Imamyar Hesenov - Wikipedia
İmamyar Həsənov (tam adı: İmamyar Fikrət oğlu Həsənov) — mahir kamança ifaçısı və müəllimi.[1]
İmamyar Həsənov | |
---|---|
İmamyar Fikrət oğlu Həsənov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 7 noyabr 1975 (49 yaş) |
Doğum yeri | Azərbaycan, Mərdəkan |
Vətəndaşlığı | Azərbaycan ABŞ |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | kamança ifaçısı, müəllimi |
Musiqi aləti | kamança |
Haqqında
redaktəİmamyar Həsənov Bakıda Mərdəkan qəsəbəsində musiqiçi ailəsində anadan olub. Atası Fikrət Həsənovun musiqiyə olan sevgisi bacısı Qəməri, qardaşı Rüfəti və İmamyar Həsənovu musiqiyə gətirib.[2]
Təhsili
redaktəİmamyar Həsənov Mərdəkan qəsəbəsində yerləşən – birinci sinifdən səkkizinci sinfə qədər Hacı Zeynalabdin Tağıyev adına 123 saylı orta məktəbdə təhsil alıb. Habelə Mərdəkanda yerləşən 17 saylı musiqi məktəbinin kamança sinfində, daha sonra 1990-cı ildə Asəf Zeynallı adına Musiqi Kollecində təhsilini davam etdirib. O, burada Mütəllim Novruzov və Arif Əsədullayev kimi tanınmış kamança ustadlarından dərs alıb. 1995-2000-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Ağacəbrayıl Abasəliyevin sinfində təhsilini davam etdirib.
Həsənov 2000-ci ildə Bakı Musiqi Akademiyasında təhsilini bitirdikdən sonra ABŞ-yə köçüb. Hal-hazırda ABŞ-nin San-Fransisko şəhərində yaşayır.[2]
Fəaliyyəti
redaktəİmamyar Həsənov 2012-ci ildən San-Fransisko Dünya Musiqi Festivalının Musiqi Direktoru vəzifəsində fəaliyyətini davam etdirir.[2][3][4] 2013-cü ildə Festival "Dünya Həcmli Siniflər" layihəsinə başladı. Bu layihənin məqsədi dünya xalqlarının milli musiqi sənətçilərini Amerikanın orta məktəblərinə dəvət etmək və şagirdlərə milli musiqiləri öyrətməkdir. Həsənov dahi bəstəkar Fikrət Əmirovun "Göy-Göl" mahnısını ikinci sinifdən on ikinci sinfə qədər olan şagirdlərə Azərbaycan dilində çalıb oxumağı öyrədib. Bununla yanaşı, San-Fransiskoda beş orta məktəbdə Azərbaycan musiqisindən dərs deyib.[2][3]
2013-cü ilin aprel ayında Stanford universitetinin Musiqi fakültəsində “Azərbaycan musiqisi və mədəniyyəti” adlı tədris kursu yaradılıb. İlk dəfə olaraq Amerikanın ən nüfuzlu universitetlərindən birində yaradılan, Azərbaycan musiqisi haqda mühazirələr və musiqi dərslərindən ibarət olan tədris kursunun 2009-cu ildə Stanford Universitetini bitirmiş amerikalı-azərbaycanlı Kristal Bargeleme və İmamyar Həsənov aparır. Tələbələr təhsil aldıqları müddətdə Azərbaycan musiqisi və mədəni irsi ilə yanaşı, Azərbaycan musiqi alətlərində musiqi ifa etməyi də öyrənirlər.[2][5]
İ.Həsənov Amerikanın tanınmış universitetlərində ustad dərsləri keçir və konsertlər verir. Azərbaycan musiqisini və kamança alətini təbliğ edən Həsənov Stanford, Juliyard, İndiana, Corc Vaşinqton, Corctaun universitetlərində və San-Fransiskodakı orta məktəblərdə bu işlə məşğuldu.[2]
ABŞ-dən əlavə, İmamyar Həsənov bir çox ölkələrdə, o cümlədən Türkiyədə, Yunanıstanda, İranda, İsraildə Azərbaycan xalq mahnılarını (“Küçələrə su səpmişəm”, “Girdim yarın bağçasına”, “Laçın”, “Sarı Gəlin” və s.) və bəstəkar mahnılarını (S.Rüstəmovun “Getmə-getmə”, T.Quliyevin “İlk bahar”, F.Əmirovun “Gözəlim sənsən” və s.) ustalıqla tanıtmışdır. Həmçinin İsrailin cənub regionunda yerləşən Şaharut qəsəbəsində 2012-ci ildə “Laçın” adlı xalq mahnımız, ANNA RF qrupu ilə birlikdə İmamyar Həsənov tərəfindən kamançada səsləndirilmişdir.[4]
Albomları
redaktəİmamyar Həsənovun mərhum xalq artisti Çingiz Sadığov ilə bir neçə mükəmməl səsyazmaları var. Belə ki 2015-ci ilin Sentyabr ayında hər iki sənətkara məxsus "Sonsuz Məhəbbətim" adlı albomla yanaşı, 2006-cı ildə "Undiscovered Treasure Kamancha of Azerbaijan", 2008-cı ildə "Hayran" və "Shams", 2011-ci ildə "Sound of My Soul" və "Passage to Dawn", 2017-cı ildə "Then", 2018-cı ildə "Bozlak/Segah/Chargah" albomları da işıq üzü görmüşdür.[1][2][4]
İstinadlar
redaktə- ↑ 1 2 "Imamyar Hasanov". 2018-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-05.
- ↑ 1 2 3 4 5 6 7 ""Amerikada kamançanı Azərbaycan aləti kimi tanıtmaqdan fəxr duyuram"". 2018-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-05.
- ↑ 1 2 "Dünya şöhrətli bakılı: "Erməni dinləyicilərim..." – Video". 2018-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-05.
- ↑ 1 2 3 "İmamyar Həsənov - Laçın". 2018-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-05.
- ↑ "Stanford universitetində Azərbaycan konserti". 2018-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-05.
Xarici keçidlər
redaktə- The History of Kamancha Arxivləşdirilib 2018-10-09 at the Wayback Machine