Yola Inzibati Vahid - Wikipedia
Yola — XVIII əsrin I yarısında Rusiyanın tabeliyində olan başqırd torpaqlarında mövcud olmuş inzibati vahid — dairə. XVIII əsrin birinci yarısında Başqırdıstan 4 yola (inzibati dairə) bölünmüşdü.[1]
Noqay yolası
redaktəXVIII əsrdə indiki Başqırdıstanın mərkəz və cənub hissəsi Noqay yolası adlanırdı.
Kazan yolası
redaktəBaşqırdıstanın qərb hissəsini əhatə edən torpaqlada yerləşən inzibati vahid isə Kazan yolası adlandırılmışdır.
Sibir yolası
redaktəSibir yolası adlanan üçüncü yol Uralarxası şərq və Cənubi Uralarxası torpaqların şərq hissəsini əhatə edirdi.
Osin yolası
redaktəUfadan şimala uzanan nazik zolaq Osin yolası adlanırdı.
Yolaların daxili inzibati bölgüsü
redaktəYolalar isə öz növbəsində volostlara bölünmüşdü. XVIII əsrin ortalarında 42 volost qeydə alınmışdı. Volostlarda inzibati və polis hakimiyyəti başqırd starşinası və yüzbaşının ixtiyarında idi. Hər bir volostda əhalinin sayından asılı olaraq bir neçə starşina fəaliyyət göstərirdi.[2]