Yanacaqdoldurma Menteqesi - Wikipedia
Yanacaqdoldurma məntəqəsi — nəqliyyat vasitələrinin yanacaqla təmin olunması üçün nəzərdə tutulmuş yol kənarında yerləşən məntəqə. Məntəqədə, karbohidrogen, benzin, dizel, maye qaz və bu kimi məhsullar təqdim edilir.
Bundan başqa nisbətən daha az yayılan avtomobil qaz dolduran kompressor (avtomilləri sıxılmış təbii qazla təmin edir) və avtomobil qaz doldurma (avtomobili durulaşdırılmış neft qazı (LPG) ilə təmin edir) məntəqələri də mövcuddur. Həmçinin hidrogen yanacaq doldurma məntəqələrini bir neçə tipi var.
Tarixi
redaktəBenzin və yanacağın başqa növləri ilk dəfə apteklərdə satılmağa başlanıb. Aptek sahibi üçün bu əlavə qazanc mənbəyi və əlavə biznes hesab edilirdi. Yanacaq məhsulları ilk təmin ilk belə aptek Visloh (Almaniya) şəhərində yerləşirdi. Bu aptekdə ilk dəfə avtomobili çənini dolduran Karl Bentsin həyat yoldaşı Berta Bents olmuşdur: Beləki, Berta Bens 1888-ci ildə Manhaymdan Pfortshayma və əksinə yola düşməzdən əvvəl avtomobil çənini məhz bu aptekdə doldurmuşdur. 2008-ci ildə bu hadisəni əbədiləşdirmək üçün Berta Bents memorial lövhəsi qoyulmuşdur.[1]
İstinadlar
redaktə- ↑ ""Bertha Benz Memorial Route"". 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-25.