Zulfuqar Xan Qaramanli - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Zülfüqar xan Qaramanlı (?-1611) — qızılbaş sərkərdəsi, hakim.
Zülfüqar xan Qaramanlı | |
---|---|
Zülfüqar xan Həsəm sultan oğlu Qaramanlı | |
1607 – 1610 | |
Əvvəlki | Əlqas mirzə Səfəvi |
Sonrakı | Yusif xan (I) |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Şamaxı, Şirvan bəylərbəyliyi, Səfəvilər dövləti |
Vəfat səbəbi | döyüş |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Həsəm sultan |
Dini | Şiə İslam |
Həyatı
redaktəSəfəvilərin tərkibində qalan Azərbaycan torpaqlarında 1593-cü ildə Ərdəbil mərkəz olmaqla, Azərbaycan bəylərbəyliyi yaradıldı və Zülfüqar xan Qaramanlı hakim təyin olundu.
I Şah Abbas özü Qızılbaşlar ordusunun başında Osmanlılara qarşı vuruşurdu. Vuruşmaların birində şahın vəziyyəti ağırlaşır. Çoxsaylı Osmanlı ordusu onu möhkəm qısnayır. Elə bu zaman toz-duman içində bir qoşun yaxınlaşır. Qaravul şaha xəbər gətirir ki, bəs arxadan yağı qoşunu hücuma keçib. Şah gələn qoşunu gözdən keçirib deyir: -Gələn Həzrət Əlinin qoşunudur, önündə də Zülfüqarı.
Zülfüqar xan Qaramanlı böyük qoşunla yetirib şahı qısqıdan xilas edir.
Zülfüqar xan Qaramanlı Osmanlı sarayına elçi getmişdi.
Zülfüqar xan sonra şahın fərmanı ilə Şirvana bəylərbəyi təyin edilir. 1607-ci ildən 1610-ci ilədək Şirvana başçılıq edir. 1610-ci ildə dağıstanlıların qəfil basqını zamanı döyüşdə öldürülür. Bəzi tarixçilər qeyd edirlər ki, bu hücum şahın öz quraması idi. Şah Abbas son çağlarda Zülfüqar xanı gözdən salmışdı…
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Qaramanlı eli, "Soy" dərgisi, Bakı,