Yasil Ispaniya - Wikipedia
Yaşıl İspaniya (ispan dilində: España Verde və ya Cornisa Cantábrica, qalisiya dilində: Cornixa cantábrica, bask dilində: Kantauriar eskualdea) — İspaniyanın şimalında, Qalisiya və Biskay körfəzi boyunca Fransa sərhədlərindən Portuqaliyaya qədər olan ərazi.[1]
Haqqında
redaktəYaşıl İspaniya ölkənin digər ərazilərindən qərbdə Kantabriya dağları, Syerra-de-Ankares massivindən şərqdə bask dağları ilə ayrılır. Quru iqlimə malik Meseta ovalığından fərqli olaraq Yaşıl İspaniya rütubətli dəniz iğliminə malikdir. İllik orta yağıntının miqdarı 1000–1200 mm, dəniz sahillərində 1700–1900 mm.-ə qədərdir. Yağışlı günlərin sayı il ərzində 150–200 gün təşkil edir. Yaşıl İspaniyada illik orta temperatur +13°С (dağlıq ərazilərdə daha aşağıdır), ən isti ayla (avqust) ən soyuq aylar (yanvar-fevral) arasında fərq 12°С-yə yaxındır.
Yüksək dağlıq ərazilər istisna olmaqla, Yaşıl İspaniya ölkədə ən soyuq iqlimə malikdir. Lakin buna baxmayaraq yağıntının kifayət qədər olması bitki örtüyünün inkişafı üçün əlverişli şərait yaradır. Bəzi mənbələrdə Biskay körfəsini Yaşıl sahil (Kosta-Verde), onun şərqindən keçən ərazini isə Kosta-Bask (basklar sahili) adlandırırlar. Sahilboyu ərazilər və Kantabriya dağlarının şimal yamacları meşələrlə (şabalıd, palıd, şam ağacları) əhatə olunmuşdur. Dağların yuxarı hissələrində milli parklar və qoruqlar yaradılmışdır. Bu milli park və qoruqlarda İspaniyanın fauna və florasının əsas sərvətləri, o cümlədən, iberiya canavarları, ispan keçiləri, kantabriya ayıları xüsusilə mühafizə olunur
Məğlubedilməz mavrlar Pireney yarımadasını işğal etdikdən sonra Yaşıl İspaniya ərazisində tarixi Asturiya krallığını yaratmışdılar.
Qalereya
redaktəXarici keçid
redaktə- https://ru.wikipedia.org/wiki/?axtar=%D0%97%D0%B5%D0%BB%D1%91%D0%BD%D0%B0%D1%8F_%D0%98%D1%81%D0%BF%D0%B0%D0%BD%D0%B8%D1%8F#/media/File:Spain-climate.png. İspaniyanın xəritəsində Yaşıl İspaniyanın mövqeyi.
İstinad
redaktə- ↑ "Зеленая Испания". 2018-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-16.