Yasil Tikinti - Wikipedia
Yaşıl tikinti (həmçinin, Ekoloji tikinti, Ekotikinti, Ekodevelopment) — binaların tikilməsi və istismarının ətraf mühitə minimal təsir göstərən növüdür.[1] Məqsədi binanın mövcud olduğu müddət boyunca enerji və maddi ehtiyatlardan istifadənin azaldılmasıdır. Bura binanın layihələndirildiyi yerin seçilməsi, tikintisi, istismarı, təmiri və hətta sökülməsi də aiddir.[2]
Yaşıl tikintinin digər məqsədi binaların keyfiyyətinin qorunması və ya artırılması, onların daxili mühitində rahatlığın təmin edilməsidir. Bu tikinti növü klassik tikinti-layihə ənənələrini qənaətlilik, faydalılıq, uzunömürlülük və rahatlıq kimi anlayışlarla təkmilləşdirir.[3]
Yaşıl tikinti texnologiyaları daim təkmilləşir və onların əsas məqsədi tikilinin ətraf mühitə və insan sağlamlığına ümumi zərərini azaltmaqdır. Buna aşağıdakılar sayəsində nail olmaq mümkün olur:
- enerji, su və digər resurslardan daha səmərəli istifadə etmək;
- insanların sağlamlığına və işçilərin effektivliyinin artırılmasına diqqət yetirmək;
- tullantıları və ətraf mühitə digər təsirləri azaltmaq.
Bənzər yanaşmaya malik olan, lakin daha kiçik miqyaslı təbii tikinti təbii və yerli materiallardan istifadəni nəzərdə tutur.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "«Зелёное» строительство в России становится всё более востребованным". Коммерческая недвижимость CRE. 21 noyabr 2011. 2012-11-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-01.
- ↑ Yan Ji and Stellios Plainiotis (2006): Design for Sustainability. Beijing: China Architecture and Building Press. ISBN 7-112-08390-7
- ↑ U.S. Environmental Protection Agency. (October 28, 2009). Green Building Basic Information. İstifadə edilib: 10 dekabr 2009; Sayt: http://www.epa.gov/greenbuilding/pubs/about.htm Arxivləşdirilib 2006-09-22 at the Wayback Machine