Ulvi Bunyadzade - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ülvi Yusif oğlu Bünyadzadə (23 sentyabr 1969, Kəsəmən, Vardenis rayonu – 20 yanvar 1990, Bakı) — Azərbaycan şairi, publisist, "20 Yanvar şəhidi".
Ülvi Bünyadzadə | |
---|---|
Ülvi Yusif oğlu Bünyadzadə | |
Doğum adı | Ülvi |
Doğum tarixi | 23 sentyabr 1969 |
Doğum yeri | |
Vəfat tarixi | 20 yanvar 1990 (20 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | 20 Yanvar faciəsi |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Yusif Bünyadzadə |
Fəaliyyəti | şair |
Fəaliyyət illəri | 1980-1990 |
Əsərlərinin dili | Azərbaycan dili |
Həyatı və fəaliyyəti
redaktəÜlvi Bünyadzadə 23 sentyabr 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı bir ailədə dünyaya göz açmışdır.5 yaşından yazıb-oxumağı bacarmış Ülvi 6 yaşında ilk şeirini yazmışdır. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini isə Daşkəsən kəndində almışdır. 1978-ci ildə Ülvinin valideynləri Kəsəmən kəndindən Daşkəsən kəndinə köçmüşdür.[1]
12–13 yaşlarından sonra, ümumiyyətlə, bütün şagirdlik həyatı boyunca vaxtaşırı olaraq şeirləri, müxtəlif səpgili bədii və publisistik yazıları ilə "Daşkəsən" qəzetində çıxış etmişdir. Eyni zamanda rayonda fəaliyyət göstərən "Qoşqar" ədəbi birliyinin üzvlüyünə qəbul edilmişdir. Orta məktəbdə oxuduğu illərdə Ülvi həm də yeddillik musiqi təhsili almışdır. O, qarmon, tar, saz, piano, kamança kimi musiqi alətləri ilə çala bilirdi.[2]
1986-cı ildə sənədlərini ADU-nun şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə vermiş, imtahanlarını müvəffəqiyyətlə versə də, müsabiqədən keçməmiş, Daşkəsən kəndinə qayıdaraq rayon təmir-tikinti idarəsində rəngsaz işləmişdir. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olmuşdur. Təhsilə başladığı ilk günlərdən qrup nümayəndəsi seçilmiş, dərs əlaçısı və fəal ictimaiyyətçi kimi tezliklə bütün institutda tanınmışdır. İnstitutun qəzetində yazıları mütamadi çap olunmuşdur.[2]
Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilirdi. 1987–1989-cu illər Ülvi Bünyadzadənin qısa ömrünün ən məhsuldar dövrü olmuşdur. 1988-ci ilin iyunundan 1989-cu ilin sentyabrına qədər hərbi xidmətdə olmuşdur. Ülvi əsgəri xidmətini yüksək səviyyədə yerinə yetirdiyinə görə hərbi hissədə Sov.İKP üzvlüyünə qəbul edilmişdir.[2]
1989-cu ilin sentyabr ayında SSRİ Müdafiə Nazirinin həmin dövrdəki qərarına əsasən o, tələbə olduğu üçün vaxtından 9 ay əvvəl hərbi xidmətdən tərxis olundu və APXDİ-nin II kursunda təhsilini davam etdirmək üçün sentyabr ayının əvvəllərində Kanskdan Bakıya qayıdan Ülvi həmin gün mitinqdə iştirak etmiş və uydurma "Dağlıq Qarabağ probleminin" xalqı üçün yaratdığı sıxıntıların, iztirabların, gərginliklərin daha da dərinləşdiyinin şahidi olmuşdur.[2]
10 sentyabr 1989-cu ildə Ana torpağı, doğma xalqı qarşısında övladlıq borcunu şərəflə, ləyaqətlə yerinə yetirəcəyini vicdan borcu bilərək öz müqəddəs "And"ını yazmışdı.[2]
Ülvi Bünyadzadə Xarici Dillər İnstitutunda Azərbaycan Xalq Cəbhəsinin dayaq dəstəsinin və Şimali Azərbaycan Azad Tələbələr İttifaqının (ŞAATİ) yaradılmasında fəal iştirak edirdi. O, AXC-nin institutdakı dayaq dəstəsinin fəaliyyət proqramını hazırlayanlardan biri olmuşdur.[2]
Sov.İKP-nin bütün sovet xalqlarının həyatında oynadığı mənfi rolu başa düşərək Bakıya qayıtdıqdan sonra Azadlıq meydanında (dekabr) mitinq zamanı "Xalqı bu mübarizədə gedilən yoldakı qələbəyə inandırmaq üçün lazım olsa, bütün cismimizi yandırmağa hazır olmalıyıq" deyərək kommunist biletindən imtina etdiyini bildirmiş, bileti oradaca ovcunun içində nümayişkaranə yandırmışdır.[2]
19 yanvar 1990-cı ildə gecə Bakıya girən Sovet ordusunun yolunu kəsmiş, dinc piketin gülləbaran edilməsinə dözməyərək, sinəsini xalqına tuşlanmış gülləyə sipər etmiş və saat 00.20-də həlak olmuşdur. Yanvarın 20-də axşamüstü dostları, tələbə yoldaşları və müəllimləri onun cəsədini Semaşko adına xəstəxanadan tapdılar.[2]
Ülvi Bünyadzadə Bakıda Şəhidlər Xiyabanında 40-cı qəbrdə dəfn olunmuşdur.
