Yunayted Hava Yollari Reys 175 - Wikipedia
Yunayted_Hava_Yolları_reys_175 - Haqqında Məlumat
Yunayted Hava Yolları reys 175, ABŞ-nin daxilində uçuşlar həyata keçirən və 11 sentyabr, 2001-ci ildə əl-Qaidə terror qruplaşması tərəfindən qaçırılan sərnişin təyyarəsi.[1]
Yunayted Hava Yolları reys 175 | |
---|---|
| |
Ümumi məlumatlar | |
Tarix | |
Qəza növü | Terrorizm, Suiqəsd, Hava piratlığı |
Yer | Dünya Ticarət Mərkəzi, Manhetten, Nyu-York şəhəri, Nyu-York, ABŞ |
Koordinatlar | 40°42′42″ şm. e. 74°00′45″ q. u.HGYO |
Ölkə | |
Sərnişin sayı | 56 (5 terrorçu da daxil olmaqla) |
Komanda | 9 |
Yaralı sayı | 0 |
Ölü sayı | 65 (5 terrorçu da daxil olmaqla) və təxminən 900 nəfər (xilasedənlər də daxil olmaqla) Dünya Ticarət Mərkəzində olanlar. |
Təyyarə | |
Təyyarə modeli | Boeing 767–222 |
Havayolu şirkəti | Yunayted Hava Yolları |
Qalxma yeri | Loqan Beynəlxalq Havalimanı |
Uçuş nömrəsi | 175 |
Qeydiyyat nömrəsi | N612UA |
Vikianbarda əlaqəli mediafayllar |
Boston, Massaçusetsdəki Loqan Beynəlxalq Havalimanından, Los-Anceles, Kaliforniyadakı Los-Anceles Beynəlxalq Havalimanına getmək üzrə havaya qalxan Boeing 767-200 tipli təyyarənin idarəsi, bir müddət sonra beş əl-Qaidə terror qruplaşması üzvünün əlinə keçmişdi. Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin Cənub Qülləsinə intihar hücumu təşkil edən təyyarədəki 65 adamdan xilas olan olmamışdı. Toqquşmanın təsiriylə bir müddət sonra bina çökmüş və binadakı təxminən 900 adamın ölümünə səbəb olmuşdu.[2]
Təyyarədə olan insanların milliyətləri
redaktəQeyd: Təyyarədə olan 5 nəfər terrorçu bu siyahıya daxil deyil.
Milliyət | Sərnişinlər | Ekipaj | Ümumi |
---|---|---|---|
ABŞ | 42 | 9 | 51 |
Kanada | 1 | 0 | 1 |
Almaniya | 3 | 0 | 3 |
Böyük Britaniya | 1 | 0 | 1 |
İsrail | 1 | 0 | 1 |
Salvador | 1 | 0 | 1 |
İndoneziya | 1 | 0 | 1 |
Nepal | 1 | 0 | 1 |
Ümumi | 51 | 9 | 60 |
Qalereya
redaktə-
Boston, Loqan Beynəlxalq Havalimanı, 11 sentyabr, 2001-ci il, 175 saylı uçuş öncəsi, C19 qapısı.
-
N612UA, qaçırılan təyyarə, 1999-cu ildə San Fransisko Beynəlxalq Havalimanında çəkilmiş şəkil.
-
Dünya Ticarət Mərkəzi ilə toqquşan hər iki təyyarənin təsviri.
-
Cənub Qülləsinin toqquşmadan sonrakı partlayışı.
-
Qəzadan sonra binanın və təyyarənin qalıqları.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ (ing.) Federal Bureau of Investigation (Fevral 4, 2008). "Hijackers' Timeline"
- ↑ (ing.) "Staff Monograph on the "Four Flights and Civil Aviation Security". National Commission on Terrorist Attacks Upon the United States. Sentyabr 2005. (səhifə 17–26)
Xarici keçidlər
redaktə- (ing.) The Final 9/11 Commission Report
- (ing.) CNN September 11 Memorial page, with passenger and crew lists Arxivləşdirilib 2018-10-04 at the Wayback Machine
- (ing.) 9-11 NTSB Report
- (ing.) Picture of aircraft Pre 9/11
- (ing.) September 11, 2001 archive of United Airlines site with condolences for deceased