Yuxari Kartli - Wikipedia
Daxili Kartli diyarı (gürc. შიდა ქართლის მხარე) — Gürcüstanın doqquz ən böyük inzibati vahidindən (mxaresindən) biridir. Tarixi Kartli bölgəsinin şimal-qərb hissəsini təşkil edir. İnzibati mərkəzi Qori şəhəridir. İç Kartli ərazisinin təxminən 20%-i hal-hazırda Cənubi Osetiya respublikasının nəzarəti altındadır.
Şida Kartli | |
---|---|
შიდა ქართლის მხარე | |
41°58′54″ şm. e. 44°06′44″ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Qori |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1995 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | GE-SK |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
İnzibati bölgüsü
redaktəDaxili Kartli rəsmi olaraq beş bələdiyyədən ibarətdir:
- Cava bələdiyyəsi, hal-hazırda tamamilə işğal altındadır
- Xaşuri bələdiyyəsi
- Kareli bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Znauri rayonunu da əhatə edir), qismən işğal altındadır
- Kaspi bələdiyyəsi
- Qori bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Tsxinvali rayonunu da əhatə edir), qismən işğal altındadır
Coğrafiyası
redaktəŞimalda dağlıq, cənubda isə düzənlik ərazilərdən ibarət olan İç Kartli keçmişdə Zena-Sopeli adıyla da tanınırdı. Düzənliklər, yaylaq və qışlaqların bolluğu, on bir iri çayın (o cümlədən Kür və Araqvinin) buradan axması İç Kartlidə tarixboyu maldarlıq və əkinçilik üçün əla şərait yaratmışdır. Böyük əhəmiyyəti olan tarixi Araqvi ticarət yolu da məhz bu bölgədən keçirdi.
Tarixi
redaktəGürcüstan çarlığının monqol basqınına məruz qalmasından sonra İç Kartli şərqi gürcü Kartli çarlığının tərkibində qalmışdır. XIV–XVI əsrlərdə feodal təfriqə nəticəsində müxtəlif sərkərdə dəstələri tərəfindən idarə edilən vahidlərə (eristavlıqlara) bölünmüşdür, lakin sonralar yenidən Kartlinin tərkibinə qayıtmışdır.
Əhalisi
redaktəCənubi Osetiyanın işğalında qalan ərazini çıxmaqla İç Kartlinin əhalisi 2014-ci ilin qeydiyyata alınmasına əsasən 263.382 nəfərdir. Onların çoxsu etnik gürcülər (249.479 nəf. və ya 94,7%), azı isə azərbaycanlılar (5.501 nəf. və ya 2,1%), osetinlər (4.668 nəf. və ya 1,8%), ermənilər (2.072 nəf. və ya 0,8%), ruslar (758 nəf. və ya 0,3%) və digərləridir.[1]
Osetinlər tarixən şərtli olaraq Trialeti Osetiyası adlı bölgədə yaşayıblar, lakin Cənubi Osetiya münaqişəsi nəticəsində böyük qismi bu ərazini tərk etmişdir. Azərbaycanlılar Kaspi (5 kənd) və Qori (2 kənd) bələdiyyələrində sıxca, Kareli bələdiyyəsində isə gürcü və osetinlərlə qarışıq yaşayırlar.
İstinadlar
redaktə- ↑ "Ethnic composition of Georgia 2014". 2018-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.