM 10:59, 18 iyun 2012 (UTC)
- Vüqar bəy. ("Vikipediya:Seçilmiş şəkil namizədləri") bölməsindədə bir arxivləşdirmə aparsaydız əla olardı. Yeni 10 namizəd irəli sürmək istəyirəm. Hörmətlə:--Baskervill (talk) 10:59, 18 iyun 2012 (UTC)
Commons
redaktəFile:Baku Kristal Holl.gif bu şəkil animasiyanı mən yükləmişəm. Müəllifi də özüməm (özüm şəxsən çəkdiyil şəkillər əsasında hazırlamışam). Indi bunu silmək isəyirlər. Guya keyfiyyəti aşağıdır və heç bir məna kəsb etmir. Məncə silmək üçün bir qədər absurd bəhanədir. Buradan bəlkəm müdafiyəsinə qoşulasınız. Bu bir Kristal Hollun gecə işıqlandırılmasına aid bir animasiyadır. daha nə məna kəsb etməlidirki? Əvvəlcədən təşəkkürlər.--Mr (talk) 17:38, 21 iyun 2012 (UTC)
Bilirsən?
redaktəSalam. "Bilirsinizmi" bölməsini hazırlayanda bir az diqqətli ol. "Kron adlı tanrı öz övladlarının unudaraq yemişdir" - bu cümlə nədir? Birincisi, burda sən yazdığın variantda məna səhvi var ("övladlarının"). İkincisi də, Kron uşaqlarını "unudub" yeməyib, "udub" yeyib. Hörmətlə:--Sortilegus (talk) 11:09, 23 iyun 2012 (UTC)
- Son günlər vikidə bəzi diqqətsizliklər etmişəm. Bunlardan ən önəmlisi sizin göstərdiyiniz məsələ idi. Bu andan etibarən daha diqqətli olacam. Məlumatlandırdığınız üçün təşəkkür edirəm. Hörmətlə:--Baskervill✍ 19:20, 26 iyun 2012 (UTC)
Salam Hörmətli Asparux Xan Bulqar. Mən İran əhalisinin etnik tərkibi şablonu yaratmışam. Şablon envikidən tərcümə olunub, ancaq şablonda Azərbaycanlıların yaşadığı ərazilər sanki, az göstərilib. Zəhmət olmasa sizdə şablona baxın. Hörmətlə--Baskervill✍ 17:43, 30 iyun 2012 (UTC)
Salam hörmətli dostumuz Baskervill. Öncə qeyd edim ki xəritə Pan-İranizm hisləri bəsləyən naməlum müəllifin təxəyyülünün məhsuludur. indi isə xəritəyə dair qeydlər:
- 1)Bəxtiyarilər fars olaraq göstərilib (sanki şimali və cənubi lur ləhcələri arasında orta mövqe tutan bəxtiyarilər buxarlanıblar). Əgər bəxtiyarilərin farslarla dil baxımından qohum olmağı nəzərə alınırsa onda onların lurların subetnik qrupu olmaları da nəzərə alınmalı və lurlar xəritədə farslar olaraq göstərilməlidir. Hərçənd ki mən qətiyyən bununla razı deyiləm.
- 2)Lur dilinin ən şimal ləhçələrində danışanlar-Kirmanşah və İlam ostanlarında yaşayırlar. Bunlar kəlhur-lək-koylayi-feyli-kermanşahi ləhçələridir. xəritədən görünən budur ki onlar kürd olaraq göstəriliblər. Ləklərin areallarının 90%-i kürd olaraq göstərilsə də gülməli də olsa Həmədanın Nəhavənd və Məlayir şəhristanlarında yaşayanları lur olaraq göstərilib. Bundan başqa Kürdüstanın İraq-Kirmanşah kəsişmə xətti istiqamətində kampakt halda sayı azı 300-350 min olan guranlar da yaşayır ki bunlarda kürd yox giləklərə qohum olan ancaq dil cəhətdən zazalara aiddirlər. Bu zaman lütfən əslən azərbaycan türkü və Əliİlahi təriqətində olan və GORAN adlandırılan sayları azı 1,500,000 olan əhalini də nəzərə alaq. Onlar da elə bil buxarlanıblar. Ya fars olaraq ya da kürd olraq göstəriliblər (sanki onların Kürdüstan olaraq görmək istədikləri ərazilərdə kürddən başqa heç kəs yaşaya bilməz təsəvvürü yaratmağa çalışırlar)
- 3) Ərəb bədbəxtlər digər milli azlıqlar kimi çox az göstəriliblər. Sanki Xorasanda və Tehran da yaşayan 2 milyona yaxın ərəb buxarlanıb.
- 4) Talışlar : onların milli arealları Gilanın astara şəhristanında qırılır. Çünki kəndlərdə demək olar talış yoxdur. Areal xətti Ərdəbilin Anbaran bəxşi xətti ilə Azərbaycan Respublikasının Lerik rayonuna keçir. Anbaran bəxşin dəqiqliklə hansı kənddə talış yaşadığı məlumdur. Cəmi 7 kənddə - 5 ilə 8 min arasında talış var.
- 5)Zəncanda (ostanda) fars yoxdu deyə biləcəyimiz qədər azdır. Kəndlərdə yaşamırlar. Bəlkə şəhərdə az sayda yaşayalar. Kəndlərdə uzağı 45 min qədim tati dilində danışan əhali ola.
- 6)Qəzvində (ostanda) şəhərdə farslar çoxluqdu (60%-dək). Amma digər şəhərlər türkdü kənd əhalisinin də azı 85%-i türkdü. Qalan əhali tati dilində danışır.
- 7)Qərbi Azərbaycanda (ostan) kənd əhalisinə dair çox məlumata sahibik. Kürdlər həqiqətən də uzağı 25-33%-dirlər (Kürdlərin falsifikasiya sistemi təbliğatda çox təcürübəli qüvvələrə əsaslanır---nəysə təfsilatına varmadan...) Çünki artıq olmaq üçün demoqrafik imkanları çatmır. Həmdə kürdlərin nisbi çəki üstünlüyün artmasının səbəbi onların saylarının artmağı ilə deyil azərbaycan türklərinin oradan aclıq-işsizlik şəraitinin təsiri ilə köçmələridir. Şükür Allaha mənbələr tapdıqca müvafiq məqalələrdə bunu isbat edəcəyik. Məsələn indi üç yerə bölünmüş keçmiş Maku şəhristanında 200 mindən çox əhali vardı və orada cəmi 8 kənd kürdlərin idiki bu da olnların payını şəhər də yaşama ehtimallarını da nəzərə aldıqdan sonra 11-15% olduqları qənaətinə gəlməyə imkan verir. Xəritəyə qalsa əhalinin 90%-i kürddü. Mərkəz hissədə isə əhali tamamən kürddü. Xəritə tamamən pkk xəritəsidi deyə bilərik. Xorasanda btün İran kürdlərinin 8-9%-i dolyaında kürd məskunlaşıb. Farslara da kürdlərə də talışlara da lazımdıki çox görünsünlər. Bu zaman farslarla kürdlərin köməyinə lurlar gəlir talışların da köməyinə kimlərin tat dediyi əslində tati adlanan etnik qruplar gəlirlər-məcazi mənada. Yəni onları bu millətlər öz sayların artırmaq üçün öz tərkiblərində hesablayırlar.
- 8)Sonda deyim ki mövzu çox dərindir və olduqca mübahisəlidir, və xəritə indiki görünüşü ilə tam təxribat xarakteri daşımaqdadır. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 18:27, 30 iyun 2012 (UTC)
- Hörmətli dostumuz Baskervill lütfən məni yalnış anlamayın ancaq mən iki məqaləyə (İran, Lurlar) əlavə etdiyiniz xəritəni silməli oldum. Bu xəritələr mənbəsizdir, qərəzli v tərəfli hazırlanmışdır. Lütfən bu mövzuda bir az həssas olaq. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 18:37, 30 iyun 2012 (UTC)
- Məsələ barədə ətraflı məlumat verdiyiniz üçün sizə təşəkkür edirəm. Bəs bəluclar və mazandaranlıların yaşadığı ərazilər düzgünmü göstərilib?--Baskervill✍ 19:05, 30 iyun 2012 (UTC)
- Hörmətli Baskervill bir daha salam. Bəluclar və təbəristanlılara dair sual vermisiniz:
- Bəluclar: əsasən Sistan və Bəlucistan, az sayda Kirman, Rezavi Xorasan və Hörmüzqan ostanlarında və əlbəttə az sayda ancaq kompakt (məhəllələr şəklində) Tehran şəhərində yaşayırlar. Qeyd etdiyim ərazilərdə İran Bəluclarının 95-98%-i yaşayır. Bütün hallarda tayfa quruluşlarının saxlamaqdadırlar. Bir neçə böyük ləhçəyə ancaq yüzlərlə şivəyə sahib dildə danışmaqdadırlar.
- Təbəristanlılar, təbərilər və ya müasir deyilişlə mazənderanlılar: əsasən Mazənderan ostanında qismən Gülüstan ostanında (əhalisinin 70%-i türkmən, 10-15%-i təbəri, 15-20%-i fars, azərbaycanlı, bəluc, əfqan-patan-puştun, qazax, özbəklərdir), Tehran şəhərində, çox az sayda (bir neçə kənddə) Semnan ostanında yaşayırlar. Azərbaycanın Lerik rayonunun əhalisini təşkil edən bəzilərinin talış bildikləri qaloşlar və ya qaleşlər deyləmi adlanan qədim gil, mard və amard tayfalarının dillərinin (bu tayfalar indi özünü talış, mazandaranlı, gilək adlandıran, həmçinin kürd və türk dillərinin güclü təsirini hiss etmiş zaza adlanan hazırki xalqın əcdadlarıdırlar.) müasir ən yaxın varisləridir. Azərbaycanın Astara rayonunda bu qaleşlərin xüsusi qolu yaşayır-özlərinə qajal deyirlər. Qajallar az sayda İrandada vardır. İndi əsas məsələ Gilanın Rizvanşəhr şəhristanınından başlayaraq Gilanın Ərdəbil, Zəncan, Qəzvin ostanları ilə sərhəddi boyu dağlıq ərazidə həmçinin Mazənderan ostanının Tehran və Semnan ostanları ilə sərhəd boyu dağlıq xətt boyu deyləmi və ya qaleş adlanan indiki dillərdən ən çox giləkcəyə (daha doğrusu Lahicani dialektinə) yaxın olan etnik qrup yaşamaqdadır. Xəritədə isə onlar nədənsə fars olaraq göstəriliblər. Maraqlıdır farslar elə hündür dağ kəndlərində nə vaxt məskunlaşıblar ki bundan heç kəsin xəbəri yoxdur.