Ülvinin əsərlərinə 200-dən çox şeiri, "Ömür yolu" poeması və "Qansızlar" povesti (Hər iki əsər Əfqanıstanda döyüşən həmvətənlərimizə həsr olunub), 40-a yaxın hekayəsi, 5 pyesi, 20-yə yaxın dünya ədəbiyyatından original tərcümələr (ingilis və rus dillərindən), 7 ədəbi və ictimai məzmunda məqaləsi, bibisi Almaza, dostları Məhəbbət və Cavidə yazdığı xeyli məktubları və s. yazıları daxildir.[2]
Ülvinin son illər yaşadığı küçəyə (babasının evi yerləşən Anaşkin küçəsinə) "Ülvi Bünyadzadə küçəsi" adı verilib. Həmin evin (babasının evinin) divarına "Burada 20 yanvar şəhidi, şair Ülvi Bünyadzadə yaşamışdır" yazılı barelyef-lövhə vurulmuşdur.[2]
"20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə "20 Yanvar şəhidi" fəxri adı haqqında Əsasnamə fəxri adı verilmişdir.[3]
Ailəsi
redaktə- Könül Bünyadzadənin qardaşıdır.
- Almaz Ülvinin qardaşı oğludur.
Əsərləri
redaktə- "Ülvi duyğularım" (toplayanı, tərtib edəni, nəşrə hazırlayanı, redaktoru və ön sözünün müəllifi Almaz Ülvidir), Bakı, "Gənclik", 1990, 55 səh.
- "Bir ölümün acığına" (toplayanı, tərtib edəni, nəşrə hazırlayanı, redaktoru və ön sözünün müəllifi Almaz Ülvidir), Bakı, "Gənclik", 1993, 256 səh.
- "Ömrüm sənin eşqindi" (toplayanı, tərtib edəni, nəşrə hazırlayanı, redaktoru və ön sözünün müəllifi Almaz Ülvidir), Bakı, "Mütərcim", 1998, 256 səh.
- "Sənin oxşarın bənövşədi" (toplayanı, tərtib edəni, nəşrə hazırlayanı, redaktoru və ön sözünün müəllifi Almaz Ülvidir), Bakı, "CBS" 2005, 495 səh.
- "Ömür yolu" (poema), 2 dildə – (toplayanı, redaktoru və ön sözünün müəllifi Almaz Ülvidir), Azərbaycan və gürcü Aydınə. Tbilisi. 2009-cu il.
- "Ömür yolu" (poema). 5 dildə – Azərbaycan, türk, ingilis, rus və gürcü dillərində. (toplayanı, redaktoru və son sözünün müəllifi Almaz Ülvi. Ön sözünün müəllifi Qənirə Paşayevadır.), Bakı, "Mütərcim", 2009.
- Ульви Буньядзаде. Жизненный путь. Стихи и поэма. (перевел на русского языка Гия Пачхаташавили) // Баку, "Elm və təhsil", 2014. 64 стр.
- Əfqanıstan ağrıları (poema və povest) // Azərbaycan, türk, özbək, qırğız, tatar, ingilis, rus, gürcü dillərində, (redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru Almaz Ülvi (Binnətova) // Bakı , "Elm və Təhsil", 2015. 192 səh.
- Qəhərlənmiş könlüm: dünya ədəbiyyatından tərcümələr / şeirlər, hekayələr, (redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru Almaz Ülvi (Binnətova) // Bakı , "Elm və təhsil", 2015. 120 səh.
Haqqında yazılanlar
redaktəKitablar
redaktə- Almaz Ülvi. Poeziyada milli-azadlıq duyğuları. Bakı, 1998, 115 səh.(Ülvi haqqında səh.48–96)
- Almaz Ülvi. Ülviləşən Ülvim (məqalələr). Bakı, 1998, 256 səh.
