Xanegah Turbesi - Wikipedia
Xanəgah_türbəsi - Haqqında Məlumat
Xanəgah türbəsi — Xanəgah türbəsi Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sahilində orta əsrlərə aid memarlıq abidəsidir. Orta əsr Xanəgah yaşayış yerinin mərkəzindədir. Türbə binasında qapı yerinin üstündən düşmüş kitabəli daş lövhə türbənin içərisində saxlanılır. Kitabədə türbə binasının şəhid əmir Seyid Əhməd əl-Oğul Şaminin oğlu, Sahib əl-əzəm (vəzir) Hacı Məhəmmədin Qaraqoyunlu Cahanşah dövründə (1435-1467) oğlu Əmirxan üçün tikdirdiyi göstərilir. Giriş baştağının memarlıq elementləri Mömünə xatun türbəsinin elementlərinə oxşayır. Türbə sərdabə planında düzbücaqlı formada olub, daş və kərpicdən tikilmişdir. Bərkidici maddə kimi əhəng qatılmış kəc məhlulundan istifadə edilmişdir.[1]
İstinadlar
redaktə- ↑ Naxçıva Abidələri Ensklopediyası. Naxçıvan 2008