Istifadeci Eric Moore Hi Fealiyyetim - Wikipedia
Fəaliyyətim
redaktə"İnsanlar bura məlumat əldə etmək üçün gəlirlər. Məlumatın tərəfsiz, ciddiyyətli və geniş olması əhəmiyyətli bir xüsusdur. Hər kəsin bu mövzuda həssas davranması lazım olduğunu düşünür, əlimdən gəldiyi qədər diqqətli
davranmağa çalışıram."
Bu Səbəblə:
- Vikipediya hər gün pis niyyətlə ya da istəmədən vandalizmə uğrayır. Qarşılaşdıqca bunları maneə törədir və düzəldirəm. Məsələn A Partiyası üçün etdiyim dəyişiklik o partiyadan olduğumu ya da A insanını sevmədiyim o insan haqqında kömək etməyəcəyim və ya uğradığı vandalizmə göz yumacağım mənasına gəlməz.
- Vikipediyada ciddiyyətsiz, əskik, tərəfli və qrammatik səhvlərlə dolu bir çox məqalə görürəm. Bu məqalələr də olan səhvləri aradan qaldırıb Azərbaycan dilinin orfoqrafiya qaydalarına tam uyğun olaraq yenidən düzəliş edirəm.
- Gördüyüm işlərlə qeyri-kafi məqalələri inkişaf etdirir və yeni məqalələr meydana gətirərək informasiya əldə etmək istəyən hər kəsə faydalı olmağı ümid edirəm.
2018 Vikipediya bahar düşərgəsindəki iştirakım
redaktə2-3 iyun 2018 tarixində Vikipediya bahar düşərgəsində iştirak etdim. Bu mənim ümumi vikipediya tədbirlərinə qatıldığım üçüncü, düşərgələrdə isə ikinci iştirakım idi.
Bahar düşərgəsində vikipediyaçılarla Quba rayonunun tarixi-mədəniyyət abidələrinə, Quba Heydər Əliyev Mərkəzinə, Quba Soyqırımı Memorial Kompleksinə və Quba Tarix-Diyarşünaslıq Muzeyinə səfərlərimiz oldu. Bu düşərgədə bizim əsas məqsədimiz fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması, yeni könüllülərin cəlb edilməsi, multikulturalizm cəhətdən zəngin olan və qədim tarixə malik Quba rayonu və onun mədəniyyətinə dair Vikipediyada məqalələrin yaradılması, Vikipediyanın çağdaş dönəmdə informasiyanın əldə edilməsində xüsusi əhəmiyyətə malik virtual məlumat platforması olmasının Azərbaycan cəmiyyətində aktuallaşdırılması, Vikipediyadan istifadənin kütləviləşdirilməsi, müasir texnoloji vasitələrdən istifadə etmək bacarığına malik gənc könüllülərin Vikipediyaya cəlb edilməsi, Vikipediyanın Azərbaycan dili bölməsi üzrə, eyni zamanda digər aparıcı dil bölmələrində Azərbaycanla bağlı fəaliyyətin məqsədli və planlı şəkildə həyata keçirilməsi üçün maarifləndirmə tədbirlərinin görülməsindən ibarət idi.
2-3 iyun 2018 tarixində Vikipediya bahar düşərgəsində mənim və digər vikipediyaçıların çəkdiyi fotoşəkillərə buradan baxa bilərsiniz.
2017 Vikipediya yay düşərgəsindəki iştirakım
redaktə12-13 avqust 2017 tarixində Vikipediya yay düşərgəsində iştirak etdim burada çoxlu dostlar qazandım və azərbaycanlı vikipediyaçılarla görüşmək, onları tanımaq çox sevindirici haldır. Hər biri intellektual insanlardır və hər biri öz növbəsində azərbaycanca vikipediyaya öz töhfələrin vermişlər.
Yay düşərgəsində vikipediyaçılar ilə Qaxın İlisu və Qum kəndlərinə gedib orada ölkə əhəmiyyətli tarixi yerləri gəzdik. Konferansımız oldu burada və vikipediya idarəçiləri bizlərə vikipediya haqda daha dolğun məlumatlar verdilər. Konferansda mənim də qısa çıxışım oldu vikipediya ilə bağlı fikirlərimi, təkliflərimi bildirdim. İntellektual oyunlar oynadıq və çox gözəl yadda qalan xatirələrimiz oldu yay düşərgəsində.
12-13 avqust tarixlərində Vikipediya yay düşərgəsində mənim və digər vikipediyaçıların çəkdiyi fotoşəkillərə buradan baxa bilərsiniz. Düşərgə ilə bağlı çəkdiyim videonu isə buradan izləyə bilərsiniz.
İstifadəçilərin nəzərinə
redaktəYeni istifadəçilərin olması vikicəmiyyət üçün çox gərəklidir. Təcrübəli istifadəçilər yeni istifadəçilərə qayğı ilə yanaşmalı və onların ümumi işə qoşulmasına yardım etməlidirlər.
Vikipediya təkcə layihənin ən aktiv iştirakçılarının gərgin əməyi nəticəsində yox, həm də onunla maraqlanan çoxlu yeni istifadəçilərin töhfələri hesabına inkişaf edir. Bu cür yeni istifadəçilər adətən anonim qalır. Hər birimiz bir zamanlar yeni istifadəçi olmuşuq və zaman-zaman ehtiyatla davranmağımızın hesabına tipik xətalardan müvəffəqiyyətlə qaçmağı bacarmışıq. Çoxumuz isə bir neçə ay iş təcrübəsi ilə belə özümüzü yeni istifadəçi hesab edirik.
Bir çox yeni istifadəçinin tez bir zamanda Vikipediyaya alışaraq inamlı şəkildə çalışmağı davam etdirməsinə baxmayaraq, bəziləri üçün Vikipediya haqqında bilgilərinin azlığı, eləcə də bacarıqlarının çatışmaması onlar üçün müvəffəqiyyətlə çalışmalarına əngəl olur. Ona görə də biz yeni istifadəçilərlə xeyirxahcasına və səbirlə davranmalıyıq. Çünki onların içərisindən Vikicəmiyyətin gələcək aparıcı üzvləri və idarəçiləri çıxır.
- Səhv edən yeni istifadəçiyə qarşı səbirli və qayğıkeş olun!
- Yeni istifadəçi səhv etdikdə onu Vikipediya qaydalarına yönəltmək lazımdır!
- Yeni istifadəçiyə müraciət edərək onu düzgün yola istiqamətləndirməkdən çəkinməyin!