Yeddi Samuray Film 1954 - Wikipedia
"Yeddi samuray" (yap. 七人の侍) — rejissor Akira Kurosavanın fəlsəfi-dram filmi.
Yeddi samuray | |
---|---|
yap. 七人の侍 | |
Janr | dram filmi, Epik film, döyüş filmi, tarixi dram, macəra filmi |
Əsas mövzu | Samuray, spirtli içki intoksikasiyası[d], Əsir, Qılıncoynatma, Banditizm |
Rejissor | |
Prodüser |
|
Ssenari müəllifləri |
|
Baş rollarda | |
Operator |
|
Montajçı | Akira Kurosava |
İstehsalçı | Toho[d] |
Distribütor | Columbia Pictures, Netflix |
İlk baxış tarixi | 26 aprel 1954[2], 19 noyabr 1956[3], 20 sentyabr 1965[4], avqust 1954, 1954 |
Müddət | 207 dəq. |
Büdcə | 210.000.000 ¥ |
Gəlir | 268.230.000 ¥ |
Ölkə | |
Dil | yapon dili |
Rəng | ağ-qara[d] |
Çəkiliş yeri | Yaponiya |
IMDb | ID0047478 |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
redaktəYaponiya, XVI əsrin ikinci yarısı. Bir kəndin sakinləri xəbər tuturlar ki, onların kəndinə köçəri tayfa hücum etmək və arpa ehtiyatlarını götürmək istəyirlər. Onlar 3 kəndlini kəndi qorumaq üçün yalnız yeməyə razı olan samuray tapmağa şəhərə göndərirlər. Çünki kəndlilərin onların haqqını başqa cür ödəməyə imkanıları yox idi. Elçilər təcrübəli döyüşçü Kambey Simadanın oğrunu necə cəzalandırdığının şahidi olurlar. Kəndlilər bu iş haqqında ona danışırlar və Kambey onlara kömək etməyə razılaşır.
Tezliklə Kambey özünə roninlərdən çox da böyük olmayan dəstə düzəldir. Onların arasında eləcə də Kambeyin şagirdi olmaq istəyən gənc samuray Kasusiro Okamoto və özünü samuray kimi qələmə verən, əslində isə sadəcə avara olan Kikutiyo də var.
Dəstə kəndə yollanır. Kəndlilərin həyatını və qorxusunu yaxşı bilən Kikutiyonun sayəsində roninlər yerlilərlə ümumi danışıq dili tapırlar. Onlar kəndlilərə döyüş qaydalarını öyrətməyə başlayırlar, müdafiə xətti qururlar və hətta öz bayraqlarını düzəldirlər. Bu bayraqda Kikutiyo istisna olmaqla 6 əslən samuray dairə və üçbucaq formalarında təsvir olunmuşdur.
Tezliklə quldurların kəşfiyyatçıları peyda olurlar. Kambey və roninlər onları tuta bilirlər. Bundan sonra 7 qəhrəmandan üçü və bir kəndli-bələdçi meşə düşərgəsinə həmlə edərək bir neçə qulduru öldürürlər. Düşmənin seyrəkləşməsinə baxmayaraq, ac döyüşçülər kəndi yemək əvəzində qoruyurlar. Döyüşdə məlum olur ki, quldurların silahı da var və onların bəzilərini samuraylar ələ keçirə bilir.
Kəndə quldurların sonuncu hücumu zamanı samuraylar dəstənin bütün sağ qalmış üzvlərini kəndə buraxıb sonra onları məhv eləyirlər. Sonuncu döyüşdən sonra sağ qalanlar yalnız Kambey, Sitirodzi və Kasusiro olur. Onlar kəndi tərk edirlər. Bu kənddə artıq sülh hökm sürür. Kəndlilərin daha samuraylara ehtiyacı yoxdur.
Film haqqında
redaktə- “Toho” studiyası bir neçə dəfə bu filmin çəkilişlərini dayandırmaq istəmişdi. Ümumi fikirə görə onu maliyyə uçurumu gözləyirdi. Lakin Kurosavanın inadlı fikri prodüserləri razı salır.
- Final səhnəsi atların azlığı üzündən bir neçə dəfə təxirə salınmışdı.
- Filmin Yaponiya premyerası 26 aprel 1954-cü ildə olmuşdu.
- Film 2 milyon dollarlıq büdcə ilə çəkilmişdir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifləri: Akira Kurosava, Sinobu Hasimoto, Hideo Oquni
- Rejissor: Akira Kurosava
- Operator: Asakadzu Nakai
- Bəstəkar: Fumio Hayasaka
- Prodüser: Sodziro Motoki
Rollarda
redaktəAktyor | Rol |
---|---|
Takasi Simura | Kambey Simada |
Toşiro Mifune | Kikutiyo |
Yosio İnaba | Qorobey Katayama |
Daysuke Kato | Sitirodzi |
Minoru Tiaki | Heyhati Hayasida |
İsao Kimura | Kasusiro Okamoto |
Seydzi Miyaquti | Kyudzo |
Kokuten Kodo | Gisaku |
Kamatari Fudzivara | Mandzo |
Keyko Susima | Sino |
Yosio Sutiya | Rikiti |
Yukiko Simadzaki | Rikitinin arvadı |
Bokudzen Hidari | Yohey |
Xarici keçidlər
redaktə- "Yeddi samuray" — Internet Movie Database saytında
- Yeddi samuray AllMovie saytında