Yezid Ibn Mezyed - Wikipedia
Yəzid ibn Məzyəd – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda hakimi, sonradan Şirvanşah rütbəsi qəbul edərək müstəqil Şirvanşahlar dövlətinin əsasını qoymuş Məzyədilər sülaləsinin banisi.
Yəzid ibn Məzyəd | |
---|---|
Ərəb Xilafətinin Azərbaycan və Ərməniyyə hakimi | |
Vəzifədədir | |
788 — 788; 799 — 801-ci ildən | |
Əvvəlki | Yusif ibn Rəşid; Süleyman ibn Yəzid |
Sonrakı | Əsəd ibn Yəzid |
Şəxsi məlumatlar | |
Doğum tarixi | VIII əsr |
Vəfat tarixi | |
Vəfat yeri | Bərdə |
Fəaliyyəti | hərbi lider[d], qubernator |
Uşaqları | Əsəd, Məhəmməd, Xalid |
Qəbiləsi
redaktəTam adı "Yəzid ibn Məzyəd ibn Zaidə ibn Abdullah ibn Zaidə ibn Matər ibn Şureyx ibn Əmr ibn Qeys ibn Şureyxbil ibn Humam ibn Murra ibn Zül ibn Şeyban" olmuşdur və Şeyban tayfasına mənsub idi.[1] Orduda yüksək yerlərə əmisi Məan ibn Zaidə sayəsində gəlmişdir. İlk dəfə Sistanda hərbi xidmətə başlayan Yəzid xəlifə əl-Mehdi dövründə (775-785) Xorasanda üsyan yatırtmış, 782-ci ildə Harun ər-Rəşidin başçılığı ilə Bizansa qarşı müharibədə döyüşmüşdür. əl-Hadinin Cürcan hakimliyi dövründə ona sadiq olmuş, bu sədaqəti müqabilində Ərməniyyə hakimliyi ilə təltif olunmuşdu.
Fəaliyyəti
redaktəXəlifə Harun ər-Rəşidin Ərməniyyə və Azərbaycana hakim təyin etdiyi Əli ibn İsa ibn Məhana qarşı müxtəlif şəhərlərdə üsyanlar verirdi. Yəqubi qeyd edir ki, "buraya gələn Əli özünü pis apardı, buna görə də Şirvan əhli onun əleyhinə üsyan qaldırdı və ölkədə çaxnaşma düşdü".[2] Belə olduqda xəlifə 787 – ci ildə yenidən Yəzid ibn Məzyəd əş Seybanini Ərminiyyə və Azərbaycana hakim təyin etdi. O, üsyanı yatırtdı və ölkədə qayda-qanun yaratdı.[3] 794-cü ildə Şeyban tayfasından başqa bir üsyançı olan xarici Valid ibn Tarifi məğlub etdi və öldürdü. 799-cu ildə yenidən Ərməniyyə hakimliyinə təyin olundu. Xəzər-ərəb müharibələri gedişində Ərməniyyəni xəzərlərdən qorumuş və müharibənin sonunu təyin etmişdir.
Ölümü
redaktəYəzid Şirvanşah Məzyədilər sülaləsinin banisi və xilafətin məşhur sərkərdələrindən biri idi. O, h.185 (801)-ci ildə Bərdədə ölmüş və orada da dəfn olunmuşdur. Mənbə onun ölümünün təfərrüatını belə nəql,edir: "Söyləyirlər ki, bir qonaqlıqda ona gözəl bir qız bağışlayırlar. O, məclisi tərk edərək qızla intim əlaqəyə girir və onun ağuşunda ölür. Bu, Bərdədə olmuşdur..." [4] Numizmatik məlumatlara görə, Yəzid ölümündən sonra onun oğulları Əsəd ibn Yəzid, Məhəmməd ibn Yəzid [5]. və xəlifənin h.205 (802)-ci ilə qədər bir-birinin ardınca Azərbaycana, Arrana, Ərməniyyəyə təyin etdiyi bir sıra əmirlər hakimiyyət sürmüşlər.
Ailəsi
redaktəQardaşı - Əhməd ibn Məzyəd