Istifadeci Felsefebizde Cordan Piterson - Wikipedia
Cordan Bernt Piterson (12 iyun 1962-ci il təvəllüdlü), Kanadada doğulub və Toronto Universitetində psixologiya üzrə professor kimi fəaliyyət göstərir, eyni zamanda, o, təcrübəli klinik psixoloq və ictimai ziyalıdır[1][2][3] Onun əsas işləri abnormal, sosial və şəxsiyyət psixologiyasını, dini və ideoloji inam psixologiyasını,[4] şəxsiyyət və fəaliyyətin qiymətləndirilməsini və təkmilləşdirilməsini əhatə edir.[5]
Cordan Alberta Universiteti və MakGill Universitetində təhsil alıb. O, MakGilldə 1991-ci ildən 1993-cü ilə qədər post-doktorantura kimi qaldıqdan sonra Harvard Universitetinin psixologiya kafedrasında əvvəlcə assistent sonra isə dosent kimi işlədi.[6] 1998-ci ildə Cordan Piterson, Kanadaya, Toronto universitetinin psixologiya kafedrasına köçdü, hal-hazırda da orada professor kimi işləyir.
1999-cu ildə nəşr olunan Mənanın Xəritəsi: İnancın Arxitekturası adlı ilk kitabında, Cordan Piterson inanc və mif sistemlərinin strukturunu, onların duyğu tənzimlənməsində rolunu, mənanın yaranışını və bir çox başqa mövzuları təsvir etmək üçün bir sıra akademik sahələri araşdırıb .[7][8][9] Onun Həyatın 12 Qaydası: Xaos üçün Antidot adlı ikinci kitabı isə, 2018-ci ilin yanvar ayında dərc edildi.[10][11][12]
2016-cı ildə Cordan Piterson YouTube-da siyasi düzgünlük və Kanada hökumətinin Bill C-16 - nı tənqid edən bir sıra video yayınladı. Sonradan o, həm dəstək, həm də tənqid hədəfi olaraq medianı əhəmiyyətli dərəcədə özünə cəlb etdi. Cordan Intellectual Dark Web kimi bilinən cərəyan ilə geniş şəkildə təmasda olmuşdur.[13][14][15]
Həyatı
redaktəCordan Piterson 1962-ci il iyunun 12-də anadan olub və Kanadada, Edmonton şəhərinin şimal-qərbindəki kiçik bir qəsəbə olan Fairview də böyümüşdür..[16] Üç uşaqdan ən böyüyü olan Cordanın valideynləri Beverley və Walter Petersondur. [17][18] Bernt adı onun Norveçli babasının şərəfinə verilmişdir.[19]
O, 13 yaşında olarkən məktəb kitabxanaçısı Sandy Notleyin yardımı ilə Corc Oruell, Oldos Haksli, Aleksandr Soljenitsın, and Ayn Rand kimi yazıçıların əsərləri ilə yaxından tanış olmuşdur.[20] O, həmçinin, yeniyetmə illərində Yeni Demokrat Partiyasını (NDP) üçün işləmiş, ancaq zamanla onların idealarına qarşı rəğbəti azalmış və 18 yaşı olanda partiyanı tərk etmişdir.
References
redaktə- ↑ Livingstone Smith, David & Kaag, John (2018), Thus Spoke Jordan Peterson, Foreign Policy. Retrieved November 28, 2018: "Pundits including Tyler Cowen and David Brooks call Peterson the public intellectual of the moment."
- ↑ Robinson., Nathan J (2018), The Intellectual We Deserve, Current Affairs. Retrieved November 28, 2018: "David Brooks thinks Peterson might be “the most influential public intellectual in the Western world right now.”"
- ↑ Lewis, Helen (2018), Jordan Peterson and the rise of the cargo cult intellectual, New Statesman. Retrieved November 28, 2018: "There’s a new public intellectual in town...His name is Jordan Peterson."
