Sintszyan Yeniden Tehsil Dusergeleri - Wikipedia
Sincan yenidən təhsil düşərgələri (uyğ. Qayta terbiyelesh lagérliri قايتا تەربىيەلەش لاگېرلىرى, çin. ənən. 再教育营, pinyin: zàijiàoyùyíng, ing. Xinjiang re-education camps) — Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunda 2014-cü ildən başlatdığı və insanların toplama düşərgələrinə yığılması ilə müşahidə olunan kompaniyasına verilən ad.[1] Dövlətin bu siyasəti bölgədə Çen Quanquonun 2016-cı ilin avqust ayında rəhbərliyə təyin edilməsindən sonra daha da sərtləşmişdir.[2]
Sincan yenidən təhsil düşərgələri | |
---|---|
Həbs düşərgəsi | |
Bu düşərgələr gizli saxlanılır və hüquqdan kənar formada idarə olunur. Xeyli sayda Uyğur bu düşərgələrə heç bir məhkəmə və istintaq olmadan həbs edilmişdir.[3][4][5] Yerli dairələrin bildirdiyi məlumata görə, yüz minlərlə Uyğur və digər müsəlman etnik azlıqlar bu düşərgələrə həbs edilmişdir. Bu düşərgələrin ekstremizm və terrorizm əleyhinə olduğu bildirilir.[6][7][8][9][10]
Yüz minlərlə uyğurun[11][12][13], Qazaxın, Qırğızın, Hueyin (müsəlman olan etnik çinlilər) və digər etnik müsəlman-türkün,[14][15][16][17] habelə, xarici vətəndaşlar olan xristianların[18][19][20], qazaxların da belə düşərgələrdə saxlanılması barədə məlumatlar vardır[21][22][23][24]. BMT[25][26][27] və bir çox beynəlxalq təşkilatlar yenidən təhsil düşərgələrində 1–3 milyon arası insanın saxlanıldığını bildirmişdir.[28][29][30][31][32][33][34][35][36][37][38]
2018-ci ilin oktyabr ayının 24-də BBC yenidən təhsil düşərgələri barədə ətraflı araşdırma hazırlamış və bu araşdırmada Çinin "doğru düşüncə" adlandırdığı məqsədinə çatmaq üçün "gizlədilmiş düşərgələri" nə dərəcədə artırdığını göstərmişdir.[39]
Çinin bu siyasəti beynəlxalq akademik jurnallar tərəfindən mədəni soyqırım adlandırılmışdır. Bəziləri isə yenidən təhsil düşərgələrini QULAQ-larla eyniləşdirmişdir.[13][40][41][42][43][44]
Arxa plan
redaktəÇen Quanquodan əvvəl
redaktə2009-cu ildəki Urumçi hadisələrinə qədər Vanq Lequan Kommunist Partiyasının Sincan-Uyğur Muxtar Rayonu Komitəsinin baş katibi idi və geniş səlahiyyətlərə malik idi. Vanq Baş Katib olduğu dövrdə regionun iqtisadi inkişafı naminə çalışmaqla yanaşı, yerli uyğur və s. etnik azlıqların sıxışdırılması ilə də məşğul olmuşdur. Onun qərarlarına əsasən ibtidai məktəblərdə uyğur dili təhsil dili olmaqdan çıxarılaraq Mandarin dili ilə əvəz edilmiş, regiondakı dövlət işçilərinə (bu regionda ən böyük işverən dövlətdir) milli baş geyimi taxmaq, oruc tutmaq, saqqal saxlamaq və ibadət etmək qadağan edilmişdir.[45][46][47] 2010-cu ilin aprel ayında Vanq Lequan Zhanq Chunxian ilə əvəzləndi. Zanq Chunxian Vanq Lequanın siyasətini davam etdirdi və daha da gücləndirdi. 2011-ci ildə Zhanq öz siyasətini açıqlayarkən qeyd etdi ki, "müasir mədəniyyət (uyğur adət-ənənələri bura daxil edilmirdi) regiondakı inkişafa rəhbərlik etməlidir".[48] Bu bəyanatdan sonra Zhanq öz "mədəni siyasətinin" tətbiqinə başladı.
