Yasaq Seher - Wikipedia
Yasaq şəhər və ya Ququn imperator sarayı (Çincə: 紫禁城) — ən gözəl orta əsr saray ansambllarından biridir və Pekinin düz mərkəzində yerləşir.
Yasaq şəhər | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Koordinatlar | 39°54′57″ şm. e. 116°23′27″ ş. u.HGYO |
Veb-sayt | |
dpm.org.cn intl.dpm.org.cn intl.dpm.org.cn/?l=es intl.dpm.org.cn/?l=ru intl.dpm.org.cn/?l=jp intl.dpm.org.cn/?l=fr |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəHər bir tərəfdən o, hündür şəhər divarları ilə əhatə olunmuşdur, dördkünc qüllələrinə malikdir, divar boyunca su ilə doldurulmuş enli şəhər xəndəyi qazılmışdır. Tikilməyə başladığı 1420-ci ildən düz son Çin imperatorunun taxtdan salındığı 1911-ci ilədək təqribən 500 il ərzində burada Min və Tzin sülalələrinin 24 imperatoru yaşamış və hökmranlıq etmişlər. Bu qədim divarlar çox hadisələrin şahidi olmuşlar. Qədimdə "Yasaq şəhər" adlandırılan Ququnu Min sülaləsi imperatoru Çju Di öz hakimiyyətinin dördüncü ilində tikməyə başalmışdır və bu tikinti 14 il davam etmişdir. Bu orta əsrlər dövrünün ən nəhəng və ən bitkin memarlıq abidəsidir. Ququn sarayında saysız-hesabsız çoxlu pavilyonlar və köşklər həmahəng yerləşmişdir. Rəvayətə görə onların sayı 9995 olub. Bu rəqəm haradandır? Çinlilərin əcdadları hesab edirdilər ki, səmavi hökmdarın 10 minlərlə otağı olmalıdır, özünü səmavi hökmdarın oğlu adlandıran onunla bərabər tutula bilməz. Ququn – ağac memarlıq abidəsidir. Onun bir çox pavilyon və məbədləri yanğın nəticəsində dağılmış və onları yenidən tikmişdilər, ümumilikdə isə saray öz ilkin şəklini saxlamışdır. Hazırda burada 9000-dən artıq tikili vardır və Ququn, haqlı olaraq, təkcə ən gözəl qədim memarlıq abidələrindən biri yox, həm də dünyada ən iri yaxşı saxlanılmış saray ansamblı hesab edilir. Onun tikintisinin qiyməti dəqiq hesablanmamışdır, lakin tarixi yazılardan bəllidir ki, bu tikintiyə yüz min usta və milyonlarla fəhlə cəlb edilmişdir. Tikinti materialları ölkənin hər yerindən, hətta paytaxtdan bir neçə min kilometrlərlə uzaqda yerləşən Yunnan və Quandun əyalətlərindən də gətirilirdi. Ağır daşların daşınması üçün belə bir üsuldan istifadə olunurdu: bütün yol boyu quyu qazılırdı, qışda oradakı su ilə yolu sulayırdılar. Yol buz bağlayaıb sürüşkən olduqda onun üzərində paytaxta daş plitələr gətirən minlərlə xizəklər peyda olurdu. Iş çox üzücü idi, hər yerdən əldən düşmüş insanların qışqırıq və inltiləri, at kişnəməsi eşidilirdi, lakin 28 günə daşlar Pekinə çatdırılırdı. Yalnız hüdudsuz ərazisi və həddən çox əhalisi olan qüdrətli imperiyada belə bir saray tikilə bilərdi. İri Qapalı şəhər iki əsas hissədən ibarətdir: xarici pavilyonlar və daxili iqamətgahlar. Saray qapılarından sonra bir-birinin ardınca Tayxedyan (Ali Harmoniya), Çjunxedyan (Mükəmməl Harmoniya) və Baoxedyan (Harmoniyanın