Hörmətlə !--Asparux Xan Bulqar (talk) 09:08, 1 iyul 2012 (UTC)
- Məsələ barədə iki dəfə ətraflı məlumat verdiyiniz üçün sizə bir daha təşəkkür edirəm. Ancaq bir məsələ barədədə sizdən məlumat almaq istərdim. Xəritənin bir hissəsində əhalinin yaşamadığı göstərilib. Həmin hissəsini dağlıq olması barədə məndə müxtəlif məlumatlar var. Zəhmət olmasa həmin hissəyə nəzər yetirin, orada hansısa xalq yaşayırmı, yoxsa ora doğurdanda əhali yaşamayan ərazidir. Hörmətlə:--Baskervill✍ 14:53, 1 iyul 2012 (UTC)
- Hörmətli Baskervill İrana dair fiziki xəritələri, həmçinin İran əhalisinin məskunlaşması sızlığına dair müxtəlif müəlliflərin xəritələrini internetdə tapmaq münkündür. Bütün xəritələr sizin baxmağımı istədiyiniz xəritədə olduğu kimi həmin bölgələrdə ərazinin çox az sayda vahələrə sahib tam mənada səhradan ibarət olduğunu göstərir. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 18:39, 1 iyul 2012 (UTC)
Talışca vikipediya
redaktəSizi salamlayıram. Sizin talışca vikinin açılması üçün gördüyünüz işləri yüksək qiymətləndirirəm. Bu iş barədə sizdən məlumat almaq istərdim. Hörmətlə--Baskervill (talk) 18:47, 20 June 2012 (UTC)
- Salam dostum, sana nasıl yardım edebilirim, hangi konuda bilgi istiyorusun. --Tadiranscopus (talk) 05:28, 27 June 2012 (UTC)
Merhaba sayın Tadiranscopus. Ben sizin Incubatorda Talışca vikipedinin oluşdurulması için yapdığınız çalışmaları gördüm. Azerbaycanda bulunan azınlık toplumların dillerinin korunması için kendi ana dillerinde vikipedilerinin olması bence çok önemli. Bu o toplumların insanları için bir nevi yeni fırsatdır. Azerbaycanın kuzeyinde bulunan Avarların Avarca ve Lezgilerinde Lezigice vikipedileri artık kendi alan adının oluşdurmuş durumdalar. Bence sıra şimdide Talışca vikipedide. Sizin Talışca vikipedinin kendi dil alanına sahib olması için yapdığınız çalışmalara bakdım ve çok beğendim. Size bu konuda kendi yardımımı teklif etmek isterim. Bence sizde benim gibi Talış dilini bilmiyorsunuz, ama şimdiki, devirdə insanlar hiç bilmediyi bir dilinin vikipedi sürümünde yönetiçi bile ola biliyor. Birge çalışarak en kısa zamanda talışca vikipedini oluşturmamız gerekli. Sayqılarla:--Baskervill✍ 16:53, 1 iyul 2012 (UTC)
- Ben her dili bilmesem de çoğu dili destekliyorum, Zazaca ve talişçe %40-50 oranında benziyor birbirine, bu yüzden açılması için ayrıca bir çaba harcıyorum, bu mücadelede seninle birlikte çalışmaktan gurur duyarım. Tek sıkıntımız taliş dilini konuşan insanların wikide fazla aktif olamamları veya wiki dilini iyi bilmemelerinden kaynaklanıyor, ben çoğu zaman onların yaptığı katkıları düzeltiyorum, tahminimce fazla bir eksik kalmadı sadece makale sayısı biraz az onu da tamamlamaya çalışıyoruz. --Tadiranscopus (talk) 06:18, 2 iyul 2012 (UTC)
- Tüm yardımlarınız için teşekkür ederim. Umarım en kısa zamanda talışca viki açılır. Bu arada zazaca viki henüz açılmamışdımı?--Baskervill✍ 15:51, 5 iyul 2012 (UTC)
- Önemli değil elimizden geldiğince kömek eylemeye çalışıyoruz. Zazaca viki zazaca var ama ben orda çalışmıyorum, yönetim ile kavgalıyız ben özgür takılıyorum.--Tadiranscopus (talk) 17:15, 7 iyul 2012 (UTC)
Təşəkkür edirəm.
redaktəSalam Hörmətli Sohraboglu. Sizə Ustalıq ulduzu müfafatı ilə təltif etdim. Rok sahəsində dəyərli məqalələr yaradırsız və mən ümüd edirəm ki, bu fəaliyyəti davam etdirəcəksiz. Sizinlə şəxsən tanış olduğuma görədə çox şadam. Dəyətli fəaliyyətinizdə uğurlar. Hörmətlə:--Baskervill (talk) 12:02, 20 iyul 2012 (UTC)
- Verdiyiniz mükafata görə təşəkkür edirəm. Çox sağolun. Mən işimi həvəslə görürəm. Təkrar təşəkkürlər. --Sohraboglu (talk) 13:09, 20 iyul 2012 (UTC)
- Təşəkkürə ehtiyac yoxdur. Ümüd edirəm ki, bu fəaliyyətiniz davamlı olacaq. Hörmətlə:--Baskervill (talk) 21:52, 20 iyul 2012 (UTC)
Münasibət
redaktəSalam, Baskervill. Xahiş edirəm ki, bu səhifədəki sonuncu məsələyə dair münasibət bildirəsiniz.--Wertuose (talk) 13:07, 21 iyul 2012 (UTC)
Xoş gördük
redaktəSalam Hörmətli Amd628. Sizin kimi dəyərli bir istifadəçini Azvikidə yenidən görmək çox xoşdur. Mən bilən qədər siz Azvikidə idarəçidən olmusuz, bir sözlər indiki vikipedistlərin çoxu burada olmayanada siz Azviki naminə fəaliyyət göstərmisiz və buna görə sizə sonsuz təşəkkür etmək lazımdır.
P.S Ümüd edirəm ki, Azvikidə fəaliyyətinizə bir daha ara verməsiniz. Dərin Hörmətlə:--Baskervill (talk) 10:31, 21 iyul 2012 (UTC)
- Salam. Xoş sözlərinizə görə çox sağolun. Vikipediyada fəaliyyətimə məcburən ara vermişəm, məqam tapan kimi töhfələr verməyə çalışıram. Vikipediyada sizin kimi istifadəçilərlə birgə fəaliyyətimdən isə məmunam. Təəssüflər olsun ki, mənim burada aktiv fəaliyyətimi məhdudlaşdırdığım dövrdə olduğu kimi indi də əsas problem aktiv isitfadəçi problemidir. Ona görə də aktiv istifadəçiləri gördükdə xüsusi sevinirəm. Xoş sözlərinizə görə bir daha çox sağolun --A_M_D m-f 10:49, 21 iyul 2012 (UTC)
- P.S.görünür, bəzi vərdişləri unutmuşam-mesajı sizin səhifənizə köçürmək yaddan çıxıb, üzrlər - --A_M_D m-f 10:20, 22 iyul 2012 (UTC)
- Olan işdi. ) Belə hal olanda mən özüm köçürürəm. --Baskervill (talk) 13:44, 22 iyul 2012 (UTC)
Salam
redaktəSalam həmkar. İdarəçi seçiləndən sonra mübahisələrin həllində tutduğun barışdırıcılıq mövqeyi, ümumiyyətlə bir idarəçi kimi vikipediyaya lazımınca nəzarət etmən məni çox sevindirir:) İdarəçi üçün ən vacib məsələ onun burada "ağa" yox, "xidmətçi" olmasını dərk etməsidir. Yeni istifadəçiləri fəaliyyətə həvəsləndirmək, onlara bacardığın qədər kömək etmək, etik prinsiplərə tam əməl etmək, tənqidlərə, bəzən isə hətta təhqirlərə dözümlü olmaq və s. - bu idarəçilərin yazılmamış vəzifələridir. Hörmətlə:--Sortilegus (talk) 12:07, 23 iyul 2012 (UTC)
- Xoş sözlərə görə təşəkkür edirəm. Azvikidə əlimdən gələn qədər fəaliyyət göstərmək və əsasən digər vikilərdə olan, bizim vikidə olmayan məqalələri yaratmaq mənim üçün xoşdur. Ümüd edirəm ki, Azviki 3 ildən sonra çox öndə olacaq. Biz o zaman öz zəhmətimizin bəhrəsini görəcəyik. Hörmətlə:--Baskervill (talk) 13:01, 23 iyul 2012 (UTC)
Məqalələr
redaktəSalam. Hörmətli Baskervill. Əgər sizi artıq mövzularla narahat edirəmsə, üzrlü hesab edin. Əgər porno aktrisalar məqalələrini dayandırsaq bu zaman porno film və ya erotik film, həm də insanın seksual davranışları haqqında yaradılacaq məqalələrində qarşısı alınmalıdır və bu zaman məqalələrin sayı çox olmaz. Bu səbəbdən təklif edirəm ki, porno aktrisalar məqalələri yaradılan zaman qısa məzmunlu həyatı göstərilsin və mükafatlar və ya filmlər tərcümə edilməsin. Razı olsanız Aleksis Teksas məqaləsindəki bəzi sözləri aradan qaldıraram (amma bir problem çıxır ki, bəzi porno filmləri adlarını tərcümə edim və ya etməyim). Əgər siz və digər istifadəçilər razı deyildilərsə, onda porno aktrisalar məqalələri yaratmağımı dayandırım (bu məqalələrin sayı çox olduğuna bəzən yaradırdım) və Aleksis Teksas məqaləsini də çıxararsınız. Amma başqa istifadəçilər tərəfindən də yaradıla bilər. Həmçinin, ərəb, fars, özbək kimi dillərdə qısa həcmli məqalələr vardır. Sizi narahat etdimsə, üzrlü hesab edin. Hörmətlə:-- Eagle94 Danışıq 10:23, 24 İyul 2012 (UTC)
Müzakirəyə qarışdığım üçün üzr istəyirəm, amma hesab edirəm ki, bu cür məqalələr olmalıdır, lakin qısa-konkret. Onsuz da müəyyən müddətdən sonra kimsə gəlib belə məqalələr yaradacaq və o şəxslər ensiklopedikdirsə biz o şəxslərə "olmaz" deyə bilmərik. Hörmətlə, --Irada (talk) 05:40, 24 iyul 2012 (UTC)
- Gələcəkdə qayda qəbulu aktual olarsa, buna da Vikipediya:Şəxslərin ensiklopedik əhəmiyyəti#Pornoqrafik aktyorlar diqqət edilsin--Melikov Memmed⇒email 06:31, 24 iyul 2012 (UTC)
- Əlsa narahat etmədiz. Sadəcə Azvikidə bu tip mövzularda olan həssaslığı nəzərə almaq lazımdır. Siz həmin məqalələri yenə yarada bilərsiz və heç kim bunu sizə qadağan edə bilməz. Yenədə seçim sizindir, ancaq məncə yaratmasaz, bir sözlə bu porno mövzusunu bağlasaq əla olar. Hörmətlə--Baskervill (talk) 13:32, 24 iyul 2012 (UTC)
Cavab:
redaktəSalam Semral Quluzadə. Bir neçə başlıqda məqalə açıb sonra isə onu eyni məqaləyə istiqamətləndirmək olmaz. Hörmətlə--Baskervill (talk) 11:28, 24 iyul 2012 (UTC)
- Axı onlar (o məqalələr) hamısı eyni məna kəsb edir. Və onları hər kəs başqa cür tanıyır. Bəzi elmi mənbələrdə "Druzilik" bəzilərində "Dəruzilik" və bəzilərində də "Dəruziyyə" kimi qələmə verilir. İndi mən onlardan hansını tək başlıq seçim. Hər halda ehtiyac olmasa bir neçə başlığı açıb eyni bir başlığa yönləndirməzdim.
Semral Quluzadə müzakirə 16:39, 24 iyul 2012
- Ehtiyacın olub - olmamasından aslı olmayaraq, bu üsuldan istifadə etmək düzgün deyil. O zaman bir bir xüsusiyyətin bir neçə adı ola bilər, o zaman gərək hər kəs bir neçə məqalə açsın və həmin məqalələri yönləndirsin. Şəxsən mən sizə bir daha bunu etməyi məsləhət görmürəm. Özünüz hansı adı tam düzgün hesab edirsinizsə, o adda məqaləni yaradın. Əgər kimsə qalan adların birində məqalə yaradarsa, idarəçilərdən biri həmin məqaləni silər. Hörmətlə:--Baskervill (talk) 12:05, 24 iyul 2012 (UTC)
- Məsləhətivizi nəzərə alaram.