2012-ci ildə Zhanq "de-ekstremizm" (çincə: 去极端化) kampaniyasına başladığını bildirdi və "vəhşi imamların" (çincə: 野阿訇), "ekstremistlərin" (çincə 极端主义) islahına başlandığını elan etdi.[49][50][51] Onun bu kampaniyası artıq, 2014-cü ildən Çin mərkəzi hakimiyyəti tərəfindən "terrorla xalq müharibəsi" olaraq ictimaiyyətə bildirilirdi.[52][53] Bundan sonra əvvəlki qadağalarla yanaşı, yeni qadağalar da qüvvəyə minməyə başladı. Əvvəlki qaydalar əsasən dövlət işçilərinə aid edilirdisə, yeni qaydalar artıq hamıya şamil edilirdi. Qadağalara görə, "anormal" saqqal saxlamaq, niqab geyinmək, uşaqlara "ifrat dini bağlılığın göstəricisi olan" adlar (Məhəmməd, Fatimə və s. kimi adlar) qoymaq qadağan edilirdi.[54][55][56][57][58][59][60][61]
2016-cı ilin avqust ayında Tibetdəki qəddar metodlarına görə xeyli "məşhurlaşan" və Tibetin tabe olmasının əsas səbəbkarı olaraq qəbul edilən Chen Quanquo Sincanın rəhbəri təyin edildi.[62]
Çen Quanquo və Sincanda polis-dövlət
redaktəÇenin gəlişindən sonra mərkəzi Çin hakimiyyətinin yerli hakimiyyət nümayəndəliyi 90,000 etnik çinlini polis vəzifələrinə işə qəbul etdi. Qeyd etmək lazımdır ki, bu rəqəm yerli hakimiyyətin son 7 ildə işə qəbul etdiyi polis sayının 2 qatı idi.[63]
Regionda 7300 buraxılış məntəqəsi yaradıldı,[64] bu məntəqələrdə polis qüvvələri ilə yanaşı, ağır zirehli hərbi texnikalar da cəmləşdirilmişdir. Regionda tədricən dünyada ən çox polis nəzarəti olan regionlardan birinə çevrilirdi. Artıq bu zaman mərhələ-mərhələ "təhsillə transformasiya etmək" konsepsiyası meydana çıxdı və bu konsepsiya "de-ekstremizm" (ingiliscə: de-extremification) kampaniyası ilə əlaqələndirildi.[65] Bu hadisələrdən sonra Sincan-Uyğur Muxtar Rayonu dünya mediası tərəfindən dünyanın ən sərt polis-dövləti adlandırılmışdır.[66]
Regionda sürətlə güclü polis nəzarətinin yaradılması və kütləvi həbslər islah düşərgələrinin yaradılması prosesini daha sürətləndirdi. 2017-ci ilin statistikasına əsasən, uyğurlar ümumi Çin əhalisinin 1,5 faizini təşkil etsələr də[67][68][69], bütün Çində müxtəlif səbəblərdən həbs edilənlərin 21 faizini təşkil edirdi. Bu göstərici 2016-cı il ilə müqayisədə 7 dəfə çox idi.[70][71][72]
Həbslərin bu qədər artmasından sonra islah düşərgələrinin və ya yenidən təhsil düşərgələrinin (ingiliscı:re-education camps) tikilməsi üçün Çinin müxtəlif şəhərlərindən və şirkətlərindən inşaat layihələri təklif edilməyə başlandı.[73] Tədricən, regionda dini inanclarına və etnik kimliyinə görə həbs edilmiş yüz minlərlə insanın saxlanıldığı düşərgələr meydana çıxmağa başladı.[1][74][75][76][77]
Təsisatlar
redaktəSincanda yenidən təhsil düşərgələri gizli formada idarə olunur. Yenidən təhsil düşərgələri şəhər yerlərində keçmiş məktəblər, düşərgələrdə, Kommunist partiyası məktəblərində, orta məktəblərdə və digər dövlət tikililərində yerləşir. Şəhərətrafı və ucqar yerlərdəki düşərgələr isə məxsusi olaraq bu məqsəd üçün tikilmişdir.[78] Bu düşərgələr xüsusi polis və ya ordu tərəfindən mühafizə edilir və özünün gözətçi qüllələri, nəzarət-buraxılış məntəqələri, mühafizəçi otaqları, həbsxanalarda olduğu kimi giriş qapıları vardır.[79][80][81][82] Bütün bunları peyk çəkilişlərində aydınlıqla görmək olur.[83]
2018-ci ilin noyabr və dekabr aylarında Çinin məşhur onlayn jurnalı olan "Bitter Winter" Sincanın Külcə şəhərindəki 2 düşərgədən çəkilmiş 3 video yayımladı. Bununla da, jurnal sübut etməyə çalışırdı ki, yenidən təhsil düşərgələri adi düşərgələr və ya hər hansısa təhsil düşərgəsi yox, məhz həbs düşərgəsidir.[84][85][86] Digər nüfuzlu nəşr olan "Business Insider" videoları təftiş etdikdən sonra dərc etdiyi yazıda bildirdi ki, "Bitter Winter"in ikinci videosunun doğruluğu əvvvəllər bu düşərgələrdə olmuş və sonradan müxtəlif yollarla buradan xilas ola bilmiş şəxslər tərəfindən təsdiqlənmişdir.[87]
Düşərgələrin sayı barədə rəsmi və dəqiq məlumat yoxdur. Vaşinqtonda yerləşən Ceymstaun Fondunun 2017-ci ilin may ayının 15-də nəşr etdirdiyi araşdırmasına görə, təkcə dövlət tərəfindən 73 düşərgənin tikilməsi üçün tender keçirilmişdir (qeyd etmək lazımdır ki, düşərgələrin çox hissəsini köhnə və dövlətə aid tikililər təşkil edir).[88] Radio Free Asianın araşdırmasına görə təkcə, Karğılıq ərazısındə ən azı 8 düşərgə mövcuddur.[89]
Britaniya Kolumbiyası Universitetinində çalışan Shavn Zhang peyk görüntülərindən istifadə edərək düşrəgələrin sayını müəyyən etməyə çalışmışdır. O, bu işdə dövlət məmurlarının ölkə daxili səyahət hesabatları, dövlət büdcəsinindən xərcləmələr haqqında hesabatlar və s. rəsmi dövlət sənədlərindən istifadə etmişdir. Google Earth Prodan və Çin dövlətinin rəsmi sənədlərindən istifadə edərək, Shavn Zhang Sincanda 31 düşərgəni müəyyən edə bilmişdir.[90][91][92]
Həbs edilənlər
redaktəMühacirətdə olan bir çox Uyğur bildirir ki, onların ailəsindən ən azı 1 nəfər bu düşərgələrdə saxlanılır. Bir çox yerli və xarici media orqanın bildirdiyinə görə, yüz minlərlə uyğur, habelə qazax, qırğız və digər etnik azlıqa mənsub olanlar hər hansısa məhkəmə olmadan bu düşərgələrdə saxlanılır.[93][94][95][96] 2018-ci ilin yanvar ayında bildirilən məlumata görə, təkcə Uyğurlardan 120 min nəfər Qaşqardakı düşərgələrdə saxlanılır.[97][98][99] Digər mənbələrə görə isə uyğurların 10 faizi bu düşərgələrdə saxlanılır (Çin uyğurlarının sayı 11–15 milyon göstərilir).[100][101][102][103]
