Ziyai Erdebili - Wikipedia
Ziyai Ərdəbili (1850-?) — şair
Ziyai Ərdəbili | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Ərdəbil |
Fəaliyyəti | şair |
Ziyai Ərdəbili Vikimənbədə |
Həyatı
redaktəİsa Hacı Məhəmmədrəhim oğlu 1850-ci ildə Ərdəbil şəhərində anadan olmuşdu. Atası vəfat etdikdən sonra Lənkəran şəhərinə gəlmiş burda günəmuzd işlərlə məşğul olmuşdu.
Yaradıcılığı
redaktəİsa Azərbaycan və fars dillərində şeir yazırdı. Ziyai təxəllüsünü qəbul etmişdi. "Təzkireyi-Ziyai" adlı əsər yazmışdı. Onun qəzəlləri xalq arasında məşhur idi.
Qoyubdu başə o sərvi-səhi gülah əyri,
Qaş əyri, zülfi-siyah əyriyü nikah əyri.
Mən eylədim qaşa aşiqlər içrə səcdı, vəli,
Gürülməmişdi cahan içrə qibləgah əyri.
Şigənci-səy ilə olmadı bəxt, tale-rast,
Çıxıbdı çünku bi xilqətdən ol giyah əyri,
Dadızdırır mənə zəhri-əcəl gərahətsiz,
Gələndə qəmzən oxu xah rast, xah əyri.
Günüm qaradırü gönlüm şikəstə, qəddim-xəm,
Nə qədr vardır ol türeyyi-siyah əyri.
O sərv qamətə yox, heyf, istiqaməti-xub,
Ki vardır aşiqilən gah rast, gah əyri.
Qərəz, Ziyan tək axırda görmədi mənzil,
Fəzayi-eşqdə hər kəs ki, getdi gah əyri.