Semral Quluzadə müzakirə 17:39, 24 iyul 2012
Günün seçilmiş şəkli
redaktəSalam Hörmətli Sultan11. Hal-hazırda Azvikidə 216 ədəd seçilmiş şəkil var. Mən sabah 10 ədəd yeni şəkil namizədi təqdim edəcəm. Siz vaxtaşırı, seçilmiş şəkilləri, günün seçilmiş şəkli bölməsinə əlavə edirsiz. Ümüd edirəm ki, bir şəkili bir daha təkrarlamırsız. Məsələn əgər bir şəkil 5 yanvar tarixində günün seçilmiş şəkli seçilibsə, həmin şəkili başqa bir gündə hətta 20 dekabr kimi ilin sonuna yaxın olan günlərdə belə Ana Səhifəyə təkrarən çıxartmaq olmaz. )) Bu barədə sizdən məlumat almaq istərdim. Mən bilirəm ki, bizə ən azı 365 seçilmiş şəkil lazımdır, ancaq indi cəmi 216 şəkilimiz var. Ən qısa zamanda seçilmiş şəkillərin sayını artırmalıyıq. Hörmətlə:--Baskervill (talk) 20:49, 23 iyul 2012 (UTC)
Salam, Baskervill. Doğrudur, mən vaxtaşırı seçilmiş şəkilləri, günün seçilmiş şəkli bölməsinə əlavə edirəm və burada xüsusi bir qanunauyğunluqla bir seçilmiş şəkili hələlik il ərzində təkrarən yenidən yerləşdirilməyib. Ən qısa zamanda seçilmiş şəkillərin sayını artırmaq fikrinizi alqışlayıram. Ancaq burada bir neçə məsələni unutmamağı məsləhət görərdim. Seçilmiş şəkillərn keyfiyyəti və yararlığını mütləq nəzərə almanız gərəkdir. Bilirsiniz ki, bir çox əlamətdar günlər var və bu günlərə uyğun seçilmiş şəkillərin olması çox-çox yaxşı olardı. Məsələn, 1 avqust günü Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Səsvermədə istifadəçi qıtlığının olmamasıda əsas işlərdən biridir. Hörmətlə: -- ■ Sultan mesaj 20:03, 24 iyul 2012 (UTC)
Şablon:Faşizm
redaktəSalam. Zəhmət olmasa Faşizm şablonunda Antikommunizm və Antikapitalizm sözlərini düzəldib Anti-kommunizm və Anti-kapitalizm edin. Dilimizin qaydaları bunu tələb edir. Üçüncü baxış terminini zəhmət olmasa Üçüncü yol və ya Üçüncü istiqamət sözü ilə əvəz edin. --RM-WaRRioR (talk) 20:13, 25 iyul 2012 (UTC)
- Məlumat verdiyiniz üçün təşəkkür edirəm. Mən şablonu sınaq kimi hazırlamışdım. Yəni şablonda bir çox terminlər tam düzgün tərcümə olunmamışdı. Mən indi sizin tərəfinizdən qeyd olunan 3 sözün düzgün yazılışını şablona əlavə edərəm. Hörmətlə:--Baskervill (talk) 16:56, 26 iyul 2012 (UTC)
Təşəkkür edirəm! --RM-WaRRioR (talk) 22:03, 26 iyul 2012 (UTC)
Salam. Cekli bir məsələyə görə səni narahat edirəm. Bu (2008 Yay Olimpiya Oyunları medal sıralanması) məqalə üzərində işləyirəm və ən qısa zamanda məqaləni genişləndirmək fikrim var. Ancaq bir neçə ölkələrin bayraqlarında problem yaranıb. Zəhmət olmasa bir bax, mən baxdım mənə qaranlıq qaldı. Hörmətlə:--Baskervill (talk) 22:02, 28 iyul 2012 (UTC)
- Müvafiq istiqamətləndirmə səhifələrini hazırladım. --►CEKLİde gəlsin 03:14, 30 iyul 2012 (UTC)
- Təşəkkür edirəm. Hörmətlə:--Baskervill (talk) 11:58, 30 iyul 2012 (UTC)
Diqqət yetirin
redaktəSalam Baskervill. Bu ([7], [8]) şəkillərə diqqət yetirmənizi xahiş edirəm. Hörmətlə: -- ■ Sultan mesaj 19:04, 4 avqust 2012 (UTC)
- Həmin şəkillərin mənbə məsələsini ən qısa zamanda həll etmək istəyirdim. Birinci keçiddə olan şəkili siləcəm, həmin şəkilin mənbəsini əldə edə bilmədim. İkinci şəkilin mənbəsini isə ən geci birinci günə qədər əlavə edəcəm. Hörmətlə:--Baskervill (talk) 22:25, 4 avqust 2012 (UTC)
Salam. Necəsiz? E.T. bu məqalədə istinadların silinmə səbəbini bilmək olarmı? :Hörmətlə--Baskervill (talk) 20:17, 12 avqust 2012 (UTC)
- Salam. Təşəkkürlər, yaxşıyam. "Cite web" və "Cite news" şablonları problem yaradırdı. İçi ingiliscədir, Azərbaycan dilinə tərcümə olunub sonra səhifələrə əlavə olunmalıdır. Digər məqalələrdə də belə problemlər olur. Əslində, məqaləni hansısa vikidən tərcümə edəndə bu qədər istinadı bura kopyalamağa ehtiyac yoxdur. Hörmətlə:--Sortilegus (talk) 20:28, 12 avqust 2012 (UTC)
Səsvermə
redaktəSalamlar. Vikipediya:Səsvermə/Bir viki iki əlifba səhifəsinin "Qarşı" bölümündə müəyyən dəyişikliklər olub. Lazım bilirsizsə səsinizi dəqiqləşdirə bilərsiz. Hörmətlə--Əmir İbrahimi *danışıq* 05:33, 13 avqust 2012 (UTC)
- Məlumatlandırdığınız üçün təşəkkür edirəm. Hörmətlə:--Baskervill (talk) 05:40, 13 avqust 2012 (UTC)
Thumb
redaktəSalam Hörmətli Acategory. Bilirsinizmi şablonunun yeni bölümünü Ana Səhifəyə əlavə etmisiniz. Ancaq həmin bölmənin şəkilində thumb-dan bir sözlə cərcivədən istifadə etmisiz. Məncə bu Ana Səhifənin vizual görünüşünü pozur, digər vikilərdədə belə bir hal yoxdur. Lütfən thumbu ləğv edin. Hörmətlə:--Baskervill (talk) 10:01, 14 avqust 2012 (UTC)
- Hörmətli Baskervill. "Thumb" işarəsi olmadıqda şəklin altındakı yazı oxunmur, belə halda isə oxucu şəklin hansı məlumata aid olduğunu bilmir. Hər milli vikipediya cəmiyyəti ümumi qaydaları qəbul edərək, digər halları özünün məqbul bildiyi formada həll edir. Heç bir milli viki digərinə göstəriş sayıla bilmir. Hesab edirəm ki, şəkil altındakı yazı ilə daha maraqlı və informativ görünür. Ona görə də "Thumb" işarəsinin saxlanmağının tərəfdarıyam. Hörmətlə --Acategory (talk) 10:22, 14 avqust 2012 (UTC)
- Sizi anladım. Ancaq bunu üçün thumb əlavə etməyə ehtiyac yoxdur, thumbu ləğv etsəz, şəkilin üzərinə oxu gətirməklə həmin ad çıxır. Şəxsən məncə belə mühüm məsələlərdə digər şəxslərin fikirlərinidə öyrənmək lazımdır. Hörmətlə:--Baskervill (talk) 11:18, 14 avqust 2012 (UTC)
- Thumb teqini mən əlavə etmişəm. Oxu şəklin üzərinə gətirməklə yazını oxumağın mümkünlüyünü çox istifadəçi bilmir. Sayta təsadüfən daxil olanların isə böyük əksəriyyəti. Hörmətlə:--Sortilegus (talk) 17:32, 14 avqust 2012 (UTC)
- Amma o biri vikilərdə thumb yoxdur. Problem deyil - thumb-suz da olar. Hörmətlə: --Sortilegus (talk) 17:39, 14 avqust 2012 (UTC)
- Thumb-dan portal, məqalə və siyahılarda istifadə etmək olar. Ancaq thumbun Ana Səhifəyə yerləşdirilməsi vizual baxımdan görünüşü pozur. Mən bu barədə bir iki nəfərlədə məsləhətləşdim. Həmin şəxslərdə thumbun əlavə olunmasına qarşıdırılar. Hörmətlə:-- 21:02, 14 avqust 2012 (UTC)
Yanlış bloklama və yanlış silinmə
redaktəSalam. Saleh Qocayev məqaləsini silməyiniz və həmin məqaləni hazırlayan yeni istifadəçi Leysan082-ni 3 gün müddətinə "Səhifəyə mənasız və yararsız əlavələrə görə" bloklamağınız qətiyyən doğru deyil. Xahiş edirəm ki, bloklamanı düzgün əsaslandırın. Çünki səhifəyə mənasız və yararsız əlavələr etməməsi ilə bağlı ona heç bir xəbərdarlıq etməmisiniz. Saleh Qocayev məqaləsini isə "Qeyri-ensiklopedik məqalə" səbəbilə silmisiniz. Həmin məqaləni silmək yox, vikiləşdirmək lazım idi. Ən qısa müddətdə Saleh Qocayev məqaləsini bərpa edin, Leysan082-nin isə blokunu götürün. Hörmətlə, --►CEKLİde gəlsin 03:55, 15 avqust 2012 (UTC)
- Hesab edirəm ki, idarəçi idarəçi ilə məsləhət formasında danışa bilər, ondan tələb edə bilməz. Kiminsə (statusundan asılı olmayaraq) şəxsi mövqeyini qəti tələb nəticəsində başqasına qəbul etdirmək vikipediya qaydalarına ziddir. --Acategory (talk) 04:10, 15 avqust 2012 (UTC)
- Nə "tələb edirəm" sözünü yazmamışam, nə də cümlənin sonunda nida (!) işarəsini qoymamışam. Hətta ismarıcımda "Xahiş edirəm ki," də demişəm. Mövqeyim isə şəxsi mövqe deyil. Vikiqaydalara tam uyğundur. Blokun götürülməsi və məqalənin bərpası mənim tərəfimdən, Baskervillə məlumat verilmədən icra olunsaydı, o zaman mövqeyim şəxsi mövqe adlandırıla bilərdi. Hörmətlə, --►CEKLİde gəlsin 04:20, 15 avqust 2012 (UTC)
- Əvvala Salam :) Məsələ barədə münasibət bildirdiyniz üçün hər ikinizə təşəkküt edirəm. Məqalə ilə yenidən tanış oldum. (məqaləni siləndədə tanış olmuşdum) Məqalə sırf reklam xakateri daşıyır. Normal bir məqalədə Şərəfli ömür yolu və Dərin Zəka - Dönməz Əqidə kimi təriflərdən istifadə etmək gözəllikdən çox çirkinlik gətirir. Ümüd edirəm ki, bunu ya bloku açılandan sonra həmin şəxs yada siz düzəldərsiz. Leysan082 adlı istifadəçi isə vandalizm halları ilə məşğul olub və bu səbəbdən 3 günlük boklanıb. Vikipediya:Yeni istifadəçilərə kömək səhifəsində Leysan082 tərəfindən edilən bu redaktə onun bloklanmasına tam əsas verir. Məqaləni bərpa etdim, ancaq həmin şəxsin blokunu acmayacağam. Hörmətlə:-- 09:23, 15 avqust 2012 (UTC)
- Məqaləni bərpa etdiyiniz üçün təşəkkür edirəm. Bloklanma ilə bağlı Leysan082-nin istinad etdiyiniz redaktəsi isə, onun bloklanmasına qətiyyən əsas vermir. Əgər belə bir zərurət olsaydı, o zaman Sizdən əvvəl onu bürokratımız Sortilegus bloklayardı. Çünki müvafiq səhifədəki sonuncu düzgün versiyanı o bərpa edib. Siz isə Leysan082-yə yalnız xəbərdarlıq edə bilərdiniz. Bu səbəbdən də bloku götürmək mütləqdir. Hörmətlə, --►CEKLİde gəlsin 09:42, 15 avqust 2012 (UTC)
- Əvvala Salam :) Məsələ barədə münasibət bildirdiyniz üçün hər ikinizə təşəkküt edirəm. Məqalə ilə yenidən tanış oldum. (məqaləni siləndədə tanış olmuşdum) Məqalə sırf reklam xakateri daşıyır. Normal bir məqalədə Şərəfli ömür yolu və Dərin Zəka - Dönməz Əqidə kimi təriflərdən istifadə etmək gözəllikdən çox çirkinlik gətirir. Ümüd edirəm ki, bunu ya bloku açılandan sonra həmin şəxs yada siz düzəldərsiz. Leysan082 adlı istifadəçi isə vandalizm halları ilə məşğul olub və bu səbəbdən 3 günlük boklanıb. Vikipediya:Yeni istifadəçilərə kömək səhifəsində Leysan082 tərəfindən edilən bu redaktə onun bloklanmasına tam əsas verir. Məqaləni bərpa etdim, ancaq həmin şəxsin blokunu acmayacağam. Hörmətlə:-- 09:23, 15 avqust 2012 (UTC)
