Yupiter Mifologiya - Wikipedia
Yupiter_(mifologiya) - Haqqında Məlumat
Yupiter (lat. Iuppiter) — Qədim Roma dinində səmavi işığın, yağışın və göy gurultusunun baş tanrısı, Roma dövlətinin mərkəzləşmiş panteonunun rəhbəri. Yupiter bütün dünyanın hakimi və hökmdarı kimi təsəvvür edilirdi. E. ə. VI əsrdə Romada Kapitoli təpəsində Yupiter ibadətgahı tikilmişdir. Onun şərəfinə dövlət bayramları - sentyabrda Roma oyunları, noyabrda plebel və Kapitoli oyunları keçirilirdi. Yupiter Yunan mifologiyasındakı Zevslə eyniləşdirilir. Yupiter sözünün mənşəyi ehtimal ki Zevs + pator birləşməsindən yaranmışdır.
Yupiter | |
---|---|
Mifologiya | Qədim Romada din[1] |
Cinsi | kişi[d][1] |
Qardaşı və bacısı | Yunona, Pluton, Neptun, Serera |
Arvadı | |
Uşaqları | |
Digər mədəniyyətlərdə | Zevs, Perun, Tor |
Vikianbarda əlaqəli mediafayllar |
Mifologiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- ↑ 1 2 Юпитер, в мифологии (rus.). // Малая советская энциклопедия / под ред. Н. Л. Мещеряков 2 Советская энциклопедия, 1936.