Zamenhof Gunu - Wikipedia
Zamenhof günü və ya Esperanto günü ― süni dil olan Esperantonun yaradıcısı Lüdviq Lazar Zamenhofun doğum günü şərəfinə qeyd edilən gündür.
Zamenhof günü | |
---|---|
Tarix | 15 dekabr |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəZamenhofun ana dili İdiş dili idi, rusca və polyakca da ana dili kimi danışa bilirdi. Zamanla İvrit dilində də danışmağa başladı. Latınca, fransızca, almanca, yunanca, italyanca və ispan dilini də öyrəndi. Müharibəsiz bir dünya fikriylə böyüyən Zamenhof Esperanto dilini hələ məktəbdəykən 1873-cü ildən yaratmağa başladı və yaradacağı dilin beynəlxalq yardımçı bir dil olacağına inanırdı. [1]
15 dekabr 1878-ci ildə 19 yaşlı Lüdviq Lazar Zamenhof ad günü qonaqlığında dostlarına beynəlxalq dilinin ilk versiyası olan "Lingwe uniwersala"nı təqdim etdi. 1887-ci ilə qədər bu dili inkişaf etdirdi və 1887-ci ildə "International Language: Introduction and Complete Textbook" kitabını rus dilində "Doktoro Esperanto" imzasıyla çap etdirdi.
Zamenhof günü eyni zamanda Esperanto Mədəniyyəti günü olaraq da qeyd edilir. Bu məqsədlə toplantılar, görüşlər keçirilir, Zamenhof və Esperanto mədəniyyəti haqqında məlumatlar verilir. Esperanto dilinin əsas yazarlarından biri olan Xulyo Baği Zamenhof gününün həm də "Esperanto Kitab Günü" olaraq qeyd edilməsini təklif edib, çünki bu xüsusi gündə yeni nəşr olunan kitabların təqdimatı keçirilir, kitabların satışı və oxunması sayəsində Esperanto ədəbiyyatı da qeyd edilir.
15 dekabr 2009-cu ildə Zamenhofun 150-ci ildönümünü münasibətilə Polşada yeni bir Zamenhof Mərkəzi açıldı. Həmçinin, Nyu-Yorkda simpozium keçirildi. Zamenhofun 150 illiyi şərəfinə Google 33 fərqli dil versiyasında loqosunu Esperanto bayrağı ilə bəzədi. [2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-13.
- ↑ "Arxivlənmiş surət". 2021-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.