- İstifadəçi tərəfindən edilən bu tip redaktələri təcrübəsizlik ilə əlaqələndirilməsi düzgün deyil. Vikipediyaya birinci dəfə gələn bir şəxs, əvvəlcə qaydalarla tanış olmalıdır. Hansısa bir viki qaydanı silib ora reklam xakaterli məqalədən məlumatlar əlavə etmək məncə planlı bir işdir. Əgər heç kim həmin səhifəni geri qaytarmasaydı, həmin səhifə elədə qalası idi. Ola bilər ki, həmin an kimsə həmin səhifəyə daxil olub və kömək məlumatları əvəzinə mənasız bir yazı görüb. Bir sözlə Leysan082-nin blokunun acılmasını düzgün hesab etmirəm. Həmin şəxs səbəbsiz yerə yox vandalizm hallarına görə bloklanıb. Əgər Leysan082-nin blokunu vaxtından əvvəl acsam, həmin şəxs bu məsələdən dərs almayacaq. Bir sözlə mənasız yerə bloklanmış olacaq. Bu tip istifadəçilər bizə heç bir xeyr verə bilməzlər. Hörmətlə:-- 10:21, 15 avqust 2012 (UTC)
- Onu bloklamamışdan qabaq xəbərdarlıq etmişdinizmi? Axı yuxarıda dedim: Əgər belə bir zərurət olsaydı, o zaman Sizdən əvvəl onu bürokratımız Sortilegus bloklayardı. --►CEKLİde gəlsin 10:34, 15 avqust 2012 (UTC)
- İstifadəçi tərəfindən edilən bu tip redaktələri təcrübəsizlik ilə əlaqələndirilməsi düzgün deyil. Vikipediyaya birinci dəfə gələn bir şəxs, əvvəlcə qaydalarla tanış olmalıdır. Hansısa bir viki qaydanı silib ora reklam xakaterli məqalədən məlumatlar əlavə etmək məncə planlı bir işdir. Əgər heç kim həmin səhifəni geri qaytarmasaydı, həmin səhifə elədə qalası idi. Ola bilər ki, həmin an kimsə həmin səhifəyə daxil olub və kömək məlumatları əvəzinə mənasız bir yazı görüb. Bir sözlə Leysan082-nin blokunun acılmasını düzgün hesab etmirəm. Həmin şəxs səbəbsiz yerə yox vandalizm hallarına görə bloklanıb. Əgər Leysan082-nin blokunu vaxtından əvvəl acsam, həmin şəxs bu məsələdən dərs almayacaq. Bir sözlə mənasız yerə bloklanmış olacaq. Bu tip istifadəçilər bizə heç bir xeyr verə bilməzlər. Hörmətlə:-- 10:21, 15 avqust 2012 (UTC)
- Mən istifadəçi məqalə yaradanda da, göstərilən məqalənin məzmununa əlavə edəndə də onun fəaliyyətinə nəzarət edirdim. Təcrübəsiz istifadəçi olduğu o dəqiqə görünür. Belə istifadəçiləri dərhal bloklamaq, hətta onlara xəbərdarlıq etmək də düzgün deyil. Yaxşı olar ki, onun müzakirə səhifəsində ona mehribanlıqla vikinin əsas prinsipləri, nəyin düz, nəyin yanlış olduğu 3-4 cümləylə başa salınsın. Hamımız ilk vaxtlar burada fəaliyyətə başlayanda belə səhvlər etmişik. Dərhal bloklamaqla və ya xəbərdarlıq etməklə biz bəlkə də gələcəkdə viki üçün əvəzsiz istifadəçi olacaq bir nəfəri burdan uzaqlaşdırmış oluruq. Bu istifadəçinin yaratdığı məqalənin məzmunu ilə də elə o məqaləni yaradanda tanış olmuşdum. Məqaləyə ilkin dövrdə "vikiləşdirmək" şablonu yerləşdirmək olar. Sonra lap 100 cümlədən 5-10 ensiklopedik cümlə çıxarmaq mümkündür. Qeyri-ensiklopedik olsa silərik - hər halda məqaləni silmək onu yaratmaqdan daha asandır. Bloklamaq ancaq kütləvi şəkildə zərərli redaktələr edən, söyüş, təhqir yazan istifadəçilərə qarşı tətbiq olunmalıdır. Hörmətlə:--Sortilegus (talk) 13:26, 15 avqust 2012 (UTC)
- --►CEKLİde gəlsin 14:01, 15 avqust 2012 (UTC)
- Məsələ barədə iki idarəçimiz öz fikirlərini bildirdi. Məndə yuxarıda yazılanları bir daha təkrar etmək istəmirəm. Hərənin bir fikri var və mənim fikrim yuxarıda qeyd olunub. İdarəçilərdən kim istəyirsə həmin şəxsin blokunu aça bilər. Ancaq mən bunu etməyəcəm. Mən Azvikidə bir idarəçi kimi öz hərəkətimi öz başına və səbəbsiz bir hərəkət hesab etmirəm. Hörmətlə:-- 21:11, 15 avqust 2012 (UTC)
- Leysan082 üzərindəki blok götürüldü. Hörmətlə, --►CEKLİde gəlsin 03:39, 16 avqust 2012 (UTC)
- Məsələ barədə iki idarəçimiz öz fikirlərini bildirdi. Məndə yuxarıda yazılanları bir daha təkrar etmək istəmirəm. Hərənin bir fikri var və mənim fikrim yuxarıda qeyd olunub. İdarəçilərdən kim istəyirsə həmin şəxsin blokunu aça bilər. Ancaq mən bunu etməyəcəm. Mən Azvikidə bir idarəçi kimi öz hərəkətimi öz başına və səbəbsiz bir hərəkət hesab etmirəm. Hörmətlə:-- 21:11, 15 avqust 2012 (UTC)
Texniki problem
redaktəSalam hörmətli həmkar. Mən anlamadım nədənini o səbəbdən sizdən soruşuram bəlkə biləsiz bu şəkil niyə burada görünmür ?--Asparux Xan Bulqar (talk) 15:26, 15 avqust 2012 (UTC)
- Salam Hörmətli Asparux Xan Bulqar. Ümüd edirəm ki, yaxşısınız. Məsələ barədə indi sizə ətraflı məlumat verərəm. Belə ki, sizin göstərdiyniz bu şəkil commonsa yox trvikiyə yüklənib. Commons ümumi media anbardır, orada olan şəkillər bütün vikilərdə görsənir, birdə hər birini ayrı-ayrı şəkildə yükləmək lazım gəlmir. Bir nümunə verim, Saint-Lazare vağzalı məqaləsində olan bu şəkil commonsdan yüklənib. Bunu təyin etmək üçün şəkilin yuxarı sağ küncündə olan kiçik commons loqosuna baxmaq kifayətdir. Bu səbəbdən bu şəkili bütün vikilərə problemsiz əlavə etmək olar. Ancaq bu şəkil commonsa yox, ayrıca bir vikipediyaya yüklənib və bu səbəbdəndə yalnızca yükləndiyi vikipediyada görsənir. Bu anda sizin iki yolunuz var, ya həmin şəkili Azvikiyə yükləmək, yada ki, həmin şəkil bütün vikilərdə rahat bir şəkildə görünməsi üçün şəkili commons media anbarına yükləmək. Ümüd edirəm ki, fikrimi izah edə bildim. Hörmətlə:-- 00:57, 16 avqust 2012 (UTC)
- Ətraflı izahınız üçün təşəkkür edirəm. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 04:24, 16 avqust 2012 (UTC)
Şəxsi sual
redaktəSalam. İcazənizlə sizə şəxsi sual vermək istəyirəm. Cavab verməyiniz şərt deyil. Verməyə də bilərsiniz. Siz müsəlmansınız ya xristian? --RM-WaRRioR (talk) 12:19, 17 avqust 2012 (UTC)
Salam Hörmətli RM-WaRRioR. Mən bütün səmavi dinlərə inanıram və bir çox müsəlmanlardan fərqli olaraq, digər iki səmavi dinə inananlara böyük hörmət edirəm. 19 yaşım var və bu vaxta qədər məscidə getməmişəm, sadəcə qismət olmayıb, ancaq bəlkədə 20 dəfə kilsəyə getmişəm. Getdiyim kilsələrin hamısıda Azərbaycandan kənarda yerləşən kilsələr olub. Həmin vaxtlardan İsanın əzəbli və gözəl həyat yolu ilə tanış olmuşam və bu mənim xristianlıqa olan sevgimi dahada artırıb. İndi isə özümü nə tam müsəlman nədə ki, tam xristian hesab edirəm. Məsələn indi oruc tutmuşam ancaq mən bunu islama görə yox Allaha görə edirəm. Bir tərəfdən oruc tutub, digər tərəfdən kilsədə şam yandırdığım anlar belə olub. )) Bir sözlə bütün səmavi dinləri eyni dərəcədə sevirəm və mənim dini inancım 33.3% olmaqla hər üç din arasında bölünüb. Hörmətlə:-- 12:29, 17 avqust 2012 (UTC)
- Hörmətli Baskervill, bir səmimi sual da məndən: dini inancınızın 0,1%-i hansı din(lər)ə aiddir? Səmimiyyətlə, --►CEKLİde gəlsin 12:55, 17 avqust 2012 (UTC)
- Siqhizm :)) Bu din İslam və Hinduizm dinlərindən təsirlənib. Bu dinə heç vaxt inanmaram digər səmavi dinlər qala - qala. Ancaq digər səmavi dinlər olmasaydı, yəgin mən Siqhizmi seçərdim. Hörmətlə:-- 13:04, 17 avqust 2012 (UTC)
- Sizin dini inancınıza hörmətlə yanaşıram və əqidə azadlığınızın təsir altında olmadığına inanıram. Dərin hörmətlə, --►CEKLİde gəlsin 13:19, 17 avqust 2012 (UTC)
- Siqhizm :)) Bu din İslam və Hinduizm dinlərindən təsirlənib. Bu dinə heç vaxt inanmaram digər səmavi dinlər qala - qala. Ancaq digər səmavi dinlər olmasaydı, yəgin mən Siqhizmi seçərdim. Hörmətlə:-- 13:04, 17 avqust 2012 (UTC)
- Təşəkkür edirəm. Ümüd edirəm ki, bir gün hamı sizin kimi insanların dini seçimlərini tam normal qəbul edəcək. Hörmətlə:-- 13:23, 17 avqust 2012 (UTC)
Mən də sizə hörmətlə yanaşıram və əvvəlcə təşəkkür edirəm ki, səmimi cavab verdiniz. Valideynlərinizdə də vəziyyət belədir? Yoxsa onlar sırf hansısa dinə bağlıdırlar? Deməli siz dinlərə eyni gözlə baxır və ancaq vahid ALLAHI qəbul edirsiniz. --RM-WaRRioR (talk) 13:30, 17 avqust 2012 (UTC)
Amma bütün bunlara baxmayaraq Türk vikisində Xristian olmağınızı qeyd etmisiniz :) --RM-WaRRioR (talk) 13:32, 17 avqust 2012 (UTC)
- Söhbətinizə müdaxilə etmək kimi çıxacağı üçün iştirakçılardan üzr istəyirəm. Hörmətli Nihat bəy din çox təhlükəli bir şeydir. Əgər ona gözəl əxlaq müəllimi kimi yanaşsaz heç bir ziyan verməz ancaq ilahiləşdirmə məsələləri 90% təsdiqlənməyən və elmə dayanmayan iddialar olduğu aydınlaşar. İsadan və onun həyat yolundan yazmısız: hətta sözünüz digər peyğəmbərlərə aid olsa idi belə deyərdim ki məlumatı tək bir tərəfdən almayın. Şəksiz insan tək deyildir (kosmosun böyüklüyünün sərhədsizliyini----bizim ölçə bilməyəcəyimizi nəzərə alsaq hər şeyi yaradan nədir bilmək münkün deyil və o anlaşılmayan Allahdır (necə istəsəz deyə bilərsiz--Xuda/Tanrı/Ra və sair. Ancaq insanı yaradan və ya ona yol göstərən bizə diqtə edilən qüvvə qeyd etdiyim deyil bizə bənzər və təsəvvür edilən/vəya gələcəkdə edilə biləcək qüvvədir. Canlıdır/yaradılandır həm də yaradandır---bizim kimi ! bizə nəzarət edir və ya yol göstərir/diqtə edir.) o səbəbdən dini hadisələri öyrənərkən müləq faktlara da nəzər yetirinki ona inamınız nisbətən də olsa tam olsun. Bildiyimiz kimi "Eşqin gözü kordur". Aşiq olsaz həqiqəti bilməyən siz həqiqəti bilən və xeyrinə təhrif edən elçilər/təbliğatçılar sizi/ləri qul edər və manipulə edərlər. Özünüz də bilmədən sömürülməyə məruz qala bilərsiz. İnsanları iki hislərinə dayanaraq sömürmək və istəklərinə/mənafelərinə alət etmək münkündür: millət/vətən sevgisi və din/təriqət sevgisi ! Hörmətlə !--Asparux Xan Bulqar (talk) 13:34, 17 avqust 2012 (UTC)
- RM-WaRRioR valideynlərim və ətrafımda olan bütün şəxslər müsəlmandı. Trvikidə olan şablona gəldikdə isə Xristianlıq mənim üçün 33.3% təşkil edirsə, həmin şablonada müəyyən qədər yer vermək lazımdır. Hər bir kəsə bu barədə fikirlərini bildirdiklərinə görə təşəkkür edirəm. Hörmətlə:-- 14:13, 17 avqust 2012 (UTC)
Dostumuz Baskervill
redaktə- burada olan sonuncu müzakirə öz həllini tapana qədər vikipediyada fəaliyyətimi dondururam. Hörmətlə:-- 14:33, 19 avqust 2012 (UTC)
Sizin istifadəçi Qara xan ilə polemikanızdann və sonrakı gərginlikdən məlumatlıyam. Fikirləşdim ki, qısa söz atmacasından sonra vəziyyət sakitləşər. Ancaq görürəm ki, münasibət bildirmək lazımdır. Bir daha müzakirələri nəzərdən keçirdikədn sonra fikrim belədir :
Hər ikinizin burada məsuliyyətiniz vardır.
