Yankelevicin Binasi - Wikipedia
Yankeleviçin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 124 qərar 31 dekabr 2002-ci ildə qəbul olunmuşdur. Bina Dmitri Feodoroviç Kulpinə mənsub olmuşdur.
Yankeleviçin binası | |
---|---|
rus. Дом Янкелевича | |
47°12′30″ şm. e. 38°56′26″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Yerləşir | Petrovskaya küçəsi (Taqanroq) |
Adres: Taqanroq ş, Petrovskaya küçəsi, 32[1].
Tarixi
redaktəBina XIX əsrin dördüncü rübündə inşa edilmişdir. Taqanroq şəhəri Petrovskaya küçəsi ev 32 ünvanında yerləşir. Bina Mekrasov xiyabanında qərarlaşırdı. Bu bina elə böyük olmayan bir mərtəbəli tikili idi. Görünüş baxımından uzun bina 400 rubl qiymətində qiymətləndirilirdi. Bina kərpiçdən inşa edilmişdi.
XIX əsrin dördüncü rübünün sonlarına yaxın binada üç dul qadın yaşayırdı: baş məsləhətçi Aleksandr Qirenin dul arvadı, kollec məsləhətçisi Yekaterina, general-mayor Rındinin qul arvadı. Bu üç dul qadınların ortaq cəhəti rus heykəltaraşı İvan Petroviç Martosun əmisi uşaqları olması idi.
Binanın sahibi iqtisad məhkəməsinin nümayəndəsi Martos olmuşdur. Binanın önündə iri bağça olmuşdur. Ev sahibləri burada gül əkir və ona qulluq edirdilər. Bağça Qreçeskaya küçəsinə açılırdı. 1825-ci ildə burada imperator I Aleksadr və onun həyat yoldaşı Yelizaveta Alekseevna olmuşdur.
1891-ci ilin oktyanrında 20 ara ilə Aleksadra Davıqova Qire və Yekaterina Petrovna dünyalarını dəyişmişdir. Birincisi 90, ikincisi isə 89 il həyat sürmüşdür.
Onların ölümündən sonra binada tacir Yakov Yankeleviç yaşayırdı. Nikolay Talalaev isə binaya köykənmiş N6 binasını inşa etdirmişdir. XX əsrdə birmərtəbəli binanın yerində tacir Şaya-Ber-Leyb Simonoviç iki mərtəbəli bina inşa etdirmişdir. Bu zaman binanın qiyməti 14 min rubla qalxmışdır.
Binanın son sahibləri şəhər məsləhətçisi Yakov Sotnikovun qızları: Sofiya və Vera olmuşdur.
1912-ci ildə binada "Zaimnı sbıt" adlı mağaza olmuşdur. Mağazanın sahibi M. Olşvanq idi. Bir dəfə binaya polislər gəlmiş və burada axtarış aparmışdır. Onlar burada oğurlanmış malları axtarırdılar. Olşvanq bir müddətə həbs edilmişdir. 1912-ci oldə binada Taqanrov limanının idarəsi yerləşirdi. Qonşu bibada isə limanın rəyisi A. P. Semenyut yaşayırdı. Böyük Vətən müharibısinə qədər 1918-ci ildən burada həkim D. Zimontun tibb kabineti yerləşirdi. O, qulaq, boğaz, burun üzrə mütəxəsis idi. Burada Akeksandr Nikolayeviç Kan praktika keçmişdir
Arxitektura
redaktəPəncərələri düzbucaqlıdır. Qırmızı kərpiçlərlə işlənmişdir. Binanın kənarlarında uzun eyvanlar vardır. Əsas giriş binanın küncündə yerləşir. Sovet hakimiyyəti illərində bina milliləşdirilmişdir. Hazırda binada yaşayış mənzilləri yerləşir. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir.
Ədəbiyyat
redaktəГаврюшкин О. П. Вдоль по Питерской (хроника обывательской жизни). Таганрог, 2000.
İstinadlar
redaktə- ↑ "Таганрог ул. Петровская, 30". 2013-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-02.