Zaqreb Mescidi - Wikipedia
Zaqreb_məscidi - Haqqında Məlumat
Zaqreb məscidi (xorv. Zagrebačka džamija) — Zaqreb şəhərində yerləşən Xorvatiyanın ən iri məscidi.
Zaqreb məscidi | |
---|---|
Zagrebačka džamija | |
45°47′28″ şm. e. 16°00′41″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Zaqreb |
Tikilmə tarixi | 1981-1987 |
Rəsmi sayt | islamska-zajednica.hr/in… |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqqında
redaktəMəscidin tikintisinə 1981-ci ildə başlanılmışdır. Məscidin tikintisi üçün Birləşmiş Ərəb Əmirliklərindən Şarja əmiri Sultan bin Məhəmməd Əɬ-Qasimi 2,5 milyon ABŞ dolları ianə etmişdir. O, 1983-cü ildə Zaqrebdə İslam icmasını ziyarət etmişdir.[1] 1987-ci ildə Zaqreb məscidinin tikintisi başa çatmışdır.[2]
Zaqreb məscidi Xorvatiyada ən iri məsciddir. Məscidin yaxınlığında Əhməd Smayloviç adına İslam Ali məktəbi və İslam mədəni mərkəzi yerləşir. Məscidin layihəsi bosniyalı memarlar - Camal Seliç və Mirzə Qolosun tərəfindən hazırlanıb. Minarəsinin hündürlüyü 51 metrdir.[3]
İstinadlar
redaktə- ↑ Islamska zajednica u Hrvatskoj
- ↑ "Nadilo, Branko. "Islamski centar u Rijeci." (på kroatiska) (Noia 64 mimetypes pdf.png PDF). Građevinar, nr 63 (2011). Kroatiska civilingenjörerna förbund. Läst 27 juli 2014." (PDF). 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-03-28.
- ↑ "Turistička zajednica grada Zagreba". 2016-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-28.