Baskervillin məsuliyyəti : Siz idarəçisiniz, deməli səbirli, təmkinli və dözümlü olmalısınız. Hər atmacaya əhəmiyyət verməməli, fikri bir dəfə bildirərək, onu təkrarlamamalısınız. Eyni zamanda lazım gələn halda idarəçi kimi qətiyyətli olmalı, səlahiyyətinizdən istifadə etməlisiniz. Həmçinin Qara xanbdan fərqli olaraq Sizin vikipediyada artıq kifayət qədər təcrübəniz vardır və Sizdən ilk növbədə təcrübəyə əsaslanan təmkinllik gözləyirik.
Qara xanın məsuliyyət : Səbirsizdir, vikipediyaya aid olmayan mövzuları müzakirə etməyə üstünlük verir. Vikipediyada polemikanı forum mübahisələri kimi aparır, digər istifadəçilərin şəxsiyyətinə toxunan ifadələr işlədir.
Baskervillə məsləhətim: Sizin azərbaycan vikipediyasında xidmətləriniz böyükdür, yeni istifadəçilərə yaxşı örnək olursunuz. Buradan getmək fikrini birdəfəlik atın və buranın yaxşı dayaqlarından biri olmaqda davam edin. Eyni zamanda bir qədər səbirli və təmkinli olun. Bizim birlikdə görəcəyimiz hələ xeyli birgə layihələrimiz vadır.
Qara xana məsləhətim : Səbirsizliyinizi kənara qoyun, vikipediya qaydalarını dərindən öyrənin, digər istifadəçlərə qarşı diqqətli olun. Enerjinizi vikipediyanı zənginləşdirməyə sərf edin, yoldaşlığı qoruyun. İndiyə qədərki fəaliyyətinizlə bloklanmağa çox yaxınsız. Ancaq istəmirəm ki, Sizin simanızda bizlər bir nəfər ensiklopediya həvəskarını itirək. Ümüd edirəm ki, həmkar tövsiyyələtini hörmətlə qarşılayacaqsınız.
Və sonda. Bu sətirlərdən sonra hər hansı polemika açmayın, cavab yazmayın, əksinə bizləri yeni düzəlişlərinizlə sevindirin. Hörmətlə azərbaycan vikipediyasında idarəçilərədn biri --Acategory (talk) 18:34, 19 avqust 2012 (UTC)
- Məsləhətlərinizə görə sizə təşəkkür edirəm. Ancaq həmin məsələdə mən əlimdən gələn qədər təmkinli olmağa çalışdım, bu gözəl məsləhətləri Qara xanada verin. Həmin şəxs uzun müddətdir ki, mənə qarşı kinayəli münasibət göstərir. Mən onu bloklamaq istəmirəm və məsələ tam həllini tapana qədərdə Azvikidə fəaliyyət göstərməyəcəm. Hörmətlə:-- 19:17, 19 avqust 2012 (UTC)
- Səbirli və müdrük olun və fəaliyyətinizi davam edin. Sizsiz azərbaycan vikipediyası bəsit görünəcək. Vikipediyada Sizin imzanızla görüləcək hələ xeyli dəyərli işlər var. Doğrudanmı Sizi belə asanlıqla sıradan çıxartmaq mümkündür ? Onda həyatda necə yaşayacaqsınız. Eyni zamanda yenidən Baskervill imzasına qayıdın, yenisinə öyrəşə bilmirik. Dostunuz --Acategory (talk) 04:46, 20 avqust 2012 (UTC)
- --Irada (talk) 06:40, 20 avqust 2012 (UTC)
- Salam Hörmətli Acategory mən (Bilirsinizmi bölməsinin aylar üzrə siyahısı) adlı bir şablon hazırlamışam. Sizində mənim kimi bu işlə məşğul olduğunuzu nəzərə alıb, sizin bu barədə olan fikirlərinizi bilmək istərdim. Yanvar və iyun ayları üzrə bölmələr tam yekunlaşdı. Yanvar ayından etibarən isə İnşallah Bilirsinizmi bölməsi bir daha büdrəməyəcək. Hörmətlə:--Baskervill (talk) 19:51, 22 avqust 2012 (UTC)
Təşəkkür edirəm. Elə mən də Sizdən bunu xahiş edəcəkdim. Hörmətlə --Acategory (talk) 05:54, 23 avqust 2012 (UTC)
Zəhmət olmasa
redaktəSalam. Zəhmət olmasa bu şablonun hazırlanmasında mənə kömək edin. Hörmətlə:-- 18:29, 21 avqust 2012 (UTC)
- Salam həmkar. Qəliz şablon deyil. 1-2 günə hazırlayaram - baxarsan. Nə əlavə və düzəlişlərin olsa şablona artırarıq. Hörmətlə:--Sortilegus (talk) 21:30, 23 avqust 2012 (UTC)
- Məsələ ilə maraqlandığınız üçün təşəkkür edirəm. Hörmətlə:--Baskervill (talk) 17:53, 24 avqust 2012 (UTC)
- Dəyməz. Səfər {{Ədəbi personaj}} şablonu yaratdı. Mən şablona "Kartoçka" şablonu əlavə edərəm. Ruslarda da şablon "çiydir". Ümumiyyətlə, belə şablonları özün də asanlıqla yarada bilərsən. Bunu nümunə kimi birlikdə yaradaq, sonra belə şablonlar (şəxslərlə bağlı) yaradanda bu şablonun içini kopyalayıb müəyyən redaktələr edərsən. Hörmətlə:--Sortilegus (talk) 18:15, 24 avqust 2012 (UTC)
- Şəxs şablonlarının yaradılmasında cətinlik cəkirəm. Qatil şablonu da yaratmaq üçün sizə müraciət etmişdim. Düşünürəm ki, Azvikidə ən azı 20 ədəd müxtəlif sahələrdə olan şəxslər üçün şablonlar olmalıdır. Bura qatil, rəssam, memar, döyüşçü, kral və ya buna bənzər ən müxtəlif şəxslər ola bilər. Zamanla bu şablonların yaranacağına inanıram. Hörmətlə:--Baskervill (talk) 18:20, 24 avqust 2012 (UTC)
- 20 belə şablon çox azdır. Bu cür şablonların sayı daha çox olacaq. {{Qatil}} şablonu da bir nümunədir. Orda da "kartoçka" şablonundan istifadə eləmişəm. Şablonun redaktə kökünə bax - "başlıq", "mətn", "nişan" - teqlərinə. Belə şablonlar {{Kartoçka}} şablonuna bağlanırlar. Təməlləri həmin şablondur. Hörmətlə:--Sortilegus (talk) 18:30, 24 avqust 2012 (UTC)
- Dəyməz. Səfər {{Ədəbi personaj}} şablonu yaratdı. Mən şablona "Kartoçka" şablonu əlavə edərəm. Ruslarda da şablon "çiydir". Ümumiyyətlə, belə şablonları özün də asanlıqla yarada bilərsən. Bunu nümunə kimi birlikdə yaradaq, sonra belə şablonlar (şəxslərlə bağlı) yaradanda bu şablonun içini kopyalayıb müəyyən redaktələr edərsən. Hörmətlə:--Sortilegus (talk) 18:15, 24 avqust 2012 (UTC)
- Məsələ ilə maraqlandığınız üçün təşəkkür edirəm. Hörmətlə:--Baskervill (talk) 17:53, 24 avqust 2012 (UTC)
- Məlumata görə təşəkkür edirəm. Hörmətlə:--Baskervill (talk) 18:41, 24 avqust 2012 (UTC)
Sual
redaktəSalam. Mən artıq "Şablon:Ədəbiyyat personajı" (misal üçün:Alisa (Kerrolun personajı))şablonunu çoxdan hazırlamışdım. Bu şablon ilə işləmək daha asandır və şablon gözəl görsənir. Əgər yenisini yaratmaq istəyirsinizsə, sizin seçiminizdir. Mənim bir sualım var. Mən sizinlə film adı ilə məsləhətləşmək istəyirəm. "Deadly Blessing" (rusca:Смертельное благословение) adı ingiliscədən "Ölümcül xeyir-dua" kimi işlənir. Amma filmin adı nisbətən qəliz görsənir. İstərdim ki, xeyir-duanın əvəzinə asan söz işlədim. Sizin fikrinizi bilmək istərdim. Hörmətlə:-- Eagle94 Danışıq 12:02, 24 Avqust 2012 (UTC)
- Salam Hörmətli Eagle94. Sizin vikipediya gördüynüz işlərə görə sizə təşəkkür edirəm. Sizin tərəfinizdən yaradılan "Şablon:Ədəbiyyat personajı" yaxşı hazırlanıb, ancaq Ədəbi personaj şablonu daha məqbuldur. Sizin yaratdığınız şablonda qalsın, ancaq mən sizə ikinci şablondan istifadə etməyi məsləhət görərdim. "Deadly Blessing" məsələsində isə seçim tam sizindir. Burada müxtəlif varitanlar ola bilər, ancaq siz ən doğru hesab etdiyinz varinatı seçin. Hörmətlə:--Baskervill (talk) 17:59, 24 avqust 2012 (UTC)
- Sağ olun dəvətə görə --♨ Sohaha Rusamako (talk) 18:21, 24 avqust 2012 (UTC)
- Xoşdur. Hörmətlə:--Baskervill (talk) 18:23, 24 avqust 2012 (UTC)
salam
redaktəsalam mən necə şablion yaradım--2ral 19:04, 24 avqust 2012 (UTC)
Əleykümə salam. Nə şablonu yaratmaq istəyirsiz?--Baskervill (talk) 19:05, 24 avqust 2012 (UTC)
Müxtəlif quruluşa malik şablonlar var. Siz bu iki növ şablonlara baxın və onların quruluşunu izləyin. Şablon:ABŞ tarixi və Şablon:Edqar Allan Po bu iki şablon sizə kömək edəcəkdir. Hörmətlə:--Baskervill (talk) 19:09, 24 avqust 2012 (UTC) Misal bunun kimi {{Maraqlar:Astronomiya}}--2ral 19:15, 24 avqust 2012 (UTC)
Turac mene aid deyil
redaktəTurac mene aid deyil.Qardasimindi.Moskvadadi.Men sadece ona komek etmisem acmaga--2ral 19:06, 24 avqust 2012 (UTC)
Məlumata görə təşəkkür edirəm. Birdə zəhmət olmasa Azərbaycan əlifbasına uyğun şəkildə yazın. Ə əvəzinə e yazmaq qaydalara ziddir. --Baskervill (talk) 19:07, 24 avqust 2012 (UTC) ok--2ral 19:09, 24 avqust 2012 (UTC)
incubator
redaktəDostum en kısa zamanda incubator'a bekliyoruz--Tadiranscopus (talk) 18:13, 7 sentyabr 2012 (UTC)
