Xorvatiya Banovinasi - Wikipedia
Xorvatiya banovinası (xorv. Banovina Hrvatska) — 1939–1941-ci illərdə mövcud olmuş Yuqoslaviya krallığında əyalət (banovina).
Yuqoslaviya banovinası | |
Xorvatiya banovinası | |
---|---|
serb-xorv. Хрватска бановина Hrvatska banovina | |
45°48′ şm. e. 15°57′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Zaqreb |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1939 |
Ləğv edilib | 1943 |
Sahəsi | 65 456 km² |
Əhalisi | |
Əhalisi | 4,024,601 nəfər (1939) |
Rəsmi dili | serb-xorvat dili |
Vikianbarda əlaqəli mediafayllar |
Bosniya və Herseqovina tarixi | |
---|---|
Bu məqalələr ölkə seriyasındandır | |
Slavyanlardan öncəki dövr | |
İllirik • Dalmatsiya | |
Orta əsrlər | |
Bosniya banatı • Bosniya krallığı | |
Osmanlı İmperiyası | |
Bosniya əyaləti • Bosniya vilayəti | |
Avstriya-Macarıstan | |
Bosniya və Herseqovina kondominiumu | |
Yuqoslaviya | |
Vrbas banovinası • Drina banovinası • Zeta banovinası • Xorvatiya banovinası | |
Müstəqil Xorvatiya Dövləti | |
Bosniya və Herseqovina Sosialist Respublikası | |
Müstəqillik dövrü | |
Bosniya və Herseqovina Respublikası, Xorvatiya Herseq-Bosna Respublikası, Serb Respublikası, Qərbi Bosniya Respublikası | |
Bosniya və Herseqovina | |
Tarixi
redaktəXorvatiya banovinası, 1939-cu ildə xorvatların əksəriyyətini bir inzibati vahiddə birləşdirmək üçün Tsvetkoviç-Maçek razılaşması nəticəsində yaradıldı.[3] Yeni banovina geniş muxtariyyət aldı. İvan Şubaşiç ilk ban olmuşdur. 1941-ci ildə banovina ərazisi Müstəqil Xorvatiya Dövlətinin bir hissəsi oldu, 1945-ci ildə isə YSFR-ın bir hissəsi olaraq Xorvatiya, Bosniya və Herseqovina və Voyevodina (Serbiyanın bir hissəsi olaraq) arasında bölüşdürüldü.
Coğrafiya
redaktəXorvatiya banovinası Yuqoslaviyanın ən böyük banovinası idi və krallığın qərb hissəsində, əsasən müasir Xorvatiya ərazisində və Bosniya və Herseqovina ərazisinin 40%-də yerləşirdi. Banovina Sava və Sahilyanı banovinalarının ərazilərindən qurulmuşdur, həmçinin buraya Dunay, Vrbas, Drina və Zeta banovinaların əraziləri daxil oldu.[4] Banovinanın paytaxtı Zaqreb şəhəri idi.
Əhalisi
redaktəBanovina Yuqoslaviyanın bütün xorvat əhalisini bir yerdə cəmləşdirmək məqsədilə quruldu. Nəticədə, əhalinin 74%-i xorvatlar, 19%-i serblər idi.
İstinadlar
redaktə- ↑ 1 2 Brozović D., Ladan T. Banovina Hrvatska // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
- ↑ 1 2 Banovina Hrvatska // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). LZMK, 2009.
- ↑ Croatian History Museum [daimi ölü keçid]
- ↑ Uredba o banovini Hrvatskoj