2005-ci ildən sürgündə olan və ABŞ-da yaşayan Rəbiyyə Qədir bildirmişdir ki, qardaş-bacılarının, övladlarının, nəvələrinin və s. kimi yaxın qohumlarından 30 nəfər bildirilməyən səbəblərə və bilinməyən müddətlik bu düşərgələrə həbs edilmişdir.[104][105][106][107] Həmçinin, "Free Radio Asia"nın uyğur bölməsinin 3 əməkdaşının da onlarla qohumu eyni taleyi yaşamışdır. Bütün bu həbs edilənlər barədə heç bir xəbər yoxdur və Çin hökuməti rəsmi heç bir açıqlama verməmişdir.[108][109]
RFA-ın 2018-ci ilin 18 dekabrda dərc edilmiş məlumatına görə, Çin hökuməti etnik uyğur olan və yerli məhkəmədə yüksək vəzifədə çalışan Qalib Qurbanı həbs etmişdir. Qalib Qurbanın həbsi onun son dövrlərdə özünün də aid olduğu etnik qrupdan kütləvi həbslərin olmasından narahatlıq duymasını bildirdikdən sonra olmuşdur.[110] Bu müsahibədən sonra Qalib Qurban Çin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən dindirilmə üçün çağırılmış və bir daha ondan xəbər alınmamışdır. Ailəsi və dostları yalnız 1 ay sonra onun həbs edilməsini öyrənə bilmişdir. RFA-ın müsahibə aldığı və Xalq Məhkəməsində çalışan şəxs bildirmişdir ki, Qalib Qurban təxminən 6–12 ay əvvəl işdən çıxarılmışdır, lakin həmin şəxs Qalib Qurbanın həbs ya yenidən təhsil düşərgələrinə göndərildiyini bilmədiyini demişdir
"Radio Free Asia"nın müsahibələri
redaktə"Radio Free Asia"nın üzvləri bölgədəki bəzi polis və ədliyyə sistemi işçilərindən telefon vasitəsilə müsahibə götürə bilmişdir:
2017-ci ilin 20 noyabrında Bulaqsu bölgəsindən olan polis bildirmişdir:
Bulaqsu bölgəsində 2514 nəfər həbs edilmiş və 806 nəfər yenidən təhsil düşərgələrinə göndərilmişdir.[111] |
2018-ci ilin 21 iyununda Qaraqaş bölgəsinin Tuvet nahiyəsindən olan təhlükəsizlik işçisi bildirmişdir:
1731 nəfər həbs edilmiş və 1721 nəfər yenidən təhsil düşərgəsinə göndərilmişdir.[112] |
2018-ci ilin 2 avqustunda Quçar bölgəsinin Hankitam nahiyəsinindən olan polis bildirmişdir:
Biz təxminən 5 min nəfəri yenidən təhsil düşərgələrinə göndərmişik və hələki, onlardan heç kim azad edilməyib.[113] |
2018-ci ilin 21 avqustunda Keriya bölgəsində çalışan polis bildirmişdir:
Bölgəmizdə 4 yenidən təhsil düşərgəsi mövcuddur. Onlarda biri əvvəllər həbsxana kimi istifadə edilmişdir, ikincisi isə onun yanında təzəlikcə tikilmişdir. III və IV düşərgə isə son dövrlərdə sənaye bölgəsində tikilmişdir. Hal-hazırda, təxminən 30 min adam bu düşərgələrdə saxlanılır.[114] |
Bu müsahibədən bir gün sonra RFA (Radio Free Asia) nümayəndəsi həmin Keriya bölgəsinin Yengibağ nahiyəsindən olan dövlət işçisi ilə əlaqə qura bilmişdir. Həmin şəxs müsahibəsində bildirmişdir:
242 nəfər yenidən təhsil düşərgəsinə göndərilmişdir. Onların bank borcları olmuşdur. Onlardan 31-42 yaşlarında olan 7 nəfər düşərgələrdə ölmüşdür. Ölənlərdən 3-ün bank borcu ləğv edilmişdir, digər 4-ün borcu isə ləğv edilmə mərhələsindədir.[115] |
Həbs edilənlərə münasibət
redaktəYenidən təhsil düşərgələrində orada saxlanılan insanlara dəqiq olaraq necə münasibət göstərildiyi bilinmir. İndiyə kimi yenidən təhsil düşrəgələrindən çox az insan xilas ola bilmişdir. Uyğur biznesmeni olan Əbdürrəhman Həsən "BBC NEWS"a verdiyi müsahibədə yenidən təhsil düşərgələrindəki insanlıqdan kənar münasibət və işğəncələri öyrəndikdən sonra, orada saxlanılan 68 yaşlı anası ilə 22 yaşlı həyat yoldaşının belə münasibət görməsindənsə, onların güllələnməsini Çin hökumətindən istəmişdir.[116][117]
Əslən Sincandan və etnik qazax olan Kayrat Səmərqənd qazax vətəndaşı olmasına baxmayaraq, həbs edilərək yenidən təhsil düşərgəsinə salınmışdır. Burada 3 ay qaldıqdan sonra Qazaxıstan Xarici İşlər Nazirliyi Çinə nota vermiş və vətəndaşının azad edilməsini tələb etmişdi.[118] Azad edildikdən sonra Səmərqənd yenidən təhsil düşərgələrində yaşadıqlarını ictimaiyyətlə bölüşmüşdür. O bildirmişdir ki, orada durmadan davam edən beyinyuma və alçaltma ilə qarşılaşmış, hər gün saatlarla kommunist propaqandasını öyrənməyə məcbur edilmiş, məcburi şəkildə və toplu halda kommunizm və Kommunist partiyasının Birinci Katibi Şi Tsinpin lehinə şüarlar səsləndirməyə məcbur edilmişdirlər.[119]
Yenidən təhsil düşərgələrindən qurtula bilən az saylı insanlardan biri də Mihrigül Dursundur. Mihrigül Dursun Misirdə yaşamasına baxmayaraq, ailəsinə baş çəkmək üçün Çinə getmiş və burada olan zaman 3 dəfə həbs edilmişdir. Üçüzləri olan Mihrigülün övladlarından biri o həbsdə olan zaman müəmmalı şəkildə vəfat etmişdir. Digər iki övladı isə əməliyyat olmuşdur. Mihrigülə 3 il müddətinə ölkəni tərk etməyə icazə verilməyib, nəhayət 2018-ci ilin yayında ona geri dönmək şərtilə Misirə (Mihrigülün həyat yoldaşı misirlidir) getməyə icazə verilmişdir. O, Misirdə ABŞ diplomatları ilə təmasa keçmiş və ABŞ-yə gəlmişdir.[120] Yenidən təhsil düşərgələrində saxlanılanlarla nələrin edilməsini öyrənməyə Mihrigülün "Congressional-Executive Commission on China və National Press Club"a verdiyi müsahibələr vermişdir.