- Almaz Ülvi. Göyçə mahalı. Kəsəmən:Bir kəndin tarixindən səhifələr // Bakı, "CBS", 2011. 592 səh. (Ülvi haq. səh.470–484)
- Almaz Ülvi. Ədəbi duyğularım. Portretlər, düşüncələr, qeydlər // Bakı, Nurlan, 2009, 426 səh. (Ülvi haqqında səh.196–201)
- Almaz Ülvi. Ədəbiyyat ömrü yaşayan əbədiyyat memarı // Bakı, Nurlan, 2004, 80 səh. (Ülvi haqqında səh. 76–78)
- Almaz Ülvi. Müharibə ağrılarım. Publisistik düşüncələr, ədəbi qeydlər // Bakı, Nurlan, 2005, 546 səh. (Ülvi haq səh.37–91)
- Könül Bünyadzadə. Gəncliyin fəlsəfəsi. Bakı: Nurlar, 2009.[4]
- Almaz Ülvi. "Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik! – Ülvi Bünyadzadə: şəxsiyyəti və ədəbi irsi" adlı Beynəlxalq Konfransın materialları və "Ülviləşən Ülvim" kitabından səhifələr. — Bakı, Elm və təhsil, 2018, 490 səh (şəkilli).
- Könül Bünyadzadə. Ülvi gəncliyin sirləri Arxivləşdirilib 2021-11-12 at the Wayback Machine. Bakı: Zərdabi nəşriyyatı, 2019.[5]
Məqalələr
redaktə- Namazalı Paşayev. Ülvi // "Daşkəsən" qəzeti, 15 sentyabr 1987-ci il.
- Zaman Həsənov. Ülvilərin Ülvisi // "Daşkəsən" qəzeti, 30 yanvar, 1990-cı il
- Hüseyn Arif, Ülvi (poema), "Azərbaycan gəncləri" qəzeti, 1990.
- Almaz Ülvi, "Ülviləşən Ülvim". "Vətən səsi" qəzeti, 18.01.1991,
- Almaz Ülvi, "Yanırsan, məni də yandırmaq üçün", "Meydan" qəzeti, 04,16,25 may, 06 iyun 1995-ci il.
- Almaz Ülvi, "Ömrüm sənin eşqindi", "Xalq qəzeti", 17.01.1999.
- Almaz Ülvi. Azərbaycan poeziyasında "Ceyran" motivi // http://inform.az/index.php?newsid=23539 Arxivləşdirilib 2017-12-17 at the Wayback Machine
- Almaz Ülvi. "Pəncərəmi döyür Sibir küləyi…"- Ülvi Bünyadzadənin bibisinə məktubu // http://inform.az/index.php?newsid=23533 Arxivləşdirilib 2017-04-30 at the Wayback Machine
- Almaz Ülvi. "Ədəbiyyatın axsaq yeri olmur…"//Faiq Balabəyli ilə müsahibə 13 yanvar 2016.http://axar.az/news/79198 saytı
- Almaz Ülvi. Müstəqillik uğrunda canından keçən gəncin Vətən Andi // http://www.moderator.az /news/119213.html (Rumiyyə)
- Almaz Ülvi. Pak gəncliyimizi həmişə vətən hənirtisi isindirsin. — http://www. moderator.az/news /119213.html (Rumiyyə)
- Almaz Ülvi. Dünyanın bütün qapıları üzümüzə açılmışkən, bu fürsətdən düzgün yararlanmalıyıq. (Müsahibəni Umid apardı). // "Bizim yol" qəzeti, 10 fevral 2016 (KİV DDF müsbiqəsinə təqdim olunub)
- Алмаз Ульви (Биннатова). Ульви Буньядзаде: литературная личность и наследие // Государственная политика в сфере охраны здоровья в Российской Федерации : сборник трудов Международной научно-практической конференции 25 мая 2017 г. – Симферополь : "КУБ", 2017, 246 с. (ISBN 978-5-906962-07-2) с.187–192; с.203–204.
- Almaz Ülvi. Ülvimə bir məktub yazdım…! // "Birlik" dərgisi, № 01–02(27), 2017, səh.38–41
- Almaz Ülvi. Xatirələr dünyasında ucalan Ülvim // 525-ci qəzet, 20 yanvar, 2017-ci il, səh.8–9.
