Xanbulancay Su Anbari - Wikipedia
Xanbulançay su anbarı — Azərbaycan Respublikasın Lənkəran rayonunda su anbarı. Çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədilə tikilmişdir[1]. 1976-cı ildə istismara verilmişdir[1].
Xanbulançay su anbarı | |
Ölkə | Azərbaycan |
Yerləşməsi | Azərbaycan, Lənkəran |
Uzunluğu | 4.755 m |
Eni | 2.260 m |
Sahəsi | 3.742.253 m² |
Həcmi | 52 mln m³ |
Orta dərinliyi | 18 m m |
Tökülən çaylar | Bəşəriçay |
Axan çaylar | Qamışevka |
Ümumi su tutumu 52 mln m³-dir. Bəndin hündürlüyü 64 m, üstdən uzunluğu isə 550 m-dir. Su anbarının istifadəyə verilməsi ilə Azərbaycanın subtropik zonasında 22,0 min hektar torpaq sahəsinin suvarılması təmin edilmişdir. Su anbarını lazımi miqdarda axınla təmin etmək üçün Bəşəriçay üzərində sərfi 10 m³/san olan dağ tipli suqəbuledici tikilmişdir. Suvarma ərazilərinə su sərfləri 2,2 və 8,8 m³/san və uzunluqları 7,8 və 8,2 km olan Sağ və Sol sahil Xanbulançay kanalları ilə verilir.
Şah Təhmasibin saray katibi Qasım bəy Həyati Təbrizinin 1554-cü ilə aid "Tarix" əsərindən ərazidə daha öncə də, Şeyx Heydər dövründə Xanbəyli adlı su anbarının olduğu məlum olur.[2]
İstinadlar
redaktə- ↑ 1 2 "“Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında" Arxivləşdirilib 2022-03-19 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli, 3660 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ Ghereghlou, Kioumars. "Chronicling a Dynasty on the Make: New Light on the Early Ṣafavids in Ḥayātī Tabrīzī's Tārīkh (961/1554)". Journal of the American Oriental Society,: 824. 2022-11-19 tarixində orijinalından arxivləşdirilib. (#invalid_param_val)