Xuan Fernandez Adalari - Wikipedia
Xuan_Fernandez_adaları - Haqqında Məlumat
Xuan Fernandez adaları (isp. Archipiélago Juan Fernández) — Sakit okeanın cənubunda yerləşən Çili dövlətinə məxsus adalar qrupu. Adalar Çili sahillərindən 670 km qərbdə yerləşir. Adalar Çilinin Valparaiso şəhərinin en dairəsi boyunca yerləşir və aşağıdakı üç adadan ibarətdir.
- Robinzon Kruzo adası - Adalar qrupuna daxil olan və əhali yaşayan yeganə adadır. Adanın inzibati mərkəzi San Xuan Bautista şəhəridir. Şəhərdə 600 nəfərə yaxın əhali yaşayır.
- Aleksandr Selkirk adası - Ada, Aleksandr Selkirkin şərəfinə adlandırılmışdır. Aleksandr Selkirk adasında insan yaşamır və Robinzon Kruzo adasının 160 kilometr qərbində yerləşir.
- Santa Klara adası - Ada, Robinzon Kruzo adasının bir neçə kilometr cənub qərində yerləşir.
Vikianbarda Xuan Fernandez adaları ilə əlaqəli mediafayllar var.