Ismayil Bey Camalbeyov - Wikipedia
İsmayıl bəy Camalbəyov (Tam adı: İsmayıl bəy Abbasqulu bəy oğlu Camalbəyov; d.1883, Naxçıvan - ö.6 yanvar 1938, Bakı) — Azərbaycan ziyalısı, maarifpərvər, Naxçıvanın İranda (Makuda) konsulu.
İsmayıl bəy Camalbəyov | |
---|---|
İsmayıl bəy Abbasqulu bəy oğlu Camalbəyov | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | repressiya |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Həyat yoldaşı | Güllü Şərif qızı |
Atası | Abbasqulu bəy |
Həyatı
redaktəİsmayıl bəy Camalbəyov 1883-cü ildə Naxçıvan şəhərində anadan olmuşdu. Məktəb təhsilini də burada almışdır. O, 1915-ci ildə yaradılmış Mücahidin Milli Partiyasının liderlərindən omuşdur. 1918-ci ilin fevralında Zaqafqaziya Komissarlığını (1917-ci il noyabrın 11-də Xüsusi Zaqafqaziya Komitəsini əvəz etmiş Zaqafqaziya hökuməti) Zaqafqaziya seyminin (qanunvericilik orqanı) əvəz etdiyi və Zaqafqaziyanı müstəqil dövlətlərə parçalamaq uğrunda fəaliyyətin gücləndiyi dövrdə Naxçıvanın növbəti daşnak hücumlarından müdafiəsinin təşkilində ciddi rol oynamışdır.
Ailəsi
redaktəİsmayıl bəy Güllü Şərif qızı ilə ailə qurmuşdu. Güllü xanım 1879-cu ildə Tiflis şəhərində anadan olmuş, Sumbatov küçəsi, ev 9 ünvanında yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı Camalbəyov İsmayıl Abbasqulu oğlu (1883) SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən 05.01.1938-ci il tarixdə əksinqilabi-millətçilik fəaliyyətinə görə güllələnməyə məhkum edilmişdir. Camalbəyova Güllü Şərif qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsaslanaraq 31.12.1937-ci il tarixdə tutulmuş SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Zaqafqaziya Hərbi Dairəsi Hərbi Tribunalının 16 mart 1995-ci il qərarına əsasən Camalbəyova Güllü Şərif qızına bəraət verilmişdir.
Fəaliyyəti
redaktə- 20-ci illərdə İsmayıl Camalbəyov Makuda Naxçıvanın ilk konsulu olmuşlar.
Repressiya qurbanı
redaktəİsmayıl bəy Camalbəyov 1938-ci ildə repressiyaya uğramışdır. O, SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən 5 yanvar 1938-ci ildə əksinqilabi-millətçilik fəaliyyətinə görə güllələnməyə məhkum edilmiş, qərar yanvar ayının 6-da icra olunmuşdur.
Həmçinin bax
redaktəMənbə
redaktə- Məhəmməd Camalbəyov un şəxsi arxivi.
- Şəfiqə Məhəmmədova. Anaların fəryadı. Bakı: "Gənclik". 2006, s.86.
- Kəlbizadə E., Hacıyev İ. Naxçıvanlı diplomatlar. Naxçıvan:Əcəmi, 2017, 128 s.[ölü keçid]
- Sadıqov S. H. Naxçıvan Muxtar Respublikası tarixindən. Azərbaycan Elmlər Akademiyasi Milli Münasibətlər İnstitutu. Bakı, 1995, 144 səh.
- Mücahid diplomat – İsmayıl bəy Camalbəyov. Elnur Kəlbizadə. Şərq qapısı qəzeti. 05 İyul 2013.
- Гаджиев И., Кальбизаде Э. Из истории дипломатии. Saarbrücken:Lambert Academic Publishing, 2017, 64 c.