Məni yerin altında və heç bir pəncərəsi olmayan kameraya göndərdilər. Orada hər şeyə nəzarət etmək üçün 4 divarın dördündə də videokameralar quraşdırılmışdı. Kamerada mənimlə birgə 60-a yaxın adam var idi. Gecələr 15 qadın digərləri rahat yata bilsin deyə, ayaq üstə dururdular. Biz hər iki saatdan bir yerimizi dəyişirdik... Su və az miqdarda düyüdən ibarət səhər yeməyindən öncə biz Kommunist partiyasını tərənnüm edən mahnılar oxumalı idik. Onlar bizə bilmədiyimiz dərmanlar və ağ maye içirirdilər. Dərmanlardan sonra qadınların bir çoxunda ginekoloji problemlər yaranırdı və bəziləri hətta ölürdü... Məni hündür oturacaq olan xüsusi otağa apardılar. Əllərimi və ayaqlarımı xüsusi lentlə oturacağa bağladılar. Gözətçilər keçəl qırxılmış başıma xüsusi dəbilqə taxdılar. Hər dəfə bədənimdən elektrik keçirəndə bədənim əsirdi və mən damarlarımda ağrı hiss edirdim. Məni təhqiramiz sözlərlə alçaldırdılar və günahımı boynuma almağım üçün təzyiqlər göstərirdilər. Onlar mənə anam və oğlumun öldüyünü, atamın isə ömürlük cəzaçəkmə məntəqəsində həbsdə olduğunu söyləyib, mənim ailənin “parçalanmasına” səbəb olduğumu bildirirdilər...Sonuncu dəfə məni elə bərk döydülər ki, yalvardım ki, məni öldürsünlər.[121][122][123][124][125][126][127][128][129] |
CNN-in bu barədə xəbər hazırlamasından sonra Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chunying bu barədə açıqlama vermişdir. Açıqlama görə, Mihrigül 2017-ci ilin aprel ayının 21-də Qiemo bölgə polisi tərəfindən etnik qarşıdurma yaratmağa cəhd və diskriminasiyaya görə gözaltına alınmış, 20 gündən sonra sərbəst buraxılmışdır. O, heç vaxt nə həbs edilmiş, nə də yenidən təhsil düşərgəsinə göndərilməmişdir.
Şahidlərin bildirdiklərinə görə, yenidən təhsil düşərgələrində saxlanılanlara İslamda qadağan edildiyinə görə donu əti məcburi şəkildə yedirdilir və spirtli içki qəbul etdirilir.[28][130][131] Bilinən işğəncə növləri ilə yanaşı, bilmədiyimiz işğəncə növlərinin də tətbiq edildiyi güman edilir. Həmçinin, naməlum həblərin qəbulu nəticəsində məhkumlarda müxtəlif problemlərin meydana çıxdığı bildirilir[132] və ehtimal edilir ki, bu həblərin təsiri altında uyğur alim Məhəmməd Salih Hacı və Dünya Uyğur Konqresinin prezidenti, aktivist Dolkun İsanın anası intihar etmişdir.[133][134][135][136][137][138][139][140]
Beynəlxalq reaksiyalar
redaktəBaşda BMT olmaqla, müxtəlif beynəlxalq təşkilatlar və müxtəlif dövlət Çinin bu siyasətinə öz etirazlarını bildirmişdir. ABŞ-da bu mövzu ilə əlaqədat Konqres Komissiyası yaradılmışdır. Məsələ BMT-də müzakirə edilmişdir. ABŞ Dövlət Katibi Mayk Pompeo İranın Ali Dini Lideri rəhbəri Əli Xamaneyini Çinin müsəlman Uyğurlara qarşı tədbiq etdiyi repressiyanı qınamağı rədd etdiyi üçün tənqid etmişdir.[141]
ABŞ-nin vitse-prezidenti Mayk Pens öz çıxışında bildirmişdir:
Təəssüf ki, biz deməliyik ki, rəsmi Pekin hələ də, yüz minlərlə, bəlkə də bir milyondan çox Uyğuru dinlərinə və mədəni fərqliliklərinə görə yenidən təhsil düşərgələri adlandırılan yerlərdə saxlayır.[142][143][144]
2019-cu ilin fevral ayında Türkiyə Respublikası Çini Sincan-Uyğur Muxtar Rayonunda uyğurların və digər müsəlman qrupların təməl insan haqlarının pozulması hallarını qınamışdır.