Xahiş
redaktəSalam.Zəhmət olmasa bu,bu və bunu silin.--❽⑤❶Sohaha Danış! 15:10, 8 sentyabr 2012 (UTC)
- Məqalələrdən yalnız PSV məqaləsini sildim. Sizin tərəfinizdən yaradılan Avropoid (irq) məqaləsini silib, Avropa irqi adlı məqaləni həmin ada istiqamətləndirdim. İstanbulspor məqaləsini isə silməyə heç bir əsas yoxdur. Hörmətlə:--Baskervill (talk) 16:04, 8 sentyabr 2012 (UTC)
- bu məqaləni silməyə tam əsas var.bu məqalə daha zəngindir.--❽⑤❶Sohaha Danış! 18:04, 8 sentyabr 2012 (UTC)
- Bu halda sizin tərəfinizdən yaradılan məqalə silinməlidir. Əgər siz İstanbulspor məqaləsini zənginləşdirmək istəyirsizə, o zaman İstanbulspor adlı başqa bir məqaləyə yaratmayın, mövcud məqaləni zənginləşdirin. Sizin mənim silməyi istədiyniz məqalə 2009-cü ilin 15 avqust tarixində yaradılıb. Belə olan halda mən niyə həmin məqaləni silməliyəm? Sizə bir məsləhət daha verim, Türkiyə klubları haqqında əlavə məqalələr yaratmayın. Hörmətlə:--Baskervill (talk) 19:05, 8 sentyabr 2012 (UTC)
- Necə yəni? Türkiyə klubları haqqında məqalə azdır,mən də yaradıram.--❽⑤❶Sohaha Danış! 19:15, 8 sentyabr 2012 (UTC)
- burada olan futbol klublarını yaratmağa ehtiyac yoxdur. Əgər burada olan hansısa klub haqqında məqalə yaratsaz, həmin məqalələr idarəçilər tərəfindən silinəcək. Aşağı liqalarda mübarizə aparan klublar barədə isə məqalələr yarada bilərsiz. Ancaq bu zaman bir məqamı mütləq nəzərə almaq lazımdır. Belə ki, klublarını adlarını Azərbaycan dilinə tam tərcümə edin. Məsələn Fenerbahçe yerinə Fənərbağça və ya Bursa Nilüferspor yerinə Bursa Nilufərspor olmalıdır. Hörmətlə:--Baskervill (talk) 19:22, 8 sentyabr 2012 (UTC)
- Zəhmət olmasa altliqada iştirak edən Türk komandalarının loqolarını commonsa yükləyin.Mən həmin loqolar commonsda olmadığı üçün məqalələrə loqo əlavə edə bilmirəm.--❽⑤❶Sohaha Danış! 19:47, 8 sentyabr 2012 (UTC)
- Mən commonsda fəaliyyət göstərmirəm. Məncə həmin şəkillərin commonsa yüklənməsi isə trvikidə olan şəxslər məşğul olmalıdırlar. Bu barədə onlara müraciət etsəniz, bir cavab alarsınınız. Hörmətlə:--Baskervill (talk) 15:56, 10 sentyabr 2012 (UTC)
Sual
redaktəSizcə mən yeni məqalələr yaradaraq və ya futbol klubu şablonundakı arma sözünün yerinə emblemi sözünü yazaraq vandalizmə yol vermiş oluram?-- ❽⑤❶Sohaha. 16:24, 10 sentyabr 2012 (UTC)
- Azvikidə kütləvi şəkildə məqalələrin yaradılması, bir mənalı qarşılanmır. Zəhmət olmasa kütləvi məqalələr yaratmayın. Siz bir sıra mühüm şablonlara dəyişiklik edirsiz ki, buda bir çox hallarda şablonun fəaliyyətini dayandırmasına səbəb olur. Klublar barədə məqalə yaradanda onların adlarını Azərbaycan dilinə tam tərcümə etmirsiz və birdə şablonların tərkiblərini Azərbaycan dilinə tam tərcümə etmirsiz. Bu iki hal sizin fəaliyyətinizə kölgə salır. Zəhmət olmasa Azvikidə qaydalarla bir daha tanış olun və birdə klublar barədə məqalə yaradarkən, həmin klub haqqında məqalənin olub-olmamasını əvvəlcə yoxlayın. Hörmətlə:--Baskervill (talk) 16:28, 10 sentyabr 2012 (UTC)
- Kütləvi şəkildə məqalə yaratmağın nəyi pisdir? Əgər mən bu hərəkətlərimlə vikipediyaya zərər verirəmsə onda mənim vikipediyada fəaliyyətimin heç bir mənası qalmadı.Siz qeyri-müəyyən müddətə məni ya bloklayın,ya da mənim burada fəaliyyətimi sona çatdırıram.-- ❽⑤❶Sohaha. 16:38, 10 sentyabr 2012 (UTC)
- Kütləvi şəkildə məqalə yaratmaq üstündə Azvikidə böyük problemlər yaşanıb və sonda qərara alınıb ki, heç kim kütləvi məqalələr yaratmasın. Məsələn siz TFF 3 liqdə olan bir klub barədə məqaləyə yaradırsız və bir neçə dəqiqə sonra həmin liqada olan 10 - 15 klub barədədə məqalalər yaradırsız. 15 mətnsiz klub məqaləsi yerinə, 1 mətnli klub barədə normal məlumatların verildiyi məqalə yaratmaq daha yaxşıdır. Kimsə sizə demir ki, məqalə yaratmayın, bunu sizə kimsə deyədə bilməz. Sadəcə hər hansısa bir klub barədə nomral tərkibli məqalə yaradıb, qurtarmadan başqa bir klub barədə məqalə yaratmayın. Sizi bloklamağa heç bir əsas yoxdur, Azvikidə fəal şəxslərə böyük ehtiyac var. Biz burada Azərbaycan və Azərbaycan dili naminə fəaliyyət göstəririk. Əgər sizdə öz dövlətinizi və Ana dilinizi sevirsizə (buna heç bir şübhəm yoxdur) o zaman burada qalın və mübarizəni davam etdirin. Hörmətlə:--Baskervill (talk) 16:45, 10 sentyabr 2012 (UTC)
Minnətdarlıq
redaktəSalam Hörmətli Eagle94. Sizin tərəfinizdən Azvikidə 1331 məqalə yaradılıb. Bu rəqəm məncə çox əla bir göstəricidir. Buna görə sizə bir idarəçi olaraq təşəkkür etmək istəyirəm. Hər zaman hanısa bir mövzu ətrafında davamlı və samballı məqalələr yaratmağınızı böyük həvəslə izləmişəm. İnşallah siz Azvikidə indi ki, məqalə göstəricinizi bir neçə dəfə artıcaqsız. Ən azından mən buna inanıram. Sizə dəyərli viki fəaliyyətinizdə bir daha uğurlar arzu edirəm. Dərin Hörmətlə:--Baskervill (talk) 16:36, 10 sentyabr 2012 (UTC)
Salam. Fəaliyyətimi hər zaman ki kimi izləməyinizə və dəyərləndirdiyinizə görə sizə minnətdarlıq hissimi dərindən bildirirəm. O gün olsun ki, siz də azərbaycan vikipediyasında 5000 məqalə və 100 portal yaradasınız. Hörmətlə:-- Eagle94 Danışıq 20:52, 10 Sentyabr 2012 (UTC)
- Dəyməz. Mənim hələ həmin arzuma çatmağıma ən azı 10 il var. :)--Baskervill (talk) 17:01, 10 sentyabr 2012 (UTC)
Mənim yaratdığım məqalələr heç də bir-iki sözdən ibarət deyil.Müəyyən məlumatlar var.Formaları yerindədir.Əsas olanı da budur.-- ❽⑤❶Sohaha. 17:27, 10 sentyabr 2012 (UTC)
Salam
redaktəMən İlk Addımlar səhifəsini yaradiram və imkan vermirsiz uzərində işləyək,əvvəlcə icazə verin tamamlayaq və maderatorlar qərar versin ki silmek olar ya yox. Mən o qədər də profesional deyiləm yaxşı olardı ki yol göstərdiz nəinli silmək...Bu təhsillə baglı bir lahiyədi və məncə daha səmərəli bir yazı ola bilər. Əyləncə ilə bağlı bir şey deyil. Ilash (talk) 07:33, 11 sentyabr 2012 (UTC)
- Şəxsən mən Azvikidə Azərbaycan saytları barədə məqalələrin yaradılmısna qarşıyam. Bu tip məqalələr 99% reklam xarakteri daşıyır ki, Azvikidə reklam məkanı deyil. Siz məqalə üzərində işlərinizi tam yekunlaşdırdıqdan, sonra mən həmin məqalənin müzakirə səhifəsində, məqalənin silinməsi barədə müraciət edəcəm. Düşünürəm ki, tərəfinizdən yaradılan məqaləni orada doğru bir şəkildə müdafiə etsəniz, məqalə silinməyəcək. Bu məsələdə tək mənim yox, bütün viki cəmiyyətin fikri öyrənilməlidir. Hörmətlə:--Baskervill (talk) 14:15, 11 sentyabr 2012 (UTC)
Blok
redaktəSalam. Bu ermənini niyə bloklamısan? Mən onun fəaliyyətində bloklanmasına səbəb olacaq hər hansısa ciddi bir qüsur tapmadım. Cəmi 2 redaktəsi var: bu redaktəsi qaydalara tam uyğundur; bu redaktəyə görə isə ona maksimum bir xəbərdarlıq vermək olar. Silinmiş istifadəçi fəaliyyətləri isə yoxdur. Ciddi bir səbəb olmadan heç kəsi bloklama. Lap erməni olsa belə... Mümkünsə Aşot Qabrielyanın blokunu götür. Əgər bloku özün götürmək istəmirsənsə, o zaman icazə ver mən bloklamanı kənarlaşdırım. Hörmətlə, --►Şahdağlı Cekli 03:41, 12 sentyabr 2012 (UTC)
- Əleyküm salam. Həmin erməninin mənim tərəfimdən bloklanması heçdə səbəbsiz yerə edilməmişdir. Həmin şəxs Monte Melkonyan məqaləsində istinadlardan birini silmişdir. Düşünürəm ki, bu planlaşdırılmış şəkildə atılmış bir addımdır və əgər biz bu şəxsin belə fəaliyyətlərinin qarşısını almasaq bu hal dahada genişələnə bilər. Bu və hayvikidən olan digər ermənilərin Azvikiyə hanısa bir xeyr verəcəklərini düşünmürəm. Bir daha qeyd edirəm ki, həmin erməni məqalədə olan bir bölümü səbəbsiz yerə (böyük bir ehtimalla bilərəkdən) silidiynə görə bloklanıb. Hörmətlə:--Baskervill (talk) 08:43, 12 sentyabr 2012 (UTC)
