Xrussovun Yumsalma Siyaseti - Wikipedia
Xruşşovun yumşalma siyasəti (rus. хрущёвская о́ттепель) — Sovet İttifaqında 1950-ci illərin sonu və 1960-cı illərin əvvəllərində Nikita Xruşşov dövründə istifadə edilən termin. Sovet İttifaqında siyasi repressiya və senzuranın nisbətən azaldığı, destalinizasiya prosesi ilə yanaşı, QULAQ düşərgələrində çoxlu siyasi məhbusların təxliyə edildiyi və digər xalqlarla dinc yanaşı yaşama siyasətinin qəbul edildiyi dövrə aiddir.[1]
Dövrün başlanğıcı 1953-cü ilin martında İosif Stalinin ölümündən sonra mümkün oldu. Partiyanın baş katibi Xruşşov Kommunist Partiyasının 20-ci Qurultayında gizli çıxışında keçmiş baş katib Stalini açıq şəkildə pisləyib. Sonra Kremldəki hakimiyyət mübarizəsində stalinistləri idarədən uzaqlaşdırdı. Bu termin İlya Erenburqun 1954-cü ildə yazdığı "Ərimə" (Оттепель) əsərindən gəlir.[2]
Ərimə prosesi Sovet İttifaqı və Şərq bloku ölkələrində bəzi iqtisadi islahatlar, beynəlxalq ticarət, təhsil və mədəniyyət sahələrində əlaqələr, festivallar, xarici yazıçıların kitablarına, xarici filmlərə, incəsənət şoularına, Qərbin populyar musiqisinə, rəqslərinə və yeni modalara daha asan çıxış təmin etdi. Bu dövrdə Xruşşov tərəfdarları ilə stalinistlər arasında hakimiyyət mübarizəsi heç vaxt bitmədi.
İstinadlar
redaktə- ↑ "Joseph Stalin killer file". moreorless.au.com. 3 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2019.
- ↑ Erenburq, İlya. "Оттепель". lib.ru. 17 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2004.