İnsan Hüquqlarının Çin üzrə nümayəndəsi Li Syaotsyun sentyabrın 13-də "Reuters"-ə verdiyi müsahibəsində işgəncə və təzyiq hallarını danıb və bunları bildirib:
Mərkəzlərdə heç bir təzyiq yoxdur. Onlar təlimlər keçərək yenidən kvalifikasiyalarını artırırlar. Sonra daha yaxşı iş tapacaqlar və əsas qanunları öyrənəcəklər. |
2018-ci ilin sentyabr ayında isə "Human Rights Watch" beynəlxalq təşkilatı Çində məhbusların ağır saxlanma şərtləri barədə hesabat dərc edib. Təşkilat Çin hökumətini tənqid edərək, rəsmi Pekini düşərgələrdəki məhbusları azad etməyə çağırıb.[145]
2–19-cu ilin fevralında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman bildirmişdir ki, "Çinin öz milli təhlükəsizliyi üçün öz ərazisindən terrorizmi qovmağa və de-ektremizm işləri görməyə haqqı vardır".[146][147][148]
İstinadlar
redaktə- ↑ 1 2 "A Summer Vacation in China's Muslim Gulag". Foreign Policy. 3 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 February 2018.
- ↑ Qulamhüseyn Məmmədov. "Şərqi Türkistanda nələr baş verir?". Milliyyət Araşdırmalar Mərkəzi. 2019-07-15 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "'Permanent cure': Inside the re-education camps China is using to brainwash Muslims". Business Insider. 15 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 May 2018.
- ↑ "China: Big Data Fuels Crackdown in Minority Region". Human Rights Watch. 21 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 February 2018.
- ↑ "Arrests skyrocketed in China's Muslim far west in 2017". Channel NewsAsia. 25 July 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 July 2018.
- ↑ "China detains thousands of Muslims in re-education camps". ucanews.com. 27 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 September 2017. (#apostrophe_markup)
- ↑ "High Numbers of Uyghurs Targeted for Re-Education Camps". Voice of America. 30 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 October 2017.
- ↑ "Xinjiang's "transformation through education" camps". lowyinstitute.org. 3 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 May 2018. (#apostrophe_markup)
- ↑ "Why are Muslim Uyghurs being sent to 're-education' camps". Al Jazeera. 2 April 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 June 2018.
- ↑ "How Should the World Respond to Intensifying Repression in Xinjiang?". chinafile.com. 1 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 June 2018. (#apostrophe_markup)
- ↑ "A Surveillance State Unlike Any the World Has Ever Seen". Der Spiegel. 4 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 July 2018.
- ↑ "Rights groups criticise sharp rise in arrests in China's Xinjiang province". The Irish Times. 29 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 July 2018.
- ↑ 1 2 "China's reeducation camps for Muslims are beginning to look like concentration camps". Vox. 24 October 2018. 7 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2019.
- ↑ "China steps up surveillance on Xinjiang Muslims". Financial Times. 9 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 July 2018.
- ↑ "Thousands of Uyghur Muslims detained in Chinese 'political education' camps". CNN. 3 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2018.
- ↑ "China Runs Region-wide Re-education Camps in Xinjiang for Uyghurs And Other Muslims". Radio Free Asia. 12 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 September 2017.
- ↑ "Majlis Podcast: The Repercussions Of Beijing's Policies In Xinjiang". Radio Free Europe/Radio Liberty (RFE/RL). 9 December 2018. 22 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2019.
- ↑ "100 Christians sent to 're-education' camps in Xinjiang". Business Insider. 16 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 May 2018.
- ↑ "China's crackdown on Christians: Terrifying 're-education' camps REVEALED". Daily Express. 4 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2018.
- ↑ "Xinjiang Surveillance Expands to Non-Uyghur Muslims". China Digital Times. 18 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 July 2018.
- ↑ "Muslims forced to drink alcohol and eat pork in China's're-education'camps, former inmate claims". The Independent. 25 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 May 2018.
- ↑ "Kazakhstan National Missing, Believed Detained in China, Amid Ongoing Crackdown". Radio Free Asia. 14 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 December 2017.
- ↑ "Kazakhstan Confronts China Over Disappearances". Radio Free Europe/Radio Liberty/Radio Liberty. 2 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 June 2018.
- ↑ "What's behind China's anti-Kazakh campaign?". opendemocracy.net. 23 May 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 May 2018. (#apostrophe_markup)
- ↑ "ICERD 96 Session - see China". UN. 31 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 March 2019.
- ↑ "China Uighurs: One million held in political camps, UN told". BBC. 10 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 August 2018.
- ↑ "U.N. says it has credible reports that China holds million Uighurs in secret camps". Reuters. 30 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 August 2018.
- ↑ 1 2 "Former inmates of China's Muslim 'reeducation' camps tell of brainwashing, torture". The Washington Post. 16 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 May 2018.
- ↑ "Islamic Leaders Have Nothing to Say About China's Internment Camps for Muslims". Foreign Policy. 27 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2018.
- ↑ "Inside the re-education camps China is using to brainwash muslims". Business Insider. 18 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 May 2018.
- ↑ "China Runs Region-wide Re-education Camps in Xinjiang for Uyghurs And Other Muslims". afa.org. 12 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 September 2017. (#apostrophe_markup)
- ↑ "China Detaining Over 1 Million Muslims in Concentration Camps but the World Is Silent, Believer Says". The Christian Post. 25 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2018.
- ↑ "What The Inside of One of China's Re-Education Camps Looks Like". NPR. 2 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2018.
