Cicekler Korpusu Hadise - Wikipedia
Çiçəklər körpüsü (rum. Podul de Flori) — Moldova SSR ilə Rumıniya sərhədində Prut çayının sahilində baş vermiş iki hadisənin adı.[1] Bu hadisələr zamanı Böyük Vətən müharibəsindən sonra ilk dəfə olaraq şəxsiyyəti təsdiq edən sənədləri təqdim etmədən Moldova SSR-Rumıniya sərhədindən keçid həyata keçirilib. Aksiyalar zamanı bu hadisələrə ad verən Prut çayının hər iki sahilində suyun üzərinə güllər düzülmüşdü.
Çiçəklər körpüsü | |
---|---|
Tarix |
6 may 1990 16 июня 1991 |
Yeri | Prut çayının sahili, Rumıniya-Moldova SSR sərhədi |
Səbəbi | Yenidənqurma |
İştirakçılar |
Dünyada Rumınların Birliyinin Mədəniyyət İttifaqı
|
6 may 1990
redaktəİlk nümayiş 6 may 1990-cı ildə yerli vaxtla saat 13:00-dan 19:00 aralığında baş verib. Birinci "Çiçəklər Körpüsü" zamanı Rumıniya sakinlərinə heç bir sənəd təqdim etmədən Prut çayından Moldova SSR-ə keçməyə icazə verildi.[2] Prut çayı boyunca uzunluğu 700 km olan sərhəddə 8 sərhəd keçid məntəqəsi: Moykani-Pererita, Stınka-Kosteşti, Yassı-Unqen, Unqen körpüsü, Albitsa-Leuseni, Felçiu-Gipsi, Oança-Kaqul, Qalats — Djurtjuleşti təchiz edilmişdir.[3]
Nümayişdə 1,2 milyona yaxın insan iştirak edib. Şahidlər bu hadisəni bir çox ailələrin yenidən birləşməsinə imkan verən Berlin divarının yıxılması ilə müqayisə edirdilər — Prut çayı "Su Berlin Divarı" adlanırdı.[4].[5] Unqen bölgəsindən 250 minə yaxın insan sərhədi keçir.[6]
Nümayiş "Dünyada Rumınların Birliyinin Mədəniyyət İttifaqı", "Buxarest-Kişinyov" Mədəniyyət Cəmiyyəti və Moldova Xalq Cəbhəsi tərəfindən təşkil olunmuşdu.[7] Artıq səhər saatlarında minlərlə vətəndaş Rumıniya sahillərində çiçəklər daşıyaraq suya endirərək görünmüyə başladı. Tezliklə suya atılan çiçəklər simvolik cığır əmələ gətirdi. Günorta saatlarında bir qrup keşiş Te Deum[8] kilsə himnini oxuduqdan sonra, keçən uzun zaman dilimindən sonra ilk dəfə olaraq Prutun hər iki tərəfində zənglər səsləndi. Güllər yenidən çaya atılıb, vətəndaşlar körpüdən keçərək yaxınları və dostları ilə görüşdülər. Təşkil edilən əyləncə və şənliklər və oyunlar axşam saat 18–00-a qədər davam etdi.
Bu hadisədən sonra Moldova SSR-nin Rumıniya ilə sərhədini keçmək proseduru xeyli sadələşdirildi.[9]
16 iyun 1991
redaktəİkinci aksiya 1991-ci il iyunun 16-da baş verdi. Bu dəfə Moldova SSR vətəndaşları sənədləri təqdim etmədən Rumıniya sərhədini keçə biliblər. Rompres hesabına görə, Bessarabiyanın 150 mindən çox sakini Skuleni sərhədini keçərək İasi mahalına gələ biliblər. Sərhədi keçənlər arasında Kişinyov meri Nikolay Kostinin başçılıq etdiyi Moldova parlamentinin nümayəndə heyəti də olub. Qalatiyada, Müqəddəs Məryəm kilsəsinin qarşısında Rumıniya və Moldovanın birliyini simvolizə edən xaç ucaldılıb.