Qorunması) pavilyonları yerləşir. Bu üç bina mühüm dövlət və saray mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuşdur. İmperator sarayının şimal hissəsində Tsyantsinqun (Yerin və Göyün Təması) pavilyonu və ailə şənlikləri üçün nəzərdə tutulan Tszyaotaydyan və Kunninqun pavilyonları yerləşir, Min sülaləsi dövründə imperatriçaların yataq otaqları da burada idi. Sarayın hər iki tərəfində yerləşən altı bina imperatorun kənizləri üçün idi. İmperiya sarayının planlaşdırılması dini tədbirlərin, siyasi və feodal rejimi əxlaqının tələblərinə bütünlüklə cavab verirdi. Bu nə vaxtsa həyatdan ayrılmış və bir neçə yüzillik mövcud olan bütöv bir dünya idi, varlı, təmtəraqlı və ciddi nizama salınmış bir dünya. Ququnun memarlıq konstruksiyası, ölçüləri, onun planlaşdırılmasının əzəməti və mükəmməlliyi – ən yüksək imperator hüququnun təzahürü və Çin memarlığının ənənəvi formalarının saxlanmasının əlamətləridir. Qədimdə Pekin şəhər divarları ilə dövrələnmişdi. Cənubi Yundinmen qapılarından Qapalı şəhərin qapılarına qədər daha 9 qapı var və bunlar da "doqquzqapılı rejim"i yaradırlar. İmperator sarayına aparan uzun və dərin yollar elə təəəssürat yaradırdı ki, Çin imperiyasının sahibinə gedən yol uzaq və çətindir. Qapalı şəhərin mehvərinin Mərkəz xətti Pekinin də Mərkəz xətti idi, eyni zamanda bütün ölkənin meridianı sayılırdı. İmperator sarayı mütləq səmaaltı mərkəz idi. Tayxedyan pavilyonu və digər əsas binalar məhz bu xəttin üzərində tikilmişdi, başqa memarlıq tikililəri isə onun hər iki tərəfindən ciddi intizamla yerləşir. Tayxedyan – Ququnun ən böyük tikilisidir, onun hündürlüyü 35,5 metrdir. Bütün mühüm rəsmi saray mərasimləri: imperatorların toyları, imperatriçaların tacqoyma mərasimləri, dövlət imtahanları, yeni il, qışın başlanması günü burada keçirilir, imperatorun ad günü burada bayram edilirdi. Tarixi yazılarda bütün tarixlər dəqiq əksini tapmışdır. Sübh açılanda Tyaxedyan pavilyonundan 30 min m2 olan bütün saray boyu Umen qapılarınadək ciddi mərasim qaydasında hərbi gözətçi dəstələri düzülürdü. İmperator daxili iqamətgahdan çıxanda baraban çalınması və zəng vurulması başlanır, orkestr çalır, ətirli tüstü qalxırdı, adətən səndəl ağacı və şam ağacı budaqları yandırılırdı. İmperator taxta qalxır, mülki və hərbi əyanlar isə subardinasiya qaydasında dizləri üstə öz hökmdarlarına baş əyirdilər. Qədim çinlilər Çin mədəniyyətinin məğzi olan "usin" nəzəriyyəsinə (beş predmet: metal, ağac, su, od və torpaq) hörmət bəsləyirdilər. Təsadüfi deyil ki, Ququn sarayının cənub hissəsində inzibati bina, şimalda isə iqamətgah yerləşir. "Usin" nəzəriyyəsinə görə cənub oda aiddir, od isə həyat, yəni "yan" (Günəş) doğurur, və ölkəni məhz buradan idarə etmək lazımdır. Şimal isə suya aiddir, su isə "in" (Ay) doğurduğundan şimal hissədə yaşamaq yaxşı olardı. "Usin" nəzəriyyəsinin