Xoy Doyusu 1468 - Wikipedia
Bu məqalə Xoy döyüşü (1468) haqqındadır. Digər mənalar üçün Xoy döyüşü səhifəsinə baxın. |
Xoy döyüşü — 1468-ci ildə Uzun Həsən ilə Həsənəli mirzə arasında baş vermiş döyüşdür. Döyüş Uzun Həsənin qələbəsi ilə başa çatdı. Həsənəli mirzənin bu məğlubiyyəti ilə Qaraqoyunlu dövləti dağıldı və yerini Ağqoyunlu dövlətinə verdi.[1]
Xoy döyüşü | |||
---|---|---|---|
Tarix | 1468 | ||
Yeri | Xoy | ||
Səbəbi | Ağqoyunluların Azərbaycanı ələ keçirmək üçün hücumu | ||
Nəticəsi | Ağqoyunluların qələbəsi | ||
Ərazi dəyişikliyi | Azərbaycanın və İranın bir hissəsinin Ağqoyunlular tərəfindən ələ keçirilməsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
Tarixi
redaktə1467-ci ilin 11 noyabr gecəsi cüzi qüvvə ilə Çəpəkcur yaxınlığında Səncəq adlı yerdə gecələyən Cahanşah Uzun Həsənin 6 minlik qoşununun hücumuna məruz qalmış, Qaraqoyunlular məğlub olmuş və Cahanşah öldürülmüşdü. Bu məğlubiyyətdən sonra Cahanşahın oğlu Həsənəli Qaraqoyunlu ordusunu öz ətrafında birləşdirməyə nail oldu və Uzun Həsənin ordusunun qarşısını almağa hazırlaşdı.[2]
Hər iki ordu Xoy yaxınlığında düşərgə saldılar və elçi mübadiləsi başlandı. Lakin elçilər heç cürə tərəflər arasında sülhə nail ola bilmədilər. Həsənəlinin əmri ilə 30 nəfər Ağqoyunlu elçisini öldürüldü. Həsənəlinin Xoydan tədricən Mərənd tərəfə çəkilməyə başlamasından istifadə edən Uzun Həsən kiçik dəstələrlə pusqular yaratdı və Qaraqoyunlu ordusuna zərbə vurdu. Həsənəli qüvvələrinin çox olmasına baxmayaraq Uzun Həsəndən çəkindiyi üçün ordugahının ətrafına xəndək çəkdirərək bir müddət müdafiə olunmaq niyyətində idi. Qaraqoyunlu ordusun uzun müddət yerini dəyişməməsi və istilər səbəbindən orduda xəstəliklər yaranmağa başladı. Uzun Həsən geri çəkilmək adı ilə taktiki hiylə tətbiq etməyə çalışsa da bu da heçbir nəticə vermədi. Beləki, Həsənəli ordusunu yerindən tərpətmirdi. Getdikcə zəifləyən Qaraqoyunlu ordusunun vəziyyətini çox gözəl anlayan sərkərdələr Uzun Həsənin tərəfinə keçdilər, ordunun qalan hissəsi isə dağılmağa başlamışdı. Bundan istifadə edən Uzun Həsən həlledici hücuma keçdi və Qaraqoyunlu ordusu darmadağın edildi.[3]
Həsənəli Bərdəyə — Qaramanlı tayfasına sığındı, oradan Ərdəbilə getdi. Uzun Həsən oğlu Uğurlu Məhəmmədi onun üstünə göndərməsi ilə 1469-cu ilin iyul-avqust aylarında Həmədanda ələ keçirildi və öldürüldü.[4]
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Həsən bəy Rumlu. "Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı)". Kastamonu: Uzanlar, 2017, 661 s.
- Nəcəfli T. H. "Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında". Bakı: Çaşıoğlu, 2000. — 198 s.
- Nuriyeva İradə Tofiq qızı. "Azərbaycan Tarixi (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək)". – Bakı: Mütərcim, 2015. – 336 səh.
- "Qızılbaşlar tarixi". Tərcümə və şərhlər M. Ə. Məhəmmədinindir. — Bakı: "Azərbaycan" nəşriyyatı. 1993–48 s.