Cin Qazaxlari - Wikipedia
Çin qazaxları (qaz. Қытай қазақтары, جۇڭگو قازاقتارى, çin. ) — qazax xalqının ən böyük diasporu. ÇXR-da yaşayan xalqların arasında sayına görə 16-cı yerdədir.
Çində yaşayan qazaxlar əsasən Naymanlar, Qarayilər, Uaq, Suan və Alban tayfalara aiddir. Sorğulara görə, onların 80,5 %-i özünü Orta Juzun, 12,6 %-i isə Kiçik Juzun, 2,9%-i isə Böyük Juzun hissəsi olaraq sayır.[1]
Tarix
redaktəCunqar xanlığının məhvi zamanı mancurlar cunqar oyratlara qarşı qətliyam törədirdilər. Əhalisiz qalmış torpaqlar tezliklə ətrafda yaşayan xalqlarla dolmuş. O cümlədən, Qazax xanlığından olan qazaxlar kütləvi şəkildə o əraziyə köçməyə başlayıblar.[2]
XIX əsrdə, ruslar qazaxlar üçün qırğız ifadəsini iştətdiyi zamanı, onlar həm qazaxların, həm də qırğızların torpağlarına köçərək, onları Çinə qaçmağa məcbur ediblər. Beləliklə, Çində yaşayan qazaxların sayı artırdı.[3]
1936-cı ildə Şen Şitsai 30000 qazaxı Sintszyandan Çinğai bölgəsinə qovanda, başçıları general Ma Bufan olan həmçinin müsəlman hueylər onlara qarşı 135 adam qalanadək qətliyam törədiblər.[4][5][6] Tibetə qaçan qazaxlar da, Tibetli əsgərləri tərəfindən hücum olunub, Ladak bölgəsinə qovulublar.[7]
1949-cu ilə qədər Sintszyan sadəcə rəsmi olaraq Çinin idarəsi altında idi. Bölgənin yerli xalqları tarix boyu mancur hökümü, respublikaçı Çin və kommunist partiyası ilə azadlıq üçün döyüşürü. Qazaxlar 1930-1940 illərin üsyanlarında iştrak edirdi, 1944-1949 illərin İli üsyanında aparıcı rol oynayırdı.[8]
Sayları və yaşayış ərazisi
redaktəQazaxlar əsasən Sintszyan-Uyğur Muxtar Rayonun İli-Qazax Muxtar dairəsi, Mori-Qazax və Bargöl-Qazax Muxtar Qəzalarında, Haişi-Monqol-Tibet Muxtar dairəsinin Çinğai bölgəsində və Qansunun Aqsay-Qazax Muxtar Qəzasında yaşayır.[9]
1930-cu illərdə, Sintszyanda təxminən 800 min qazax yaşayırdı. Onlardan 100 mini 1950-ci illərdə baş vermiş üsyanlarda və Hindistana çıxışları nəticəsində həlak olub.[10] Çinli mənbələrinə görə 1937—1943 illərində Sintzyanda 4 360 020 adam yaşayırdı və onların 930 mini qazax idi.[11]
2000-ci ildə rəsmi mənbələr Çində qazaxların sayı 1250000 olduğunu,[9] 2010-ci ildə isə 1 462 588 nəfər olduğunu xəbər verirlər.[12]
Repressiyalar
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət" (PDF). 2018-06-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-16.
- ↑ Smagulova, Anar. "XVIII - XIX CENTURIES. IN THE MANUSCRIPTS OF THE KAZAKHS OF CHINA". East Kazakhstan State University. 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-09.
- ↑ Alexander Douglas Mitchell Carruthers; Jack Humphrey Miller. Unknown Mongolia: A Record of Travel and Exploration in North-west Mongolia and Dzungaria. Hutchinson & Company. 1914. səh. 345. 2017-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-11.
- ↑ American Academy of Political and Social Science. The Annals of the American Academy of Political and Social Science, Volume 277. American Academy of Political and Social Science. 1951. səh. 152. İstifadə tarixi: 28 June 2010.
- ↑ American Academy of Political and Social Science. Annals of the American Academy of Political and Social Science, Volumes 276–278. American Academy of Political and Social Science. 1951. səh. 152. İstifadə tarixi: 28 June 2010.
- ↑ American Academy of Political and Social Science. The Annals of the American Academy of Political and Social Science, Volume 277. American Academy of Political and Social Science. 1951. səh. 152. İstifadə tarixi: 2012-09-29.
A group of Kazakhs, originally numbering over 20000 people when expelled from Sinkiang by Sheng Shih-ts'ai in 1936, was reduced, after repeated massacres by their Chinese coreligionists under Ma Pu-fang, to a scattered 135 people.
- ↑ Hsaio-ting Lin. Tibet and Nationalist China's Frontier: Intrigues and Ethnopolitics, 1928-49. UBC Press. 1 January 2011. 231–. ISBN 978-0-7748-5988-2.
- ↑ Benson, Linda. the Ili Rebellion: the Moslem Challenge to Chinese Authority in Xinjiang. NY: Armonk. 1990.
- ↑ 1 2 "The Kazak Ethnic Group" (ingilis). China Internet Information Center. June 21, 2005. 2013-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-08.
- ↑ Lias, Godfrey, 1956 və 9—10
- ↑ Kao Shi-Ping. The Chinese Yearbook 1936—1937. Shanghai. 168–174.
- ↑ "Этнический состав населения КНР" (çin). www.stats.gov.cn. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-08.