- ↑ "Authorities in Xinjiang's Kashgar Detain Uyghurs at 'Open Political Re-Education Camps'". Radio Free Asia. 10 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2018.
- ↑ "Shocking details emerge from China's re-education camps for Muslims". axios.com. 20 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 May 2018. (#apostrophe_markup)
- ↑ "Details Emerge About Xinjiang Reeducation Camp System". China Digital Times. 8 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 May 2018.
- ↑ "学者:新疆再教育营关人或近百万 警察抓人有指标". voachinese.com (çin). 8 May 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 May 2018. (#invalid_param_val); (#apostrophe_markup)
- ↑ "Central Asians Organize to Draw Attention to Xinjiang Camps". The Diplomat. 4 December 2018. 24 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2019.
- ↑ Sudworth, John. "China's hidden camps". BBC News (ingilis). October 24, 2018. January 5, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 23, 2018. (#invalid_param_val)
- ↑ Mamtimin Ala. "Xi Jinping's Genocide of the Uyghurs". Foreign Policy Journal (ingilis). 2018-11-07. 2018-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-25. (#invalid_param_val)
- ↑ "Indigenous Uyghurs: Genocide Case". Center for World Indigenous Studies. 2018-01-30. 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-25.
- ↑ "China is creating concentration camps in Xinjiang. Here's how we hold it accountable". The Washington Post. 24 November 2018. 16 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 March 2019.
- ↑ "Q&A with Dolkun Isa, president of the World Uyghur Congress". Deutsche Welle. 12 March 2019. 26 April 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 March 2019.
- ↑ "Turkey demands China close camps after reports of musician's death". BBC News. 10 February 2019. 16 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 March 2019.
- ↑ Wines, Michael. "A Strongman Is China's Rock in Ethnic Strife". New York Times. 10 July 2009. 15 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2019.
- ↑ Swain, Jon. "Security chiefs failed to spot signs calling for Uighur revolt". The Sunday Times. London. 12 July 2009. İstifadə tarixi: 12 July 2009.[ölü keçid]
- ↑ "Religious Repression of Uighurs in Xinjiang". Human Rights Watch. 11 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 April 2005.
- ↑ "Integrating Islam The Key To 'Modern Culture' In Xinjiang – OpEd". eurasiareview.com. 2 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 August 2012. (#apostrophe_markup)
- ↑ "No Tolerance for 'Wild Imams' in China – But 'Weibo Imams' are Thriving". whatsonweibo.com. 2 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 March 2016. (#apostrophe_markup)
- ↑ "China Detains, Brainwashes 'Wild' Imams Who Step Out of Line in Xinjiang". Radio Free Asia. 2 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2016.
- ↑ "New Evidence for China's Political Re-Education Campaign in Xinjiang". jamestown.org. 27 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 May 2017. (#apostrophe_markup)
- ↑ "Why is China Banning Baby Names and Beards in Xinjiang?". thediplomat.com. 28 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 April 2017. (#apostrophe_markup)
- ↑ "China Bans Veils and 'Abnormal' Beards in Western Province of Xinjiang". NBC News. 1 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2017.
- ↑ "Police are reportedly cutting too-long dresses off ethnic minority women in the middle of streets in China". Business Insider. 22 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 July 2018.
- ↑ "Chinese authorities accused of cutting Uighur dresses in latest crackdown on Muslim minority". The Daily Telegraph. 17 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 July 2018.
- ↑ "Chinese police are reportedly cutting the dresses off of Uighur Muslim women in public". womenintheworld.com. 19 July 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 July 2018. (#apostrophe_markup)
- ↑ "China Uighurs: Xinjiang ban on long beards and veils". BBC. 10 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2017.
- ↑ "China bans burqas and 'abnormal' beards in Muslim province of Xinjiang". The Independent. 6 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 March 2017.
- ↑ "US-China trade war; More on the Xinjiang "re-education" camps". nb.sinocism.com. 2 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 July 2018.
- ↑ "Semi-Autonomous Region of China with Terrorist Ties: Xinjiang and the Uyghur". opslens.com. 16 August 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 July 2018. (#apostrophe_markup)
- ↑ "Xinjiang: China ignores lessons from the past". almasdarnews.com. 7 October 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 July 2018. (#apostrophe_markup)
- ↑ "Tibetan self-immolators dismissed as 'criminals' by Chinese officials". The Guardian. 2 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 March 2012.
- ↑ "A Surveillance State Unlike Any the World Has Ever Seen". Der Spiegel. 4 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 July 2018.
- ↑ "英媒:新疆铁腕控制 汉人也叫苦连天". BBC. 13 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 November 2017.
- ↑ "New Evidence for China's Political Re-Education Campaign in Xinjiang". uhrp.org. 25 October 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 May 2018. (#apostrophe_markup)
- ↑ "China has turned Xinjiang into a police state like no other". The Economist. 2018-05-31. ISSN 0013-0613. 2018-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-02.
- ↑ "How a Chinese region that accounts for just 1.5% of the population became one of the most intrusive police states in the world". Business Insider. 28 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 July 2018.
- ↑ "International Attention on 'Crimes Against Humanity' in Xinjiang". China Digital Times. 30 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 July 2018.
- ↑ "Uyghurs Afraid to Speak Out Due to Government Repression". unpo.org. 13 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 July 2018. (#apostrophe_markup)
- ↑ "Xinjiang strengthens security, the number of arrests has soared". dw.com. 29 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 July 2018. (#apostrophe_markup)
- ↑ "Xinjiang sentenced 7 times more than the previous year". creaders.net. 29 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 July 2018. (#apostrophe_markup)
- ↑ "Human rights organization: Xinjiang arrested more Uighurs in 2017". Radio France Internationale. 28 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 July 2018.