- Siz sadəcə həmin redaktəni geri qaytarıb, ona xəbərdarlıq etməli idiniz. O bu halı bir neçə dəfə təkrar etsəydi o zaman onu bloklamaqda haqlı idiniz. Erməniyə qarşı ermənilik etmək AzVikinin imicinə zərbədir. İndi zəhmət olmasa, onun blokunu götürün, ya da bir neçə saatdan sonra özüm bloklamanı kənarlaşdıracağam. Hörmətlə, --►Şahdağlı Cekli 08:57, 12 sentyabr 2012 (UTC)
- Mən bilən qədər, ermənicə vikipediyada sizin hesabınız bloklanıb. Belə olan halda, Azvikinin idarəçisi və erməni istifadəçi arasında erməni istifadəçiyə üstünlük verməniz, şəxsən mənim üçün anlaşılan deyil. Əlbəttə, siz qaydaları, qanunları misal gətirə bilərsiz və elə məncə gətirəcəksizdə. Mən bloku acmayacağam. Əgər bunu siz etsəniz, o zaman mənim bloklamağımın heç bir mənası qalmayacaq. Təklif edirəm ki, bu məsələdə tək qərar qəbul etməyin, digər idarəçilərdə öz fikirlərini bildirsinlər. Hörmətlə:--Baskervill (talk) 09:24, 12 sentyabr 2012 (UTC)
- Bloklamağınızın hər hansısa bir mənası varmı? Heç olmazsa hər hansısa ciddi bir səbəbə görə bloklayın. Axı həmin istifadəçi səhifənin məzmununu silməyib, sadəcə mənbə bölməsində göstərilən keçidi çıxardıb ki, daha sonra İradə xanım o keçidi geri qaytarıb. Əgər həmin istifadəçini bloklamağa ciddi bir səbəb olsaydı, İradə xanımın özü onu bloklayardı. Bloklamanızın əsassız olduğunu daha Sizə izah etmək istəmirəm. Bloku götürürəm. Hörmətlə, --►Şahdağlı Cekli 09:52, 12 sentyabr 2012 (UTC)
- Mən bilən qədər, ermənicə vikipediyada sizin hesabınız bloklanıb. Belə olan halda, Azvikinin idarəçisi və erməni istifadəçi arasında erməni istifadəçiyə üstünlük verməniz, şəxsən mənim üçün anlaşılan deyil. Əlbəttə, siz qaydaları, qanunları misal gətirə bilərsiz və elə məncə gətirəcəksizdə. Mən bloku acmayacağam. Əgər bunu siz etsəniz, o zaman mənim bloklamağımın heç bir mənası qalmayacaq. Təklif edirəm ki, bu məsələdə tək qərar qəbul etməyin, digər idarəçilərdə öz fikirlərini bildirsinlər. Hörmətlə:--Baskervill (talk) 09:24, 12 sentyabr 2012 (UTC)
- Artıq bununla ikinci dəfədir ki, mənim tərəfimdən bloklanan şəxs barədə belə bir qərar qəbul edirsiz. Azvikinin idarəçisi ilə erməni istifadəçi arasında ki, seçim zamanı erəminyə üstünlük verərək, onun blokunu açdığınız üçün sizə təşəkkür edirəm. Ümüd edirəm ki, birdə belə məsələlərdə ermənilərə üstünlük verməsiniz. Hörmətlə:--Baskervill (talk) 10:18, 12 sentyabr 2012 (UTC)
- Siz artıq iki dəfə heç bir ciddi əsas olmadan blok tətbiq etmisiniz. Mən bloklamanı açarkən istifadəçinin kimliyini deyil, əsassız bloklamanı əsas götürmüşəm. Əgər bu hal yenə də təkrar olarsa, analoji addımı yenə də atmalı olacağam. Hər dəfə də ilk növbədə blokun götürülməsini Sizə təklif edəcəyəm. İstəsəz erməni bloklayın, istəsəz də pinqvin. Mənim üçün istifadəçinin kimliyi yox, AzVikinin imici vacibdir. --►Şahdağlı Cekli 10:30, 12 sentyabr 2012 (UTC)
- Artıq bununla ikinci dəfədir ki, mənim tərəfimdən bloklanan şəxs barədə belə bir qərar qəbul edirsiz. Azvikinin idarəçisi ilə erməni istifadəçi arasında ki, seçim zamanı erəminyə üstünlük verərək, onun blokunu açdığınız üçün sizə təşəkkür edirəm. Ümüd edirəm ki, birdə belə məsələlərdə ermənilərə üstünlük verməsiniz. Hörmətlə:--Baskervill (talk) 10:18, 12 sentyabr 2012 (UTC)
- No comment--Baskervill (talk) 11:31, 13 sentyabr 2012 (UTC)
- Very good! --►Şahdağlı Cekli 11:40, 13 sentyabr 2012 (UTC)
- No comment--Baskervill (talk) 11:31, 13 sentyabr 2012 (UTC)
"'Qaydaları pozan" Sohaha
redaktəSalam.Əgər mən qaydaları pozuramsa onda məni bloklamırsız? Bloklayın! Həmişəlik! Mənim qarşıda qoyduğum bir sıra məqsədlər var idi.Bunlardan biri də 3000 məqalə yaratmaq idi ki,mən də bu hədəfi gələcək 3 ildə yerinə yetirməyi arzulayırdım.Amma qısaömürlü fəaliyyətimin 5-ci ayı tamam olmamış buranı tərk edirəm.Ehh həyatda hər şey olarmış.Əlvida AzViki istifadəçiləri əlvida! Sizə gəlincə siz də məni həmişəlik bloklayın.Sizdən son arzum budur!-- ❽⑤❶Sohaha 11:10, 17 sentyabr 2012 (UTC)
- Azvikidə əvəz olunmaz istifadəçi yoxdur. Bir gün burada sizidə, mənidə tam bir şəkildə əvəz edə biləcək, vikipedistlər olacaq. Mən sizə məsləhət görürəm ki, məqalələr üzərində işləyərkən bir az diqqətli olun, siz isə hər səfərində deyirsiz ki, məni bloklayın. Unutmayın burada hamı könüllü fəaliyyət göstərir. Heç kim heç kimdən aslı deyil və heç kim heç kimin xətrinə burada saatlarla məqalələr üzərində işləmir. Siz 3 min məqalə yaratmaq istəyirsiz, bu təqdirə layiq bir haldır, ancaq qaydalarla tam şəkildə tanış olub, məqalələr yaratsaz bu lap əla olar. Fəaliyyətinizdə vandalizm və ya buna bənzər hallar olmayana qədər sizi bloklamaq müzakirə mövzusu deyil. Həm mənim işim burada kimlərisə bloklamaq deyil, mən burada hamı kimi ümumi işə töhfə verməyə çalışıram. Bir daha qeyd edirəm ki, Azvikidə siz Azərbaycan və Azərbaycan dili naminə fəaliyyət göstərirsiz, əgər mübarizəni dayandırıb, bu yoldan çəkilirisizə, o zaman sizə həyatınızda uğurlar arzu edirəm. Hörmətlə:--Baskervill (talk) 14:50, 17 sentyabr 2012 (UTC)
- Birdə nə yalan deyim əvvələr məndə sizin kimi düşünürdüm. Yəni burada yeni fəaliyyətə başlayanda, istəyirdim kimsə məni bloklasın və Azviki bir növ mənim məqalələrimdən məhrum olsun. Sonradan gördüm ki, bunun heç kimə heç bir xeyri yoxdur, daha da Azvikiyə böyük bir ziyanı var. Sizə burada qalmağı və fəaliyyətinizi daha da zənginləşdirməyi təklif edirəm. Siz (Vikipediya:Yeni istifadəçilərə kömək və Vikipediya:Tez-tez soruşulan suallar) bölmələrindən istifadə etməklə, fəaliyyətinizdə olan bütün qüsurları tam şəkildə aradan qaldıra bilərsiz. Unutmayın həyat başdan ayağa mübarizənin üzərində qurulub, həm real həyatda həmdə virtual dünyada mübarizəni sona qədər aparmaq lazımdır. Kimdənsə küsub getmək və ya mübarizəni yarıda saxlamaq heç kimə xeyr verməz. Hörmətlə:--Baskervill (talk) 15:02, 17 sentyabr 2012 (UTC)
- Salam. Mən burada qalıb, sizlərlə birlikdə çalışmaq qərarına gəldim. AzVikiyə olan sevgim və Azərbaycan uğrunda çalışmaq istəyidir məni buraya yenidən qaytaran. Xahiş edirəm bura baxın.Problem nədir?--Şeyx Şamil Danış! 16:43, 18 sentyabr 2012 (UTC)
- Fikirinizi dəyişmənizə sevindim. Həmin şablonda bəzi problmelər vardı, ancaq mən aradan qaldırdım. Hörmətlə:--Baskervill (talk) 17:03, 18 sentyabr 2012 (UTC)
Yönləndirmə
redaktəSalam hörmətli Baskervill. Mən Borçalı və ümumən Gürcüstana aid bəzi məqalələri səhmana salmaq istəyirəm. Adlandırmalarda bəzi yalnışlıqlar var. Sizdən xahiş edirəm: bu məqalənin adını sadəcə Bolnisi olaraq dəyişdirə bilməyim üçün Bolnisi—>Bolnisi (şəhər) yönləndirməsini ləğv edin. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 03:23, 19 sentyabr 2012 (UTC)
- Bolnisi səhifəsi addəyişməyə yer açmaq üçün silindi. --►Şahdağlı Cekli 13:41, 19 sentyabr 2012 (UTC)
Məqalə
redaktəSalam. Baskervill. Laboratoriyadakı Həzrəti Yusif (teleserial, 2008) məqaləsində yazılmışdır ki, məqalə üzərində siz işləmisiz. Mən sizdən soruşmaq istəyirdim ki, "Məqalə üzərində işləyənlər" ifadəsinin mənası nədir. -- Eagle94 Danışıq 10:35, 21 Sentyabr 2012 (UTC)
İstifadəçi
redaktəSalam. Baskervill. İstifadəçi:158.181.43.187 adlı istifadəçiyə müzakirə səhifəsi açmaq lazımdır? Hörmətlə-- Eagle94 Danışıq 22:32, 23 Sentyabr 2012 (UTC)
- Əleyküm salam. İP ünvanlara xoş gəlmisiz şablonu əlavə olunmur. Hörmətlə:--Baskervill (talk) 17:51, 23 sentyabr 2012 (UTC)
Zazaca viki için sizden yardım bekliyorum.
