Yenisey Abideleri - Wikipedia
Yenisey_abidələri - Haqqında Məlumat
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Yenisey abidələri - əksəriyyəti Yenisey çayı hövzəsindən tapılan bu abidələr qədim türk abidələridir.
Ümumi məlumat
redaktəMütəxəssislərin fikrinə görə Yenisey abidələri Orxon abidələrindən daha qədimdir. Lakin bəzi tədqiqatçılar Orxon abidələrinin dil baxımından bəsit olmasını əsas götürərək onların daha qədim olduğunu söyləyirlər. Yenisey abidələrinin varlığı haqqında avropalılara ilk məlumatı Niderlandın Amsterdam şəhərinin burqomistri Nikolay Vidzen bildirərək 1692-ci ildə Verxoturye çayı sahilində qayalardakı şəkillərdən bəhs edib. F.İ.T.Starlenberqin yazdığına görə Yenisey abidələrindən ilk tapılanı 3-cü Uybat abidəsdir. Bu abidəni Polşanın Dansiq şəhərindən olan təbiətşünas Daniel Qotlib Messerşmidt tapıb.
Yenisey abidələrinin siyahısı
redaktəÜmumiyyətlə Yenisey abidələrinə aiddirlər:
- Uyuk Tarlık
- Uyuk Arxan
- Uyuk Turan
- Ottuk Taş
- 1,2,3,4-cü Barlık
- Uluğ Kem Qarasu
- Elkeş
- Beqre
- Ulu Kem
- 1,2,3,4,5,6,7,8,9,10,11-ci Çaxöl
- Kemçik Qaya Başı
- Oznaçenin
- Açura
- Oya
- 1,2-ci Altın Göl
- 1,2,3-cü Uybat
- 1,2,3-cü Tuba
- Taşeba
- Kemçik Çirğan
- 1,2-ci Qızıl Cira
- Kejilik Xobu
- Təle
- Xerbis Baarı
- Abakan
- 1,2,3-cü Tuva (abidə)
- 1,2-ci Elegest
- Sarqal Aksı
- 1,2-ci Qara Bulun
- İyme