Xacin Nahiyesi - Wikipedia
Xaçın mahalı — XIII əsrdən mövcud inzibati nahiyə. Qarabağ xanlığının bölgələrindən biri. Xaçın mahalının ərazisi cənubda Qarqar çayından başlayıb, şimalda Qabartda, qərbdə Qırxqız və Mıxtökən dağından şərqdə Bayat meşəsinə qədər uzanırdı. Mahalda buğda və s. bol yetişir. Bəzi yerlərdə çəltik də yetişdirilirdi. Mahalın ərazisinin çox hissəsi meşəlik idi. [1] Mirzə Yusif Qarabaği yazır:[1]
"Xaçın mahalı eni Qarqar çayından başlayıb Qabartıda qurtarır. Uzunu Qırxqız və Mıxtökən dağından Bayat meşəsinə qədərdir. Bura keyfıyyətcə Vərəndədən yaxşı olmasa da buğda və sair məhsulları boldur. Bəzi yerlərdə çəltik də yetişdirilir. Bu yerlərin çoxu meşəlik və cəngəllikdir. Deyilənə görə Xaçında vaxtilə kiçik bir qala olmuş, adına Hetrak qalası demişlər. Bu kəndin məlikləri qədimdə Həsən Cəlalovların övladlarından olmuşlar". |
Xaçın məlikləri alban katalikosu Həsən Cəlalın törəmələri idilər. Bu nəsildən olan I Allahverdi həm də Xaçın mahalında dünyəvi hakimiyyətə nail olmuşdu.
1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Xaçın sancağı inzibati–ərazi nahiyə
1728-ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Qarabağ livası (Xaçın Sığnaq) inzibati–ərazi nahiyə.
Nahiyə sakinləri buğda, arpa, çəltik əkir, maldarlıqla məşğul olurdular. Ən böyük kəndləri 41 qeyri-müsəlman kişi nəfərinin yaşadığı Qazançı və 23 qeyri-müsəlman kişinin qeydə alındığı Xınzırıstan kəndləri idi. Qanzasar monastrı da bu nahiyədə yerləşirdi. Monastrın yerləşdiyi kənd Yuxarı Külədək və Ağvəng adları ilə tanınırdı.[1]
- 1 Xuramut
- 2 Daşbaşı Derbadaran
- 3 Vağan Derbadaran
- 4 Qabarta (Xaçın kəndi)
- 5 Qazançı / Ongəlçəkən adı ilə tanınır
- 6 Carbatun
- 7 Ğarğar ,nam-ı diğer Ğarğarçay
- 8 Xaçınki
- 9 Corman
- 10 Bazarkənd
- 11 Keşişkənd
- 12 Dovşanlı
- 13 Vəngli Yukarı Külədək və Ağvəng kibi tanınan Qansazar kilsəsi
- 14 Yaycı
- 15 Madagiz (Mədağis)
- 16 Qızılqaya
- 17 Qışlaq
- 18 Aşağı Küledek ve Vəng
- 19 Xındırıstan (Xınzırıstan) nam-ı diğer Helvi ?
- 20 Sarıkeşiş (Xocalı)
- 21 Badara[2]
1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti nin Xaçın rayonu.
Bu rayonun tərkibində 4 volost (Daşbulaq, Əsgəran, Krasnoselsk, Qala dərəsi) və 53 kənd var idi.
1930-cu ilin avqustunda Stepanakert rayonu 1978-ci ildə Əsgəran rayonu adlanır. 1991-ci ildə Xankəndi adlandırılır. [3]
İstinadlar
redaktə- ↑ 1 2 3 Tofiq Mustafazadə. Qarabağ xanlığı (PDF). Bakı: "Sabah". 2009. səh. 107-108. ISBN 5-86106-016-0. 2022-03-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-09.
- ↑ "Arxivlənmiş surət". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-18.
- ↑ "Arxivlənmiş surət". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-16.