Prut Cayi - Wikipedia
Prut (ukr. Прут, rum. Prut, mold. Prut) — Ukraynada, Moldovada və Rumıniyada çay, Dunay çayının sol qolu. Moldovanın Rumıniya ilə dövlət sərhəddi Prut çayından keçir. Çayın uzunluğu 989 km, hövzəsinin sahəsi isə 27.5 min km²-dir. Şərqi Karpat dağlarından başlanır. Yağış və qar suları ilə qidalanır. Yanvardan martadək (45-50 gün) donmuş olur (mülayim havada buz örtüyü əriyir). Əsas qolları Rakovets, Çuqur, Çeremoş, Jijiya, Baxluy çaylarıdır. Leovo şəhərinədək gəmiçiliyə yararlıdır. 1978-ci ildə Rumıniya ilə Moldova arasında çayın üzərində həcmi 1085 milyon m³ olan su anbarı ilə birlikdə hidrotexniki qovşaq tikilmişdir. Yaremça, Kolomıya, Siyatın, Çernovtsı, Novoselitsa, Ungenı, Leovo şəhərləri Prut sahilində yerləşir.
Prut | |
---|---|
Ölkə | |
Mənbəyi | Karpat |
Mənsəbi | Dunay |
Uzunluğu |
|
Su sərfi | 121 m³/s |
Hövzəsinin sahəsi | 27.500 km² |
Vikianbarda əlaqəli mediafayllar |
1941-ci ildə K.A.Qasımov bir neçə döyüşçü ilə Prut üstündəki mühüm strateji əhəmiyyətli 3 körpünü partlatmış və alman-faşist qoşunlarının sol sahilə çıxmasını xeyli ləngitmişdi.
Mənbə
redaktə- Прут // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: Прадо—Спринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 31.