Xatire Ferecli - Wikipedia
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Xatirə Fərəcli (1966, Yardımlı) — şairə, publisist, prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü[1], "Mədəni İnkişafın Təbliği" ictimai birliyinin təsisçisi və sədri, "Mitmedia.az" saytının təsisçisi və rəhbəri, AYB-nin nəzdindəki "Zərif qadın" ədəbi məclisinin sədri, AYB Sumqayıt bölməsində məsləhətçi.
Xatirə Fərəcli | |
---|---|
Doğum tarixi | 1966 |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | şair, yazıçı-dokumentalist[d] |
Həyatı və fəaliyyəti
redaktəFərəcova Xatirə Nəcəf qızı 12 fevral 1966-cı ildə Yardımlı rayonunda anadan olmuşdur. 1997-2000-ci illərdə Sumqayıt Tibb Texnikumunun əczaçılıq fakültəsində, 2002-2003-cü illərdə Əli Kərim adına Poeziya Klubunun nəzdindəki "Jurnalistika" kursunda oxumuşdur. 2018-2023 illərdə Dağıstan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil almışdır. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsində çalışır. 2023-cü ildə Rusiya Federasiyasında keçirilən Rəsul Həmzətov 100 illiyinə həsr olunmuş Beynəlxalq Esse Müsabiqəsində birinci yerə layiq görülmüşdür[2]. Bu esseyə görə Rusiya Federasiyasının "Doqquzuncu Parlament Forum"unda dəvətli olaraq çıxış etmişdir. 2002 - ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2021-ci ildən AYB İrs komissiyasının üzvüdür. 2003-cü ildə "Turan" ədəbi məclisinin üzvü, 2005-ci ildə AYB-nin nəzdində fəaliyyət göstərən “Zərif qadın” ədəbi məclisinin sədri olmuşdur. 2018-ci ildə Prezident təqaüdünə layiq görülmüşdür. 2019-cu ildən "http://mitmedia.az/" saytının təsisçisi və rəhbəridir. 2019-cu ildən "Mədəni İnkişafın Təbliği" İctimai Birliyinin təsisçisi və sədridir. 2021-ci ildən Almaniyada "Qürbətçi Türkman Şair və Yazarlar Birliyi"nin Azərbaycan üzrə təmsilçisidir. Üç övladı var.
Yaradıcılığı
redaktəXatirə Fərəclinin şeirləri müxtəlif xarici kütləvi informasiya vasitələrində işıqlandırılmış, Türkiyədə, İranda[3], Rusiyada çap olunmuşdur. Yelena Nikolixina, Nadejda Knyazova, Şeyid-Xanum Alışova və Marina Axmedovanın şeirlərini rus dilindən tərcümə tərcümə etmişdir. Efkan Ötkünün isə 30-dan çox şeirini türk dilindən çevirmə etmişdir.
Kitabları
redaktəMəqalələri
redaktə- "Mir Cəlal yaradıcılığında milli ruh"
- "Milli-mənəvi dəyərlərin çağdaş mərhələsi"
- "Cəmiyyətin inkişafında QHT-lərin rolu"
- "Dilimizin Şuşası-könlümüzün şüşəsi"
- "Həməşərə-Cəlilabad arasında"
- "Payızının vurğunu"
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ https://djb.az/gundem/26672-ayb-nin-sumqayit-bolmsin-yeni-tyinat.html Arxivləşdirilib 2023-10-24 at the Wayback Machine "Xatirə Fərəcli" (azərbaycan dili). 2002. 2023-10-24 tarixində arxivləşdirilib.
- ↑ https://azpress.az/news7993 Arxivləşdirilib 2023-10-24 at the Wayback Machine (azərbaycan dili). (#cite_web_url)
- ↑ (azərbaycan dili) https://kiriminsesigazetesi.com/xatir%c9%99-f%c9%99r%c9%99cli/ (#bare_url_missing_title). 2023-10-24 tarixində arxivləşdirilib.
- ↑ Fərəcli, Xatirə. Sənin səadətin mənəm. "Adiloğlu". 2007. 56.
- ↑ Xatirə, Fərəcli. Ürəyimdə sözüm var. ARQHT. 2022.
- ↑ Х.Фараджли. Зымныйе деревья. "Mustaqil az- Xabar" OOO. 2023. 268. ISBN 978-9952-8372-0-9.
- ↑ Məlikzadə, H. Xatirə Fərəcli yaradıcılığının poetik təzahürü. Bakı-"Ecoprint". 2019. ISBN 978-9952-29-108-7.
- ↑ Tərtib edən, Z.Mirzəyeva. Xatirə Fərəcli. Sumqayıt. 2021.