- ↑ Tucker, Jason; VandenBeukel, Jason. "'We're teaching university students lies' – An interview with Dr Jordan Peterson". C2C Journal. December 1, 2016.
- ↑ "Meaning Conference". International Network on Personal Meaning. July 2016. November 13, 2017 tarixində arxivləşdirilib.
- ↑ Lambert, Craig. "Chaos, Culture, Curiosity". Harvard Magazine. September 1998.
- ↑ McCord, Joan. Beyond Empiricism: Institutions and Intentions in the Study of Crime. Transaction Publishers. 2004. səh. 178. ISBN 978-1-4128-1806-3.
- ↑ Ellens, J. Harold. The Destructive Power of Religion: Models and cases of violence in religion. Praeger. 2004. səh. 346. ISBN 978-0-275-97974-4.
- ↑ Gregory, Erik M.; Rutledge, Pamela B. Exploring Positive Psychology: The Science of Happiness and Well-Being. ABC-CLIO. 2016. səh. 154. ISBN 978-1-61069-940-2.
- ↑ Bartlett, Tom. "What's So Dangerous About Jordan Peterson?". The Chronicle of Higher Education. January 17, 2018. İstifadə tarixi: January 19, 2018.
- ↑ Blatchford, Christie. "Christie Blatchford sits down with "warrior for common sense" Jordan Peterson". National Post. January 19, 2018. İstifadə tarixi: January 19, 2018.
- ↑ Lott, Tim. "Jordan Peterson: 'The pursuit of happiness is a pointless goal'". The Observer. January 21, 2018. İstifadə tarixi: January 21, 2018.
- ↑ Weiss, Bari & Winter, Damon (2018), the Renegades of the Intellectual Dark Web, The New York Times. Retrieved November 27, 2018: "The closest thing to a phone book for the I.D.W. is a sleek website that lists the dramatis personae of the network, including Mr. Harris; Mr. Weinstein and his brother and sister-in-law, the evolutionary biologists Bret Weinstein and Heather Heying; Jordan Peterson..."
- ↑ Farrell, Henry (2018), The “Intellectual Dark Web,” explained: what Jordan Peterson and Ben Shapiro have in common with the alt-right, Vox. Retrieved November 27, 2018: "The thinkers profiled included the neuroscientist and prominent atheist writer Sam Harris, the podcaster Dave Rubin, and University of Toronto psychologist and Chaos Dragon maven Jordan Peterson."
- ↑ Malik, Nesrine (2018),If the “Intellectual Dark Web” are being silenced, why must we keep hearing about them?, New Statesman. Retrieved November 27, 2018: "If you had struggled to come up with a collective noun for that disparate group of people that ranges from Milo Yiannopoulos to Sam Harris and includes Jordan Peterson...the New York Times has baptised them.They now have a name. The “Intellectual Dark Web” or “IDW”..."
- ↑ Bowles, Nellie (May 18, 2018). "Jordan Peterson, Custodian of the Patriarchy", The New York Times. Retrieved August 29, 2018.
- ↑ McBride, Jason. "The Pronoun Warrior". Toronto Life. January 25, 2017.
- ↑ Menon, Vinay. "Jordan Peterson is trying to make sense of the world — including his own strange journey". Toronto Star. March 16, 2018. İstifadə tarixi: May 22, 2018.
- ↑ Brown, Louise. "Schools a soft target for revenge-seekers". Toronto Star. April 17, 2007.
Jordan Bernt Peterson of the University of Toronto.
- ↑ Winsa, Patty. "He says freedom, they say hate. The pronoun fight is back". Toronto Star. January 15, 2017.
[[Kateqoriya:1962-ci ildə doğulanlar]] [[Kateqoriya:Yaşayan insanlar]] [[Kateqoriya:MakGill Universitetinin məzunları]] [[Kateqoriya:Alberta Universitetinin məzunları]]