Xalca Bayrami - Wikipedia
Xalça_bayramı - Haqqında Məlumat
Azərbaycan xalçaçılığını qorumaq məqsədilə müxtəlif yönlü tədbirlər həyata keçirilmişdir. Belə tədbirlərdən biridə 7 dekabr 2004-cü ildən etibarən Azərbaycan Respublikasında da rəsmi şəkildə Xalça Bayramı keçirilməsidir.
Azərbaycan Respublikası prezidentinin 7 dekabr 2004-cü il tarixli, 799-IIQD saylı fərmanı ilə təsdiq edilmiş "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikasının qanunu”nun altıncı maddəsinin birinci bəndinin ikinci hissəsində qeyd edilir ki, ənənəvi "Xalça bayramı" keçirilsin.[1][2]
Xalça bayramının keçirilməsində əsas məqsəd xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və yaranmış müəyyən çatışmamazlıqları aradan qaldırmaq üçün müxtəlif tədbirlər həyata keçirilməsidir.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Qanunu". 2012-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-03.
- ↑ "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında". 2023-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.