Xace Mehemmed Sefevi - Wikipedia
Xacə Məhəmməd Səfəvi — Səfəvi sülaləsinin üzvü və şahzadələrdən biri.
Xacə Məhəmməd Səfəvi | |
---|---|
Doğum tarixi | XV əsr |
Haqqında
redaktəXacə Məhəmməd Səfəvi Səfəvi ordeninin rəhbəri Şeyx Cüneydin (1447-1460) oğludur. O, Şeyx Cüneydin çərkəz əsilli cariyədən olan oğludur.[1] Onun ögey və böyük qardaşı olan Şeyx Heydər atası Şeyx Cüneyddən sonra Səfəvi ordeninin rəhbəri olmuşdur. Məhəmməd Səfəvinin qardaşı oğlu olan Şah İsmayıl (1501-1524) isə Səfəvi dövlətinin əsasını qoymuşdur.[1] Məhəmməd Səfəvinin Xacə Cəmşid adlı bir digər qardaşı da olmuşdur. O, Şeyx Heydərin cənubi Dağıstana olan yürüşü zamanı həyatını itirmişdir.[1] Məhəmməd Səfəvinin yaşayan yeganə bacısı Şahpaşa Xatun Məhəmməd bəy Talışla evlənmişdir. Məhəmməd bəy Talış Xalxaldan idi. Sonradan Şah I İsmayılın ən yaxın komandanlarından birinə çevrilmiş və onun hakimiyyətə gəlməsində mühüm rol oynamışdı.[1][2]
Ədəbiyyat
redaktə- Ghereghlou, Kioumars. ḤAYDAR ṢAFAVI // Encyclopaedia Iranica. 2016.
- Nashat, Guity; Beck, Lois, redaktorlar Women in Iran from the Rise of Islam to 1800. University of Illinois Press. 2003. ISBN 978-0252071218.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Ghereghlou, 2016
- ↑ Nashat, Beck, 2003. səh. 145