- Almaz Ülvi. Mənəvi ağrılar dünyasında // "Respublika" qəz.,20 yanvar, 2017-ci il, s.11
- Almaz Ülvi. Ülvi Bünyadzade: edebi kişiligi ve irsi // "Telmih" (kultur, senet ve edebiyat dergisi), № 3(5),2017,"Vatan" sayısı, səh.35–38 (132 səhifəlik dərgi)
- Almaz Ülvi. Ülviləşən Ülvim // "Ədəbiyyat və incəsənət",16 fevral 1990-cı il
- Almaz Ülvi. "Ülvi duyğularım"a sözüm // "Ülvi duyğularım" kitabından, Bakı, Gənclik, 1990. səh. 3–8. ; "Vətən səsi", 18 yanvar 1991-ci il.
- Almaz Ülvi. Ömrüm sənin eşqindi… // "Xalq qəzeti", 17 yanvar 1999-cu il
- Almaz Ülvi. "Yanırsan, məni də yandirmaq üçün" // "Meydan" 04,16, 25 may, 06 iyun 1995-ci il
- Almaz Ülvi. "Mən qorxmuram uzaq yola çixmaqdan" // "Gənclik" jurnalı, 1990-cı il, № 5.
- Almaz Ülvi. Yaman darıxıram, Ülvi! // "Həyat" 20 yanvar 1996-cı il
- Almaz Ülvi. Ölümün acığına // "Naxçıvan" qəzeti, 2 avqust 1995-ci il
- Almaz Ülvi. "Həyat üçün doğulmuşuq, vətən üçün ölməliyik" // "Müstəqil qəzet", 19 yanvar 1996-cı il
- Almaz Ülvi. "Bilin, daşdan deyil ürəyim mənim!" // "Ədəbiyyat qəzeti" 19 yanvar 1997-ci il
- Almaz Ülvi. Gənc şair Ülvi Bünyadzadənin 26 yaşı… // "Zaman" 23 sentyabr 1995-ci il
- Almaz Ülvi. Ülvim mənim, gəncliyim mənim //"Azərbaycan mədəniyyəti və incəsənəti", 20 yanvar 2005-ci il
- Almaz Ülvi. Ülvinin şeirləri // "Azərbaycan müəllimi", 17 yanvar 1992-ci il
- Almaz Ülvi. "Xalq ordusu" qəzetinin yaradıcılarına // "Xalq ordusu", 11 fevral 1992-ci il
- Almaz Ülvi. "Səksən dönüb yüz olacaq" // "Panorama", 1996-cı il
- Almaz Ülvi. Mənim Ülvi dünyam bir ayrıdır // "Millət", 1997-ci il
- Almaz Ülvi. Günəşinə Qovuşan Ülvim // "Azərbaycan" jurnalı, 1995-ci il, № 12
- Anar. Şəhidlər dağı // "Ədəbiyyat və incəsənət",18 yanvar, 1991-ci il
- Qasım Qasımzadə. Gözümün nuru, elimin işığı Ülvi. // Ülviləşən Ülvim" kitabında, səh. 40–43
- Məhəmməd Nəbisoy. İgid ölər, adı qalar // "Azadlıq" qəzeti, 18 oktyabr 1991-ci il.
- Flora Xəlilzadə. Şəhidim Ülvi // "Həqiqət" qəzeti, 11 dekabr, 1990-cı il
- Flora Xəlilzadə. Bir ölümün acığına // "Azərbaycan qadını" jurnalı, № 1, 1993-cü il
- Flora Xəlilzadə. Tale pərvanəsi // "Azərbaycan" qəzeti, 5 mart, 1993-cü il
- Saleh Hacıyev. Fəxrim, müqəddəsim, ümidim Ülvi // "Vətən səsi" qəzeti, 15 dekabr 1990-cı il
- Rafiq Səməndər. Mən qorxmuram uzaq yola çıxmaqdan "Şəhidlər" kitabından, 1990, səh.301–310
- Zülfüqar Şahsevənli. "Daş altında bitən çiçək" // Ü. Bünyadzadə. "Bir ölümün acığına" kit-da ön söz, 1993, səh.3–6.
- Tofiq Mütəllibov. 20 yaşın ölməzlik nəğməsi // "Azərbaycan müəllimi" qəz., 10 oktyabr, 1990-cı il
- Fikrət Sadıq. Ülvilik // "Ədəbiyyat və incəsənət", 21 dekabr, 1990-cı il
- Taleh Həmid. Bir qumru pıçıltısı // "yeni fikir", 4 dekabr, 1990-cı il.