- ↑ "List of Government Bids Related to Re-Education Facilities". jamestown.org. 20 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 May 2017. (#apostrophe_markup)
- ↑ "What's happening to Xinjiang's Uighur Muslims?". BBC. 13 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 August 2018.
- ↑ "Muslims in China province detained in 're-education camps'". Hindustan Times. 9 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 May 2018.
- ↑ "Chen Quanguo: The Strongman Behind Beijing's Securitization Strategy in Tibet and Xinjiang". jamestown.org. 1 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2017. (#apostrophe_markup)
- ↑ "Passports taken, more police ... new party boss Chen Quanguo acts to tame Xinjiang with methods used in Tibet". South China Morning Post. 17 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 December 2016.
- ↑ Phillips, Tom. "China 'holding at least 120,000 Uighurs in re-education camps'". The Guardian. 25 January 2018. 19 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 September 2018.
- ↑ "China suggests its camps for Uighurs are just vocational schools". The Economist. 30 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 August 2018.
- ↑ "Approval opinion for the environmental impact report on Atush vocational skills training center project". archive.org. Archived from the original on 6 July 2018. İstifadə tarixi: 6 July 2017. (#apostrophe_markup)
- ↑ "Patriotic songs and self-criticism: why China is 're-educating' Muslims in mass detention camps". Australian Broadcasting Corporation. 2019-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 July 2018.
- ↑ "China's Mass Internment Camps Have No Clear End in Sight". Foreign Policy. 5 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2018.
- ↑ "Chinese blogger documents the construction of 31 new mass re-education camps in Xinjiang". amityunderground.com. 2 April 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 August 2018. (#apostrophe_markup)
- ↑ Li, Zaili. "Camps for Uyghurs, "schools" or jails?". Bitter Winter. 12 November 2018. 4 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 November 2018.
- ↑ Introvigne, Massimo. "Another "Transformation Through Education" Camp for Uyghurs Exposed in Xinjiang". Bitter Winter. 26 November 2018. 15 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 November 2018.
- ↑ Introvigne, Massimo. "Yingye'er Re-education Camp Managed Like Prison". Bitter Winter. 11 December 2018. 2 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 December 2018.
- ↑ Ma, Alexandra. "Shocking footage purportedly shows cells inside prison camp where China oppresses Muslim minority". Business Insider. 27 November 2018. 3 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 November 2018.
- ↑ "list of government bids related to re-education facilities". jamestown.org. 20 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 May 2017. (#apostrophe_markup)
- ↑ "Kargilik County government bid". rfa.com. 14 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 May 2018. (#apostrophe_markup)
- ↑ "UBC student Shawn Zhang uses satellite images to track suspected Chinese re-education centres where Uyghurs imprisoned". The Globe and Mail. 7 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2018.
- ↑ "Is China building 'political re-education' camps for Muslim minorities?". dw.com. 20 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 June 2018. (#apostrophe_markup)
- ↑ "Activists target China's human-rights record with new ad campaign in Vancouver". The Globe and Mail. 2 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 August 2018.
- ↑ "China tightens grip on Xinjiang region: Report". aa.com.tr. 17 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 August 2018. (#apostrophe_markup)
- ↑ "What Really Happens in China's 'Re-education' Camps". Business Insider. 19 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 May 2018.
- ↑ "China Operates Political and Ideological Re-Education Camps in Xinjiang". unpo.org. 23 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 September 2017. (#apostrophe_markup)
- ↑ "Re-education camps make a comeback in China's far-west". nchrd.org. 26 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 October 2017. (#apostrophe_markup)
- ↑ "RFA: 120,000 Uyghurs Held in Kashgar for Re-education". China Digital Times. 12 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 January 2018.
- ↑ "China's reeducation camps". world.wng.org. 11 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 March 2018.
- ↑ "Human Rights Activists Say Xinjiang Uighur Reeducation Camps Overflowing". Sputnik News Agency. 10 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 January 2018.
- ↑ "$9 Billion Spent on Surveillance Tech in Xinjiang in 2017". supchina.com. 26 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2018. (#apostrophe_markup)
- ↑ "One in 10 Uyghur Residents of Xinjiang Township Jailed or Detained in 'Re-Education Camp'". Radio Free Asia. 29 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 June 2018.
- ↑ "China: one in five arrests take place in 'police state' Xinjiang". The Guardian. 4 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 July 2018.
- ↑ "Xinjiang Police Sends Dozens of Muslims to "Re-Education" Camps". bitterwinter.org. 21 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018. (#apostrophe_markup)
- ↑ "URGENT ACTION: 30 RELATIVES OF UIGHUR ACTIVIST ARBITRARILY DETAINED (CHINA: UA 251.17)". Amnesty International.org. 22 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 April 2017.
- ↑ "A New Gulag in China". National Review. 12 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2018.
- ↑ "'More Than 30' Relatives of Uyghur Exile Leader Rebiya Kadeer Detained in Xinjiang". Radio Free Asia. 16 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 October 2017.
- ↑ "Uyghur Activist Rebiya Kadeer's Relatives Detained". China Digital Times. 20 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 November 2017.
- ↑ "RFA'S UYGHUR REPORTERS TELL THE STORIES OF THEIR FAMILY MEMBERS' DETENTIONS". Radio Free Asia. 8 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2018.
- ↑ "Overcrowded Political Re-Education Camps in Hotan Relocate Hundreds of Uyghur Detainees". Radio Free Asia. 15 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 January 2018.
- ↑ "Xinjiang Authorities Arrest Uyghur Court Official Who Denounced Political Re-education Camps". Radio Free Asia (ingilis). 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-25.
- ↑ "Judicial Bureau official: In Bulaksu township 2514 people were imprisoned and 806 people were sent to reeducation centers". www rfa.org. 14 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 November 2017.