redaktəSelam dostum bir kaç yıldır zazaca vikide babasının çiftliğini kuran mirzali diye bir zat var, Adminlik görevini sonlandırmak için sizden destek bekliyoruz, Şuradan destek verebilirsiniz. saygılarımla...--Erdemaslancan (talk) 20:38, 28 sentyabr 2012 (UTC)
diq wiki
redaktəSalam. Zəhmət olmasa bu ismarıca diqqət et. --N KOzi FORVM 05:28, 2 oktyabr 2012 (UTC)
- Salam. Son günlər vikipediya da olan fəaliyyətimə fasilə vermişdim. Buna görədə cavabı gec yazası oldum, buna görə üzrlü hesab edin. Qeyd etdiyiniz məsələdə sizinlə tamamilə razıyam. Vikimediyanın istənilən lahiyəsində kiməsə qarşı kompaniya xarakterli səsvermə keçirmək olmaz. Bu səbəbdən həmin səhifədə verdiyim, səsi geri götürdüm. Hörmətlə:--Baskervill (talk) 09:10, 25 oktyabr 2012 (UTC)
Təbriklər
redaktəSalam Мурад 97 səni aramızda yenidən görmək çox xoşdu. Qurban bayramı münasibəti ilədə səni təbrik edirəm. Hörmətlə: --Baskervill (talk) 09:21, 25 oktyabr 2012 (UTC)
- Təşəkkürlər, mən də sizi ürəkdən təbrik edirəm. --Мурад 97 (talk) 14:24, 25 oktyabr 2012 (UTC)
- Təşəkkürə, ehtiyac yoxdu :) Kənd meydanında olan təbrik mesajınada öz fikirlərinizi yaza bilərsiz. Bir daha sizə fəaliyyətinizdə uğurlar arzu edirəm. Nə yaxşı ki, vikipediyanı unutmadız. Hörmətlə:--Baskervill (talk) 09:30, 25 oktyabr 2012 (UTC)
Diqqət
redaktəDiqqət: Ermənistan Vikipediyasından istifadəçi Sevomaritsa20 vandalizm məqsədiylə məqalələrə ziyan verir. Bu istifadəçi Türkcə Vikipediyada da vandalizm məqsədiylə məqalələrə ziyan verir. (Bu istifadəçi azərbaycan dilini və türk dilini başa düşür.) İstifadəçi erməni milliyyətçisi və mənbələrdə olmayan pis niyyətli dəyişikliklər edir. Hörmətlə -- Menikure (talk) 12:14, 6 noyabr 2012 (UTC)
Salam
redaktəYevlax məqaləsindəki əhaliyə aid olan bölməsində artırdığım məlumatları niyə silmisiniz? Yazdığım məlumatlar azerbaijan.az -saytına istinadən idi... --MAP (talk) 20:51, 10 noyabr 2012 (UTC)
- Salam həmin məlumatlar məqaləyə kütləvi şəkildə və birdə qeyri düzgün formada yerləşdirilmişdi. Lütfən qaydalarla daha yaxından tanış olun və ən əsası ilk vaxtlardan kütləvi əlavələr etməyin. Hörmətlə:--Baskervill (talk) 11:02, 11 noyabr 2012 (UTC)
Salam, Baskervill
redaktəİlk dəfədir, bir məqalənin silinməsi (Cillett barədə) ürəyimcə olur. Sağ olun. :)
- Məzmunsuz məqalələr, hər zaman silinəcək. Hörmətlə:--Baskervill (talk) 18:45, 19 noyabr 2012 (UTC)
Salam əzizim
redaktəSiz necə baxırsız. Kitablar haqqında məqalələr bəyəm gərəksizdir. Məsələn Ömrümün payızı (kitab) və ya mən yaratdığım kitab məqalələri. Araz Yaquboglu (talk) 17:49, 30 noyabr 2012 (UTC)
- Əleyküm salam. Məncə olması elədə bir problem deyil. Sizə, kimsə deyib ki, gərəksizdirmi? --Baskervill (talk) 17:51, 30 noyabr 2012 (UTC)
- Mənim müzakirə səhifəmdə axırdan 2-ciyə baxın. [9] Araz Yaquboglu (talk) 17:54, 30 noyabr 2012 (UTC)
- Hörmətli Araz Yaquboglu, məncə həmin məsələdə Cekli haqlıdır. Çünki, həmin kitablar barədə məlumatları müəllifin səhifəsində verilməsi daha düzgündür. Azərbaycan tarixində və ədəbiyyatında öz yeri olan, başqa bir sözlə geniş şəkildə tanınmış kitablar barədə, (məsələn: Dumanlı Təbriz) məqalələrin yaradılmasına şəxsən mən qarşı deyiləm. Amma, bu tip kitablar barədə kütləvi şəkildə məqalələrin yaradılmasınıda uğurlu tendensiya hesab etmirəm. Sizə təklif edərdim ki, həmin kitablar barədə, icmal şəkilində məlumatları müəllifin ensiklopedik səhifəsində verərdiniz. Hörmətlə:--Baskervill (talk) 18:00, 30 noyabr 2012 (UTC)
Salam
redaktəSalam, Vüqar bəy. Zəhmət olmasa bu şablona baxın. Mən burada olan kral adlarını Azərbaycan dilinə tam tərcümə etməyə çalışdım, ancaq zənnimcə bu elədə uğurlu alınmadı. Xüsusəndə Xuan adı ilə bağlı şübhələrim var. Zəhmət olmasa baxın görün ki, hansı kral adının tərcüməsi düzgün deyil. Hörmətlə:--Baskervill (talk) 14:11, 9 dekabr 2012 (UTC)
- Deyəsən düzəltdim. Mən bilən bu ad Juandır. İspan olsaydı Xuan olardı. Uğurlar. --N KOzi FORVM 10:11, 10 dekabr 2012 (UTC)
- Dərin təşəkkürlər. Hörmətlə:--Baskervill (talk) 10:11, 13 dekabr 2012 (UTC)
Salam
redaktəSalam Baskervill. Hal-hazırda facebooka daxil olmadığım üçün mənimlə orxan-baharlu@rambler.ru vasitəsilə də əlaqə saxlaya bilərsiniz. Hörmətlə, --Orxan Zakir (talk) 13:03, 16 dekabr 2012 (UTC)
- Mükafata görə Sizə təşəkkür edirəm. Hörmətlə,--Orxan Zakir (talk) 14:55, 16 dekabr 2012 (UTC)
- Xoşdu. Bu sizin zəhmətinizdir. Hörmətlə:--Baskervill (talk) 15:20, 16 dekabr 2012 (UTC)
Sorğu
redaktəSalam qardaş. bir məsləhət edim sizinlə. məqalənin sonunda olan kateqoriyalarında icra başçıları ilə əlaqədar olaraq məncə təkcə məsələn Ağdaş icra başçıları kateqoriyası bəs edir. əlavə İcra başçıları kateqoriyasına ehtiyac yoxdu onsuz da axı o tip kateqoriyalar onsuz da İcra başçıları kateqoriyasında cəmlənir. əlavə olaraq baxa bilərsiz Rafiq Niftəliyev. əvvəlcədən minnətdaram. Araz Yaquboglu (talk) 20:14, 16 dekabr 2012 (UTC)
- Əleylüm salam. Maraqlı bir məsələdi. Burada bir neçə seçim təklif oluna bilər və əslində hər bir seçim doğrudur. Şəxsən mənim subyektiv fikrim belədir ki, həmin məqalələrdə İcra başçıları kateqoriyasının olmasının heç bir problemi yoxdur. Daha da bunun müəyyən qədər müsbət təsiri var. Belə ki, vikipediyaya daxil olanların çoxunun viki qaydalardan xəbəri yoxdur və böyük bir qism bu saytdan yalnız məlumat almaq üçün istifadə edir. Həmin şəxslər məqalənin aşağı tərəfində olan İcra başçıları kateqoriyasına diqqət edib Azərbaycanda olan bütün mövcud icra başçılarının adların vahid bir məkanda görə bilərlər. Mən inanmıram ki, başqa hansısa bir sayt oxuculara belə bir imkan yaratsın. Bu məsələdə son fikrim ondan ibarətdir ki, İcra başçıları kateqoriyasının məqalələrdə qalmasının tərafdarıyam. Hörmətlə:--Baskervill (talk) 11:45, 17 dekabr 2012 (UTC)
Çox sağ olun razılaşdım Araz Yaquboglu (talk) 18:51, 17 dekabr 2012 (UTC)
Səfər Əbiyev
redaktəHörmətli Baskervill salamlar. Səfər Əbiyev haqqında olan məqalədə onun milli mənsubiyyətinə dair məlumatı niyə silirsiz ?--Asparux Xan Bulqar (talk) 20:50, 19 dekabr 2012 (UTC)
Salam. Həmin məqalədə mən sadəcə bu hesab tərəfindən edilən əlavəni geri qaytrardım və sizin tərəfinizdən edilən sonunucu dəyişikliyi bərpa etdim. Hörmətlə:--Baskervill (talk) 14:26, 20 dekabr 2012 (UTC)
- Daha sonra öz redaktənizi də geri qaytararaq bu hesab tərəfindən edilən əlavəni bərpa etmisiz. Sizin də icazənizlə mənbəni bərpa edirəm. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 14:35, 20 dekabr 2012 (UTC)
Dəqiqləşdirmə
redaktəSalam mən Abbas Abbasov (dəqiqləşdirmə) məqaləsini Abbas Abbasov kimi düzəltdim çünki belə daha yaxşıdır. Və düzgündür (bu haqda müzakirələrlə tanış olmuşdum). Mən bunu edərkən öncədən olan adını dəyişdiyim Abbas Abbasov (I) məqaləsinin bütün keçidlərinə baxıb düzəltmişəm. Mənim bu işim zəhmətimə dəyər yoxsa mənasız bir işdir. Araz Yaquboglu (talk) 19:18, 23 dekabr 2012 (UTC)
- Salam Hörmətli Araz Yaquboglu. Bu mühüm məsələyə bir az gec fikir bildirdiyim üçün üzürlü hesab edin. Məncə siz düzgün etmisiz belə etməklə. Əgər hansısa bir adda, həm şəxs, həm şəhər və ya hansısa başqa bir anlayış varsa, o zaman bu həmin adın sağ tərəfində olan mötərizədə göstərilməlidir. O zaman isə əsas olan adın özü dəqiqləşdirmə rolunu oynamalıdır. Belə ki, həmin adda daxil olduqda, istifadəçi ona hansı Abbas Abbasovun lazım olduğunu tapacaq. Bu mənim subyektiv fikirimdir. Mən sizə təklif edirəm ki, digər fəal istifadəçi və ya idarəçilərində bu barədə olan fikirlərini öyrənəsiniz. Hörmətlə:--Baskervill (talk) 08:30, 25 dekabr 2012 (UTC)
Salam
redaktəNiyə Bon Jovi məqaləsinə dil keçidləri əlavə etdiniz. Botlar bunu özləri edəcəydilər. --Baskervill (talk) 20:21, 24 dekabr 2012 (UTC)
- Botlar bəzən yaman yavaşdılar. AzVikidə tez-tez intervikilərsiz məqalələr görürəm, botlar isə onlara heç əl vurmurlar. --Мурад 97 (talk) 01:32, 25 dekabr 2012 (UTC)
- Əslində botların zəif işləməsi fikri ilə razıyam. Bunun səbəbi sadəcə yüklənmənin çox olması ola bilər. Amma əsas olan odur ki, bir dildə olan keçidi əlavə etdikdən sonra digər keçidlər, maksimum 1 saat müddətində əlavə olunur. Zəhmət olmasa sizdə çalışın ki, hansısa bir məqalə yaradarkən təkcə ingiliscə olan keçidi əlavə edin və ondan sonra bütün keçidlər əlavə olunana qədər heç bir dəyişiklik etməyin məqalə üzərində. Hörmətlə:--Baskervill (talk) 08:26, 25 dekabr 2012 (UTC)