- Fərhad Qənbəroğlu. Şəhid babanın şəhid nəvəsi // "Bilik" qəzeti, 17 yanvar, 1991-ci il
- Əsgər Zeynalov. Ülvinin poetik duyumu // "20 yanvar" qəzeti, 1992-ci il
- Cavanşir Eloğlu. Sevgimlə taleyim qoşa yazıldı // "Aydınlıq" 2 noyabr, 1990-cı il
- Vüqar Əliyev. Ülvi əmi – 20 yanvar // Ülviləşən Ülvim" kitabında, səh. 93–95
- Elman Həbib. Kövrək duyğular // "Səs" qəzeti, 1990-cı il
- Aslan Quluoğlu. Ülvi adı ülviləşdi // "Mərhəmət" jurnalı, № 2, 1991-ci il
- Şurəddin Məmmədli. İslam Əliyev. Ülvinin ülvi duyğuları // "Gürcüstan" qəzeti, 15 yanvar, 1991-ci il
- Məmməd Aslan. Ülvinin üzüntü dolu hekayəsi // "Günəş" jurnalı, 26 avqust, 1991-ci il
- Əsgər Zeynalov. Zeynəb Qasımova. Ulduzların işığı // "Mədəni- maarif işi" jurnalı, № 1, 1990, səh.18–20
- Eldar İsmayıl. "Həyat üçün doğulmuşuq.." // "Göyçə" qəzeti, 20 yanvar 1993-cü il
- Jalə Mustafayeva. Günəş nurlu gözlər // "Ana sözü", 1991-ci il, № 1(3) səh.3
- [[Sevinc Məmmədova. Ölüm azadlıq eşqindən aşağıdır // “Bilik” qəz, 4 yanvar, 1992-ci il
- Sevda Sultanova. Şəhidlik ən uca zirvə // "Meydan" qəzeti, 26 sentyabr, 1992-ci il
- Mayıl Əliyev. Ülvinin "Xətai"si // "Həqiqət" qəzeti, 15 yanvar 1991-ci il
- Söhbət Səfərli. Uzaq yolun yolçusu // "Açıq söz" qəzeti, 19 yanvar 1991-ci il
- Qismət Alışoğlu. Azərbaycanı da sənə çox gördülər // "Bilik" qəz, 4 mart, 1990-cı il
- Yüksəl Rəhimov. Ülvi yollarım // "Bilik" qəz, 15 mart, 1993-cü il
- Mübariz Musaoğlu. "Ülvi duyğularım" // "Azərbaycan gəncləri" qəz, 9 oktyabr, 1990-cı il
- Zöhrə Əsgərova. "Nişan üzüyü" (hekayə) // "Özgə evin işığı" kitabında, 1990-cı il
- Xanəmir. Ülvi Bünyadzadəyə cavab məktubu // "Azərbaycan səsi" qəzeti, 1992-ci il
- Qasım Binnətov. Ülvim hanı? // "Ülviləşən Ülvim" kitabında, səh. 143
- Yusif Kəsəmənli. Ülviyə həsr olunmuş şeirlər// "Ülviləşən Ülvim" kitabında, səh.144–150
- Kifayət Binnətova. Ay Ülvim // "Ülviləşən Ülvim" kitabında, 1998-ci il, səh.151
- Hüseyn Arif. Ülvi (poema) // "Azərbaycan gəncləri" qəzeti, 27 aprel, 1991-ci il
- Nəriman Həsənzadə. Almaz // "Azərbaycan gəncləri" qəzeti, 17 yanvar, 1992-ci il
- Hidayət. Qələmini qanına batıran şair // "Ədəbiyyat qəzeti", 1992; "90-cı il" kitabında, B., Gənclik, 1993, s.16–17
- Musa Ələkbərli. Şəhidlər Xiyabanında // "Gözümdə ağlayan bulud" kitabında, Gənclik, 1992-ci il
- Məmməd Namaz. Torpağa yazılan şeir // "Qırmızı buludlar" kit-dan, Gənclik, 1992
- Eldar İsmayıl. İçində // "Ülviləşən Ülvim" kitabında, 1998-ci il, səh.162–163
- Səmayə Əliyeva. Ülvim mənim // "Ülviləşən Ülvim" kitabında, 1998-ci il, səh.163
- Zəki İslam. Ülvi balam // "Əlim tanrı ətəyində" kit-da, 1995-ci il, səh. 20
- Məhəmməd Nəbisoy. Azadlıq yolunda // "Azadlıq" qəzeti, 1991-ci il, oktyabr
- Zivər Əzizqızı. Yarımçıq məktub // "Daşkəsən" qəzeti, 3 fevral 1990-cı il