- ↑ "Judicial Bureau official: In Bulaksu township 1731 people were imprisoned and 1721 people were sent to reeducation centers". www.rfa.org. 14 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 June 2018.
- ↑ "Judicial Bureau official: In Bulaksu township 1731 people were imprisoned and 1721 people were sent to reeducation centers". www.rfa.org. 14 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 June 2018.
- ↑ "Keriya County Police: "Almost 30 thousand people are in reeducation centers"". www.rfa.org. 4 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 August 2018.
- ↑ "Keriya County official: "seven people who currently have bank loans died in reeducation centers"". www.rfa.org (uyğur). Radio Free Asia. 4 September 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 August 2018. (#invalid_param_val)
- ↑ "China Xinjiang police state: Fear and resentment". BBC. 10 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 February 2018.
- ↑ "Execute My Mother and My Wife, I will Pay for the Bullets". freedomsherald.wordpress.com. 18 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2018.
- ↑ "Kazakh Man Recounts 'Reeducation' In Western Chinese Camp". Radio Free Europe/Radio Liberty/Radio Liberty. 19 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 April 2018.
- ↑ "Muslim inmates in China detention camp forced to eat pork, drink alcohol and physically tortured as some commit suicide". muslimcouncil.org.hk. 26 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2018. (#apostrophe_markup)
- ↑ "Woman describes torture, beatings in Chinese detention camp". Associated Press News. 3 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 November 2018.
- ↑ "'I begged them to kill me', Uighur woman describes torture to US politicians". www.telegraph.co.uk. 29 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 November 2018.
- ↑ "Uighur woman describes torture, drugging and degrading treatment in Chinese detention camp". www.japantimes.co.jp. 28 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 November 2018.
- ↑ "Woman describes torture, beatings in Chinese detention camp". www.washingtontimes.com. 14 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 November 2018.
- ↑ "China will retaliate to any US sanction over Muslim Uighurs: envoy". www.smh.com.au. 2 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 November 2018.
- ↑ "Muslim woman describes torture and beatings in China detention camp: 'I begged them to kill me'". www.independent.co.uk. 16 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 November 2018.
- ↑ "'I Begged Them to Kill Me.' Uighur Woman Tells Congress of Torture in Chinese Internment Camps". www.time.com. 30 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 November 2018.
- ↑ "In Full – Ex-Xinjiang detainee Mihrigul Tursun's full testimony at the US congressional hearing". www.hongkongfp.com. 8 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2018.
- ↑ "China's repression of Uighurs won't stop until the international community intervenes". www.religionnews.com. 11 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 December 2018.
- ↑ "Uighur mother asks Congress to 'take strong action' against China's re-education camps". www.thehill.com. 11 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 November 2018.
- ↑ "Muslims forced to drink alcohol and eat pork in China's 're-education' camps". The Independent. 25 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 May 2018.
- ↑ "China Has Been Forcing Muslims To Drink Alcohol And Eat Pork in Reeducation Camps". allthatsinteresting.com. 3 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 May 2018. (#apostrophe_markup)
- ↑ "A Uyghur Muslims die in re-education camps, go crazy in psychiatric hospitals". asianews.it. 30 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 April 2018.
- ↑ "Former detainees recount abuse in Chinese re-education centres". The Globe and Mail. 3 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2018.
- ↑ "Chinese torture allegedly kills Islamic scholar". aa.com.tr. 22 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 June 2018. (#apostrophe_markup)
- ↑ "Uyghur Human Rights Project Condemns Death in Custody of Scholar Muhammad Salih Hajim". uhrp.org. 12 February 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 January 2018. (#apostrophe_markup)
- ↑ "THE WUC NOTES THE PASSING OF AYXAN MEMET, MOTHER OF WUC PRESIDENT DOLKUN ISA". uyghurcongress.org. 24 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 June 2018. (#apostrophe_markup)
- ↑ "Uyghur Exile Group Leader's Mother Died in Xinjiang Detention Center". Radio Free Asia. 12 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 July 2018.
- ↑ "Elderly Uyghur Woman Dies in Detention in Xinjiang 'Political Re-Education Camp'". Radio Free Asia. 22 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2018.
- ↑ "Uyghur Teenager Dies in Custody at Political Re-Education Camp". Radio Free Asia. 22 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 March 2018.
- ↑ "Uyghur Man Buried Amid Strict Security After Latest Xinjiang Reeducation Camp Death". Radio Free Asia. 14 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 June 2018.
- ↑ "Iran's Careful Approach to China's Uyghur Crackdown". The Diplomat. September 18, 2018. February 12, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 2, 2019.
- ↑ "Remarks by Vice President Pence at Ministerial To Advance Religious Freedom". White House. 26 July 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 July 2018.
- ↑ "Religious Freedom forum draws attention to persecution, false imprisonment and re-education camps". The Washington Times. 24 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2017.
- ↑ "Secretary of State Mike Pompeo: Religious persecution in Iran, China must end now". USA Today. 16 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2018.
- ↑ "Families Of The Disappeared: A Search For Loved Ones Held In China's Xinjiang Region". NPR. 12 November 2018. 3 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2019.
- ↑ "Saudi crown prince defends China's right to put Uighur Muslims in concentration camps". The Daily Telegraph. 22 February 2019. 14 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2019.
- ↑ "Saudi Arabia's Mohammed bin Salman Defends China's Use of Concentration Camps for Muslims During Visit to Beijing". Newsweek. 22 February 2019. 10 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2019.
- ↑ "Saudi crown prince defended China's imprisonment of a million Muslims in internment camps, giving Xi Jinping a reason to continue his 'precursors to genocide'". Business Insider. 23 February 2019. 14 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2019.