Zoraki Cinayet - Wikipedia
Zorakı cinayət və ya zorakılıq cinayətləri — cinayətkarın cinayətin qurbanına qarşı güc tətbiq etməsi və ya güc tətbiq etməklə hədələməsi ilə müşayiət olunan cinayət. Bu qrupa həm zorakılığın cinayəti başa çatdırmaq üçün bir vasitə kimi istifadə olunduğu, həm də zorakılığın cinayətin obyektiv cəhətini təşkil etdiyi cinayətlər, məsələn, qəsdən adamöldürmə və ya zorlama kimi cinayətlər daxildir. Zorakı cinayətlər silahla və ya silahsız törədilə bilər. Zorakı cinayətlərə, əsasən, hava gəmisini qaçırma, bank soyğunçuluğu, soyğunçuluq, ev oğurluğu, terrorizm, avtomobil oğurluğu, zorlama, adam oğurluğu, işgəncə, qəsdən adamöldürmə, banditizm, narkokartel və başqaları daxildir.
Ölkələr üzrə zorakı cinayətlər
redaktəDövlətlər arasında zorakı cinayətlərin statistikasının müqayisəsi adətən problemli olur, çünki dövlətlər cinayətlərin fərqli təsnifatını aparırlar.[1][2][3][4] Müqayisənin etibarlı olması üçün müxtəlif yurisdiksiyalardakı oxşar hüquq pozuntularının müqayisəsi aparılmalıdır. Lakin çox zaman bu, mümkün olmur. Yurisdiksiyadan asılı olaraq zorakı cinayətlərə aşağıdakılar aid ola bilər: adamöldürmə, qəsdən adamöldürmə, zorlama, adam oğurlama. Dövlətlər həmçinin cinayətlərin qeydə alınmasında da fərqli sistemlərdən istifadə edirlər. Avstraliyada cinayət qurbanları ilə bağlı ilk milli sorğu 2008-09-cu illərdə keçirilmişdir.[5]
İstinadlar
redaktə- ↑ European Sourcebook of Crime and Criminal Justice Statistics – 2010 Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine, fourth edition, p30.
- ↑ Segessenmann, Tanya Section 2 - International Comparisons of Recorded Violent Crime Rates for 2000 Arxivləşdirilib 2016-02-02 at the Wayback Machine, Research & Evaluation Unit, Ministry of Justice, Wellington, New Zealand. 11 June 2002 Retrieved 23 June 2007.
- ↑ "Compiling and Comparing International Crime Statistics". Unodc.org. 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-17.
- ↑ "Crime statistics - Statistics Explained". Epp.eurostat.ec.europa.eu. 2014-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-17.
- ↑ Australian Bureau of Statistics. "Crime Victimisation, Australia, 2012-13". abs.gov.au. Commonwealth of Australia. 2014-02-11. 2022-01-19 tarixində arxivləşdirilib.