- Əli Vəkil. Qanlı gecə (poemadan bir parça) // "Ülviləşən Ülvim" kitabında, 1998, səh.168–171
- Tamella Şəfəq. Almaz // "Ülviləşən Ülvim" kitabında, 1998, səh.171–172
- Xan Füzuli Aslanoğlu. Ülvisən // "Ülviləşən Ülvim" kitabında, 1998, səh.173
- Məhəbbət İlhamlı. Bu da belə bir ömürdü. Gəl, Ülvi qardaşım // "Bilik" qəzeti, 2 mart, 1993-cü il
- Sevil Hüseynova. Ülvimin xatirə Muzeyində // "Ülviləşən Ülvim" kitabında, 1998, səh.175
- Asəf Orucoğlu. Sən // "Daşkəsən" qəzeti, 1990
- Gülgəz Babayeva. Gəlmə Ülvisiz // "Ülviləşən Ülvim" kitabında, 1998, səh.177
- Əhməd Bağırov. Məsləkin uğrunda qurban getmisən // "Əkinçi" qəzeti, 2 oktyabr, 1990-cı il
- Aygün Dilbəri. Ülvi qardaşım// "Ülviləşən Ülvim" kitabında, 1998, səh.178–179
- Gülnigar Rəhimli. Mənim. Tapşırdın // "Ülviləşən Ülvim" kit-da, 1998, səh.179–80
- İ.Qəmbərov. Qalxın, qalxın ayağa // "Bilik" qəzeti, 17 yanvar, 1991-ci il
- Nurlana İsmayılova. Sən niyə ağlayırsan // "20yanvar" qəzeti, 1992-ci il
- Müsahib Həbiboğlu. Duyğular // "Ülviləşən Ülvim" kitabında, 1998, səh.182
- Şahin Ülvi. Ülvilər adım // "Ülviləşən Ülvim" kitabında, 1998, səh.183–84
- Sabir Mustafa. Ülvim // "Ülviləşən Ülvim" kitabında, 1998, səh.184–85
- Ruhi Könül. "And"ını oxudum // "Ülviləşən Ülvim" kitabında, 1998, səh.186
- Qasım Qasımzadə. Ülvi işığında bir yarpaq söz // "Bakı", qəzeti, 2 mart, 1990-cı il
- Qasım Qasımzadə. Ülvi işığında bir yarpaq söz // "Azərbaycan" qəzeti, 5 aprel, 1991-ci il
- Anar. Ülvi işığında bir yarpaq söz // "Ədəbiyyat və incəsənət" qəzeti, 29 mart, 1991-ci il
- Anar. Ülvi işığında bir yarpaq söz // "Səhər" qəzeti, 25 iyun, 1993-cü il
- Zemfira Verdiyeva. Ülvi işığında bir yarpaq söz// "Azərbaycan gəncləri", 19 yanvar 1991; "Ədəbiyyat və incəsənət" qəzeti, 2 mart, 1990; "Gənclik" jurnalı, 1990, № 11–12, səh.25; "Bilik" qəzeti, 1 iyun, 1990-cı il
- Camal Yusifzadə. Ülvi işığında bir yarpaq söz // "Ədəbiyyat və incəsənət", 11 may, 1990-cı il
- Davud Nəsib. Ülvi işığında bir yarpaq söz // "Ulduz" jurnalı, 1990, № 8, səh. 2–5
- Nəriman Həsənzadə. Ülvi işığında bir yarpaq söz // "Yeni Turan" qəzeti, 28 aprel, 1993-cü il
- Nizami Cəfərov. Ülvi işığında bir yarpaq söz // "Ədəbiyyat və incəsənət" qəzeti, 14 dekabr, 1990-cı il
- Rüstəm Behrudi. Ülvi işığında bir yarpaq söz// "Azərbaycan" qəzeti, 1991-ci il
- Xəlil Rza Ulutürk. Ülvi işığında bir yarpaq söz // "Mən Şərqəm" kitabında, səh. 55, 115, 278, 442
- Rasim Kamaloğlu. Ülvi işığında bir yarpaq söz // "Azərbaycan" jurnalı, 1992-ci il, № 4, səh.183
- Nizaməddin Mustafa. Ülvi işığında bir yarpaq söz // "Ulduz" jurnalı, 1991-ci il, № 1, səh. 18
- Əbülfəz Naxçıvanlı. Ülvi işığında bir yarpaq söz // "Azərbaycan müəllim" qəzeti, 18 yanvar, 1991-ci il
- Sadıq Elcanlı. Ülvi işığında bir yarpaq söz // "Aydınlıq" qəzeti, 14 avqust, 1992-ci il
