Yeni Eraziler - Wikipedia
Yeni_ərazilər - Haqqında Məlumat
Yeni ərazilər (Çin dilində: 新界; ingilis dilində:New Territories, kanton dilində: san[1] gaai[2] — hazırda Honkonq və Koulun adalarını da əhatə edən və Honkonqun xüsusi inzibati rayonlarının üçdə bir hissəsini əhatə edən ərazilər. Yeni ərazilərin əhalisi 3 691 093 nəfərdir (2006)[3]. Əhalinin sıxlığı hər km²-ə 3,8 min nəfərdir[4] . Sahəsi 952 km²-ə yaxındır.
İnzibati bölgü
redaktəYeni ərazilərə daxil olan dairələr:
- Kxuayçxin (Kvay-Tsinq) (Kwai Tsing, 葵青區) — əhalisi 524 min nəfər, ərazisi 23,34 km². Kvay-Tsinq 1985-ci ildə Çxyunvan dairəsinin tərkibindən ayrılması nəticəsində təşkil olunmuşdur. İlk vaxtlar dairə Kvay-Çunq və Tsinq-İ, 1988-ci ildən Kvay-Tsinq adlandırılmışdır.
- Çxyunvan (Tsin-Van) (Tsuen Wan, 荃灣區) — əhalisi 289 min nəfər, ərazisi 61,71 km². Tsin-Van dairəsi 1982-ci ildə təşkil olunmuşdur, lakin 1985-ci ildə ondan ayrılmış ərazilərdə yeni Kxuayçxin dairəsi təşkil olunmuşdur.
- Txyunmun (Tyun-Mun) (Tuen Mun, 屯門區) — əhalisi 502 min nəfər, ərazisi 82,89 km². 1970-ci ilə kimi dairə Tsin-Şan adlandırılmışdır.
- Yunlon (Yun-Lonq) (Yuen Long, 元朗區) — əhalisi 534 min nəfər, ərazisi 138,46 km².
- Şimal (North, 北區) — əhalisi 281 min nəhər, ərazisi 136,61 km².
- Taynou (Tay-Po) (Tai Po, 大埔區) — əhalisi 294 min nəfər, ərazisi 136,15 km².[5]
- Satxin (Şa-Tin) (Sha Tin, 沙田區) — əhalisi 608 min nəfər, ərazisi 168,71 km².[6].
- Saykun (Say-Kunq) (Sai Kung, 西貢區) — əhalisi 407 min nəfər, ərazisi 129,65 km².
- Aylends (Islands, 離島區) — əhalisi 137 min nəfər, ərazisi 175,12 km².
Mənbə
redaktə- Hill, R. D., Kathy Ng, and Tse Pui Wan. "The Suburbanization of Rural Villages in the New Territories, Hong Kong." (Working Paper No. 38) ( Arxivləşdirilib 2013-12-24 at the Wayback Machine) University of Hong Kong Centre of Urban Studies & Urban Planning (CUSUP, 城市研究及城市規劃中心). April 1989.
- Lee, Ho Yin; DiStefano, Lynne Delehanty. A Tale of Two Villages: The Story of Changing Village Life in the New Territories. Oxford University Press. 2002. ISBN 978-0-19-592859-4.
- Иванов П.М. Гонконг. История и современность. — Москва: Наука. Главная редакция восточной литературы, 1990.
Xarici keşid
redaktəİstinadlar
redaktə- ↑ Robertson, C.L. (1997). International Politics Since World War II: A Short History. M. E. Sharpe Incorporated. p. 299. ISBN 9780765636362. Retrieved 2014–12-07
- ↑ "2011 Population Census Fact Sheet Hong Kong". Census2011.gov.hk. Retrieved 2012–07-31
- ↑ "2011 Population Census Fact Sheet Hong Kong". Census2011.gov.hk. 2013-10-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7/31/2012.
- ↑ Cox, Wendell. "The Evolving Human Form: Hong Kong". http://www.newgeography.com/content/002708-the-evolving-urban-form-hong-kong. (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ "Tai Po District Council". 2003-08-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-06.
- ↑ "Sha Tin District Council". 2003-06-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-06.