Yaxan Beyim - Wikipedia
Yaxan Bəyim — Biyəpiş (və ya Gilan) vilayətini idarə edən Kərkiyə sülaləsindən olan şahzadə. O, sonuncu Kərkiyə hökmdarı Xan Əhməd xanla (1538–1592) Səfəvi şahzadəsi Məryəm Bəyimin evliliyindən dünyaya gəlmişdi. I Təhmasibin qızı olan Məryəm Bəyim Xan Əhməd xanla evlənmiş[1] və 1608-ci ildə vəfat etmişdir. Məryəm Bəyim vasitəsiylə Yaxan Bəyim Səfəvi ailəsinin üzvü də hesab edilirdi. O, 1591-ci ildə Səfəvi hökmdarı I Şah Abbasın ən böyük oğlan şahzadəsi olan Məhəmməd Bağır Mirzə ilə nişanlansa da, bu evlilik baş tutmamışdır. Bu evliliyə onun atası Xan Əhməd xan qızının yaşına görə qarşı çıxırdı. Bu və iqtisadi səbəblərə görə 1591-ci ildə Səfəvi ordusu onun üzərinə yürüşə çıxdı. Hakimiyyətini itirən Xan Əhməd xan isə Osmanlı imperiyasına qaçdı və elə orada da 1596-cı ildə vəfat etdi.[1] Lakin qızının Səfəvi şahzadəsi ilə olan evlilik planlaması da baş tutmadı və I Abbasla evləndirilməsinə qərar verildi. Elə bir müddət sonra Məhəmməd Bağır Mirzənin atası tərəfindən saraydakı bir neçə çərkəzlə şübhəli məsələləri qatıldığına görə edam edildi.[2] Lakin Yaxan Bəyim bir müddət sonra 1602-ci ildə vəfat etdi.
Yaxan Bəyim | |
---|---|
farsca:یاکهان بیگم | |
Doğum tarixi | XVI əsr |
Doğum yeri | Biyəpiş, Səfəvi imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Səfəvi imperiyası |
Vətəndaşlığı | Səfəvi imperiyası |
Həyat yoldaşı |
|
Atası | Xan Əhməd Xan[d] |
Anası | Məryəm Sultan |
Dini | Şiə islam |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Kasheff, 2001. səh. 635–642
- ↑ Bomati, Nahavandi, 1998. səh. 236–237
Mənbə
redaktə- Kasheff, Manouchehr. GĪLĀN v. History under the Safavids // Encyclopaedia Iranica, Vol. X, Fasc. 6. 2001. 635–642.
- Newman, Andrew J. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 2008. 1–281. ISBN 9780857716613.
- Bomati, Yves; Nahavandi, Houchang. Shah Abbas, empereur de Perse 1587–1629 [Shah Abbas, Emperor of Persia, 1587-1629] (fransız). Paris, France: Perrin. 1998. ISBN 2-2620-1131-1. LCCN 99161812.