- Qulu Kəngərli. Ülvi işığında bir yarpaq söz // "Qara yanvar şəhidləri" kitabında,
- Yusif Savalan. Ülvi işığında bir yarpaq söz // "Bilik" qəzeti, 1 oktyabr, 1990-cı il
- Könül Bünyadzadə, "Ülvi gəncliyin fəlsəfəsi", "525-ci qəzet", 23.09.2009[6]
- Almaz Ulvi. Karabağ Benim Dinim – İmanım (Ülvi Bünyadzadenin Yaratıcılığında Karabağ Motifi "Karabakh is my religion" (motif of Karabakh in the works of Ulvi Bunyadzadeh), :: Insan Ve Toplum Bilimleri Araştirmalari Dergisi Journal Of The Human And Social Science Researches [Cilt / Volume: 2 — Sayı / Issue: 1 (2013)]ss 25–37
- Almaz Ülvi. Azərbaycan poeziyasında "Ceyran" motivi (Klassik ustadlarımız Aşıq Ələsgərin, Səməd Vurğunun və şəhid -şair Ülvi Bünyadzadənin "Ceyran" şeirləri əsasında) // "Respublika gəncliyi", 26 aprel, 2013, səh.4
- Almaz Ülvi. Azərbaycan poeziyasında "Ceyran" motivi (Klassik ustadlarımız Aşıq Ələsgərin, Səməd Vurğunun və gənc şəhid-şair Ülvi Bünyadzadənin "Ceyran" şeirləri əsasında). – prof.dr. Əminə Gursoy Naskalının "Ədəbiyyatımızda Keyik Mövzusu" Kitabında . Türkiyə, İstanbul, 2012.
- Almaz Ülvi. Milli bayram eşqinin – adət-ənənələrin, etnoqrafik elementlərin poetik təcəssümü (Mehmet Akif Ərsoyun Bayram", Hüseyn Cavidin "Novruz bayramı" və Ülvi Bünyadzadənin "Novruz bayramı" şeirləri kontekstində) // Qafqaz Universitetinde 16 – 18 may 2013-cü il tarixinde Azerbaycan Tehsil Nazirliyi, Qafqaz Universiteti, AMEA Şerqşunasliq İnstitutu, TİKA ve Mehmet Akif Ersoy Fikir ve Sanat Vakfi ile birlikde, "Turk Dunyasini İşiqlandiranlar: Memmed Akif Ersoy, Huseyn Cavid" adlı Beynelxalq Konferans, Azərbaycan, Bakı, 16 – 18 may 2013
- Almaz Ülvi. 20 Yanvar hadisəsi və onun Azərbaycan ədəbiyyatına təsiri " // 1990-cı il 20 Yanvar hadisələrinin 24-cü ildönümü ilə əlaqədar olaraq "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyinin keçirdiyi elmi seminarda məruzə, Bakı, 18 yanvar 2014-cü il
- Almaz Ülvi. 20 Yanvar hadisələrinin Azərbaycan gəncliyinin milli mənlik şüurunun inkişafındakı rolu… // "Bakı-xəbər" qəzeti, 19 yanvar 2014-cü il // http://www.anl.az/ down/meqale/bakixeber/2014/yanvar /347568.htm
- Almaz Ülvi. Milli azadlıq aşiqlərinin poetikası // "Xalq qəzeti" 20 yanvar 2010-cu il
- Almaz Ülvi. "Bugünkü gənclik milli tariximizi yaxşı öyrənməlidir" // "Palitra" qəzeti (müsahibəni hazırladı: N. Abdullayeva) 17 yanvar 2014, http://palitranews.az Arxivləşdirilib 2020-12-02 at the Wayback Machine /news.php?id=16846
- Almaz Ülvi. Ülvi Bünyadzadənin tərcümə dünyasi // "Elm – Наука", 09 yanvar, 2015 ,№ 1, s.1, 6–7 (davamı növbəti sayında) və 23 yanvar, 2015 ,№ 2, s.1, 6–7
- Almaz Ülvi. Ülvi Bünyadzadənin tərcümə dünyasi // "Ulduz"dərgisi, 2015, № 1,
- Almaz Ülvi. "Gözlə məni" Ülvinin öz şeirimi, yoxsa tərcüməsimi? // "525-ci qəzet", 20 yanvar, 2015, s.7.