Reaksiyalar
redaktə- 1991-ci ilin avqustunda Moldova Respublikasının Prezidenti Mirça Snequr rumıniyalı həmkarı İon İliyeskuya Moldova ilə Rumıniya arasında rəsmi ittifaq haqqında danışıqlar aparmağı təklif edir. Bu təklif Snequrun Rumıniyanın vitse-prezidenti ola bilməsi ilə nəticələnə bilərdi. Amma Snequrun təklifi cavabsız qalır.[10]
- Fransa prezidenti Fransua Mitteran Mixail Qorbaçovun xahişi ilə İon İliyesku ilə telefon danışığında Rumıniya liderindən nümayişlərlə bağlı heç bir tələsik addım atmamağı xahiş edib.[11]
Sitatlar
redaktəRumıniyanın xarici işlər naziri Teodor Bakonski:
Xarici siyasət baxımından bu hadisə Rumıniyaya, Moldovanı Birləşmiş Avropaya cəlb etmək imkanı vermiş oldu. Buna görə də 20 il əvvəl Pruta atılan çiçəklər tezliklə sahilə enəcəkdi.
Şair Qriqore Viyeru:
Bu, ağlasığmaz idi. İllər keçməsinə baxmayaraq, insanlar bir-birilərini qışqıraraq, adları ilə çağırıb tanıya bilirdilər. Bu vaxt çayın digər sahilindən bir adam suya atılaraq o biri beretdə Bessarabiyalılara tərəf üzürdü. Pereritadan olanlar susurdular. Başqaları da onun ardınca gedərək Prutun mərkəzinə toplanıb, rəqs edib, oxuyurdular. Ona görə də düşünürəm: Gül körpüsünü ələ salanların özləri gülüncdür. Sevinc göz yaşlarını heç nə əvəz edə bilməz.
İon Unquryan, Moldovanın Mədəniyyət və Din naziri:
Hər iki sahildən on minlərlə rumın çay kimi bir axın əmələ gətirmişdi. Rumınlar (Prut çayının qərb tərəfdən) hakimiyyətin razılığı olmadan SSRİ-yə ilk daxil olanlar idi.[12]
İstinadlar
redaktə- ↑ Ion Petrescu. "Moldova lor, Moldova noastră..." Adevărul (rumın). 2013-05-06. 2014-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-17.
- ↑ Nicolae Roibu. "Podul de Flori". Timpul.md (rumın). 2010-05-06. 2017-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-17.
- ↑ ""Podul de flori" peste Prut împlinește 23 de ani". Glasul.md (rumın). 2014-06-16. 2017-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-17.
- ↑ "Podul de flori (1990–1991)". Istoria.md (rumın). 2014-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-21.
- ↑ "Mai 1990, "Podul de Flori"". Historia.ro (rumın). 2014-10-28 tarixində arxivləşdirilib.
- ↑ "Podul de flori, stropit cu lacrimi". Jurnal de Chișinău (rumın). 2010-05-07. 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-17.
- ↑ "Teodor Baconschi despre "Podul de Flori" din 6 mai 1990". Moldova.org (rumın). 2010-05-05. 2018-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-17.
- ↑ Ioan Popescu. "20 de ani de la "Podul de Flori"". Ziarul Prahova (rumın). 2010-05-06. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-17.
- ↑ "23 de ani de la primul Pod de Flori peste Prut: momentul în care românii au putut păși în Basarabia fără pașaport și viză". Adevărul (rumın). 2013-05-06. 2014-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-17.
- ↑ Sebastian Zachmann. "Cum explică Ion Iliescu faptul că România și Republica Moldova nu s-au unit în august 1991". Adevărul (rumın). 2014-08-10. 2014-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-17.
- ↑ ""Există o mare ură față de români în Ucraina"". Adevărul (rumın). 2011-04-11. 2018-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-17.
- ↑ «Cine-și mai amintește de Podul de Flori?» — YouTube platformasında
Ədəbiyyat
redaktə- King, Charles. The Moldovans. Hoover Press, 2000, ISBN 0–8179–9792-X.
- Snegur, Mircea. Labirintul destinului. Memorii. Vol. I. Chișinău: Fundația Draghiștea. 2007. (#apostrophe_markup)
- Vieru, Grigore. Taina care mă apără. Iași: Editura Princeps edit. 2008.
Xarici keçidlər
redaktə- Çiçəklər körpüsü
- Мостом Цветов — YouTube platformasında
- YouTube — Qriqore Viyeru: Çiçəklər körpüsü
- Unimedia — Çiçəklər körpüsü- Stela Popa
- "Podul de flori – prima deschidere a frontierelor dintre România și Republica Moldova", Jurnalul de Botoșani și Dorohoi, 7 мая 2005 (rum.)
- Ştefan Plugaru, "Istoricul Asociației Culturale "Pro Basarabia și Bucovina", Filiala "Mihail Kogălniceanu" Huși" [daimi ölü keçid] (rum.)
- "Podul de flori" (Мостом цветов) (rum.)