ardıcılları hesab edirlər ki, torpaq sarı predmetdir və dövlətçilik rəmzidir, məhz buna görə Ququnun bütün dam örtükləri sarı rəngdədir. Ququnda dirəklər qırmızı rəngdədir, axı od torpaq doğurur, ona görə də sarı və qırmızının təması ümumi rifah bildirir. Ququnun bütün tikililərində "usin" nəzəriyyəsinin qədim Çin memarlığında mühüm əhəmiyyət kəsb edən təsiri müşayət olunur. Ququn – çox diqqətlə oxunmalı maraqlı bir kitabdır. Gələn qonaqlar üçün bu asan iş deyil, onlar saatlarla qalereyaları və saray zallarını dolaşır, onun memarlıq ahəngindən həzz alırlar. Ququn – orta əsrlər Çininin çox böyük incəsənət və sənətkarlıq əsərləri toplumudur. Mahir memarlar öz istedad və əməklərini sərf edib bütün bu nəhəng tikililəri planlaşdırmış və yaratmışlar. Divar qapıları və həyətlər çox gözəl ahəng təşkil edir. Ququnun pavilyonları möhtəşəmdir. Sarayın divar və damlarındakı bütün bəzək və dekorasiyalar öz zərifliyi və fikir dəqiqiliyi ilə valeh edir, Ququnun memarlıq ahəngləri – sanki üvertüra, variasiya və çox gözəl finalı özündə birləşdirən vahid simfonik əsərdir. Ququn öz dəyəri ilə unikaldır. Bu zəngin xəzinədə Şan (e.ə. XVI-XI əsrlər) və Çjou (e.ə. XI əsr-771-ci ilr) sülalələri dövründən Tsin (1644-1911-ci illə) dinastiyasınadək milyona yaxın mədəniyyət abidəsi qorunur.
Ququnun kolleksiyasına əlvan keramikanın ən qədim nümunələri, nefrit məmulatları, gümüş məmulatlar, imperator Tsin Şixuan dövrü əsgər və atlarının qəbirüstü heykəlləri, xəttatlıq, əlyazma əsərləri, bambuk, ağac, fil sümüyü üzərində oymalar, həmçinin çini qablar, naxış tikmə, dəftərxana ləvazimatları və digər tətbiqi sənət məmulatları daxildir. Onlardan 10 minə qədəri dövlət əhəmiyyətlidir. Antiyapon müharibəsi zamanı təcavüzkarlar tərəfindən ələ keçməsinin qarşısını almaq üçün Ququn abidələrinin böyük qismi cənuba köçürüldü. 600 min eksponat Tayvan adasına aparıldı, hazırda onlar hamısı Taybey muzeyində sərgiyə qoyulub. Bu zərif kolleksiyalar qədim Çin incəsənətinə dərin heyranlıq doğurur. Ququnun nəhəng memarlıq abidələri və nadir sərvətləri Çinin parlaq mədəniyyətinin simvoluna çevrilmişdir. İllərdir ki, Ququn hər gün saysız-hesabsız qonaq qəbul edir. Keçmiş imperatorlar bəlkə də heç düşünmürdülər ki, onların sarayı belə cəlbedici gücə malik olacaq.
1937-ci ildə şəhər yaponlar tərəfindən qarət edildi. 1949-cu ildə şəhər xəzinəsinin müəyyən hissəsini Tayvan millətçiləri daşıdılar. Şəhərdə olan xəzinələrin qiyməti təsəvvür edilməzdir, çoxu əl əməyidir. Hazırda Ququn şəhəri muzey kimi istifadədir. Bura gələn turistlərin sayı sonsuzdur. Muzeydə mozaik şəkillər, peyzajlar, Qədim Çin Operasından 900 süjet mövcuddur.[1]
Qalereya
redaktə-
Şimalqərb qülləsi
-
Saray muzeyi
-
Muzey içərisində memarlıq
İstinadlar
redaktə- ↑ http://www.azens.azQadağan[ölü keçid] olunmuş şəhər - Ququn