- Almaz Ülvi. Ülvi Bünyadzadənin Əfqanıstan ağrılarından qəhərlənmiş könlü // http://azertag.az/…/Ulvi_Bunyadzadenin_Afqanistan[ölü keçid] _agrilarin…
- Almaz Ülvi. Nağıl ömürdən bir-iki söz: "Əfqanlar"ın faciəsi və ya onların naməlum taleyi bədii ədəbiyyatda // "Aydın yol", 16 yanvar 2015, səh.1, 14–15, № 2
- Almaz Ülvi. Əziz qardaşım – qəm dostum Yusif Kəsəmənli // "525-ci qəzet", 24 fevral 2014-cü il, http://www.525.az/site/?name=xeber&news_id=16006
- Y.Kəsəmənli. Tarixi yaradan bacim – http://525.az/site/?name=xeber&news_id =32126 // 525-ci qəzet, 10.02.2015
- Almaz Ülvi. Göyçə mahalında əhalinin rus – erməni birləşmələrinin tecavuzuna məruz qalması və ədəbiyyat // www.bizimyazı.com
- Almaz Ülvi. Özümü dərk edəndən ədəbiyyat qəlbimə hakim olub (müsahibə) // Şəfiqə ŞƏFA, "Ədalət" qəz., 08 avqust 2015
- Almaz Ülvi. O məktub həyatımı dəyişdi" (müsahibə) // Məlahət Rzayeva, "Şərq qəzeti" 08 avqust 2015.
- Almaz Ülvi. Ədəbiyyat söz silahını yerə qoymamalıdır // Sevinc Fədai, "Aydın yol" qəzeti, 07 avqust 2015
- Almaz Ülvi. Həsrətə körpü salan yuxular // Zümrüd Qurbanqızı, "Respublika", 08 avqust 2015. (http://www.respublica-news.az/images/pdf/2015.08.08.pdf Arxivləşdirilib 2019-11-10 at the Wayback Machine
- Almaz Ülvi. Ülvi Bünyadzadənin tərcümə əsərləri və onun tərcümə sənətinə baxışı // "Milli dəyərlər və istiqlal uğrunda mübarizələr: Bəxtiyar Vahabzadə-90" Ümumrespublika Konfransı. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, 4 iyun 2015-ci il, Bakı
- İmdat Avşar. Şəhidlər Xiyabanında ömrünün baharında solan bir gənc şair Ülvi Bünyadzadə (Azərbaycan türkcəsinə uyğunlaşdıran Almaz Ülvi // 525-ci qəzet, mart. 2012
- Almaz Ülvi. Azərbaycan-Türkiyə ədəbi əlaqələri kontekstində Ülvi Bünyadzadə yaradıcılığına baxış // I. Milletlerarası Türkiye-Azerbaycan münasibətləti sempozyumunun materialları, Türkiyə, Kastamonu, 12–14 Mayıs 2016-cı il, səh.133–138
- [[Ülvi Bünyadzadə. Mən necə yazıçı oldum // “Ulduz”, aprel sayı, 2016-cı il (təqdim edəni A.Ülvi)
- Almaz Ülvi. "Gözlə məni" Ü. Bünyadzadənin öz şeirimi, yoxsa tərcüməsimi? //"Aydın yol" qəz, 15 yanvar, 2016-cı il
- Almaz Ülvi. Ülvilərin Ülvisi. — http://inform.az/index.php?newsid=19800[ölü keçid] (20 yanvar, 2016-cı il
- Almaz Ülvi. Ülvinin tərcümə dünyası. — http://inform.az/index.php?newsid=19783 Arxivləşdirilib 2016-07-30 at the Wayback Machine (19.01.2016 / 16:00)
- Elman HƏBİB. Kövrək duyğular //525-ci qəzet.20 yanvar,2017. səh.8,9.(http://www.anl.az/down/meqale/525/2017/yanvar/524928.htm)
- Almaz Ülvi. ÜlviBünyadzadenin edebi kişiligi ve irsi // Türkuye, "Telmih" dergisi, 2017, 5-ci sayı, səh.79–83.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Qulu Kəngərli, "Qara Yanvar şəhidləri", Bakı, "Gənclik", 1992" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Almaz Ülvi, "Göyçə mahalı Kəsəmən" I kitab. Bakı, "CBS", 2011.
- ↑ ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
- ↑ "Gəncliyin fəlsəfəsi – [24.08.2009]". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-23.
- ↑ "Ülvi gəncliyin sirləri" (PDF). 2021-11-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-11-12.
- ↑ "Könül Bünyadzadə, Ülvi gəncliyin fəlsəfəsi – [23.09.2009]". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-23.
Ədəbiyyat
redaktə- Almaz Ülvi. Poeziyada milli-azadlıq duyğuları. Bakı, 1998, 115 səh.(Ülvi haqqında səh.48–96)
- Almaz Ülvi. Ülviləşən Ülvim (məqalələr). Bakı, 1998, 256 səh.